Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-744/2025 29.12.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Rzayeva Əpruz Qasım qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə və Cavabdeh nümayəndəsi X1 iştirakları ilə, iddiaçı "Şimşək" kiçik müəssisəsinin direktoru İddiaçı Cavabdehnə qarşı “onun mülkiyyətində olan Şərur şəhəri, Şah İsmayıl küçəsində yerləşən 300 m2 yaxın torpaq sahəsinin üzərində tikilmiş 136 m2 çayxana Cavabdeh göstərişi ilə sökülmüş və bunun müqabilində kompensasiya verilməsi və ya həmin ərazidə yerləşən torpaq sahəsinin yenidən şəxsinə qaytarılması tələbi”nə dair inzibati mübahisələrə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "Şimşək" kiçik müəssisəsinin direktoru İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mülkiyyətində olan Şərur şəhəri, Şah İsmayıl küçəsində yerləşən 300 m2 yaxın torpaq sahəsinin üzərində tikilmiş 136 m2 çayxana Cavabdeh göstərişi ilə sökülmüş və bunun müqabilində kompensasiya verilməsi və ya həmin ərazidə yerləşən torpaq sahəsinin yenidən şəxsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş və iş üzrə hazırlıq icraatı ilə bağlı məhkəmə 29 dekabr 2025-ci il tarixə təyin edilərək bu barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Odur ki, məhkəmə iddiaçının iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı 25 dekabr 2025-ci il tarixli ərizəsindən görünür ki, Cavabdeh tərəfindən iddia tələbi təmin olunduğu üçün 2-1(122)-744/2025 nömrəli işə xitam verilməsində köməklik göstərilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə Cavabdehnə qarşı qaldırılmış mülkiyyət hüququnun bərpa olunması ilə bağlı 20 fevral 2025-ci il tarixli iddia ərizəsi ilə açılmış 2-1(122)-744/2025 nömrəli məhkəmə işinə mülkiyyət hüququ təmin olunduğu üçün xitam verilməsini xahiş etmiş və bu barədə yazdığı 29 dekabr 2025-ci il tarixli ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X2 iddiaçının və onun nümayəndəsinin iddia tələbindən imtina etməsi ilə bağlı ərizələrinə heç bir etirazının olmadığını bildirmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iddiaçının və onun nümayəndəsinin ərizələrini nəzərdən keçirərək belə qənaətə gəlir ki, ərizələr təmin edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: - 55.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. - 55.4-cü maddəsinə əsasən iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. - 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı "Şimşək" kiçik müəssisəsinin direktoru İddiaçı Cavabdehnə qarşı “onun mülkiyyətində olan Şərur şəhəri, Şah İsmayıl küçəsində yerləşən 300 m2 yaxın torpaq sahəsinin üzərində tikilmiş 136 m2 çayxana Cavabdeh göstərişi ilə sökülmüş və bunun müqabilində kompensasiya verilməsi və ya həmin ərazidə yerləşən torpaq sahəsinin yenidən şəxsinə qaytarılması tələbi”nə dair iddiası üzrə İddiaçı 25 dekabr və iddiaçının nümayəndəsi Nümayəndə 29 dekabr 2025-ci il tarixli ərizələri təmin edilməli və iş üzrə icraata xitam verilməlidir. İddiaçı tərəfə izah edilir ki, iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırmaq imkanını istisna edir. Yuxarıda qeyd olunanları və Azərbaycan Respublikasının İPM-in 55.1, 55.4, 55.5, 80 və 83-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı 25 dekabr və iddiaçının nümayəndəsi Nümayəndə 29 dekabr 2025-ci il tarixli ərizələri təmin edilsin. İddiaçı Şimşək" kiçik müəssisəsinin direktoru İddiaçı Cavabdehnə qarşı “onun mülkiyyətində olan Şərur şəhəri, Şah İsmayıl küçəsində yerləşən 300 m2 yaxın torpaq sahəsinin üzərində tikilmiş 136 m2 çayxana Cavabdeh göstərişi ilə sökülmüş və bunun müqabilində kompensasiya verilməsi və ya həmin ərazidə yerləşən torpaq sahəsinin yenidən şəxsinə qaytarılması tələbi”nə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan şikayət verilə bilməz. SƏDRLİK EDƏN: HİCRAN MURADOV
Məhkəmə qərarları › İş №2-1(122)-744/2025
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-744/2025
29.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver