Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-757/2023 22.09.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ X4 Heydər oğlunun sədrliyi, İbrahimova Səbinə Adələt qızının katibliyi ilə, iddiaçı X1 cavabdeh Babək Rayon İcra Hakimiyyətinə qarşı “cavabdeh Babək Rayon İcra Hakimiyyətindən onun mülkiyyətində olan Babək rayon Qahab kənd çayxanapavilyonunun qanunsuz sökülməsi ilə əlaqədar ona vurulan zərərin dəyərinə uyğun əvəzləşdirilməsi və ya kompensasiya edilməsinə görə 300000 (üç yüz min) manat və sökülən gündən məhkəmə qərarı çıxan günədək əldənçıxmış fayda qismində 300000 (üç yüz min) manat ödənilməsi və mənəvi-psixoloji ziyana görə cavabdehdən 300000 (üç yüz min) manat olmaqla, cəmi 900000 (doqquz yüz min) manat pulun ona ödənilməsi tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı X2 cavabdeh Babək Rayon İcra Hakimiyyətindən onun mülkiyyətində olan Babək rayon Qahab kənd çayxana-pavilyonunun qanunsuz sökülməsi ilə əlaqədar ona vurulan zərərin dəyərinə uyğun əvəzləşdirilməsi və ya kompensasiya edilməsinə görə 300000 (üç yüz min) manat və sökülən gündən məhkəmə qərarı çıxan günədək əldənçıxmış fayda qismində 300000 (üç yüz min) manat ödənilməsi və mənəvi-psixoloji ziyana görə cavabdehdən 300000 (üç yüz min) manat olmaqla, cəmi 900000 (doqquz yüz min) manat pulun ona ödənilməsi tələbini irəli sürərək iddia ərizəsi ilə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə müvafiq olaraq inzibati iş məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş və hazırlıq icraatı ilə bağlı məhkəmə iclası 22 sentyabr 2023-cü il tarixə təyin edilmişdir. İddiaçı X2 məhkəməyə 02 avqust 2023-cü il tarixli ərizə göndərərək Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsində 2-1(122)-757/2023 nömrəli iş üzrə cavabdeh Babək Rayon İcra Hakimiyyətinə qarşı onun mülkiyyətində olan Babək rayon Qahab kənd çayxana-pavilyonunun qanunsuz sökülməsi ilə əlaqədar ona vurulan zərərin dəyərinə uyğun əvəzləşdirilməsi və ya kompensasiya edilməsinə görə 300000 (üç yüz min) manat və sökülən gündən məhkəmə qərarı çıxan günədək əldənçıxmış fayda qismində 300000 (üç yüz min) manat ödənilməsi və mənəvi-psixoloji ziyana görə cavabdehdən 300000 (üç yüz min) manat olmaqla, cəmi 900000 (doqquz yüz min) manat pulun ona ödənilməsi tələbinə dair iddia qaldırdığını, iddia tələbi cavabdeh tərəfindən təmin edildiyindən iddiasından imtina etdiyini, iddiadan imtina etməyinin hüquqi nəticələrinin ona izah olunduğunu bildirib, məhkəmədən iddiadan imtina barədə ərizəni qəbul edib iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Həmçinin iddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə eyni məzmunlu iddia tələbindən imtina barədə 02 avqust 2023-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizə də göndərmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə tərəflərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizələri nəzərdən keçirərək belə nəticəyə gəlir ki, ərizələr aşağıda qeyd edilən normaların tələblərinə uyğun olduğundan iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 15.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatında tərəflər mübahisəyə baxılmasını bilavasitə özləri tərəfindən, yaxud mediasiya vasitəsilə bağlanılmış barışıq sazişi ilə, iddiaçının iddiadan imtina etməsi ilə, cavabdehin iddianı qəbul etməsi ilə və ya hüquqi mübahisənin nizamlanması barədə müştərək bəyanatla sona çatdıra bilərlər. 50.0 və 50.0.2-ci maddələrinə əsasən sədrlik edən hakim mübahisə ilə bağlı iş üzrə hazırlıq icraatında iddiaçının iddiadan imtina etməsi və ya cavabdehin iddianı qəbul etməsi barədə məsələləri həll edir və bu barədə müvafiq qərardad qəbul edir. 55.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. 55.4-cü maddəsinə əsasən iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı X1 cavabdeh Babək Rayon İcra Hakimiyyətinə qarşı “cavabdeh Babək Rayon İcra Hakimiyyətindən onun mülkiyyətində olan Babək rayon Qahab kənd çayxana-pavilyonunun qanunsuz sökülməsi ilə əlaqədar ona vurulan zərərin dəyərinə uyğun əvəzləşdirilməsi və ya kompensasiya edilməsinə görə 300000 (üç yüz min) manat və sökülən gündən məhkəmə qərarı çıxan günədək əldənçıxmış fayda qismində 300000 (üç yüz min) manat ödənilməsi və mənəvi-psixoloji ziyana görə cavabdehdən 300000 (üç yüz min) manat olmaqla, cəmi 900000 (doqquz yüz min) manat pulun ona ödənilməsi tələbi”nə dair iş üzrə iddiaçı X1 ərizəsi təmin edilməli və inzibati iş üzrə icraata xitam verilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.1, 55.4, 55.5, 80, 83.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı X1 ərizəsi təmin edilsin. İddiaçı X1 cavabdeh Babək Rayon İcra Hakimiyyətinə qarşı “cavabdeh Babək Rayon İcra Hakimiyyətindən onun mülkiyyətində olan Babək rayon Qahab kənd çayxanapavilyonunun qanunsuz sökülməsi ilə əlaqədar ona vurulan zərərin dəyərinə uyğun əvəzləşdirilməsi və ya kompensasiya edilməsinə görə 300000 (üç yüz min) manat və sökülən gündən məhkəmə qərarı çıxan günədək əldənçıxmış fayda qismində 300000 (üç yüz min) manat ödənilməsi və mənəvi-psixoloji ziyana görə cavabdehdən 300000 (üç yüz min) manat olmaqla, cəmi 900000 (doqquz yüz min) manat pulun ona ödənilməsi tələbi”nə dair inzibati iş üzrə icraata xitam verilsin. İddiaçıya izah olunsun ki, iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Qərardaddan şikayət verilə bilməz. Hakim: Elnur Hüseynov
Məhkəmə qərarları › İş №2-1(122)-757/2023
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-757/2023
22.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver