Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-729/2024 03.09.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Əliyev Tural Yusif oğlunun sədrliyi, Rzayeva Əpruz Qasım qızının katibliyi ilə, İddiaçı cavabdeh Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “Şərur rayon 1 saylı Notariat Ofisində bağlanmış AN-İ № ******* seriyalı, 4Ə-190 qeydiyyat nömrəli, AN-İ № ******* seriyalı, 4Ə-191 qeydiyyat nömrəli, AN-İ № ******* seriyalı, 4Ə-192 qeydiyyat nömrəli və AN-İ № ******* seriyalı, 4Ə-193 qeydiyyat nömrəli alqı-satqı müqavilələrinə əsasən daşınmaz əmlak üzərində hüquqlarının dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı vəkili və nümayəndəsi vasitəsilə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Şərur rayon 1 saylı Notariat Ofisində bağlanmış AN-İ № ******* seriyalı, 4Ə-190 qeydiyyat nömrəli, AN-İ № ******* seriyalı 4Ə-191 qeydiyyat nömrəli, AN-İ № ******* seriyalı 4Ə-192 qeydiyyat nömrəli və AN-İ № ******* seriyalı 4Ə-193 qeydiyyat nömrəli alqı-satqı müqavilələrinə əsasən daşınmaz əmlak üzərində hüquqlarının dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmişdir. Sonradan 15 mart 2024-cü il tarixli məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil məhkəməyə 15 mart 2024-cü il tarixli ərizə təqdim edərək Naxçıvan MR İnzibati Məhkəməsinin icraatında olan 2-1(122)-792/2024 saylı iş üzrə cavabdeh Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin əsl cavabdeh Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə əvəz edilməsinə etiraz etmədiyini bildirib, eyni zamanda iddia tələbinə “Şərur rayon 1 saylı Notariat Ofisində bağlanmış AN-İ № ******* seriyalı, 4Ə-190 qeydiyyat nömrəli, AN-İ № ******* seriyalı 4Ə-191 qeydiyyat nömrəli, AN-İ № ******* seriyalı 4Ə-192 qeydiyyat nömrəli və AN-İ № ******* seriyalı 4Ə-193 qeydiyyat nömrəli alqı-satqı müqavilələrinə əsasən daşınmaz əmlak üzərində hüquqlarının dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin üzərinə qoyulması” kimi baxılaraq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 15 mart 2024-cü il tarixli, 2-1(122)-729/2024 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı iddia tələbinə dair hazırki inzibati iş üzrə cavabdeh Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti əsl cavabdeh Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə əvəz edilmiş, dəqiqləşdirilmiş iddia tələbi icraata qəbul edilmişdir. Məhkəmənin hazırlıq icraatı ilə bağlı növbəti məhkəmə iclası 03 sentyabr 2024-cü il tarixə təyin edilmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə tərəflərin iştirakları olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İddiaçının vəkili və nümayəndəsi Vəkil “AZEMİS” elektron məhkəmə informasiya sistemi vasitəsilə məhkəməyə daxil olmuş 31 avqust 2024-cü il tarixli ərizə göndərərək iddiaçı Vəliyev X1 Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Dövlət Reyestri publik hüquqi şəxsinə qarşı Şərur rayon 1 saylı Notariat Ofisində bağlanmış AN-İ № ******* seriyalı, 4Ə-190 qeydiyyat nömrəli, AN-İ№ ******* seriyalı, 4Ə-191 qeydiyyat nömrəli, AN-İ № ******* seriyalı, 4Ə-192 qeydiyyat nömrəli və AN-İ№ ******* seriyalı, 4Ə-193 qeydiyyat nömrəli alqı-satqı müqavilələrinə əsasən daşınmaz əmlak üzərində hüquqlarının dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması tələbi ilə iddia qaldırıldığını, irəli sürülmüş iddia tələbi üzrə tərəflər arasında olan razılaşmaya əsasən işin məhkəmədənkənar qaydada həll edildiyini, qeyd edilən alqı-satqı müqavilələrinə əsasən daşınmaz əmlak üzərində iddiaçının hüquqları dövlət qeydiyyatına alınmaqla ona bununla bağlı müvafiq çıxarışların verildiyini, ərizəsində göstərilənləri və prosessual qanunvericiliyin müddəalarını nəzərə alaraq 2-1(122)-729/2024 saylı iş üzrə icraata xitam verilməsi və təqdim edilmiş sənədlərin geri qaytarılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Belə ki, iddiaçının vəkili və nümayəndəsinin məhkəməyə təqdim etdiyi müraciətindən görünür ki, o, iddia tələbindən imtina etməməklə ərizənin geri qaytarılması arzusundadır və iddia tələbinə baxılmasını arzu etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 15.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatında tərəflər mübahisəyə baxılmasını bilavasitə özləri tərəfindən, yaxud mediasiya vasitəsilə bağlanılmış barışıq sazişi ilə, iddiaçının iddiadan imtina etməsi ilə, cavabdehin iddianı qəbul etməsi ilə və ya hüquqi mübahisənin nizamlanması barədə müştərək bəyanatla sona çatdıra bilərlər. - 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 29 aprel 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, icraata xitam verilməsi barədə qərardad iki halda qəbul edilir: iddiaçı iddiadan özü imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda. Qərarda həmçinin qeyd olunmuşdur ki, İPM-in 55.3-cü maddəsindəki qərardad (iddianın geri götürülmüş sayılması barədə) və həmin Məcəllənin 55.5-ci maddəsindəki qərardad (icraata xitam verilməsi barədə) iki ayrı-ayrı məsələni həll edir. Qanunverici İPMin 55.5-ci maddəsində yalnız icraata xitam verilməsi barədə qərardaddan şikayətin mümkünsüzlüyünü açıq və aydın müəyyən etdiyi halda, bu qaydanın həmin Məcəllənin 55.3-cü maddəsindəki qərardadla əlaqədar tətbiqini nəzərdə tutmadığından, həmin qayda İPM-in 55.3-cü maddəsi ilə şəxsin məhkəməyə müraciət etmək hüququnu nizamlamır və bu hüququn həcminə təsir etməməlidir. Göründüyü kimi, inzibati prosessual qanunvericilikdə iddia ərizəsinin ərizə əsasında geri qaytarılması nəzərdə tutulmasa da, inzibati icraat üzrə iddianın baxılması və icraatın aparılması iddiaçının iradə ifadəsindən asılı edilməklə İPM-in 15-ci maddəsində tərəflərin mübahisəyə baxılmasının sona çatdırılması halları müəyyən edilmişdir. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, İddiaçı cavabdeh Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “Şərur rayon 1 saylı Notariat Ofisində bağlanmış AN-İ № ******* seriyalı, 4Ə-190 qeydiyyat nömrəli, AN-İ № ******* seriyalı, 4Ə-191 qeydiyyat nömrəli, AN-İ № ******* seriyalı, 4Ə-192 qeydiyyat nömrəli və AN-İ № ******* seriyalı, 4Ə-193 qeydiyyat nömrəli alqı-satqı müqavilələrinə əsasən daşınmaz əmlak üzərində hüquqlarının dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası geri götürülmüş hesab edilməli, bu əsasla da iş üzrə icraata xitam verilməlidir. İddiaçı tərəfin diqqətinə çatdırılır ki, ərizə əsasında iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması və iş üzrə icraata xitam verilməsi ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 15.2, 55, 80 və 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçının vəkili və nümayəndəsi Vəkil ərizəsi təmin edilsin. İddiaçı cavabdeh Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “Şərur rayon 1 saylı Notariat Ofisində bağlanmış AN-İ № ******* seriyalı, 4Ə-190 qeydiyyat nömrəli, AN-İ № ******* seriyalı, 4Ə-191 qeydiyyat nömrəli, AN-İ № ******* seriyalı, 4Ə-192 qeydiyyat nömrəli və AN-İ № ******* seriyalı, 4Ə-193 qeydiyyat nömrəli alqı-satqı müqavilələrinə əsasən daşınmaz əmlak üzərində hüquqlarının dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası geri götürülmüş hesab edilsin və bu əsasla da iş üzrə icraata xitam verilsin. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçının vəkili və nümayəndəsi Vəkil geri qaytarılsın. Qərardaddan qərardad rəsmi qaydada təqdim olunduğu vaxtdan (elan olunduğu vaxtdan) 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Tural Əliyev
Məhkəmə qərarları › İş №2-1(122)-729/2024
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-729/2024
03.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver