Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-766/2023 14.09.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ X1 Heydər oğlunun sədrliyi, İbrahimova Səbinə Adələt qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı "özü üçün şəxsi fərdi yaşayış evi tikdirmək məqsədilə aldığı 42 və 46 nömrəli əraziləri müvafiq etibarnamələrlə alsa da, ilkin sənədləşmədə bələdiyyə mütəxəssisləri ərazilərə yerində baxış keçirilərək eni 28.5 metr, uzunluğu 64.1 metr olmaqla sahənin 828.9 kv.m olduğu müəyyənləşdirilərək bundan 1200 kv.m ərazini çıxdıqdan sonra qalan 626.9 kv.m ərazinin özəlləşdirilməsinə etibarnaməli mülkiyyət sahibi O.Məmmədovun adından nümayəndəsi olaraq 429 manat 40 qəpik vəsaiti bələdiyyənin hesabına köçürərək 26 iyul 2006-cı il tarixli, 83 nömrəli bələdiyyə qərarı verildiyindən qərarda özəlləşdirilmiş 626.9 kv.m ərazidən 526.9 kv.m ərazi yayındırılaraq 100 kv.m əraziyə Azərbaycan Respublikasi Qanunun 16 maddəsinin 16.3 və 16.4-cü bəndi əsasında Orucəli Məmmədovun mülkiyyətə verilməsi barədə, 2-ci halda həmin əraziyə 12 sentyabr 2013-cü il tarixdə təkrar baxış keçirilərək etibarnaməli mulkiyyət sahibi R.İsmayılovun nümayəndəsi olaraq özəlləşməsi aparılmış 140.1 kv.m ərazi 112 manat dəyərində qiymətləndirildiyindən ödənişi aparıb övladı Rövşən İsmayilovun adına verilmiş 82/01 nömrəli bələdiyyə qərarı verildiyini nəzərə alaraq ümumilikdə 541.4 manat dəyəri ödənilmiş 667 kv.m əlavə ərazi tələbində dolandırıldığından bələdiyyə rəhbərliyinin mülkiyyət sahiblərindən heç birini tanımadan, ərazilərdə belə olmadan onunla aparılmış danışıqlar əsasında ərazidə torpağın qiymətinin tənzimlənən bazar qiymətinə müvafiq 15000 manatdan hesablanaraq alınmış vəsaitin infilyasiya nəzərə alınmaqla bələdiyyədən əlavə ərazi iddia tələbinə qarşılığında 52000 (əlli iki min) manat dəyərində təzminatın ödənilməsi tələbi”nə dair iddianın mümkünlüyünün yoxlanılması məsələsinə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək özü üçün şəxsi fərdi yaşayış evi tikdirmək məqsədilə aldığı 42 və 46 nömrəli əraziləri müvafiq etibarnamələrlə alsa da, ilkin sənədləşmədə bələdiyyə mütəxəssisləri ərazilərə yerində baxış keçirilərək eni 28.5 metr, uzunluğu 64.1 metr olmaqla sahənin 828.9 kv.m olduğu müəyyənləşdirilərək bundan 1200 kv.m ərazini çıxdıqdan sonra qalan 626.9 kv.m ərazinin özəlləşdirilməsinə etibarnaməli mülkiyyət sahibi O.Məmmədovun adından nümayəndəsi olaraq 429 manat 40 qəpik vəsaiti bələdiyyənin hesabına köçürərək 26 iyul 2006-cı il tarixli, 83 nömrəli bələdiyyə qərarı verildiyindən qərarda özəlləşdirilmiş 626.9 kv.m ərazidən 526.9 kv.m ərazi yayındırılaraq 100 kv.m əraziyə Azərbaycan Respublikasi Qanunun 16 maddəsinin 16.3 və 16.4-cü bəndi əsasında Orucəli Məmmədovun mülkiyyətə verilməsi barədə, 2-ci halda həmin əraziyə 12 sentyabr 2013-cü il tarixdə təkrar baxış keçirilərək etibarnaməli mulkiyyət sahibi R.İsmayılovun nümayəndəsi olaraq özəlləşməsi aparılmış 140.1 kv.m ərazi 112 manat dəyərində qiymətləndirildiyindən ödənişi aparıb övladı Rövşən İsmayilovun adına verilmiş 82/01 nömrəli bələdiyyə qərarı verildiyini nəzərə alaraq ümumilikdə 541.4 manat dəyəri ödənilmiş 667 kv.m əlavə ərazi tələbində dolandırıldığından bələdiyyə rəhbərliyinin mülkiyyət sahiblərindən heç birini tanımadan, ərazilərdə belə olmadan onunla aparılmış danışıqlar əsasında ərazidə torpağın qiymətinin tənzimlənən bazar qiymətinə müvafiq 15000 manatdan hesablanaraq alınmış vəsaitin infilyasiya nəzərə alınmaqla bələdiyyədən əlavə ərazi iddia tələbinə qarşılığında 52000 (əlli iki min) manat dəyərində təzminatın ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunaraq iddianın mümkünlüyünün yoxlanılması ilə bağlı məhkəmə iclası 14 sentyabr 2023-cü il tarixə təyin olunmuşdur. Məhkəmə tərəfindən iddiaçıya 20 iyul 2023-cü il tarixli, 2-1(122)-766/2023 nömrəli yardım məktubu ünvanlanaraq cavabdeh inzibati orqana qarşı iddia tələbinin dəqiqləşdirilməsi iddiaçıya təklif olunmuşdur. Məhkəmənin yardım məktubu 27 iyul 2023-cü il tarixdə iddiaçı tərəfindən imza edilərək alınmış, lakin iddiaçı tərəfindən məktubda nəzərdə tutulan hallarla bağlı heç bir tədbir görülməmiş, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə məhkəməyə təqdim olunmamışdır. 14 sentyabr 2023-cü il tarixə təyin edilmiş məhkəmə iclasında məhkəmə tərəfindən yuxarıda sadalanan hallar iddiaçının diqqətinə çatdırılmış, iddiaçıya yenidən iddia tələbinin dəqiqləşdirilməsi təklif edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı ona göndərilən yardım məktubundan xəbərdar olduğunu, lakin iddia tələbini dəqiqləşdirməkdən imtina etdiyini bildirib, hazırki tələb üzrə işə baxılıb müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. - 45.2-ci maddəsinə əsasən proses iştirakçılarının sayına görə iddia ərizəsinin və digər sənədlərin surətləri iddia ərizəsinə əlavə olunmalıdır. - 46.1-ci maddəsinə əsasən iddia ərizəsində ərizənin verildiyi məhkəmənin adı, iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları, iddiaçının (ərizəçinin) tələbi göstərilməlidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarının: - 1.1, 1.2, 1.3-ci bəndlərində qeyd olunan hüquqi mövqeyə görə məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. - 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. - 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. - 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. - 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. - 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. - 16.1-ci bəndinə əsasən iddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş iddia ərizəsinin məzmunundan aydın olur ki, iddia tələbi qeyri-müəyyən ifadə olunmuşdur. Belə olan halda məhkəmə tərəfindən iddianın növünü, iddiaçının cavabdehə qarşı konkret tələbinin nədən ibarət olduğunu müəyyən etmək mümkün olmamışdır. Bu hal isə hazırki tələb üzrə mümkünlük şərtlərini istisna edir. Bundan başqa iddia ərizəsi və ona əlavə edilmiş sənədlər tədqiq edilərkən müəyyən olundu ki, hazırki tələb üzrə edilmiş müraciət və cavabdeh orqan tərəfindən müraciətə verilmiş cavab məktubu iddia ərizəsinə əlavə edilməmişdir. İddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş 2018-ci il və 2022-ci il tarixli Cavabdeh ona ünvanlanmış məktublarının məzmunundan isə iddiaçının hazırki tələb üzrə cavabdeh inzibati orqana müraciət edib-etmədiyini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə qeyd olunanlara əsasən izah edir ki, iddia tərəfi reallaşdırılmasını tələb etdiyi hər hansı inzibati hüquqla bağlı əvvəlcə cavabdeh orqana müraciət etməli, müsbət cavabın alınmadığı təqdirdə məhkəməyə müraciət etməlidir. Belə olan təqdirdə iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının cavabdeh inzibati orqan tərəfindən hansı formada pozulduğunu (inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində) müəyyən etmək mümkün olmamışdır. Məhkəmə tərəfindən iddiaçının ünvanına Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin tələbinə əsasən yardım məktubu göndərilərək ona zəruri hüquqi yardım göstərilmişdir. İnzibati prosessual qanunvericiliyin prinsiplərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərtin yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Beləliklə, məhkəmə İddiaçı Cavabdehnə qarşı "özü üçün şəxsi fərdi yaşayış evi tikdirmək məqsədilə aldığı 42 və 46 nömrəli əraziləri müvafiq etibarnamələrlə alsa da, ilkin sənədləşmədə bələdiyyə mütəxəssisləri ərazilərə yerində baxış keçirilərək eni 28.5 metr, uzunluğu 64.1 metr olmaqla sahənin 828.9 kv.m olduğu müəyyənləşdirilərək bundan 1200 kv.m ərazini çıxdıqdan sonra qalan 626.9 kv.m ərazinin özəlləşdirilməsinə etibarnaməli mülkiyyət sahibi O.Məmmədovun adından nümayəndəsi olaraq 429 manat 40 qəpik vəsaiti bələdiyyənin hesabına köçürərək 26 iyul 2006-cı il tarixli, 83 nömrəli bələdiyyə qərarı verildiyindən qərarda özəlləşdirilmiş 626.9 kv.m ərazidən 526.9 kv.m ərazi yayındırılaraq 100 kv.m əraziyə Azərbaycan Respublikasi Qanunun 16 maddəsinin 16.3 və 16.4-cü bəndi əsasında Orucəli Məmmədovun mülkiyyətə verilməsi barədə, 2-ci halda həmin əraziyə 12 sentyabr 2013-cü il tarixdə təkrar baxış keçirilərək etibarnaməli mulkiyyət sahibi R.İsmayılovun nümayəndəsi olaraq özəlləşməsi aparılmış 140.1 kv.m ərazi 112 manat dəyərində qiymətləndirildiyindən ödənişi aparıb övladı Rövşən İsmayilovun adına verilmiş 82/01 nömrəli bələdiyyə qərarı verildiyini nəzərə alaraq ümumilikdə 541.4 manat dəyəri ödənilmiş 667 kv.m əlavə ərazi tələbində dolandırıldığından bələdiyyə rəhbərliyinin mülkiyyət sahiblərindən heç birini tanımadan, ərazilərdə belə olmadan onunla aparılmış danışıqlar əsasında ərazidə torpağın qiymətinin tənzimlənən bazar qiymətinə müvafiq 15000 manatdan hesablanaraq alınmış vəsaitin infilyasiya nəzərə alınmaqla bələdiyyədən əlavə ərazi iddia tələbinə qarşılığında 52000 (əlli iki min) manat dəyərində təzminatın ödənilməsi tələbi”nə dair iddiasının mümkün sayılmaması qənaətinə gəlir. Yuxarıda şərh edilən hallara əsaslanaraq iddiaçıya izah edilir ki, o, qeyd olunan halları aradan qaldıraraq yenidən məhkəməyə iddia ərizəsi ilə müraciət edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13, 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddia mümkün sayılmasın. İddiaçıya izah edilsin ki, qərardadın məzmununda qeyd edilmiş mümkünlük şərtlərinə əməl etməklə yenidən məhkəmədə iddia qaldırmaq hüququ vardır. Qərardaddan qərardad rəsmi qaydada təqdim olunduğu vaxtdan (elan olunduğu vaxtdan) 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Elnur Hüseynov
Məhkəmə qərarları › İş №2-1(122)-766/2023
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-766/2023
14.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver