Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-752/2023 16.08.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ X4 Heydər oğlunun sədrliyi, İbrahimova Səbinə Adələt qızının katibliyi ilə, iddiaçı Babək rayon Qranit kooperativinin cavabdeh Babək Rayon İcra Hakimiyyətinə qarşı “Babək Rayon İcra Hakimiyyətindən "Qranit" mehmanxanasının məhkəməyə müraciət olunmadan sökülməsinə görə maddi zərərin əvəzi qismində 420.000 manat məbləğində pul vəsaitinin tutularaq "Qranit” kooperativinin xeyrinə ödənilməsinə, eyni zamanda 0.4 hal-hazırda istifadəsiz və yararsız torpaq sahəsinin onlara qaytarılmasını və yaxud alternativ olaraq dövlət və bələdiyyə torpağı, yaxud da istifadəsiz dövlət daşınmaz əmlakı ilə razılaşaraq əvəzləşdirilməsi tələbi”nə dair iddianın mümkünlüyünün yoxlanılması məsələsinə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Babək rayon Qranit kooperativi cavabdeh Babək Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Babək Rayon İcra Hakimiyyətindən "Qranit" mehmanxanasının məhkəməyə müraciət olunmadan sökülməsinə, görə maddi zərərin əvəzi qismində 420.000 manat məbləğində pul vəsaitinin tutularaq "Qranit” kooperativinin xeyrinə ödənilməsinə eyni zamanda 0.4 hal-hazırda istifadəsiz və yararsız torpaq sahəsinin onlara qaytarılmasını və yaxud alternativ olaraq dövlət və bələdiyyə torpağı, yaxud da istifadəsiz dövlət daşınmaz əmlakı ilə razılaşaraq əvəzləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə müvafiq olaraq inzibati iş məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş və iddianın mümkünlüyünün yoxlanılması ilə bağlı məhkəmə iclası 16 avqust 2023-cü il tarixə təyin edilmişdir. İddiaçı Babək rayon Qranit kooperativinin sədri X2 məhkəməyə 31 iyul 2023-cü il tarixli ərizə göndərərək Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsində Babək Rayon İcra Hakimiyyətindən qranit mehmanxanasının məhkəməyə müraciət olunmadan sökülməsinə görə maddi zərərin əvəzi qismində 420.000 manat məbləğində pul vəsaitinin tutularaq "Qranit" kooperativinin xeyrinə ödənilməsinə, eyni zamanda 0.4 hal-hazırda istifadəsiz və yararsız torpaq sahəsinin bizə qaytarılmasını və yaxud alternativ olaraq dövlət və bələdiyyə torpağı, yaxud istifadəsiz dövlət daşınmaz əmlakı ilə razılaşaraq əvəzləşdirilməsi tələbinə dair iddia qaldırdığını, iddia tələbi ilə bağlı cavabdehlə 0.6 Ha istifadəsiz, yararsız torpaq sahəsi ilə əvəzləşdirməyi qiyabi olaraq razılaşmaqlarını nəzərə alaraq iddiasından imtina etdiyini, iddiadan imtina etməyinin hüquqi nəticələrinin ona izah olunduğunu bildirib, məhkəmədən iddiadan imtina barədə ərizəni qəbul edib iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə həmçinin 01 avqust 2023-cü il tarixli eyni məzmunlu notarial qaydada təsdiq edilmiş ərizə də göndərmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə tərəflərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı Babək rayon Qranit kooperativinin sədri X1 ərizəsini nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddiaçının ərizəsi aşağıda qeyd edilən normaların tələblərinə uyğun olduğundan iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 15.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatında tərəflər mübahisəyə baxılmasını bilavasitə özləri tərəfindən, yaxud mediasiya vasitəsilə bağlanılmış barışıq sazişi ilə, iddiaçının iddiadan imtina etməsi ilə, cavabdehin iddianı qəbul etməsi ilə və ya hüquqi mübahisənin nizamlanması barədə müştərək bəyanatla sona çatdıra bilərlər. 50.0 və 50.0.2-ci maddələrinə əsasən sədrlik edən hakim mübahisə ilə bağlı iş üzrə hazırlıq icraatında iddiaçının iddiadan imtina etməsi və ya cavabdehin iddianı qəbul etməsi barədə məsələləri həll edir və bu barədə müvafiq qərardad qəbul edir. 55.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. 55.4-cü maddəsinə əsasən iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı Babək rayon Qranit kooperativinin cavabdeh Babək Rayon İcra Hakimiyyətinə qarşı “Babək Rayon İcra Hakimiyyətindən "Qranit" mehmanxanasının məhkəməyə müraciət olunmadan sökülməsinə görə maddi zərərin əvəzi qismində 420.000 manat məbləğində pul vəsaitinin tutularaq "Qranit” kooperativinin xeyrinə ödənilməsinə, eyni zamanda 0.4 hal-hazırda istifadəsiz və yararsız torpaq sahəsinin onlara qaytarılmasını və yaxud alternativ olaraq dövlət və bələdiyyə torpağı, yaxud da istifadəsiz dövlət daşınmaz əmlakı ilə razılaşaraq əvəzləşdirilməsi tələbi”nə dair iş üzrə iddiaçı Babək rayon Qranit kooperativinin sədri X1 ərizəsi təmin edilməli və inzibati işin icraatına xitam verilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.1, 55.4, 55.5, 80, 83.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı Babək rayon Qranit kooperativinin sədri X1 ərizəsi təmin edilsin. İddiaçı Babək rayon Qranit kooperativinin cavabdeh Babək Rayon İcra Hakimiyyətinə qarşı “Babək Rayon İcra Hakimiyyətindən "Qranit" mehmanxanasının məhkəməyə müraciət olunmadan sökülməsinə görə maddi zərərin əvəzi qismində 420.000 manat məbləğində pul vəsaitinin tutularaq "Qranit” kooperativinin xeyrinə ödənilməsinə, eyni zamanda 0.4 hal-hazırda istifadəsiz və yararsız torpaq sahəsinin onlara qaytarılmasını və yaxud alternativ olaraq dövlət və bələdiyyə torpağı, yaxud da istifadəsiz dövlət daşınmaz əmlakı ilə razılaşaraq əvəzləşdirilməsi tələbi”nə dair inzibati iş üzrə icraata xitam verilsin. İddiaçıya izah olunsun ki, iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Qərardaddan şikayət verilə bilməz. Hakim: Elnur Hüseynov
Məhkəmə qərarları › İş №2-1(122)-752/2023
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-752/2023
16.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver