Məhkəmə qərarları › İş №2-1(122)-765/2024

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-765/2024

01.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-765/2024 01.05.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Culfa Rayon İcra Hakimiyyətinə qarşı “Culfa Rayon İcra Hakimiyyətinin tələbi ilə ona məxsus çayxana-bufetin sökülməsinin qanunsuz hesab edilməsi, Culfa şəhərində uyğun olan boş sahədə çayxana-bufetin tikintisi üçün 60 m2 torpaq sahəsinin ayrılması, həmin torpaq sahəsində çayxana-bufetin yenidən tikilməsinə və qanuni istifadəyə qaytarılmasını və ya onun əvəzi olaraq Culfa şəhərində tikilmiş mülkiyyət sənədi ilə təsdiq edilmiş evin həyətində olan torpaqla əvəzləşdirilməsi, əks halda çayxana-bufetin qanunsuz sökülməsi nəticəsində dəymiş zərərə görə kompensasiyanın cavabdehdən alınıb onun xeyrinə ödənilməsi tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Culfa Rayon İcra Hakimiyyətinin tələbi ilə ona məxsus çayxana-bufetin sökülməsinin qanunsuz hesab edilməsi, Culfa şəhərində uyğun olan boş sahədə çayxana-bufetin tikintisi üçün 60 m2 torpaq sahəsinin ayrılması, həmin torpaq sahəsində çayxana-bufetin yenidən tikilməsinə və qanuni istifadəyə qaytarılmasını və ya onun əvəzi olaraq Culfa şəhərində tikilmiş mülkiyyət sənədi ilə təsdiq edilmiş evin həyətində olan torpaqla əvəzləşdirilməsi, əks halda çayxanabufetin qanunsuz sökülməsi nəticəsində dəymiş zərərə görə kompensasiyanın cavabdeh Culfa Rayon İcra Hakimiyyətindən alınıb onun xeyrinə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunaraq hazırlıq icraatı ilə bağlı məhkəmə iclası 01 may 2024-cü il tarixə təyin edilərək, bu barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə tərəflərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəməyə 29 aprel 2024-cü il tarixli, **********522 nömrəli notarial qaydada təsdiq olunmuş ərizə göndərərək, Culfa Rayon İcra Hakimiyyətinə qarşı mülkiyyətində olan Culfa şəhərində yerləşən ümumi sahəsi 60 kvadrat metr olan mağaza binası üçün ayrılmış torpaq sahəsinin özünə qaytarılması və ya həmin binanın qanunsuz sökülməsi və torpaq sahəsinin qanunsuz olaraq əlindən alınması əvəzində ona dəymiş zərərə görə kompensasiya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia qaldırdığını, iddia tələbindən imtina etdiyini, iddiadan imtina etməyin hüquqi nəticələrinin ona izah edildiyini bildirib, məhkəmədən iddiadan imtina barədə ərizəni qəbul edib, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının ərizəsini nəzərdən keçirərək belə qənaətə gəlir ki, ərizə təmin edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: - 55.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. - 55.4-cü maddəsinə əsasən iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. - 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Culfa Rayon İcra Hakimiyyətinə qarşı “Culfa Rayon İcra Hakimiyyətinin tələbi ilə ona məxsus çayxana-bufetin sökülməsinin qanunsuz hesab edilməsi, Culfa şəhərində uyğun olan boş sahədə çayxana-bufetin tikintisi üçün 60 m2 torpaq sahəsinin ayrılması, həmin torpaq sahəsində çayxana-bufetin yenidən tikilməsinə və qanuni istifadəyə qaytarılmasını və ya onun əvəzi olaraq Culfa şəhərində tikilmiş mülkiyyət sənədi ilə təsdiq edilmiş evin həyətində olan torpaqla əvəzləşdirilməsi, əks halda çayxana-bufetin qanunsuz sökülməsi nəticəsində dəymiş zərərə görə kompensasiyanın cavabdehdən alınıb onun xeyrinə ödənilməsi tələbi”nə dair iddiası üzrə İddiaçı 29 aprel 2024-cü il tarixli ərizəsi təmin edilməli və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda qeyd olunanları və İPM-in 55.1, 55.4, 55.5, 80 və 83-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı 29 aprel 2024-cü il tarixli ərizəsi təmin edilsin. İddiaçı cavabdeh Culfa Rayon İcra Hakimiyyətinə qarşı “Culfa Rayon İcra Hakimiyyətinin tələbi ilə ona məxsus çayxana-bufetin sökülməsinin qanunsuz hesab edilməsi, Culfa şəhərində uyğun olan boş sahədə çayxana-bufetin tikintisi üçün 60 m2 torpaq sahəsinin ayrılması, həmin torpaq sahəsində çayxana-bufetin yenidən tikilməsinə və qanuni istifadəyə qaytarılmasını və ya onun əvəzi olaraq Culfa şəhərində tikilmiş mülkiyyət sənədi ilə təsdiq edilmiş evin həyətində olan torpaqla əvəzləşdirilməsi, əks halda çayxana-bufetin qanunsuz sökülməsi nəticəsində dəymiş zərərə görə kompensasiyanın cavabdehdən alınıb onun xeyrinə ödənilməsi tələbi”nə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan şikayət verilə bilməz. SƏDRLİK EDƏN: HİCRAN MURADOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar