Məhkəmə qərarları › İş №2-1(122)-73/2020

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-73/2020

13.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-73/2020 13.08.2020 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, X2liyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Naxçıvan Şəhər Polis İdarəsinə qarşı X5 ünvan 1 ünvanının qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi barədə inzibati mübahisə üzrə işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Naxçıvan Şəhər Polis İdarəsinə qarşı X5 ünvan 1 ünvanının qeydiyyatından çıxarılması öhdəliyinin Naxçıvan Şəhər Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı vəkili və nümayəndəsi iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı bağışlama müqaviləsi əsasında 11.02.2010-cu il tarixdə Naxçıvan şəhəri, H.Əliyev prospektimdə istifadədə olan 0.072 ha torpaq sahəsində yerləşən 60 nömrəli, 4 mərtəbəli binanın 1-ci girişində, 4-cü mərtəbəsində, 58.21 kv.metr ümumi 45.57 kv.metr yaşayış sahəsindən ibarət 3 otaqlı, 10 nömrəli mənzili tam mülkiyyət hüququ üzrə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçirərək adına hüquqların dövlət qeydiyyatı haqqında MH seriyalı, ******* nömrəli çıxarış almış, müəyyən müddətdir ki, ailəliklə işləmək məqsədi ilə Türkiyə Respublikasına gedərək orada yaşayırlar. Orada yaşamadıqları müddətdə bacısı qızı X7 2017-ci il tarixdə onun xəbəri və razılığı olmadan mülkiyyət hüququ üzrə ona məxsus olan evə pasport qeydiyyatına düşmüşdür. X3 adlı şəxslə 10 ildən artıqdır ki, ailə qurub, onun evindən çıxıb, 4 nəfər övladları var və birlikdə Natiqə məxsus evdə yaşayırlar. O, dəfələrlə D.Mehdiyevadan ona məxsus olan evdən pasport qeydiyyatından çıxmasını tələb etsə də o, hərdən bir bəhanə gətirərək ona məxsus olan evdən pasport qeydiyyatından çıxmaq istəməyərək onun mülkiyyəti üzərində öz qanuni hüquqlarını həyata keçirməyə mane olur. O, öz əmlakı üzərində mülkiyyət hüquqlarını istədiyi kimi həyata keçirə bilmir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. O, evinin qeydiyyatında olan X5 qeydiyyatdan çıxarılması barədə Naxçıvan Şəhər Polis İdarəsinə göndərdiyi ərizəsi Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri üzrə qeydiyyata alınması və çıxarılması haqqında Azərbaycan Respublikası Daxili İşlər Nazirinin 02.09.2010-cu il tarixli, 550 nömrəli əmrinin 5-ci bəndinə uyğun olmadığından icra edilməmiş, bununla da onun Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan mülkiyyət hüquqları pozulmuşdur. Azərbaycan Respublikasının MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. İddiaçı vəkili və nümayəndəsi Vəkil göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2 və 33-cü maddələrini rəhbər tutaraq X5 iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanının qeydiyyatından çıxarılması öhdəliyinin Naxçıvan Şəhər Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, hazırlıq icraatına başlanılmış, mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanuna müvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 30 iyun 2020-ci il tarixli, 2- 1(122)-73/2020 nömrəli qərardadı ilə X7 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra işin şifahi məhkəmə baxışına keçirilməsi üçün kifayət qədər əsaslar olduğu nəzərə alınaraq, şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 13 avqust 2020-ci il tarixə təyin edilmişdir. Cavabdeh Naxçıvan Şəhər Polis İdarəsi şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə, həmçinin şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədiyi halda cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmiş, lakin, Naxçıvan Şəhər Polis İdarəsi nümayəndəsinin iştirakı olmadan işə baxıb müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı və üçüncü şəxs X5 qeydiyyatda olduğu ünvanlarına məhkəmə bildirişi göndərilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən iddiaçının, cavabdehin nümayəndəsinin və üçüncü şəxs X5 iştirakları olmadan işə baxılmasını mümkün hesab edir. 30 iyul 2020-ci il tarixə təyin edilmiş hazırlıq icraatı ilə bağlı məhkəmə iclasında üçüncü şəxs X1 şəhəri, Heydər Əliyev prospekti ev 60, mənzil 10 ünvanının pasport qeydiyyatında olduğunu, həmin mənzildən 2011-ci ildə ailə qurduqdan sonra yaşamaq üçün qayınanasına məxsus Şərur rayonu, Tənənəm kəndində yerləşən evə getdiyini, hazırda həmin evdə yaşadığını, Naxçıvan şəhəri, Heydər Əliyev prospekti, ev 60, mənzil 10 ünvanının qeydiyyatından çıxması və yaşayış və istifadə hüququ müqabilində xalası İddiaçı vəkili və nümayəndəsi Vəkil vasitəsi ilə ona 1000 (bir min) manat məbləğində pul aldığını və həmin pulu qəbul etdiyini, Naxçıvan şəhəri, Heydər Əliyev prospekti, ev 60, mənzil 10 ünvanının pasport qeydiyyatından çıxarılmasına heç bir etirazının olmadığını və gələcəkdə həmin mənzillə bağlı hər hansı bir şikayət və tələbinin olmayacağını bildirmiş, bundan sonra keçiriləcək məhkəmə iclasında səhhəti ilə əlaqədar olaraq iştirak edə bilməyəcəyindən iştirakı olmadan işə baxıb müvafiq qərar qəbul edilməsini xahiş etmiş, bu barədə yazdığı və notarial qaydada təsdiq edilmiş ərizələrini məhkəməyə təqdim etmişdir. Şifahi məhkəmə baxışı iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia tələbinin məzmununa uyğun izahat verərək, X5 Naxçıvan şəhəri, Heydər Əliyev prospekti, ev 60, mənzil 10 ünvanının qeydiyyatından çıxarılması öhdəliyinin cavabdeh Naxçıvan Şəhər Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iş materiallarına cavabdehin imtina məktubunu, evin əldə olunmasna dair sənədləri, qeydiyyatla bağlı arayışı, bağışlama müqaviləsini, şəxsiyyət vəsiqəsinin surətini əlavə etmişdir. Həmin sənədlərin və materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə, mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsi) hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki, iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli, 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. İddia mahiyyəti üzrə uğurludur, yəni əsaslıdır. Belə ki, iş materiallarında olan Naxçıvan Şəhər Polis İdarəsinin Naxçıvan şəhəri, Heydər Əliyev prospekti, ev 60, mənzil 10 ünvanında qeydiyyatda olan İddiaçı vəkili və nümayəndəsi Vəkil ünvanladığı 30 may 2020-ci il tarixli, 7/1576-Z498 nömrəli məktubundan görünür ki, X5 Naxçıvan şəhəri, Heydər Əliyev prospekti, ev 60, mənzil 10 ünvanının qeydiyyatından çıxarılması tələbindən imtina edilmişdir. İş materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən 01 mart 2010-cu il qeydiyyat tarixli, MH seriyalı, ******* nömrəli çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Naxçıvan şəhəri, Heydər Əliyev prospektində istifadədə olan 0.072 ha torpaq sahəsində yerləşən 60 nömrəli, 4 mərtəbəli binanın 1-ci girişində, 4-cü mərtəbəsində, 58.21 kv.m ümumi, 45.57 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı, 10 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 8 nömrəli reyestr kitabının 1428 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan ünvan 3ənzil istismar İdarəsinin 12 noyabr 2019 cu il tarixli arayışından görünür ki, X1 şəhəri, Heydər Əliyev prospekti, ev 60, mənzil 10 ünvanının pasport qeydiyyatındadır. İş materiallarında olan 11 fevral 2010-cu il tarixli bağışlama müqaviləsinin surətindən görünür ki, X4 şəhəri, Heydər Əliyev prospekti, ev 60, mənzil 10-da yerləşən payından 10/onda bir/ hissəsini bacısı İddiaçı bağışlamışdır. İş materiallarında olan AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı 22 avqust 1961-ci ildə ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş ünvan 3ənzil İstismar İdarəsinin 06 iyul 2020-ci il tarixli, 816 nömrəli arayışından görünür ki, X1 şəhəri, Heydər Əliyev prospekti, ev 60, mənzil 10 ünvanında qeydiyyatdadır, lakin, 2011-ci il tarixdə ailə qurduqdan sonra həmin ünvanda yaşamır. İş materiallarına əlavə olunmuş ünvan 3ənzil İstismar İdarəsinin 07 iyul 2020-ci il tarixli, 822 nömrəli arayışından görünür ki, X1 şəhəri, Heydər Əliyev prospekti, ev 60, mənzil 10 ünvanında yaşamır və kommunal xidməti borclarını özü ödəməyibdir. İş materiallarına əlavə olunmuş notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, X1 şəhəri, Heydər Əliyev prospekti, ev 60, mənzil 10 ünvanının qeydiyyatından çıxması və yaşayış və istifadə hüququ müqabilində 1000 (bir min) manat pul almış, İddiaçı mülkiyyətində olan Naxçıvan şəhəri, Heydər Əliyev prospekti, ev 60, mənzil 10 ünvanı ilə bağlı indi və gələcəkdə hər hansı bir şikayət və tələbi olmayacaqdır. İş materiallarına əlavə olunmuş Naxçıvan Bələdiyyəsinin məhkəməyə ünvanlandığı 06 iyul 2020-ci il tarixli, 98 nömrəli, 22 iyul 2020-ci il tarixli, 108 nömrəli və 06 avqust 2020ci il tarixli, 126 nömrəli məktublarından görünür ki, Naxçıvan Bələdiyyəsinə daxil olmuş məhkəmə sərəncamları, bildirişləri və qərardadları ünvan 1 ünvanına aparılmış və adı çəkilən vətəndaş olmadığından həmin sənədlərin təqdim edilməsinin mümkün olmadığı bildirilmişdir. Üçüncü şəxsin iddiaçıya məxsus fərdi yaşayış evində yaşamaması onun qeydiyyatının formal olduğunu göstərir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı ”İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və ya kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür (maddə 2). Müvafiq icra hakimiyyəti orqanları (“müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər) tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan bu hallarda çıxarılır: yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının (“müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər) məlumatına əsasən; başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının (“müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər) məlumatına əsasən; ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında (maddə 9). Məhkəmə, həmçinin qeyd edir ki, vətəndaş qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizəanketlə birlikdə yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsini təqdim etməlidir. İş materiallarından görünür ki, üçüncü şəxs X5 həmin fərdi yaşayış evindən istifadə hüququna dair heç bir sübut yoxdur və həmin fərdi yaşayış evində qeydiyyatda qalması üçün əsas olan sənədlər mövcud deyildir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə görə yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 2-ci maddəsinin birinci abzasında qeyd edilir ki, şəxsin yaşayış yeri -tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri , sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 5-ci maddəsinin 2-ci abzasında qeyd edilir ki, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə şəxsiyyət vəsiqəsini, yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsini təqdim etməlidir. Göründüyü kimi hər bir şəxs yaşayış yeri üzrə qeydiyyata alınmalıdır. Şəxsin yaşayış yeri yuxarıda qeyd edilən hüquq normalarına görə daimi və ya daha çox yaşadığı ev, mənzil başa düşülür. Buna görə də məhkəmə hesab edir ki, X1 şəhəri, Heydər Əliyev prospekti, ev 60, mənzil 10 ünvanında yerləşən fərdi yaşayış evində yaşamadığından və həmin fərdi yaşayış evi onun yaşayış yeri olmadığına görə sözügedən evdə qeydiyyatda qalması düzgün deyildir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Bütün qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia tələbi təmin edilməli, üçüncü şəxs X5 Naxçıvan şəhəri, Heydər Əliyev prospekti, ev 60, mənzil 10 ünvanının qeydiyyatından çıxarılması öhdəliyi Naxçıvan Şəhər Polis İdarəsinin üzərinə qoyulmalıdır. Ödənilmiş dövlət rüsumu məsələsini müzakirə edərək məhkəmə hesab edir ki, iddia tələbi təmin olunduğundan ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən, prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 4, 68-69, 75, 81, 85 və 110.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilir. İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanının qeydiyyatından X5 çıxarılması öhdəliyi cavabdeh Naxçıvan Şəhər Polis İdarəsinin üzərinə qoyulur. İş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçıya aid edilir. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN : HİCRAN MURADOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar