Məhkəmə qərarları › İş №2-1(122)-733/2023

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-733/2023

16.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-733/2023 16.08.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Əliyev Adəm Qurban oğlunun katibliyi, İddiaçı cavabdeh Babək Rayon İcra Hakimiyyətinə qarşı "onun və mərhum atası X1 mülkiyyətində olan Babək rayonu, Şıxmahmud kəndində yerləşən povilyon çayxananın və Araz KM yenidən tikilməsi üçün ərazinin ona geri qaytarılması və ya həmin qeyri-yaşayış binalarının dəyəri olan 200000 (iki yüz min) manat kompensasiyanın Babək Rayon İcra Hakimiyyətindən alınıb ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Babək Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun və mərhum atası X1 mülkiyyətində olan Babək rayonu, Şıxmahmud kəndində yerləşən povilyon çayxananın və Araz KM yenidən tikilməsi üçün ərazinin ona geri qaytarılması və ya həmin qeyri-yaşayış binalarının dəyəri olan 200000 (iki yüz min) manat kompensasiyanın Babək Rayon İcra Hakimiyyətindən alınıb ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş və şifahi icraat qaydasında mümkünlük iclası 16 avqust 2023-cü il tarixə təyin edilərək bu barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iş üzrə İddiaçı və cavabdeh Babək Rayon İcra Hakimiyyətinin nümayəndəsi heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdirlər. Odur ki, məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakları olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İddiaçı dəftərxana vasitəsi ilə məhkəməyə 11 avqust 2023-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizə ünvanlayaraq, İddiaçı cavabdeh Babək Rayon İcra Hakimiyyətinə qarşı onun və mərhum atası X1 mülkiyyətində olan Babək rayonu, Şıxmahmud kəndində yerləşən povilyon çayxananın və Araz KM yenidən tikilməsi üçün ərazinin ona geri qaytarılması və ya həmin qeyri-yaşayış binalarının dəyəri olan 200000 (iki yüz min) manat kompensasiyanın Babək Rayon İcra Hakimiyyətindən alınıb ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinin cavabdeh tərəfindən təmin edildiyindən iddiadan imtina etdiyini, məhkəmədən iddiadan imtina barədə ərizəni qəbul edib, iş üzrə icraata xitam verilməsini xahiş etdiyini və iddiadan imtina etməyinin hüquqi nəticələrinin ona məlum olduğunu bildirmişdir. Məhkəmə iddiaçının 11 avqust 2023-cü il tarixli ərizəsini nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddiaçının ərizəsi təmin edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: - 55.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. - 55.4-cü maddəsinə əsasən iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. - 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Babək Rayon İcra Hakimiyyətinə qarşı "onun və mərhum atası X1 mülkiyyətində olan Babək rayonu, Şıxmahmud kəndində yerləşən povilyon çayxananın və Araz KM yenidən tikilməsi üçün ərazinin ona geri qaytarılması və ya həmin qeyri-yaşayış binalarının dəyəri olan 200000 (iki yüz min) manat kompensasiyanın Babək Rayon İcra Hakimiyyətindən alınıb ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası üzrə İddiaçı 11 avqust 2023-cü il tarixli ərizəsi təmin edilməli və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və İPM-in 55.1, 55.4, 55.5, 80 və 83-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı 11 avqust 2023-cü il tarixli ərizəsi təmin edilsin. İddiaçı cavabdeh Babək Rayon İcra Hakimiyyətinə qarşı "onun və mərhum atası X1 mülkiyyətində olan Babək rayonu, Şıxmahmud kəndində yerləşən povilyon çayxananın və Araz KM yenidən tikilməsi üçün ərazinin ona geri qaytarılması və ya həmin qeyri-yaşayış binalarının dəyəri olan 200000 (iki yüz min) manat kompensasiyanın Babək Rayon İcra Hakimiyyətindən alınıb ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan şikayət verilə bilməz. SƏDRLİK EDƏN: HİCRAN MURADOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar