Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-76/2020 26.10.2020 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Əsgərov Elnar Muxtər oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Cavabdeh2nə qarşı “vurulmuş ziyana görə 100.000 (bir yüz min) manat alınıb ona verilməsi tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2, Cavabdeh1 qarşı vurulmuş ziyana görə 100.000 (bir yüz min) manat alınıb ona verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş, iddianın mümkünlüyünün yoxlanılması ilə bağlı məhkəmə iclası xx xxxxxx 2020-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasında İddiaçı məhkəməyə xx xxxxxx 2020-ci il tarixli ərizə təqdim edərək, cavabdehlər Cavabdeh2nə və sabiq icra başçısı Cavabdeh1 qarşı cavabdehlərdən ona vurulmuş ziyana görə 100.000 (bir yüz min) manat alınıb ona verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə hazırlıq icraatı ilə bağlı məhkəmə iclası xx xxxxxxxx 2020-ci il tarixə təyin edilmişdir. İddiaçı xx xxxxxx 2020-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə Cavabdeh2 sabiq müavini X1 üçüncü cavabdeh kimi qəbul edilməsini məhkəmədən xahiş etmişdir. xx xxxxxxxx 2020-ci il tarixə təyin edilmiş hazırlıq icraatı ilə bağlı məhkəmə iclasında iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə təqdim edərək cavabdehlər Cavabdeh2nə, sabiq icra başçısı Cavabdeh1 və icra başçısının sabiq müavini X2 qarşı “vurulmuş ziyana görə 100.000 (bir yüz min) manat alınıb ona verilməsi” barədə tələbi olduğunu bildirərək, bu barədə qərar qəbul etməyi xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(122)-76/2020 nömrəli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh2nə və sabiq icra başçısı Cavabdeh1 qarşı “vurulmuş ziyana görə 100.000 (bir yüz min) manat alınıb ona verilməsi” tələbinə dair iş üzrə Cavabdeh1 cavabdeh qismində prosessual iştirakına xitam verilməsi, iddiaçının X1 üçüncü cavabdeh kimi tanınması barədə vəsatətinin təmin edilməməsi, Cavabdeh1 və X1 məhkəmə icraatında üçüncü şəxs qismində cəlb edilmələri (zəruri cəlbetmə) qərara alınmışdır. İş üzrə hazırlıq icraatı ilə bağlı məhkəmə iclası xx xxxxxxx 2020-ci il tarixə təyin edilmişdir. Üçüncü şəxslər Cavabdeh1 və X1 qeydiyyatda olduğu ünvanlara məhkəmə bildirişi göndərilmiş və həmin şəxslər başqa ünvanda yaşadıqlarına görə məhkəmə bildirişləri məhkəməyə qaytarılmışdır. Məhkəmə, üçüncü şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı bildirmişdir ki, iddia ərizəsində yazdıqlarını müdafiə edir. Cavabdeh kimi Cavabdeh2 tanıyır. Ona etibarnamə ilə torpaq sahəsi verilmişdi, lakin onun mülkiyyətində deyildi, həmin torpaq sahəsində tikili də var idi, 70 manat daşınmaz əmlaka vermədi deyə sənədləşməyə icazə vermədilər və yerini dağıtdılar. “Proqress” kiçik müəssisəsinə görə icra başçısı tükanı bağladı və ondan 20.000 manat pul istədi, o da vermədi. “Proqress” kiçik müəssisəsi onun mülkiyyətindədir, lakin fəaliyyətini dayandırıbdır. Həmin müəssisəyə məxsus Texniki pasport və Qeydiyyat vəsiqəsi məhkəmənin qərarı ilə ləğv edilib. Aldadıldığından həmin qərardan apelyasiya şikayəti verə bilməmişdir. İddia tələbi ilə bağlı cavabdeh orqana şifahi müraciət etmişdir, yazılı şəkildə müraciət etməmişdir. O cavabdehdən iddia tələbində qeyd etdiyi kompensasiyanı istəyir. Xahiş edir ki, tələbinin təmin edilməsi barədə qərar qəbul edilsin. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi X4 məhkəməyə verdiyi izahatında bildirmişdir ki, İddiaçı “vurulmuş ziyana görə 100.000 (bir yüz min) manat alınıb ona verilməsi” tələbi ilə bağlı Cavabdeh2nə heç bir ərizə daxil olmamışdır. İddiaçının iddia ərizəsində bəhs etdiyi əmlaka verilmiş Texniki pasport və Qeydiyyat vəsiqəsinin ləğv edilməsi barədə Naxçıvan Muxtar Respublikasının İnzibati-İqtisadi Məhkəməsi xx xxxxxxx 2018-ci il tarixdə qətnamə qəbul etmişdir. Hesab edir ki, həmin əmlakla bağlı iddiaçının hüququ yoxdur. Ona görə də iddianın mümkünsüz hesab edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli, 5 nömrəli qərarının 9cu bəndində qeyd edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddia ərizəsindən göründüyü kimi, İddiaçı Cavabdeh2nə qarşı vurulmuş ziyana görə 100.000 (bir yüz min) manat alınıb ona verilməsi tələbi barədə iddia (kompensasiyanın ödənilməsi tələbinə dair iddia) qaldırmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.7-ci maddələrinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Göründüyü kimi öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İş materiallarından məlum olur ki, iddiaçı hazırki iddia tələbində qaldırdığı məsələ ilə bağlı Cavabdeh2nə müraciət etməmiş və bu səbəbdən də, iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının cavabdeh tərəfindən hansı formada pozulduğunu müəyyən etmək mümkün olmamışdır. Həmçinin iddiaçı iddia ərizəsində Culfa şəhər sakini Quliyev Elşaddan oğluna ev tikmək üçün torpaq sahəsi aldığını qeyd etsə də, iddia ərizəsinə əlavə olunmuş Cavabdeh2 başçısının xx xxxxxx 2011-ci il tarixli, 68 nömrəli sərəncamının surəti ilə müəyyən olunur ki, həmin torpaq sahəsinə verilmiş sərəncam ləğv edilmişdir. İddiaçı digər tərəfdən iddia ərizəsində “Proqres” kiçik müəssisəsinə torpaq sahəsinin ayrıldığını və ona verilmiş mağazanın Texniki pasportunun və Qeydiyyat vəsiqəsinin Naxçıvan Muxtar Respublikası İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə ləğv edildiyini qeyd etsə də, iddia ərizəsinə əlavə edilmiş Culfa Rayon Dövlət Arxivinin Cavabdeh2nə ünvanlandığı arxiv arayışının surətindən müəyyən olunur ki, Cavabdeh2 tərəfindən 1996-cı il ərzində “Proqres” kiçik müəssisəsinə hər hansı məqsədlər üçün torpaq sahəsi ayrılmamış və bununla əlaqədar heç bir sərəncamın verilmədiyi bildirilmişdir. İddia ərizəsinə əlavə edilmiş Naxçıvan Muxtar Respublikası İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2-2(087)-22/2018 nömrəli qətnaməsinin surətindən müəyyən olunur ki, İddiaçı adına qanunsuz verilmiş inventar nömrəsi 197, reyestr nömrəsi 01/573 olan Texniki pasport və onun əsasında 2003-cü ilin iyul ayında verilmiş Qeydiyyat vəsiqəsinin ləğv edilməsi qət edilmişdir. Lakin, iddiaçı bununla bağlı apelyasiya şikayəti verməmiş, məhkəmənin çıxardığı qətnamə ilə razılaşmışdır. İddiaçı iddia ərizəsində göstərilən əmlakın sökülməsi ilə bağlı ona maddi ziyanın vurulduğunu qeyd etsə də, iddia ərizəsində və iddia ərizəsinə əlavə olunmuş sənədlərdə iddiaçının həmin əmlakla bağlı heç bir mülkiyyət hüququnun olmadığı müəyyən olunur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 203.1-ci maddəsinə əsasən Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli, 05 nömrəli qərarının müvafiq olaraq 1.1, 1.4 və 2.3-cü bəndlərində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəlləsində nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünün İnzibati Prosessual Məcəlləsinin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx xxxx 2008-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi “mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə kimi apelyasiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalı” olmasını bildirib subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, “subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz”. Məhkəmənin qənaətinə görə mübahisə edilən qeyri-yaşayış sahəsinin iddiaçının mülkiyyətində olması təsdiq edilmir. İddiaçı hazırkı mübahisə predmeti ilə bağlı cavabdehə qarşı öz hərəkətlərinə hüquqi ixtiyar, ondan tələb hüququ və müdafiə hüququ kimi üç elementin məcmusundan ibarət olan subyektiv hüquqa malik olmadığından, iddiaçının “ona vurulmuş ziyana görə 100.000 (yüz min) manat alınıb ona verilməsi” tələbinə dair iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh2nə qarşı “vurulmuş ziyana görə 100.000 (bir yüz min) manat alınıb ona verilməsi tələbi”nə dair iddiası mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh2nə qarşı “vurulmuş ziyana görə 100.000 (bir yüz min) manat alınıb ona verilməsi tələbi”nə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: HİCRAN MURADOV
Məhkəmə qərarları › İş №2-1(122)-76/2020
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-76/2020
26.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver