Məhkəmə qərarları › İş №2-1(122)-726/2024

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-726/2024

14.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-726/2024 14.10.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyev Tural Yusif oğlunun sədrliyi, Rzayeva Əpruz Qasım qızının katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil, cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı "Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 09 sentyabr 2008-ci il tarixli, 823 nömrəli Fərmanının müharibə əlilliyinin müəyyən edildiyi xx.xx.2012-ci il tarixdən ona şamil olunaraq, Prezident təqaüdünün xx.xx.2012-ci il tarixdən xx.xx.2021-ci il tarixədək (8 il 6 ay) olan dövr üçün hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 09 sentyabr 2008-ci il tarixli, 823 nömrəli Fərmanının müharibə əlilliyinin müəyyən edildiyi xx.xx.2012-ci il tarixdən ona şamil olunaraq, Prezident təqaüdünün xx.xx.2012-ci il tarixdən xx.xx.2021-ci il tarixədək (8 il 6 ay) olan dövr üçün hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1992-ci il tarixdə Babək RHK tərəfindən həqiqi hərbi xidmətə çağırılmış və hərbi xidmətini döyüş bölgələrində keçirmişdir. Azərbaycan və Ermənistan Respublikaları arasında atəşkəs elan olunanadək bir çox döyüş əməliyyatlarında iştirak etmişdir. Döyüş əməliyyatları zamanı yaralanmış və travma almışdır. xx.xx.1992-ci ildən xx.xx.1992-ci ilə kimi N nömrəli hərbi hissədə “Sol dirsək oynağının kor güllə yarası. Sol mil sümüyünün başının və sol dirsək sümüyünün dirsək çıxıntısının oynaqdaxili çoxqəlpəli sınığı. Sol baldırın aşağı 1/3-nin dış tərəfinin kor qəlpə yarası” hərbi travma-diaqnoz ilə müalicə və müayinədə olmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi-Həkim Komissiyasının xx.xx.2021-ci il tarixli, 4 saylı qərarında aldığı müalicə və müayinələr bütünlüklə göstərilibdir. Azərbaycan Respublikasının müdafiəsi zamanı aldığı hərbi travmalar səbəbindən 3-cü dərəcə əlil olmuş və ona əlilliyinə görə xx.xx.2012-ci ildən ümumi əsaslara görə pensiya təyin edilmişdir. İddiaçı bildirir ki, “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 09 sentyabr 2008-ci il tarixli, 823 nömrəli Fərmanı vardır ki, həmin Fərmana əsasən müharibə əlillərinə müvafiq təqaüdlər verilir. O, müharibə əlili kimi xx.xx.2012-ci ildən əmək pensiyası alsa da, əlillərə Prezident təqaüdünün verildiyini 2021-ci ilin əvvəllərində bilmişdir. Bu səbəbdən də xx.xx.2021-ci il tarixdən ona Azərbaycan Respublikasının müdafiəsi zamanı 3-cü qrup əlilliyi olan şəxs kimi 330.00 manat Prezident təqaüdü ödənilir. Əslində isə həmin təqaüd ona Azərbaycan Respublikasının müdafiəsi zamanı aldığı hərbi travmalar səbəbindən 3cü qrup əlilliyinə görə əmək pensiyası təyin edilən xx.xx.2012-ci ildən şamil olunmalıdır. Belə ki, o, 1992-ci ildə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi uğrunda gedən döyüşlərdə yaralanaraq əlil olmuş, lakin əlilliyinin ilk təyini xx.xx.2012-ci ildə olmuşdur. Müharibə əlillərinə Prezident təqaüdünün verilməsindən isə 2021-ci ilədək məlumatı olmamışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 18 sentyabr 2008-ci il tarixli, 11/27-53 nömrəli məktubunun 6-cı bəndində göstərilir ki, “Müharibə əlillərinə prezident təqaüdü müraciət edilmə müddətindən aslı olmayaraq 01 sentyabr 2008-ci il tarixdən əlillik müddətinə təyin edilir, əlillik xx.xx.2008-ci ildən sonra təyin edildikdə isə əlilliyin müəyyən olunduğu gündən təyin edilir”. O, 1-ci Qarabağ müharibəsi zamanı həqiqi hərbi xidmətdə olmuş və aparılan döyüş əməliyyatlarında güllə və qəlpə yarası alaraq ağır yaralanıb hərbi hospitalda müalicə almışdır. xx.xx.2012-ci il tarixdən Azərbaycan Respublikasının müdafiəsi zamanı 3-cü qrup müharibə əlili olduğuna görə ona pensiya təyin edilib və o, həmin tarixdən müharibə əlili kimi pensiya alır. O, xx.xx.2012-ci il tarixdən Naxçıvan MR DSMF-nin Babək rayon İdarəsində və Babək rayon Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzində müharibə əlili kimi qeydiyyatda dursa da (şəxsi hesab nömrəsi 052796), ona “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 09 sentyabr 2008-ci il tarixli, 823 nömrəli Fərmanının olması barədə hər 2 qurumdan heç bir məlumat verilməyib və həmin Fərmanda nəzərdə tutulan Prezident təqaüdünün təyin olunması təmin edilməmişdir. Bu səbəbdən də məlum Fərmanın icrası ilə bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 22 sentyabr 2008-ci il tarixli, 11/7-167 nömrəli əmri olsa da, Naxçıvan MR Dövlət Sosial Müdafiə X6 Şəxsi Babək Rayon İdarəsində və Babək Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində onun xx.xx.2012-ci ildən Azərbaycan Respublikasının müdafiəsi zamanı aldığı hərbi travmalar səbəbindən 3-cü qrup əlil kimi pensiya almağı ilə bağlı kifayət qədər məlumat olsa da, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 22 sentyabr 2008-ci il tarixli, 11/7-167 nömrəli əmri icra edilməyərək onun Prezident təqaüdünə təyin olunmağı təmin edilməmiş və bu səbəbdən də 8 il 6 ay (xx.xx.2012-ci ildən xx.xx.2021-ci ilədək) Prezident təqaüdünü ala bilməmişdir. Bu səbəbdən də onun sosial təminat hüququ məhdudlaşmışdır. İddiaçı göstərilənlərə əsasən “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 09 sentyabr 2008-ci il tarixli, 823 nömrəli Fərmanının müharibə əlilliyinin müəyyən edildiyi xx.xx.2012-ci il tarixdən ona şamil olunaraq, Prezident təqaüdünün xx.xx.2012-ci il tarixdən xx.xx.2021-ci il tarixədək (8 il 6 ay) olan dövr üçün hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunmuş, sərəncamla iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh orqanın yazılı etirazının qısa xülasəsi: Cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu iddiaya dair məhkəməyə ünvanlanan 12 may 2024-cü il tarixli yazılı münasibətini onunla əsaslandırmışdır ki, xx xxxxxx 1975-ci il tarixində anadan olmuş Babək rayonu, Nehrəm kəndində qeydiyyatda olmaqla orada yaşayan İddiaçı "Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təyin edilməsi ilə bağlı 18 dekabr 2023-cü il tarixli ərizə ilə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna müraciət etmişdir. Fondun Sosial müavinətlər və təqaüdlərin təyinatı şöbəsi tərəfindən İddiaçı müraciətinə baxılmış və bildirilmişdir ki, Mərkəzləşdirirmiş Elektron informasiya Sisteminin “Əlillik” altsisteminə əsasən ona xx.xx.2021-cı ıl tarixindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar, xx.xx.2021-ci il tarixinədək isə ümumi xəstəlik ilə əlaqədar İİİ dərəcəli əlillik təyin edilmişdir. Qeyd olunanlara əsasən, ona xx.xx.2021-ci il tarixindən əvvəlki dövr üçün "Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təyin edilməsi qanuna müvafiq deyil. Bununla razılaşmayan iddiaçı Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, "Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 09 sentyabr 2008-ci il tarixli, 823 nömrəli Fərmanına əsasən müharibə əlililliyi müəyyən edildiyi xx.xx.2012-ci il tarixdən xx.xx.2021-ci il tarixədək (8 il 6 ay) olan dövr üçün Prezident təqaüdünün hesablanaraq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2012-ci il tarixdən ümumi xəstəlik səbəbindən üçüncü dərəcə əlilliyə görə 363,85 manat məbləğində əmək pensiyası təyin edilmişdir. Naxçıvan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş arayışa əsasən iddiaçıya ümumi xəstəlik səbəbindən xx.xx.2005-ci il tarixdən xx.xx.2006-cı il tarixədək, təkrar xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixədək, təkrar xx.xx.2021-ci il tarixdən xx.xx.2026-cı il tarixədək üçüncü dərəcə əlillik təyin edilmişdir. Yalnız xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar xx.xx.2026-cı il tarixədək olan müddətə üçüncü dərəcə əlillik təyin edilmişdir, iddiaçıya xx.xx.2021-ci il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar İİİ dərəcə əlillik müəyyən edildiyindən Azərbaycan Respublikasının ərazi bütövlüyününü, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar müharibə əlillərinə verilən Prezident təqaüdü təyin edilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, məhkəmədən İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 09 sentyabr 2008-ci il tarixli, 823 nömrəli Fərmanının müharibə əlilliyinin müəyyən edildiyi xx.xx.2012-ci il tarixdən ona şamil olunaraq, Prezident təqaüdünün 28.12 2012-ci il tarixdən xx.xx.2021ci il tarixədək (8 il 6 ay) olan dövr üçün hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nin rədd edilməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab olunmuş, şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 14 oktyabr 2024-cü il tarixə təyin edilmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazda yazılanlara uyğun olaraq izahat verərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Yazılı sübutlar: İş materiallarında olan: - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi-Həkim Komissiyasının 07 yanvar 2021-ci il tarixli, 4 nömrəli qərarından məlum olur ki, Naxçıvan MR Babək RHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən aldığı və xx.xx.1992-ci ildən xx.xx.1992-ci ilə kimi N nömrəli hərbi hissədə müayinə və müalicə olunduğu yaralanma və travma-diaqnoz: “Sol dirsək oynağının kor güllə yarası. Sol mil sümüyünün başının və sol dirsək sümüyünün dirsək çıxıntısının oynaqdaxili çoxqəlpəli sınığı. Sol baldırın aşağı 1/3-nin dış tərəfinin kor qəlpə yarası’’ (Naxçıvan MR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin xx.xx.2020-ci il tarixlı, 8 nömrəli göndərişi, xx.xx.2020-ci il tarixli, 341 nömrəli arayışı, N nömrəli hərbi hissədən verilmiş xx.xx.1992-ci il tarixli çıxarış epikrizi, MN MHHK-mn həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”. - Babək Rayon İcra Hakimiyyətinin Nehrəm qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 15 may 2023-cü il tarixli, 1872 nömrəli arayışdan məlum olur ki, İddiaçı Babək rayon Nehrəm qəsəbəsində qeydiyyatda durur. - Babək Rayon Polis Şöbəsi tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, xx xxxxxx 1975ci il tarixdə Babək rayonu, Nehrəm kəndində doğulmuş İddiaçı Babək rayonu, Nehrəm kəndində pasport qeydiyyatındadır. - 014973 nömrəli vəsiqədə İddiaçı müharibə veteranları üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malik olduğu göstərilmişdir. - Babək Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş 044291 nömrəli vəsiqədən görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2026cı il tarixədək İİİ qrup əlillik dərəcəsi verilmişdir. - Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Babək Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən verilmiş 17 may 2023-cü il tarixli, 03/841 nömrəli arayışdan məlum olur ki, İddiaçı Mərkəzdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı İİİ qrup əlilliyi olan şəxs kimi qeydiyyatda durur və ona 330.00 manat prezident təqaüdü ödənilir, heç bir növ müavinət ödənilmir. İlkin təyinat tarixi: xx.xx.2021-ci il; diaqnozu: oynaqların kontrakturası; müddəti: xx.xx.2026-cı il - “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Babək Rayon İdarəsi tərəfindən verilmiş 17 may 2023-cü il tarixli, 03/570 nömrəli və 25 iyun 2023-cü il tarixli, 03/711 nömrəli arayışlardan aydın olur ki, İddiaçı “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Babək Rayon İdarəsində (Azərbaycan Respublikasının müdafiəsi zamanı) orqanizmin funksiyalarının (31-60%) pozulmasına görə əmək pensiyaçısı kimi uçotda durur və pensiyasının aylıq məbləği 327,20 manat təşkil edir. (Müddəti: xx.xx.2012-ci il tarixdən xx.xx.2026-cı il tarixədək). - Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 03 aprel 2024-cü il tarixli, 3-17-9-1/2-2826/2024 nömrəli məktubu ilə İddiaçı müavinət işinin surətləri məhkəməyə göndərilmişdir. - Sosial müavinətlər və təqaüdlər üzrə Babək rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin xx.xx.2021-ci il tarixli, 13 nömrəli qərarının surətindən görünür ki, İddiaçı İİİ dərəcə əlil kimi xx.xx.2021-ci il tarixdən aylıq 300 manat müavinət təyin edilmişdir. - Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 17 aprel 2024-cü il tarixli, 483 nömrəli məktubla İddiaçı dair MN MHHK-nın xx.xx.2021-ci il tarixli, 4 nömrəli qərarı və həmin qərarın verilməsinə əsas olmuş sənədlərin surəti məhkəməyə göndərilmişdir. - Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 24 may 2024-cü il tarixli, 3-17-9-4/2-896/2024 nömrəli məktubdan aydın olur ki, İddiaçı 2005-ci il 12 may tarixində Naxçıvan Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən “Sol dirsək oynağında gülləyarasından sonra dirək sümüyünün qəlpəli sınığı” diaqnozu ilə ümumi xəstəliklə əlaqədar bir il müddətinə üçüncü dərəcə ilkin əlillik təyin olunmuş və 2016-cı ilədək davamlı olaraq hər il komissiyadan keçmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli, 413 nömrəli qərarına əsasən 2016-cı ildə vətəndaşın əlillik müddəti beş il artırılmışdır. Əlillik müddəti başa çatdıqdan sonra vətəndaşın təkrar əlilliyin təyin olunması üçün göndərişi tibb müəssisəsi tərəfindən Tibbi-Sosial Ekspertiza və X3 daxil edilmiş və 2021-ci il 26 mart tarixində “Oynaqların kontrakturası” diaqnozu ilə ümumi xəstəliklə əlaqədar beş il müddətinə üçüncü dərəcə əlillik müəyyən olunmuşdur. Məlumat üçün bildirilir ki, vətəndaşın əlillik səbəbinin dəyişdirilməsi üçün göndərişi tibb müəssisəsi tərəfindən müvafiq altsistemə daxil edilmiş və sonuncu dəfə 2021-ci il 7 iyun tarixində “Oynaqların kontrakturası” diaqnozu ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 5 il müddətinə üçüncü dərəcə əlillik təyin olunmuşdur. Məktuba müraciətdə tələb olunan arxiv sənədləri əlavə edilmişdir. - Naxçıvan Muxtar Respublikası Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2021-ci il tarixli, xxxxxxx0003 nömrəli qərarı ilə İddiaçı dirsək oynağının funksional yararsız vəziyyətdə (60 dərəcədən az və ya 150 dərəcədən çox) olması, yaxud saidin tam supinasiya və ya pronasiya halında qalması, ankilozu və ya kəskin kontrakturası (hərəkətin həcminin 10 dərəcədən artıq olmaması) əlilliyin müəyyən olunması meyarı ilə xx.xx.2021-ci il tarixdən üçüncü dərəcəli əlillik qrupu təyin edilmiş, səbəb kimi ümumi xəstəlik göstərilmişdir. - Naxçıvan Muxtar Respublikası Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2021-ci il tarixli, xxxxxxx004 nömrəli qərarı ilə İddiaçı dirsək oynağının funksional yararsız vəziyyətdə (60 dərəcədən az və ya 150 dərəcədən çox) olması, yaxud saidin tam supinasiya və ya pronasiya halında qalması, ankilozu və ya kəskin kontrakturası (hərəkətin həcminin 10 dərəcədən artıq olmaması) əlilliyin müəyyən olunması meyarı ilə xx.xx.2021-ci il tarixdən üçüncü dərəcəli əlillik qrupu təyin edilmiş, səbəb kimi Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi göstərilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 22-ci maddəsində qeyd olunur ki, cəmiyyətin bir üzvü kimi, hər bir insan sosial təminat hüququna və öz ləyaqətini qoruyub saxlaya bilmək və öz şəxsiyyətini azad inkişaf etdirmək üçün iqtisadi, sosial və mədəni sahələrdə zəruri olan hüquqlarını milli səylər və beynəlxalq əməkdaşlıq vasitəsilə, hər bir dövlətin strukturu və resurslarına müvafiq olaraq həyata keçirmək hüququna malikdir. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 2-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Paktda iştirak edən hər bir dövlət bu Paktda nəzərdə tutulan hüquqların tam şəkildə həyata keçirilməsini mümkün ehtiyatların maksimum səviyyəsində təmin etmək üçün addımlar atmalıdır. Hər kəs heç bir ayrı-seçkiliyə yol verilmədən eyni hüquqlara malikdir. 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, bu Paktda iştirak edən dövlətlər, sosial sığorta da daxil olmaqla hər bir şəxsin sosial təminat hüququnu tanıyırlar. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 14.1-ci maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 14.2-ci maddəsinə əsasən diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. 14.3-cü maddəsinə əsasən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. “Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikasi Prezidentinin xx.xx.2008-ci il tarixli, 823 №-li Fərmanına əsasən “Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilmiş və orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə – 330 (üç yüz otuz) manat aylıq məbləğ müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qə- 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, cavabdeh inzibati orqanın iddia ərizəsinə qarşı təqdim etdiyi sənədlərə və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmənin əsaslandırması: İlk öncə qeyd edilməlidir ki, məhkəmə qərar qəbul edənədək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar üzrə ətraflı araşdırma aparmış, təqdim edilən sübutları tam və hərtərəfli tədqiq etməklə, iddiaçıya qarşı tərəfin dəlillərinə münasibət bildirməsi, etiraz etməsi və məhkəməyə lazımi sübutları təqdim eməsi üçün kifayət qədər imkan yaratmışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət etməzdən əvvəl cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarına qanunvericiliyin tələbləri baxımından hüquqi qiymət verərək hesab edir ki, iddia mümkün olsa da, əsassızdır. İddiaçının tələbinin məzmunundan aydın olur ki, "Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 09 sentyabr 2008-ci il tarixli, 823 nömrəli Fərmanının müharibə əlilliyinin müəyyən edildiyi xx.xx.2012-ci il tarixdən ona şamil olunaraq, Prezident təqaüdünün xx.xx.2012-ci il tarixdən xx.xx.2021-ci il tarixədək (8 il 6 ay) olan dövr üçün hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. İşin hallarına əsasən İddiaçı xx.xx.2012-ci il tarixdən ümumi xəstəlik səbəbindən üçüncü dərəcə əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Sonradan iddiaçının əlilliyinin səbəbli əlaqəsi haqqında “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır“ Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi-Həkim Komissiyasının 07 yanvar 2021-ci il tarixli, 4 nömrəli qərarı qəbul edilmişdir. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2021-ci il tarixli, xxxxxxx004 nömrəli qərarından aydın olur ki, İddiaçı xx.xx.2021-ci il tarixdən üçüncü dərəcəli əlillik qrupu təyin edilmiş, səbəb kimi Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi göstərilmişdir. Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən iddiaçıya üçüncü dərəcəli əlillik təyin olunarkən onun səbəb əlaqəsi kimi “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi” kimi müəyyən edilmişdir ki, bu hal iddiaçının müharibə əlili hesab edilməklə istinad edilən Azərbaycan Respublikası Prezidentinin 09 sentyabr 2008-ci il tarixli Fərmanının tələblərinin cavabdeh tərəfindən həmin tarixdən etibarən tətbiqini mümkün etmişdir. Yəni şəxsin əlilliyinin müəyyən edilməsinin tarixi TSEK-in qərarının qəbul edildiyi tarix hesab olunduğundan, məhz həmin tarixdən şəxsin təqaüdün alınması hüququ yaranmış olur. Belə olan halda iddiaçıya Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar xx.xx.2021-ci il tarixdən üçüncü dərəcəli əlillik qrupu təyin edildiyindən cavabdeh inzibati orqanın Prezident təqaüdünün xx.xx.2012-ci il tarixdən xx.xx.2021-ci il tarixədək (8 il 6 ay) olan dövr üçün hesablanaraq ona ödənilməsindən imtinası əsaslı olmuşdur. Beləliklə, İddiaçı cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı "Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 09 sentyabr 2008-ci il tarixli, 823 nömrəli Fərmanının müharibə əlilliyinin müəyyən edildiyi xx.xx.2012-ci il tarixdən ona şamil olunaraq, Prezident təqaüdünün xx.xx.2012-ci il tarixdən xx.xx.2021-ci il tarixədək (8 il 6 ay) olan dövr üçün hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 34.1, 35, 58.7, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı "Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 09 sentyabr 2008-ci il tarixli, 823 nömrəli Fərmanının müharibə əlilliyinin müəyyən edildiyi xx.xx.2012-ci il tarixdən ona şamil olunaraq, Prezident təqaüdünün xx.xx.2012-ci il tarixdən xx.xx.2021-ci il tarixədək (8 il 6 ay) olan dövr üçün hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə iddiası təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Tural Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar