Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-757/2025 19.06.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: X13 Heydər oğlunun sədrliyi, X14 oğlunun katibliyi, iddiaçının qanuni nümayəndələri Qanuni nümayəndə2, Qanuni nümayəndə1 və cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinin nümayəndəsi X3 iştirakları ilə, iddiaçının qanuni nümayəndələri Qanuni nümayəndə2 və Qanuni nümayəndə1 cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı "Naxçıvan Şəhər İcra Hakimiyyətinin yanında Qəyyumluq və Himayə Komissiyasının 21 yanvar 2025-ci il tarixli qərarının ləğv edilərək xx.xx.2020-ci il təvəllüdlü oğlu İddiaçı adının Elmirdən Eray adına dəyişdirilməsinə icazə (rəy) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təsviri hissə: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Mədətov Qanuni nümayəndə2 Nuray Bəhrəm qızı ilə 14 iyun 2019-cu il tarixdə, Naxçıvan şəhər Qeydiyyat şöbəsində 103 nömrə ilə nikaha daxil olmuşlar. Birgə nikahlarından xx.xx.2020-ci il tarixdə oğulları İddiaçı dünyaya gəlmişdir. Elmirə 05 yanvar 2021-ci il tarixdə Naxçıvan şəhər Qeydiyyat şöbəsi tərəfindən 09 nömrə ilə doğum haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə soyadı, adı və ata adı qrafasında İddiaçı, atası qrafasında Qanuni nümayəndə2, anası qrafasında Qanuni nümayəndə1 olaraq qeyd edilmişdir. Övladları anadan olduğu andan adının Eray olması üçün dəfələrlə aidiyyatı orqanlara müraciət etsələr də, müraciətləri cavabsız qalmışdır. Övladları anadan olduğu andan evdə hamı onu Eray deyə çağırır və o da bu ada alışaraq böyüyüb. Onlar oğullarının adının dəyişdirilməsi üçün Naxçıvan şəhər İcra Hakimiyyətinə müraciət etmiş, müraciətiə cavab olaraq Naxçıvan şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Komissiyasının 21 yanvar 2025-ci il tarixli qərar qəbul edilərək, adın dəyişdirilmədən saxlanılması qənaətinə gəlinmişdir. İddiaçının qanuni nümayəndələri göstərilənlərə əsasən məhkəmədən Naxçıvan şəhər İcra Hakimiyyətinin yanında Qəyyumluq və Himayə Komissiyasının 21 yanvar 2025-ci il tarixli qərarının ləğv edilərək xx.xx.2020-ci il təvəllüdlü oğlu İddiaçı adının Elmirdən Eray adına dəyişdirilməsinə icazə (rəy) verilməsi öhdəliyinin cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunmuş, sərəncamla iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh orqanın yazılı etirazının qısa xülasəsi: Cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyəti iddiaya dair məhkəməyə ünvanlanan 08 aprel 2025-ci il tarixli, 5-5/2-538/2025 nömrəli məktubla iddiaya dair yazılı münasibətini onunla əsaslandırmışdır ki, Qanuni nümayəndə1 Bəhram qızı və Mədətov X1 Şəhər İcra Hakimiyyətinə övladları xx xxxxxxx 2020-ci il təvəllüdlü X5 adının dəyişdirilərək "Eray" adı kimi yazılması ilə bağlı müraciət etmişdirlər. Müraciət Naxçıvan Şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Komissiyasının icraatına daxil olduqdan sonra uşağın adının dəyişdirilməsi ilə bağlı hər hansısa əsas aşkar edilmədiyindən 21 yanvar 2025-ci il tarixli, 01 nömrəli Qərarla adın dəyişdirilməsindən imtina edilmişdir. Naxçıvan Şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Komissiyası tərəfindən uşağın daşıdığı adın onun mənafeyinə xələl gətirməməsi, 18 yaşına çatdıqdan sonra uşağın öz adını dəyişmək hüququnun olması, valideynlər tərəfindan uşağa qoyulacaq "Eray" adının "Elmir'' adı ilə müqayisədə əhəmiyyətli fərqlilik təşkil etməməsi, həmçinin "Elmir" adının cinsinə uyğun gəlməyən va ya gülünc ad olaraq səslənməməsi və uşağın maraqlarına zidd olan digər hər hansı əsasların aşkar olunmaması nəzərə alınaraq adın dəyişdirilməsi məqsədəmüvafiq hesab edilməmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab olunmuş, şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 19 iyun 2025-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının qanuni nümayəndələri Qanuni nümayəndə2 və Qanuni nümayəndə1 iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 qanunauyğun qərar verilməsini məhkəmədən xahiş etdi. Yazılı sübutlar: - Naxçıvan Şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Komissiyası tərəfindən qəbul edilmiş 21 yanvar 2025-ci il tarixli, 01 nömrəli qərarın surətindən məlum olur ki, yetkinlik yaşına çatmayan xx xxxxxxx 2020-ci il təvəllüdlü X5 adı dəyişdirilmədən saxlanılmışdır. - Azərbaycan Milli Elmlər X4 tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 13 mart 2025-ci il tarixli, 8-1-23/2-44/2025 nömrəli məktubdan məlum olur ki, “Eray” şəxs adı dilimizdəki “ər” kökündən yaranıb. Həmin kökün “er” variantı dilimizdə mövcud olmadığı üçün bu adın onomastik adlar sistemində Azərbaycan ədəbi dilinin normalarına uyğun yazılış forması “Əray” şəklindədir. - Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 30 aprel 2025-ci il tarixli, 3-16-33-4/2-605/2025 nömrəli məktubdan məlum olur ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rəsmi elektron səhifəsində olan adlar üzrə statistikaya əsasən son beş il ərzində 48 uşağa “Eray” adı verilmişdir. - AZ-İV seriyalı, 625589 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən məlum olur ki, İddiaçı xx xxxxxxx 2020-ci ildə Naxçıvan şəhərində doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 2021-ci ilin 01 ayının 05 günündə 09 nömrə ilə qeyd edilmişdir. Atası Qanuni nümayəndə2, anası Qanuni nümayəndə1dır. - Naxçıvan Şəhər İcra Hakimiyyəti 4 №-li Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş 27 fevral 2025-ci il tarixli, 179 nömrəli arayışdan məlum olur ki, Mədətov X1 şəhəri, 59-cu məhəllə, ev 34 ünvanında qeydiyyatdadır. - Naxçıvan Şəhər İcra Hakimiyyəti 4 №-li Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş 27 fevral 2025-ci il tarixli, 180 nömrəli arayışdan məlum olur ki, Mədətova X6 şəhəri, 59-cu məhəllə, ev 6A ünvanında qeydiyyatdadır, hazırda ünvan 3axçıvan Şəhər İcra Hakimiyyəti 4 №-li Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş 27 fevral 2025-ci il tarixli, 181 nömrəli arayışdan məlum olur ki, Mədət X7 şəhəri, 59-cu məhəllə, ev 34 ünvanında qeydiyyatdadır. -AA******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən məlum olur ki, İddiaçı xx xxxxxxx 2020-ci il tarixdə doğulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının: - 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin İV hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 26.1-ci maddəsinə əsasən hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. - 26.2-ci maddəsinə əsasən fiziki şəxs hüquq və vəzifələri öz adı ilə əldə edir və həyata keçirir. - 26.3-cü maddəsinə əsasən qanunla nəzərdə tutulmuş hallarda və qaydada fiziki şəxs təxəllüsdən (uydurma addan) istifadə edə bilər. - 26.4-cü maddəsinə əsasən fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı vardır. Fiziki şəxsin adını dəyişdirməsi, onun əvvəlki adı ilə əldə etdiyi hüquq və vəzifələrə xitam vermir və ya bunları dəyişdirmir. Fiziki şəxs adını dəyişdirməsi barədə öz borclularına və kreditorlarına məlumat verməlidir və adının dəyişməsi barədə həmin şəxslərdə məlumatın olmamasının doğurduğu nəticələrin riskini daşıyır. Adını dəyişdirmiş fiziki şəxsin ixtiyarı vardır ki, əvvəlki adına rəsmiləşdirilmiş sənədlərdə öz hesabına müvafiq dəyişikliklər aparılmasını tələb etsin. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 53.1. Uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir. - 53.2. Uşağa ad valideynlərin razılığı ilə verilir, ata adı atasının adına görə verilir. - 53.4. Valideynlər arasında uşağın ad və soyadına münasibətdə razılıq olmadıqda yaranan fikir ayrılığı müvafiq icra hakimiyyəti orqanı tərəfindən həll olunur. - 54.1. Müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları) uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. Uşaq Hüquqları Konvensiyasının: - 7-ci maddəsinə görə, uşaq ona ad verilməsi, kim olduğunu bilməsi üçün vətəndaşlıq almaq və valideynləri tərəfindən qayğı görmək hüququna malikdir. - 8-ci maddəsinə görə, uşaq ad və vətəndaşlıq hüququna malikdir. - 27-ci maddəsinə görə, hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanununun: - 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. - 7-ci maddəsinə əsasən uşağın valideynləri, eləcə də övladlığa götürənlər, qəyyumlar, himayəçilər, uşaq evlərinin müdiriyyəti uşaqların hüquq və mənafelərini müdafiə edən nümayəndələridir. - 10-cu maddəsinə əsasən: ... Uşağa ad valideynlərinin qarşılıqlı razılığı ilə, valideynləri olmadıqda isə qəyyumluq orqanlarının razılığı və ya göstərişi əsasında verilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə iş materiallarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək, mübahisənin həllində tətbiq edilməli hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmənin əsaslandırması: “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı tərəf subyektiv hüquqa malik olmuşdur. Məhkəmə ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikasının qanunvericiliyi vətəndaşlıq vəziyyəti akt qeydində dəyişiklik edilməsi ilə bağlı məsələdə qanuni bir marağı olduğu halda hər kəsin prinsip olaraq bu hüquqa malik olduğu ilə bağlı tənzimləmə gətirmişdir. Şəxsin bu hüququnun reallaşdırılmasından imtina edən dövlət orqanları buna maneə təşkil edən konkret halların mövcudluğuna istinad etməli və imtina qərarlarını qanunvericiliyin konkret müddəalarına istinadla əsaslandırmalıdırlar. Həmin hüququn məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, gətirilmiş məhdudiyyət qanunda konkret göstərilmiş legitim məqsədlərə nail olmağa yönəlməli, arzu edilən nəticə ilə tətbiq edilən vasitə mütənasib olmalı və belə məhdudiyyət hüququn mahiyyətini dəyişməməlidir. Məhkəmə qeyd edir ki, uşağın (maddə 49.1. 18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən şəxslər uşaq hesab olunurlar) ad və soyadla bağlı hüquqları Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə tənzimlənir. Həmin Məcəllənin yuxarıda qeyd olunan müddəalarından aydın olur ki, qanunverici uşağın adının 18 yaşına çatana qədər dəyişdirilməsinə icazə verilməsi üçün iki əsas meyar müəyyən etmişdir: 1.valideynlərin birgə xahişi; 2.uşağın mənafeyinin nəzərə alınması. Hazırkı iş üzrə uşağın adının dəyişdirilməsi üçün valideynlərin birgə razılığının olması işin mübahisəsiz halıdır. Uşağın mənafeyinə gəldikdə, məhkəmə qeyd edir ki, Konstitusiyanın 32-ci maddəsinin İİ hissəsinə əsasən, qanunla nəzərdə tutulan hallardan başqa şəxsi və ailə həyatına müdaxilə etmək qadağandır. Həmin müddəadan göründüyü kimi, bu hüququn əsas məqsədi şəxsi və ailə həyatı hüququnun həyata keçirilməsinə qanunsuz (özbaşına) müdaxilənin qarşısını almaqdan ibarətdir. Belə ki, şəxsi ad fərdin özünümüəyyənetməsinin fundamental amillərindən biridir, onun başqalarından fərqləndirilməsi məqsədlərinə xidmət edir. Ad, şəxsiyyətin fərdiləşdirilməsinin əsas təzahürlərindən biri olaraq şəxsi həyat sahəsinə daxildir. Ad hüququ həm də ona görə əhəmiyyətlidir ki, insan öz adı ilə ictimai münasibətlərdə iştirak edir və onun olmaması şəxsiyyəti hüquq və vəzifələri əldə etmək və həyata keçirmək imkanından məhrum edə bilər. Həmçinin ad təkcə şəxsin fərdiləşdirilməsi və eyniləşdirilməsi məqsədlərinə xidmət etmir, eyni zamanda onun sosiallaşmasına, yəni cəmiyyətə inteqrasiya olunmasına istiqamətlənmişdir. Nəzərə almaq lazımdır ki, müvafiq şəxsi addan təkcə onun sahibi tərəfindən deyil, həm də yaşadığı ictimai mühitdə digərləri tərəfindən geniş istifadə olunur. Buna görə də, şəxs adları ilə bağlı məsələlər, cəmiyyətin maraqları və digər şəxslərin hüquqlarının müdafiəsi baxımından da nizamlanmalıdır. Baxılan məsələ ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra - Avropa Məhkəməsi) təcrübəsi də çox əhəmiyyətlidir. Belə ki, Konstitusiyanın həm də məhkəmələrə yönələn 12-ci maddəsinin İİ hissəsində təsbit olunmuş tələbə əsasən, Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. Avropa Məhkəməsi baxdığı bir sıra işlərdə müəyyən etmişdir ki, adın verilməsi və dəyişdirilməsi ilə əlaqədar məsələlər Konvensiyanın 8-ci maddəsində təsbit edilmiş şəxsi və ailə həyatına hörmət hüququnun təsir dairəsinə düşür (X9rşı iş üzrə 2008-ci il 21 oktyabr tarixli Qərar, §43 və Macalin X2rşı iş üzrə 2015-ci il 15 sentyabr tarixli Qərar, §21). Dövlətlər adların tənzimlənməsi sahəsində geniş mülahizə sərbəstliyinə malik olsalar belə, onlar adların fərdlərin şəxsi həyatındakı rolunu inkar edə bilməzlər. Adlar özünüfərdiləşdirmənin və özünümüəyyənetmənin mərkəzi elementidirlər. Əsaslandırılmış müvafiq səbəb olmadan şəxsin ada malik olmaq və ya adını dəyişmək hüququna məhdudiyyətin qoyulması Konvensiyanın 8-ci maddəsinin məqsədləri ilə uzlaşmır. Başqa şəxslərin hüquqlarına vurulmuş hər hansı faktiki zərər olmadan formal olaraq qanuni məqsədə istinad etmək bu hüququn məhdudlaşdırılmasına haqq qazandıra bilməz (Daróczy Macarıstana qarşı iş üzrə 2008-ci il 1 oktyabr tarixli Qərar, §32). Məhkəmə onu da qeyd edir ki, inzibati orqan uşağın adının dəyişdirilməsi barədə ərizəyə baxarkən də yeni adın onun mənafeyinə uyğun olub olmamasını qiymətləndirməli, bu zaman şəxsin hüquqlarına müdaxiləni yuxarıda qeyd olunan aspekdə, yəni çəkişən maraqların mütənasibliyi baxımından dəyərləndirməlidir. Hazırki işdən görünür ki, cavabdeh imtina cavabı verərkən adının dəyişdirilməsinin və verilən yeni adın onun mənafeyinə zərər yetirib yetirməməsini qiymətləndirməmiş, nəticədə valideynlərin bu hüququnun məhdudlaşdırılmasına gətirib çıxaran qərar qəbul etmişdir. Məhkəmə həmçinin qeyd edir ki, dəyişdirilməsi xahiş edilən “Eray” adı uşağın mənafeyinə xələl gətirə biləcək ad deyil və onun cinsinə uyğun gəlməyən və ya gülünc ad deyildir. Naxçıvan MR Ədliyyə Nazirliyinin arayışından müəyyən edilir ki, son beş il ərzində 48 uşağa “Eray” adı verilmişdir. Belə olan halda da, həmin adla bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 1.4-cü bəndinə nəzərdə tutulan məhdudiyyətlər hazırkı işdə mövcud deyil. Həmçinin həmin adın digər əsaslara görə uşağın mənafeyinə uyğun olmaması, həmin adın verilməsi ilə cəmiyyətin maraqları və digər şəxslərin hüquqlarına müdaxilə edilməsi işin halları ilə müəyyən edilmir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin məsələ ilə bağlı qəbul etdiyi qərar qanunsuz olmaqla, iddiaçıların hüquqlarının məhdudlaşdırılmasına səbəb olmuşdur. Beləliklə, iddiaçının qanuni nümayəndələri Qanuni nümayəndə2 və Qanuni nümayəndə1 cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı "Naxçıvan şəhər İcra Hakimiyyətinin yanında Qəyyumluq və Himayə Komissiyasının 21 yanvar 2025-ci il tarixli qərarının ləğv edilərək xx.xx.2020-ci il təvəllüdlü oğlu İddiaçı adının Elmirdən Eray adına dəyişdirilməsinə icazə (rəy) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası təmin edilməlidir. Nəticəvi hissə: Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 4.1, 34.1, 58.7, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddia təmin edilsin. Naxçıvan Şəhər İcra Hakimiyyətinin yanında Qəyyumluq və Himayə Komissiyasının 21 yanvar 2025-ci il tarixli Qərarı ləğv edilsin. Qanuni nümayəndə2 və Qanuni nümayəndə1 xx.xx.2020-ci il təvəllüdlü oğlu İddiaçı adının Elmirdən Eray adına dəyişdirilməsinə icazə (rəy) verilməsi öhdəliyi cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elnur Hüseynov
Məhkəmə qərarları › İş №2-1(122)-757/2025
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-757/2025
19.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver