Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-742/2025 17.10.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyev Tural Yusif oğlunun sədrliyi, Rzayeva Əpruz Qasım qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Ordusunun (xx.xx.2021-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrinin) hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli, 569 nömrəli Fərmanına uyğun olaraq, dövlət vəsaiti hesabına mənzillə təmin olunmalı hərbi qulluqçuların müvafiq siyahısına daxil edilməsi barədə vəzifənin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 təqvim ilindən artıq qüsursuz xidmət etmiş hərbi qulluqçu kimi müvafiq siyahılara daxil edilərək dövlət vəsaiti hesabına mənzillə təmin edilməyinə dair cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə inzibati öhdəlik qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin “polkovnik-leytenant” rütbəli ehtiyatda olan zabitidir. 1994-1998-ci illər ərzində Bakı Ali Hərbi Dənizçilik Məktəbində üzrə ali hərbi təhsil almışdır. 1998-2006-ci illər ərzində Müdafiə Nazirliyinin 216, 050, 779, N və N nömrəli hərbi hissələrində xidmət etmişdir. 2006-cı ildə xidməti zərurətlə əlaqədar olaraq xidmətini davam etdirmək üçün Müdafiə Nazirliyindən Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinə ezam olunmuş və həmin Nazirlikdə 2022-cı ilədək xidmət etmişdir. 16 noyabr 2022-ci ilin tarixində “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusuna görə) ehtiyata buraxılmışdır. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin sıralarında ümumilikdə təqvim hesabı ilə 28 (iyirmi səkkiz) il 3(üç) ay ərzində qüsursuz həqiqi hərbi xidmət keçmişdir. Xidmət etdiyi dövrdə dəfələrlə komandanlıq tərəfindən həvəsləndirilmiş, medallarla təltif olunmuşdur. O cümlədən, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı X3 müvafiq Sərəncamları ilə 'Hərbi xidmətlərə görə” medalı ilə, Cənab Prezidentin adından verilməklə müvafiq əmrləri ilə "Qüsursuz xidmətə görə” medalın hər dərəcəsi və bir sıra yubiley medalları ilə təltif olunmuşdur. Mövcud qanunvericiliyə əsasən dövlət hesabına mənzillə təmin olunmaq hüququ vardır. Bu hüququ gerçəkləşdirmək üçün Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə rəsmi müraciətlər etmişdir. O, ilkin olaraq, verdiyi iddiasında cavabdeh qismində Azərbaycan Respublikasının Maliyyə Nazirliyini seçmişdir. Onun iddiası Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsində 2-1(122)-162/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə əsasız sayılmışdır. Həmin qərardadan apelyasiya şikayəti vermiş və Naxçıvan MR Ali Məhkəməsi İnzibati kollegiyasının 2-1(108)-27/2025 nömrəli, xx.xx.2025ci il tarixli qərardadı ilə şikayəti təmin olunmamışdır. Belə ki, onun pozulmuş hüquqlarını bərpa etmək üçün cavabdeh şəxs olaraq Azərbaycan Respublikasının Müdafiə Nazirliyini seçmişdir. Onun iddiası məhkəmədə baxılarkən müxtəlif sorğular göndərilmişdir və həmin sorğulara gələn cavablarda aşağıda göstərilən məlumatlar əks etdirilmişdir: Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən xx.xx.2024-cü il tarixli, 3-18/2- 3304/2024 nömrəli məktubunda yazılıb: “Müdafiə Nazirliyindən ezam edilmiş polkovnikleytenant İddiaçı xx.xx.2006-cı il tarixdən həqiqi hərbi xidmətini Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyində davam etdirmiş, xx.xx.2022-ci il tarixda FHN-nin 0895/ş nömrəli əmri ilə “Hərbi xidmətkeçma haqqında" əsasnamənin 156-cı maddəsinin (j) bəndinə görə, öz arzusu əsasında həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 aprel tarixli, 394 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi haqqında” Əsasnamənin 10.5-ci bəndinə görə Nazirliyin hərbi qulluqçuları xidməti vəzifələrinə uyğun olaraq hərbi nizamnamələrə va digər qanunvericilik aktlarına müvafiq həqiqi hərbi xidmət keçirlər, Silahlı Qüvvələrin hərbi qulluqçuları üçün nəzərdə tutulmuş hüquqlardan istifadə edirlər. “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən 24 oktyabr 2024-cü il tarixli, 3-23/2-7237/2024 nömrəli məktubunda yazılıb: “Bildirilir ki, “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli, 569 nömrəli Fərmanı ilə yaradılmış Komissiyanın 2012-ci il 11 yanvar tarixli Protokoluna əsasən dövlət vəsaiti hesabına mənzillərlə təmin olunacaq hərbi qulluqçuların siyahısının hazırlanaraq Komissiyaya təqdim olunması Müdafiə Nazirliyinə həvalə olunmuşdur. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən 01 iyun 2024-cü il tarixli, 3-25-22/2-xxxx/2024 nömrəli məktubunda yazılıb: “İddiaçı Azərbaycan Ordusunda 20 təqvim ilindən artıq qüsursuz xidmət etmiş hərbi qulluqçu kimi müvafiq siyahılara daxil edilmə öhdəliyinin iddia tələbinə dair" Müdafiə Nazirliyində aidiyyəti üzrə baxılmışdır. Azərbaycan Respublikasi Prezidentinin “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə" 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanının 2-ci hissəsinə əsasan yaradılmış Komissiyada Azərbaycan Ordusu sıralarında 20 (iyirmi) təqvim ili va daha çox qüsursuz xidmət etmiş, dövlət vəsaiti hesabına mənzil təminatına baxılır. Bununla əlaqədar olaraq Müdafiə Nazirliyinin müvafiq idarəsi tərəfindən hərbi qulluqçuların mənzil növbəsinə qoyulmasına tələb olunan sənədlər toplanılaraq növbəyə qoyulması və gələcəkdə mənzillərin verilməsi məqsədi ilə sözügedən Komissiyaya təqdim olunur. Komissiya tərəfindən məqbul sayıldığı halda namizəd növbəyə götürülərək gələcəkdə veriləcək mənzil üzrə qərar təsdiqlənir.” Son olaraq Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə göndərilmiş ərizəsi (mənzil təminatına dair) cavabsız olaraq qalıb. Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli, 6663 saylı cavab məktubunda qeyd olunur ki, “Azərbaycan Respublikası Prezidentinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi barədə” 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanına uyğun olaraq Müdafiə Nazirliyi tərəfindən Müdafiə Nazirliyi strukturunda 20 təqvim ili və daha çox qüsursuz həqiqi hərbi xidmətdə olmuş, yaşayış sahəsinə ehtiyacı olan hərbi qulluqçuların mənzil təminatına baxılır. Azərbaycan Ordusunda 20 təqvim ilindən az xidmət etdiyi üçün (xx.xx.1994xx.xx.2006, 12 il 3 ay 11 gün) Azərbaycan Respublikası Prezidentinin 569 nömrəli Fərmanı ona şamil edilmir. Belə ki, Azərbaycan Ordusu sıralarında 20 təqvim ilindən az xidmət etmiş hərbi qulluqçuların mənzil təminatı “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsi ilə tənzimlənir. Buna görə də onun mənzil təminatı ilə bağlı qeydiyyatda olduğu rayon icra hakimiyyətinə və ərazi üzrə bələdiyyə orqanına müraciət etməyi məqsdəuyğundur." Ona verilmiş imtinanı və cavabdehin mövqeyini əsassız hesab etdiyindən məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. İddiaçı göstərilənləri rəhbər tutaraq, məhkəmədən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 təqvim ilindən artıq qüsursuz xidmət etmiş hərbi qulluqçu kimi müvafiq siyahılara daxil edilərək dövlət vəsaiti hesabına mənzillə təmin edilməyinə dair cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə inzibati öhdəlik qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunmuş, sərəncamla iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh orqanın yazılı etirazının qısa xülasəsi: Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi məhkəməyə 07 mart 2025ci il tarixli, 3-25-4/2-1400/2025 nömrəli yazılı münasibətini onunla əsaslandırmışdır ki, işin faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxmından hesab edilir ki, iddia tələbi əsassız olduğundan təmin edilə bilməz. Belə ki, “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanında Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi nəzərdə tutulmuşdur. Bu Fərmanda dəyişilik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 noyabr 2021-ci il tarixli 1476 nömrəli Fərmanı ilə həmin Fərmanın adında və 1-ci hissəsində "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin” sözləri “Azərbaycan Ordusu"nun sözləri ilə əvəz edilmişdir. Həmin Fərmanın birinci hissəsinə uyğun olaraq dövlət vəsaiti hesabına mənzillərlə təmin olunan hərbi qulluqçuların siyahısını hazırlamaq, tələb olunan mənzillərin sayını və bölgüsünü müəyyən etmək məqsədi ilə komissiya yaradılmışdır. Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə düşən vəzifə dövlət vəsaiti hesabına mənzillərlə təmin olunan hərbi qulluqçuların siyahısını hazırlamaq və həmin siyahını komissiyaya təqdim etməkdir. Dövlət başçısı qəbul etdiyi normativ hüquqi aktda məhz "Azərbaycan Ordusu"nda 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçulara münasibətdə dövlət vəsaiti hesabına mənzillə təmin olunmaq imtiyazı müəyyən etmişdir. Göründüyü kimi Fərmanın məqsədinin məhz "Azərbaycan Ordusu"nda xidmət etmiş hərbi qulluqçularla bağlı olması aşkar surətdə müəyyən edilmişdir. Fərmana əsasən üç şərt daxilində hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilmə hüququ yaranır: 1. Hərbi qulluqçu ən azı 20 (iyirmi) təqvim ili və daha çox xidmət etməli; 2. Hərbi qulluqçu “Azərbaycan Ordusu"nda xidmət etməli; 3. Hərbi xidmət qüsursuz olmalıdır. Azərbaycan Respublikasının Silahlı Qüvvələri (Azərbaycan Ordusu) dedikdə 29 dekabr 2017-ci il tarixədək Qüvvədə olmuş "Azərbaycan Respublikası Silahlı Qüvvələri haqqında" (Azərbaycan Respublikasının Prezidentinin 09 oktyabr 1991-ci il tarixli 210-Xİİ nömrəli) Qanununun 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Silahlı Qüvvələri quru qoşunlarından, hava hücumundan müdafiə və hərbi-hava, hərbi-dəniz qüvvələrindən ibarətdir. Azərbaycan Ordusu və Azərbaycan Respublikasının Silahlı Qüvvələri anlayışları arasında fərqləndirmə aparılmışdır ki, Azərbaycan Ordusu dedikdə, Silahlı Qüvvələrin əsas tərkib hissəsi olmaqla Azərbaycan Respublikasına qarşı yönəlmiş təcavüzün dəf edilməsini, ərazi bütövlüyünün və toxunulmazlığının silahlı müdafiəsini təmin edən və fəaliyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən təşkil edilən silahlı birləşmə başa düşülür. Çünki İddiaçı "Azərbaycan Ordusu"nda hərbi xidməti 16 avqust 1994-cü il tarixdən 27 noyabr 2006-cı il tarixədək yəni 12 (on iki) il 03 (üç) ay 11 (on bir) gün) təşkil edir. Beləliklə iddiaçının Azərbaycan Ordusunda həqiqi hərbi xidməti 20 təqvim ili xidmət etmədiyi üçün Fərmana uyğun olaraq dövlət vəsaiti hesabına mənzillə təmin edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən məhkəmədən İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İddiaçı məhkəməyə 21 aprel 2025-ci il tarixli ərizə göndərərək məhkəmədən “Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Ordusunun (xx.xx.2021-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrinin) hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli, 569 nömrəli Fərmanına uyğun olaraq, dövlət vəsaiti hesabına mənzillə təmin olunmalı hərbi qulluqçuların müvafiq siyahısına daxil edilməsi barədə vəzifənin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 05 iyun 2025-ci il tarixli, 2-1(122)-742/2025 nömrəli qərardadı ilə İddiaçı tərəfindən dəqiqləşdirilmiş iddia tələbi icraata qəbul edilmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin sərəncamı ilə işin şifahi məhkəmə baxışına keçirilməsi üçün kifayət qədər əsaslar olduğu nəzərə alınaraq şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 17 oktyabr 2025-ci il tarixə təyin olunmuşdur. İddiaçı məhkəməyə xx.xx.2025-ci il tarixli ərizə göndərərək 17 oktyabr 2025-ci il tarixdə keçiriləcək məhkəmə iclasında ailə vəziyyətilə bağlı və digər səbəblərə görə iştirak edə bilməyəcəyini bildirərək məhkəmədən bu halın nəzərə alınmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, heç bir üzrlü səbəb göstərmədən nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən iddiaçının və cavabdehin nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Yazılı sübutlar: İş materiallarında olan: - Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Əsaslı Tikinti İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 11 mart 2024-cü il tarixli, 22/478 nömrəli məktubdan məlum olur ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli, 569 nömrəli Fərmanının ikinci hissəsinə əsasən yaradılmış Komissiya tərəfindən, Azərbaycan Ordusu sıralarında 20 (iyirmi) təqvim ili və daha çox qüsursuz xidmət etmiş, yaşayış sahəsinə ehtiyacı olan hərbi qulluqçuların mənzil təminatına baxılır. Azərbaycan Ordusunda 20 (iyirmi) təqvim ilindən az xidmət etdiyi üçün (xx.xx.1994-xx.xx.2006; 12 il 03 ay 11 gün), Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanı ona şamil edilmir. Azərbaycan Ordusu sıralarında 20 (iyirmi) təqvim ilindən az xidmət etmiş hərbi qulluqçuların mənzil təminatı “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsi ilə tənzimlənir. Müraciətinizin təmin olunması ilə bağlı aidiyyəti icra orqanına müraciət etməyi tövsiyyə olunmuşdur. - Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi Yusifəli Qurbanova ünvanlanmış 30 may 2024-cü il tarixli, 3-23/2-2983/2024 nömrəli məktubdan aydın olur ki, “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli, 569 nömrəli Fərmanında Azərbaycan Ordusunun 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçularının dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi nəzərdə tutulmuşdur. Məlumat üçün bildirilir ki, sözügedən Fərman qüvvəyə mindiyi tarixdən Fərmanın 2-ci hissəsi ilə yaradılmış Komissiyanın katibliyinə Müdafiə Nazirliyi tərəfindən Azərbaycan Ordusunda 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların siyahıları təqdim edildikdən sonra Komissiyanın iclasında mənzil növbəsinə qəbul edilərək həmin hərbi qulluqçuların mənzil təminatı növbəlilik prinsipi əsasında mərhələli şəkildə Müdafiə Nazirliyi tərəfindən həyata keçirilir. Eyni zamanda bildirilir ki, “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli 569 nömrəli Fərmanına əsasən yalnız Azərbaycan Ordusunda 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların mənzillə təmin edilməsi təsbit olunduğu və sözügedən hərbi qulluqçunun Azərbaycan Ordusu sıralarında xidmət ili 1994-2006-cı illəri əhatə etdiyindən (12 il) mənzil təminatının Fərmanın əhatə dairəsinə düşmədiyi barədə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin müvafiq məktubları ilə İddiaçı məlumat verilmişdir. - Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi Yusifəli Qurbanova ünvanlanmış 01 iyun 2024-cü il tarixli, 3-25-22/2-1212/2024 nömrəli məktubdan məlum olur ki, Azərbaycan Respublikası Prezidentinin 'Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə" 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən yaradılmış Komissiyada Azərbaycan Ordusu sıralarında 20 (iyirmi) təqvim ili və daha çox qüsursuz xidmət etmiş, yaşayış sahəsinə ehtiyacı olan hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzil təminatına baxılır. Bununla əlaqədar olaraq Müdafiə Nazirliyinin müvafiq idarəsi tərəfindən hərbi qulluqçuların mənzil növbəsinə qoyulmasına tələb olunan sənədlər toplanılaraq növbəyə qoyulması və gələcəkdə mənzillərin verilməsi məqsədi ilə sözügedən Komissiyaya təqdim olunur. Komissiya tərəfindən məqbul sayıldığı halda namizəd növbəyə götürülərək gələcəkdə veriləcək mənzil üzrə qərar təsdiqlənir. - Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi Yusifəli Qurbanova ünvanlanmış 11 iyun 2024-cü il tarixli, 3-18/2-3304/2024 nömrəli məktubdan məlum olur ki, Müdafiə Nazirliyindən ezam edilmiş polkovnik-leytenant İddiaçı 30.11 2006-cı il tarixdən həqiqi hərbi xidmətini Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyində davam etdirmiş, xx.xx.2022-ci il tarixdə FHN-nin 0895/ş nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin j bəndinə görə, öz arzusu əsasında həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 aprel tarixli 394 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi haqqında Əsasnamə”nin 105-ci bəndinə görə Nazirliyin hərbi qulluqçuları xidməti vəzifələrinə uyğun olaraq hərbi nizamnamələrə və digər qanunvericilik aktlarına müvafiq həqiqi hərbi xidmət keçirlər, Silahlı Qüvvələrin hərbi qulluqçuları üçün nəzərdə tutulmuş hüquqlardan istifadə edirlər. Ehtiyatda olan polkovnik-leytenant İddiaçı xx.xx.2019-cu il tarixdən həqiqi hərbi xidmətdən ehtiyata buraxıldığı tarixədək olan xidmət dövrü “Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən əlavə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarının (dövlət orqanlarının strukturuna daxil olan qurumların) siyahısımın təsdiq edilməsi” haqqında Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2019-cu il tarixli, 752 nömrəli Fərmana əsasən əlavə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanında həqiqi hərbi xidmət hesab edilir. - “Mygov” portalından Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən Hərbi qeydiyyatı və xidməti barəsində məlumatlardan çıxarışa əsasən ehtiyatda olan polkovnik-leytenant İddiaçı xx.xx.2022-ci il tarixdən Naxçıvan şəhər idarəsində hərbi qeydiyyatdadır. xx.xx.1994-cü il tarixdən xx.xx.1998-ci il tarixədək, xx.xx.1998-ci il tarixdən xx.xx.2006-cı il tarixədək, xx.xx.2006-cı il tarixdən xx.xx.2022-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olub. - AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxxxxx 1977-ci il tarixdə doğulmuşdur. - Naxçıvan Şəhər İcra Hakimiyyətinin 3 №-li Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 16 yanvar 2024-cü il tarixli, 194 nömrəli arayışdan görünür ki, Cabbarov X1 şəhər Məmmədcəfər Cəfərov küçəsi, ev 62 ünvanında qeydiyyatdadır. - İddia ərizəsinə əlavə edilmiş medal vəsiqələrindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində xidmətlərinə görə müxtəlif vaxtlarda medallarla təltif olunmuşdur. - Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən İddiaçı ünvanlanmış 03 mart 2025-ci il tarixli, 3-25-22/2-C-195-25/25 nömrəli məktubdan məlum olur ki, "Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli, 569 nömrəli Fərmanında Azərbaycan Ordusunun 20 (iyirmi) təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçularının dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi nəzərdə tutulmuşdur. Müdafiə Nazirliyinin Şəxsi X2 Sistemindən, Azərbaycan Ordusunda xx.xx.1994-cü il tarixdən xx.xx.2006-cı il tarixədək zabit qismində, ümumilikdə 12 il 03 ay 11 gün həqiqi hərbi xidmətdə olduğu müəyyən edilmişdir. Ümumi hərbi xidmətinin qanunvericilikdə tələb olunan 20 (iyirmi) təqvim ili təşkil etmədiyini nəzərə alaraq, adının mənzillə təmin olunmalı hərbi qulluqçuların adlı siyahısına daxil edilməsi sözügedən Fərmanın tələblərinə uyğun deyil. Göstərilən hər hansı bir nəticə ilə razı olmadıqda Konstitutsiyanın 60-cı maddəsinin 4-cü hissəsinə əsasən hər kəsin dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada məhkəməyə şikayət etmək hüququ olması izah olunmuşdur. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 10 may 2025-ci il tarixli, 0116 nömrəli məktubu ilə xx.xx.1977-ci il təvəllüdlü ehtiyatda olan polkovnik-leytenant İddiaçı xidməti barədə şəxsi işindən çıxarış məhkəməyə təqdim edilmişdir.(xidmət etdiyi dövrlərdə əmrlərdən çıxarışlar və digər sənədlər) - Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 30 may 2025ci il tarixli, 04/771 nömrəli məktubdan görünür ki, daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına xx.xx.2021-ci il tarixdə Naxçıvan şəhər 1 saylı notariat ofisində qeydiyyata alınan xx.xx.2021-ci il tarixli, 4Ə-7 nömrəli bağışlama müqaviləsi əsasında ünvan 3 ünvanında 585 m2 torpaq sahəsində yerləşən, ümumi sahəsi 103,2 m2 olan fərdi yaşayış evi qeydiyyata alınmışdır. Naxçıvan şəhəri, Əlincə məhəlləsi, ev 6-da yerləşən 14 nömrəli mənzil xx.xx.2011-ci il tarixdə Naxçıvan şəhəri birinci dövlət notariat kontorunun xx.xx.2011-ci il tarixli, 4/Ə-01-17 nömrəli alqı-satqı müqaviləsi əsasında İddiaçı adına qeydiyyata alınmışdır. Həmin mənzil Naxçıvan şəhər 3 saylı dövlət notariat kontorunun xx.xx.2016-cı il tarixli, 4Ə-223 nömrəli bağışlama müqaviləsi əsasında özgəninkiləşdirilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin İV hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Silahlı Qüvvələri (bundan sonra – Silahlı Qüvvələr) - Azərbaycan Respublikasının müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün qorunması, habelə təhlükəsizliyinin və müdafiəsinin təmin edilməsi məqsədilə yaradılmış, Azərbaycan Ordusundan və başqa silahlı birləşmələrdən ibarət hərbi təsisat dır. 1.0.2-ci maddəsinə əsasən Azərbaycan Ordusu - Silahlı Qüvvələrin əsas tərkib hissəsi olmaqla Azərbaycan Respublikasına qarşı yönəlmiş təcavüzün dəf edilməsini, ərazi bütövlüyünün və toxunulmazlığının silahlı müdafiəsini təmin edən və fəaliyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən təşkil edilən silahlı birləşmədir. “Müdafiə haqqında” Azərbaycan Respublikasının Qanununun: 7-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi Əsasnaməyə uyğun olaraq fəaliyyət göstərir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə və yerli hərbi idarəetmə orqanlarına rəhbərlik edən dövlət orqanıdır və onların inkişafına, həmçinin müdafiə vəzifələrinin yerinə yetirilməsinə hazırlığına görə tam məsuliyyət daşıyır. 12-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Silahlı Qüvvələri hərbi dövlət qurumu olub Azərbaycan Respublikasının suverenliyinin, müstəqilliyinin, ərazi bütövlüyünün və bölünməzliyinin silahlı müdafiəsi üçün təsis olunur. “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli, 569 nömrəli Fərmanının: (Azərbaycan Respublikası Prezidentinin 1476 nömrəli 15 noyabr 2021-ci il tarixli Fərmanı ilə, Fərmanın Adında və 1-ci hissədə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin” sözləri “Azərbaycan Ordusunun” sözləri ilə əvəz edilmişdir) 1-ci bəndinə əsasən Azərbaycan Ordusunun 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilsinlər. “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi haqqında” Əsasnamənin: 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (bundan sonra - Nazirlik) mülki müdafiə, əhalinin və ərazilərin təbii (geofiziki, geoloji, meteoroloji, hidroloji, dəniz-hidroloji, təbiət yanğınları və s.) və texnogen xarakterli (yanğınlar, partlayışlar, bina və qurğuların uçması, kimyəvi, radioaktiv və bioloji təhlükəli maddələrin tullantısı ilə əlaqədar qəzalar, elektroenergetika sistemlərində, həyat təminatlı kommunal sistemlərdə, təmizləyici qurğularda, hidrodinamik qurğularda, neft və qaz hasilatı və emalı obyektlərində, magistral boru kəmərlərində qəzalar, nəqliyyat qəzaları və s.) fövqəladə hallardan (bundan sonra - fövqəladə hallar) qorunması, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, yanğın təhlükəsizliyinin, su hövzələrində insanların təhlükəsizliyinin və kiçik həcmli gəmilərin hərəkətinin təhlükəsizliyinin, sənayedə və dağ-mədən işlərində texniki təhlükəsizliyin, tikintidə təhlükəsizliyin təmin olunması sahələrində dövlət siyasətini və tənzimlənməsini işləyib hazırlayan, bu sahələrdə idarəetməni, əlaqələndirməni və nəzarəti həyata keçirən, fövqəladə halların yaranma ehtimalı böyük olduqda, yaxud baş verdikdə çevik reaksiya verilməsini, təbii, texnogen və terror təhlükələrinə məruz qalan strateji əhəmiyyətli müəssisələrin, obyektlərin və qurğuların mühafizəsini təşkil edən mərkəzi icra hakimiyyəti orqanıdır. “Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyi” haqqında Əsasnamənin: 1-ci bəndinə əsasən Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyi (bundan sonra - Nazirlik) Naxçıvan Muxtar Respublikasının ərazisində (bundan sonraərazi) mülki müdafiə, əhalinin və ərazilərin təbii (geofiziki, geoloji, meteoroloji, hidroloji, təbiət yanğınları və s.) və texnogen xarakterli (yanğınlar, partlayışlar, bina və qurğuların uçması, kimyəvi, radioaktiv və bioloji təhlükəli maddələrin tullantısı ilə əlaqədar qəzalar, elektroenergetika sistemlərində, həyat təminatlı kommunal sistemlərdə, təmizləyici qurğularda, hidrodinamik qurğularda, magistral boru kəmərlərində qəzalar, nəqliyyat qəzaları və s.) fövqəladə hallardan (bundan sonra - fövqəladə hallar) qorunması, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, yanğın təhlükəsizliyinin, su hövzələrində insanların təhlükəsizliyinin, sənayedə və dağ-mədən işlərində texniki təhlükəsizliyin, tikintidə təhlükəsizliyin təmin olunması, habelə nüvə və radiasiya təhlükəsizliyinin təmin olunmasında, nüvə və radioloji fəaliyyətin tənzimlənməsi sahələrində dövlət siyasətini və tənzimlənməsini işləyib hazırlayan, bu sahələrdə idarəetməni, əlaqələndirməni və nəzarəti həyata keçirən, fövqəladə halların yaranma ehtimalı böyük olduqda, yaxud baş verdikdə çevik reaksiya verilməsini, təbii, texnogen və terror təhlükələrinə məruz qalan strateji əhəmiyyətli müəssisələrin, obyektlərin və qurğuların mühafizəsini təşkil edən mərkəzi icra hakimiyyəti orqanıdır. 2-ci bəndinə əsasən Nazirlik öz fəaliyyətində Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının konstitusiyalarını və qanunlarını, Azərbaycan Respublikası Prezidentinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və bu Əsasnaməni rəhbər tutur. 7-ci bəndinə əsasən Nazirliyin fəaliyyət istiqamətləri aşağıdakılardır: 7.1. mülki müdafiə, əhalinin və ərazilərin fövqəladə hallardan qorunması, yanğın təhlükəsizliyinin, su hövzələrində insanların təhlükəsizliyinin, sənayedə və dağ-mədən işlərində texniki təhlükəsizliyin və tikintidə təhlükəsizliyin, nüvə və radiasiya təhlükəsizliyinin təmin olunması, neft məhsullarının qəza nəticəsində axımı ilə əlaqədar yaranmış fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahələrində dövlət siyasətini və tənzimlənməsini işləyib hazırlayır və həyata keçirilməsini təmin edir; 7.4. mülki müdafiəni, əhalinin və ərazilərin fövqəladə hallardan və yanğınlardan qorunmasını, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılmasını, su hövzələrində insanların təhlükəsizliyinin, sənayedə və dağ-mədən işlərində texniki təhlükəsizliyin və tikintidə təhlükəsizliyin təmin olunmasını, təbii, texnogen və terror təhlükələrinə məruz qalan strateji əhəmiyyətli müəssisələrin, obyektlərin və qurğuların mühafizəsini, fövqəladə hallarda çevik reaksiya verilməsini və humanitar yardımların idarə olunmasını təşkil edir və həyata keçirir; Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin əsaslandırması: “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Ordusunun (xx.xx.2021-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrinin) hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli, 569 nömrəli Fərmanına uyğun olaraq, dövlət vəsaiti hesabına mənzillə təmin olunmalı hərbi qulluqçuların müvafiq siyahısına daxil edilməsi barədə vəzifənin cavabdehin üzərinə qoyulmasını xahiş etməklə öhdəliyin icrası haqqında haqqında iddia qaldırmışdır. İşin sadalanan faktiki hallarından müəyyən olunur ki, hazırkı iş üzrə tərəflər arasında yaranmış inzibati məhkəmə mübahisəsinin mahiyyətindən də görünür ki, müraciətin təmini ilə bağlı iddiaçı “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 569 nömrəli 2011-ci il 28 dekabr tarixli Fərmanının müddəalarının ona tətbiq edilməsini, 20 ildən artıq qüsursuz hərbi xidmət müddətini nəzərə alınmaqla ona mənzil verilməsində iddialıdır. Lakin cavabdeh isə iddiaçının xidmət müddətinin cavabdehin nəzdində 20 ildən az olduğunu, digər inzibati orqanda xidmət müddətinin Fərmanın müvafiq müddəasının tətbiqi zamanı nəzərə alınmalı olmadığını qeyd edir. İşin hallarından aydın olur ki, İddiaçı Azərbaycan Ordusunda 20 təqvim ilindən az (xx.xx.1994 - xx.xx.2006, 12 il 3 ay 11 gün) xidmət etmişdir. İddiaçı 20 təqvim ilinin tamam olması üçün xidmətinin digər hissəsinin Naxçıvan MR Fövqəladə Hallar Nazirliyində müxtəlif vəzifələrdə davam etdirmiş və 2022-ci il tarixdə öz arzusu ilə xidmətdən ehtiyata buraxılmışdır. Bu hal iddia ərizəsi və iş materiallarında olan sənədlərlə də öz təsdiqini tapır. İddiaçının Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyində xidmət etdiyi dövrlərin (2006-2022) ümumi hərbi xidmət dövrü hesab edilməsi və həmin xidmət illəri də daxil olmaqla Azərbaycan Ordusunda 20 ildən artıq hərbi xidmət keçməsi kimi qiymətləndirilməsinə münasibətdə məhkəmə qeyd edir ki, xx.xx.1991-ci il tarixdə qəbul edilmiş və (sonrakı əlavə və dəyişikliklərlə) 2018-ci il tarixədək qüvvədə olmuş “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Qanunun 5-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə bilavasitə rəhbərliyi Azərbaycan Respublikasının müdafiə naziri həyata keçirir. Həmin Qanunun 4-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının Silahlı Qüvvələri quru qoşunlarından, hava hücumundan müdafiə və hərbi-hava, hərbi-dəniz qüvvələrindən ibarətdir. Normaların məzmunundan göründüyü kimi, “Silahlı Qüvvələr” dedikdə, qanunverici Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tərkibində və tabeliyində olan qoşun növlərini və hərbi qüvvələri nəzərdə tutmuşdur. İddiaçı öz tələbinin əsası və xidmət müddətinin tərkib hissəsi kimi istinad etdiyi 2006- 2022-ci illərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tərkibində və tabeliyində olan qoşun növlərində və hərbi qüvvələrdə xidmət etməmişdir. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli, 569 nömrəli Fərmanında da məhz həmin vaxtda qüvvədə olan “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Qanunun 4-cü maddəsində təsbit edilən və quru qoşunlarından, hava hücumundan müdafiə və hərbi-hava, hərbi-dəniz qüvvələrindən ibarət olan Azərbaycan Respublikasının Silahlı Qüvvələrində 20 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçular nəzərdə tutulmuşdur. Ona görə də, bu Fərmanda nəzərdə tutulan sosial təminatlar başqa hərbi birləşmələrin hərbi qulluqçularına şamil oluna bilməz. 26 sentyabr 2016-cı ildə keçirilmiş ümumxalq səsverməsində (referendumda) qəbul edilmiş “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktı ilə Azərbaycan Respublikası Konstitusiyasının 9-cu maddənin İ hissəsi aşağıdakı redaksiyada verilmişdir: “Azərbaycan Respublikası öz təhlükəsizliyini və müdafiəsini təmin etmək məqsədi ilə Silahlı Qüvvələr yaradır. Silahlı Qüvvələr Azərbaycan Ordusundan və başqa silahlı birləşmələrdən ibarətdir.” Azərbaycan Respublikasının Əsas Qanununa edilmiş həmin dəyişiklik nəzərə alınmaqla “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” yeni, xx.xx.2017-ci il tarixli, 955- VQ nömrəli Qanun qəbul edilmiş, həmin Qanunda Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yeni məzmunda anlayışı verilmiş, Azərbaycan Ordusu, habelə ”Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” 210-Xİİ nömrəli Qanunun qəbul edildiyi xx.xx.1991-ci il tarixdən sonra keçən müddət ərzində yaradılmış Azərbaycan Respublikasının başqa silahlı birləşmələri Silahlı Qüvvələrin tərkib hissəsi kimi təsbit olunmuşlar. Bu qeyd olunan normativ aktlar “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli, 569 nömrəli Fərmanının məzmun və məqsədini dəyişməmiş, onun tətbiq dairəsini özü-özlüyündə genişləndirməmişdir. Göründüyü kimi həmin normativ aktların qəbulundan sonra yaranmış hüquqi vəziyyətə müəyyənlik gətirmək məqsədi ilə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli, 569 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 15 noyabr tarixli, 1476 nömrəli Fərmanı qəbul edilmiş, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli, 569 nömrəli Fərmanın adında və 1ci hissədə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin” sözləri “Azərbaycan Ordusunun” sözləri ilə, Preambulanın üçüncü abzasında “silahlı qüvvələrdə” sözləri “Azərbaycan Ordusunda” sözləri ilə əvəz edilmişdir. Belə olan halda iddiaçının Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində olan xidmət dövrünün Azərbaycan Ordusunda xidmət dövrünə daxil edilməsindən söhbət gedə bilməz. Bu səbəbdən də hazırkı iş üzrə iddiaçının 20 təqvim ili və ya daha çox Azərbaycan Ordusunda xidmət etməsi halı mövcud olmamışdır. Həmin şərt ödənilmədiyindən hazırkı iddianın təmin edilməsi barədə tələb də əsassızdır. Məhkəmə əlavə olaraq qeyd edir ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçı bunun əksini sübut edə bilməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, analoji işlər üzrə oxşar mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1174/2024 nömrəli, 2-1(102)-523/2025 nömrəli qərarlarında da qeyd edilmişdir. Beləliklə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Ordusunun (xx.xx.2021-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrinin) hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli, 569 nömrəli Fərmanına uyğun olaraq, dövlət vəsaiti hesabına mənzillə təmin olunmalı hərbi qulluqçuların müvafiq siyahısına daxil edilməsi barədə vəzifənin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 4, 34.1, 58.7, 68, 69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Ordusunun (xx.xx.2021-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrinin) hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli, 569 nömrəli Fərmanına uyğun olaraq, dövlət vəsaiti hesabına mənzillə təmin olunmalı hərbi qulluqçuların müvafiq siyahısına daxil edilməsi barədə vəzifənin cavabdehin üzərinə qoyulması tələbi”nə iddiası təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Tural Əliyev
Məhkəmə qərarları › İş №2-1(122)-742/2025
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-742/2025
17.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver