Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-77/2025 28.04.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Əliyev Adəm Qurban oğlunun katibliyi, İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Vəkil, cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X1 və şahid X4 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “İddiaçı xx.xx.2019-cu il tarixdən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyası işinin ləğv edilməsinə dair "Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin 01 fevral 2022-ci il tarixli, 24 nömrəli qərarının ləğv edilməsi və təyin edilmiş pensiyanın 2022-ci ilin fevral ayından etibarən cari ödənişlərlə ona ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbi”nə dair inzibati mübahisə üzrə işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı vəkili və nümayəndəsi ilə birlikdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı xx.xx.2019-cu il tarixdən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyası işinin ləğv edilməsinə dair "Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin 01 fevral 2022-ci il tarixli, 24 nömrəli qərarının ləğv edilməsi və təyin edilmiş pensiyanın 2022-ci ilin fevral ayından etibarən cari ödənişlərlə ona ödənilməsi öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ona xx.xx.2019-cu il tarixdən «Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilmişdir. 2022-ci ilin fevral ayı üçün ona təyin edilmiş pensiya məbləğinin ödənilmədiyini öyrənmişdir. 2022-ci il və sonrasında səhhətində ciddi nasazlıqlar yaşamış və bir neçə dəfə əməliyyat olunmuş, uzun müddət xəstə yatmışdır. Ona təyin edilmiş pensiyanın nə üçün kəsildiyini maraqlanandan sonra müəyyən olunmuşdur ki, pensiya Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Culfa rayon şöbəsinin 01 fevral 2022-ci il tarixli, 24 nömrəli qərarına əsasən ləğv edilmişdir. Qərarın surəti xx.xx.2023-cü il tarixdə ona verilmişdir. Həmin qərarda ona təyin edilmiş müvafiq pensiyanın kəsilməsinə səbəb olaraq Ordubad rayon 13 saylı Körpü Tikinti Qatarı İdarəsində işlədiyi iş stajına aid verilmiş 01 avqust 2019-cu il tarixli, 115 nömrəli arxiv arayışında 1994-2005-ci illərə dair əmək haqqı almasına dair qeydin olmaması, bununla da tələb olunan 25 il ümumi iş stajının tamamlanmadığı göstərilmişdir. Göründüyü kimi, cavabdeh orqan təyin edilmiş pensiyanın kəsilməsini 25 il ümumi iş stajının tamamlanmaması ilə əsaslandırmışdır. Cavabdehin qərarında iddiaçının ümumi əmək stajı ilə bağlı mübahisələnən münasibətləri tənzimləyən maddi hüquq normalarının tətbiqi məsələsinə aydınlıq gətirilməlidir. Mübahisələnən qərardan göründüyü kimi iddiaçının mübahisələnən əmək stajı 1994-cü ildən 2005-ci ilədək dövrü əhatə edən müvafiq müddətləri əhatə edir. Belə olan halda hüquqda normanın zaman baxımından tətbiqi prinsipi əsas alınaraq hazırkı mübahisəyə xx.xx.2006cı il tarixədək qüvvədə olan "Vətəndaşların pensiya təminatı haqqında” Qanunun müddəalarına, həmçinin həmin tarixədək qüvvədə olan hüquqi aktlara uvğun həll edilməlidir. Cavabdeh orqanın ona müvafiq pensiyanın təyin edilməsindən imtinanın əsası kimi göstərdiyi 1994-2005-ci illər üzrə sosial sığorta haqqının ödənilmədiyinə görə həmin dövrün əmək stajına aid edilməməsi dəlili hər hansı hüquq norması ilə dəstəklənmir. Mübahisələnən qərarda əmək stajına daxil edilməyən müvafiq illər üzrə müddətlərdə onun işdən azad olunmasına dair hər hansı əmr mövcud deyildir, qeyd edilən dövrlər üzrə əməkhaqqı almışdır. Əməkhaqqı cədvəllərinin məsul şəxslər tərəfindən lazımi qaydada tərtib edilməməsi, saxlanılmaması, arxivləşdirilməməsi onun əmək stajının itirilməsinə səbəb və əsas olaraq göstərilə və qəbul edilə bilməz. Pensiya işinin ləğv edilməsilə bağlı aparılmış inzibati icraatdan onun heç bir məlumatı olmamış, maraqlı şəxs kimi "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş hüquqlarından istifadə imkanları məhdudlaşdırılmışdır. İddiaçı qeyd olunan xüsusatları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1, 70.1 və 70.3-cü maddələrini rəhbər tutaraq, ona xx.xx.2019-cu il tarixdən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyası işinin ləğv edilməsinə dair "Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin 01 fevral 2022-ci il tarixli, 24 nömrəli qərarının ləğv edilməsi və təyin edilmiş pensiyanın 2022-ci ilin fevral ayından etibarən cari ödənişlərlə ona ödənilməsi öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş, İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) 27 dekabr 2023-cü il tarixdə məhkəməyə təqdim edilmişdir. Cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu iddiaya qarşı 27 dekabr 2023-cü il və 10 fevral 2024-cü il tarixli eyni məzmunlu yazılı münasibətlərini onunla əsaslandırmışdır ki, xx xxxx 1960-cı il tarixdə Ordubad rayonunda anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla orada yaşayan İddiaçı “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Culfa rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyanın 30 avqust 2019-cu il tarixli, 116 nömrəli qərarına əsasən, 02 iyul 2017-ci il tarixdən etibarən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə müvafiq olaraq güzəştli şərtlərlə yaşa görə 174,22 manat məbləğində əmək pensiyası təyin edilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş 05 sentyabr 1978-ci il tarixli, ИT-İ seriyalı, ******* nömrəli əmək kitabçasının surətində qeyd olunmuş məlumatlara əsasən o, xx.xx.1975-ci il tarixdən xx.xx.1978-ci il tarixədək (2 il 10 ay 19 gün) Bakı Texniki Peşə Məktəbində təhsil almış, xx.xx.1978-ci il tarixdən xx.xx.1979-cu il tarixədək (1 il 2 ay) Culfa rayon Lokomotiv Deposunda maşınist köməkçisi işləmişdir. Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Culfa rayon şöbəsinin 26 iyul 2019-cu il tarixli, 544 arayışına əsasən iddiaçı xx.xx.1979-cu il tarixdən xx.xx.1981-ci il tarixədək (2 il 17 gün) SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuş, xx.xx.1982-ci il tarixdən xx.xx.1986-cı il tarixədək (4 il 7 ay 23 gün) Culfa rayon Lokomotiv Deposunda maşınist köməkçisi, xx.xx.1986-cı il tarixdən xx.xx.2006-cı il tarixədək (19 il 4 ay) 13 saylı Körpü Tikinti Qatarı İdarəsində maşınist vəzifələrində işləmişdir. İddiaçının əmək fəaliyyətinə başladığı ildən xx.xx.2006-cı il tarixədək, təhsil aldığı müddət və hərbi xidmət illəri də daxil olmaqla əmək kitabçası üzrə 30 il 01 ay 18 gün ümumi, 25 il 2 ay 11 gün xüsusi iş stajı, xx.xx.2006-cı il tarixdən xx.xx.2019-cu il tarixədək 13 il 7 ay 3 gün iş stajı olmaqla, cəmi 43 il 8 ay 21 gün ümumi, 27 il 11 ay 12 gün xüsusi iş stajı olduğu müəyyən olunmuşdur. Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin 2019-cu il 29 iyul tarixli, 13/676 nömrəli arayışında İddiaçı X18 X8 işlədiyi 1982-ci və 1985-ci illərdə əməkhaqqı cədvəllərində adına rast gəlinmədiyi göstərilmişdir. Naxçıvan Muxtar Respublikasının Ordubad Rayon Dövlət Arxivinin 2019-cu il 01 avqust tarixli, 116 nömrəli arayışında İddiaçı Ordubad Rayon 13 saylı Körpü Tikinti Qatarı İdarəsində işlədiyi 1994- 2005-ci illərə dair əməkhaqqı cədvəllərində adının olmadığı qeyd edilmişdir. Beləliklə, iddiaçının 1982-ci və 1985-ci illərdə X18 X8, 1994-2005-ci illərdə isə Ordubad Rayon 13 saylı Körpü Tikinti Qatarı İdarəsində maşınist köməkçisi işlədiyi müddətlərin iş stajı arxiv sənədləri ilə öz təsdiqini tapmadığından və həmin müddətlər nəzərə alınmadığından və bu səbəbdən də iddiaçının ümumi iş stajı 25 ildən az olduğundan, ona qanunsuz olaraq təyin edilmiş güzəştli şərtlərlə əmək pensiyası “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Culfa Rayon Şöbəsinin 01 fevral 2022-ci il tarixli, 24 nömrəli qərarı ilə ləğv edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 01 iyul 2017-ci il tarixinədək qüvvədə olan redaksiyasının 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 1992-ci ilin yanvarın 1-dən 2006-cı il yanvarın 1-dək sığorta stajının hesablanmasında qanunvericiliklə müəyyən edilmiş qaydada başlıca tələb məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi hesab olunduğundan, həmin dövrlər əmək kitabçasında qeyd olunmaqla bərabər, eyni zamanda, əməkhaqqı alınması haqqında arxiv arayışları ilə də təsdiq olunmalıdır. Ona görə ki, məcburi dövlət sosial sığorta haqqı, şəxslərin almış olduqları əməkhaqqı əsasında ödənilir, yəni əməkhaqqı alınmamış dövr məcburi dövlət sosial sığorta haqqı ödənilməmiş dövr hesab olunur və əmək pensiyası təyinatı zamanı həmin dövrlər sığorta stajına daxil edilmir. Nəzərə alınmalıdır ki, pensiya təminatı sisteminin hər bir iştirakçısının ödədiyi sığorta haqlarının onun alacağı pensiya məbləğinə mütənasib olmasının təmin edilməsi qüvvədə olan pensiya qanunvericiliyinin əsas məqsədlərindən biridir. Qanunvericilikdə əmək pensiyalarının təyin edilməsi üçün müəyyən edilmiş zəruri şərtlərdən olan sığortaolunanın sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrləri ilə əlaqələndirilmiş və həmin iş dövrlərinin nəzərə alınması üçün məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi əsas şərt kimi təsbit edilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “İddiaçı xx.xx.2019-cu il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiya işinin ləğv edilməsinə dair “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Culfa Rayon Şöbəsinin 01 fevral 2022-ci il tarixli, 24 nömrəli qərarının ləğv edilməsi və təyin edilmiş pensiyanın 2022-ci ilin fevral ayından etibarən cari ödənişlərlə İddiaçı ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbi”nin rədd edilməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin 23 iyul 2024-cü il tarixli, 2-1(122)-300/2024 nömrəli sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab edilmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 23 noyabr 2024-cü il tarixli, 2- 1(122)-300/2024 nömrəli qərardadı ilə inzibati iş üzrə İddiaçı 30 avqust 2019-cu il tarixli, 116 nömrəli qərar əsasında təyin edilmiş və 01 fevral 2022-ci il tarixli, 24 nömrəli qərar əsasında ləğv edilmiş əmək pensiyası “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq cavabdeh inzibati orqan tərəfindən yenidən araşdırılaraq, inzibati icraat aparılması və bunun üçün cavabdeh inzibati orqana 1 (bir) ay müddət təyin edilməsi, cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən həmin müddət ərzində məhkəməyə məlumat verilməsi qərara alınmışdır. Həmin qərardadın icrası məqsədilə cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən 13 yanvar 2025-ci il tarixdə məhkəməyə daxil olmuş məktubla İddiaçı xx.xx.2019-cu il tarixdən təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ləğv edilməsinə əsas olmuş "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyanın xx.xx.2022-ci il tarixli, 24 nömrəli qərarının təsdiq edilmiş surəti iş materiallarına əlavə edilməsi üçün məhkəməyə göndərilmişdir. Məhkəmənin müvafiq məktubundan sonra cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən İddiaçı təyin olunmuş əmək pensiyasının ləğv edilməsi haqqında məktub 19 fevral 2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 18 fevral 2025-ci il tarixli, 3-17-9-1/2- 1938/2025 nömrəli məktubundan görünür ki, İddiaçı Fondun Culfa rayon şöbəsinin 30 avqust 2019-cu il tarixli, 116 nömrəli qərarı ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmuşdur. Fond tərəfindən aparılan araşdırma zamanı İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün tələb olunan ümumi və xüsusi sığorta stajlarının düzgünlüyünün yoxlanılması zərurəti yaranmışdır. Yoxlama zamanı İddiaçı 13 il 7 ay sığorta stajının düzgünlüyü öz təsdiqini tapmadığı üçün ümumi sığorta stajı 16 il 5 ay 27 gün olduğu müəyyən olunmuşdur. Yuxarıda qeyd olunanları nəzərə alaraq bildirilmişdir ki, İddiaçı tələb olunan 25 il sığorta stajı olmadığından Fondun Culfa rayon şöbəsinin 30 avqust 2019-cu il tarixli, 116 nömrəli qərarı ilə təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası Fondun Pensiya, müavinət və təqaüdlərin təyinatı departamentinin Xüsusi şərtlərlə təyinat şöbəsinin 18 fevral 2025-ci il tarixli 3-17-9-1/2-B- 1862/2025 nömrəli qərarı ilə ləğv edilmişdir. Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Pensiya, müavinət və təqaüdlərin təyinatı departamentinin Xüsusi şərtlərlə pensiya təyinatı komissiyasının 18 fevral 2025-ci il tarixli, 3-17-9-1/2-B-1862/2025 nömrəli qərarından görünür ki, "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün Fondun Culfa rayon pensiya təyin edən komissisiyası tərəfindən qəbul edilmiş 30 avqust 2019-cu il tarixli, 116 nömrəli qərarına və Culfa rayon şöbəsinin pensiya təyin edən komissiyası tərəfindən əmək pensiyasının dayandırılmasına dair 01 fevral 2022-ci tarixli, 24 nömrəli qərarına Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Pensiya, müavinət və təqaüdlərin təyinatı departamentinin Xüsusi şərtlərlə pensiya təyinatı şöbəsi tərəfindən yenidən baxılaraq müəyyən edilmişdir. xx xxxx 1960-cı il tarixində Naxçıvan MR Ordubad şəhərində anadan olmuş və ünvan 2 ünvanında yaşayan İddiaçı Fondun Culfa rayon şöbəsi tərəfindən "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən 30 avqust 2019-cu il tarixli, 116 nömrəli qərarla 174.22 manat məbləğində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli, 175 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası"nın 4.1.20-ci bəndinə uyğun olaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti - bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən təsdiq edilir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanunun 9.8-ci maddəsinə əsasən 01 yanvar 2006-cı il tarixinədək Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilmişdir. Qeyd olunanları nəzərə alaraq "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.8-ci maddəsində güzəşt yalnız yaşa və staja görə müəyyən edildiyindən sözügedən Qanunun 9.1-ci maddəsini 01 iyul 2017-ci il tarixindən qüvvədə olan "fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə" müddəası nəzərə alınmaqla qanunun 9.8-ci maddəsinin şərtlərinə əsasən 01 yanvar 2006-cı il tarixinədək güzəştli və ümumi iş stajı tamamlanmış şəxslərin "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 13-cü maddəsində müəyyən edilmiş yaş həddinə çatdıqda güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Araşdırma zamanı məlum olmuşdur ki, Ordubad rayon Dövlət Arxiv İdarəsinin 01 avqust 2019-cu il tarixli, 116 nömrəli arayışında vətəndaş İddiaçı Ordubad rayon 13 saylı Körpü Tikinti Qatarı İdarəsində işlədiyi 1994- 2005-ci illərin əməkhaqqı kitablarında əməkhaqqı almaması qeyd olunmuşdur. Arxiv arayışına əsasən vətəndaşın 01 yanvar 2006-cı il tarixinə ümumi iş stajı 30 il 00 ay 27 gündən 13 il 07 ay 00 gün azalaraq 16 il 05 ay 27 gün müəyyən edilmişdir. Nəticədə vətəndaşın 01 yanvar 2006-cı il tarixinə 25 il ümumi iş stajı olmadığı aşkar olunmuşdur. Komissiya yuxarıda qeyd olunanları nəzərə alaraq, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin tələblərini rəhbər tutaraq, xx xxxx 1960-cı il tarixində Naxçıvan MR Ordubad şəhərində anadan olmuş və ünvan 2 ünvanında yaşayan İddiaçı "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün Fondun Cufa rayon pensiya təyin edən komissisiyası tərəfindən qəbul edilmiş 30 avqust 2019-cu il tarixli, 116 nömrəli qəranı ləğv edilməsi və qərarın bir nüsxəsi İddiaçı göndərilməsi qərara alınmışdır. Qərarı rəsmi qaydada aldıqdan sonra 30 gün müddətində Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna və ya məhkəməyə şikayət verilə biləcəyi izah edilmişdir. Bundan sonra şifahi məhkəmə baxışı iclası 28 aprel 2025-ci il tarixə təyin edilərək, bu barədə tərəflərə məlumat verilmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək, 1978-ci ildə əmək fəaliyyətinə başladığını, müxtəlif vəzifələrdə işlədiyini, əmək fəaliyyəti ilə məşğul olduğu müddətin əksəriyyətini zərərli işlərdə çalışdığını, 2008-ci ildə ərizə verərək işdən çıxdığını, yollar bağlı olduğu üçün işin olmadığını, ona görədə əməkhaqqı almadığını, 1994-cü ildə Culfa Deposuna köçürülməsi ilə bağlı hər hansı ərizə vermədiyini, Culfa Deposuna getmədiyini və orada işləmədiyini, 2008-ci ildə işdən çıxmaq üçün ərizə verərkən müdir Bakı şəhərində olduğundan əmək kitabçasının kadrların rəisi tərəfindən imzalandığını və həmkarların möhürünün vurulduğunu, uzun illər xüsusi iş stajına malik olduğundan pensiyasının dayandırılmasının ona haqsızlıq olaraq gördüyünü, 2008-ci ildən sonra əmək fəaliyyəti ilə məşğul olduğunu, fərdi hesabında kifayət qədər vəsaitinin olduğunu bildirərək, məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Vəkil iddianı müdafiə edərək, iddiaçının işlədiyi illərin arxiv arayışları ilə təsdiq edilməməsinin iddiaçının təqsiri olmadığını, əmək kitabçasına əsasən fasiləsiz işlədiyini bildirərək, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X5 iddiaya dair verilmiş yazılı etiraza uyğun məzmunda izahat verərək, məhkəmədən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş X7 2000-ci ildən X9 işlədiyini, 2004-cü ilin sentyabr ayından isə X8 baş mühasib vəzifəsində işlədiyini, işlədiyi dövrdə İddiaçı görmədiyini, onun həmin depoda işləmədiyini və adına əməkhaqqı hesablanmadığını, 13 saylı Təmir-tikinti İdarəsinin Ordubadda yerləşdiyini, tamamilə ayrı idarə olduğunu, geniş kollektivinin olduğunu, həmin idarənin kollektivini tanımadığını, oranın Bakıya tabe olduğunu bildirmişdir. İddiaçı iş materiallarına cavabdehin qərarını, şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətini, yaşayış yeri haqqında arayışı və əmək kitabçasını əlavə etmişdir. Həmin sənədlərin və materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə, ilk növbədə, verilmiş iddianın mümkünlüyünü qiymətləndirərək hesab edir ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İPM-nin 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuş və iddia qanunvericilikdə nəzərdə tutulmuş iddia müddəti tələblərinə riayət edilməklə qaldırılmışdır. İddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı olmadığından rədd edilməlidir. Belə ki, iş materiallarında olan: - Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Culfa rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının 01 fevral 2022-ci il tarixli, 24 nömrəli qərarından görünür ki, xx.xx.1960-cı il tarixdə anadan olmuş, ünvan 4 ünvanında yaşayan İddiaçı xx.xx.2019-cu il tarixli, 116 nömrəli qərara əsasən güzəştli şərtlərlə yaşa görə, qanunsuz olaraq təyin edilmiş əmək pensiyası ləğv edilməsi və xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək ödənilmiş 11472 manat 06 qəpik məbləğində pul vəsaiti Fondun Culfa rayon şöbəsinin yığım hesabına geri qaytarılması qərara alınmış və qərardan onun surətini rəsmi qaydada aldıqdan sonra 30 (otuz) gün müddətində “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsinə və ya məhkəməyə şikayət vermək hüququ izah edilmişdir. - AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, xx xxxx 1960-cı ildə Ordubad şəhərində doğulmuş İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. - Culfa Rayon İcra Hakimiyyətinin Culfa Şəhər Mənzil İstismar Sahəsi tərəfindən verilmiş 18 sentyabr 2023-cü il tarixli, 1877 nömrəli arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanında yaşayır. - ИT-İ ******* nömrəli əmək kitabçasının tərcümə edilmiş surətindən görünür ki, İddiaçı işə başlamazdan əvvəl xx.xx.1975-ci ildən xx.xx.1978-ci il tarixədək Bakı şəhəri 2 saylı məktəbdə teplovoz maşınistinin köməkçisi ixtisası üzrə texnik təhsili almış, xx.xx.1978-ci il tarixli, 286 nömrəli əmrlə xx.xx.1978-ci il tarixdən Azərbaycan Dəmir Yolları X8 ehtiyat teplovoz maşınisti köməkçisi kimi işə götürülmüş, xx.xx.1978-ci il tarixli, 340 nömrəli əmrlə xx.xx.1978-ci il tarixdən teplovozun maşınist köməkçisi kimi müstəqil işləməyə icazə verilmiş, xx.xx.1979-cu il tarixdən Sovet Ordusuna çağırışla əlaqədar işdən azad edilmiş, xx.xx.1979-xx.xx.1981-ci illərdə Sovet Ordusunda xidmət etmiş, xx.xx.1982ci il tarixdən 4 saylı əmrlə ehtiyat teplovoz maşınisti köməkçisi kimi Azərbaycan Dəmir Yolları X8 işə götürülmüş, xx.xx.1982-ci il tarixdən 27 saylı əmrlə teplovozun maşınist köməkçisi kimi müstəqil işləməyə icazə verilmiş, xx.xx.1986-cı il tarixdən xx.xx.1986-cı il tarixli, 244 saylı əmrlə Ordubad 13 MMC-nin sərəncamına verilməsi ilə əlaqədar işdən azad edilmişdir. Əmək kitabçasının 10-cu bəndinə əsasən xx.xx.2008-ci il tarixdən 25 nömrəli əmrlə verdiyi ərizəsinə görə ƏQM-nin 69-cu maddəsinin 1-ci bəndinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. İş materiallarına əlavə edilmiş: - Azərbaycan Respublikası Təhsil Nazirliyinin Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi tərəfindən verilmiş 04 aprel 2022-ci il tarixli, 183 nömrəli arayışdan görünür ki, İddiaçı həqiqətən xx.xx.1975-ci il tarixdə indiki Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin (keçmiş 2 nömrəli Peşə Məktəbi) “Teplovozun maşınist köməkçisi” ixtisas qrupuna daxil olmuş və xx.xx.1978-ci il tarixdə həmin məktəbi əyani formada bitirmişdir. - "xxxx" Qapalı Səhmdar Cəmiyyəti “X13” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən məhkəməyə ünvanlanmış 21 iyun 2024-cü il tarixli, 13-1/2-5189/2024 nömrəli məktubdan görünür ki, İddiaçı işlədiyi 13 saylı Körpü Tikinti Qatarı İdarəsi “X13" Məhdud Məsuliyyətli Cəmiyyətinin tabeliyində olmadığından sorğuda göstərilən məlumatlara dair “Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinə müraciət edilməsi məqsədəuyğundur. - "xxxx" Qapalı Səhmdar Cəmiyyəti “X13” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən məhkəməyə ünvanlanmış 26 sentyabr 2024-cü il tarixli, 13-1/2-8947/2024 nömrəli məktubdan görünür ki, İddiaçı 1994-cü ildən sonra Culfa Deposunda işlədiyi dövrə aid sənədlər Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinə təhvil verilmişdir. 13 saylı Körpü Tikinti Qatarı idarəsi “X16” Məhdud Məsuliyyətli Cəmiyyətinin tabeliyində olmadığından sorğuda göstərilən məlumatlara dair Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinə və “Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinə müraciət edilməsi məqsədəuyğundur. - "xxxx" Qapalı Səhmdar Cəmiyyəti “X13” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən məhkəməyə ünvanlanmış 25 aprel 2025-ci il tarixli, 13-1/2-4589/2025 nömrəli məktubdan görünür ki, 13 saylı Körpü Tikinti Qatarı İdarəsi “X13” MMC-yə və hüquqi varisi olduğu qurumlara tabe olmamışdır. İddiaçı 1994-2008-ci illərdə Azərbaycan Dövlət Dəmir Yolları Naxçıvan bölməsində (Azərbaycan Dövlət Dəmir Yolları Naxçıvan hissəsində) işləməsi ilə bağlı hər hansı bir sənəd arxivdə mövcud deyil. Əmək kitabçasından da məlum olduğu kimi İddiaçı 1986-cı ildə 13 saylı Körpü Tikinti Qatarı İdarəsinə işə qəbul olunmuş və 2008ci ildə həmin idarədən öz xahişi ilə işdən azad olunmuşdur. - "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən məhkəməyə ünvanlanmış 16 iyul 2024-cü il tarixli, 13-1/2-6262/2024 nömrəli və 10 oktyabr 2024-cü il tarixli, 13-1/2- 9527/2024 nömrəli məktubla müvafiq məlumatlar məhkəməyə təqdim edilmişdir. Azərbaycan Dəmir Yolları “Tikinti trest”-nin 13 saylı körpü-tikinti qatarının keçmiş işçisi İddiaçı əmək fəaliyyəti barədə arxiv sənədlərində olan xx.xx.1986-cı il tarixli, 148 nömrəli və xx.xx.1994-cü il tarixli, 07 nömrəli əmrlərdən çıxarışlar məktuba əlavə edilmişdir. - Ordubad Rayon Dövlət Arxivi tərəfindən məhkəməyə ünvanlanmış 23 oktyabr 2024-cü il tarixli, 45 nömrəli məktubdan görünür ki, Ordubad Rayon 13 saylı “Körpü Tikinti Qatarı idarəsinin” 1994-2005-ci illərə aid sənədlərinə baxıldıqda İddiaçı işə girmə, işdən çıxma əmrləri və həmin illərdə əmək haqqı alması aşkar olunmamışdır. - Culfa Rayon Dövlət Arxivi tərəfindən məhkəməyə ünvanlanmış 01 noyabr 2024-cü il tarixli, 80 nömrəli məktubdan görünür ki, Dəmir Yolunun sənədləri Culfa Rayon Dövlət Arxivinə təhvil verilmədiyindən İddiaçı işləməsi barədə məlumat müəyyən edilməmişdir. - Naxçıvan Muxtar Respublikasının Dövlət Arxiv İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 26 sentyabr 2024-cü il tarixli, 02/917 nömrəli məktubdan görünür ki, Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində mühafizə edilən X18 X14 və Ordubad Rayon Dövlət Arxivində mühafizə edilən 13 saylı Körpü Qatarı İdarəsinin 1994-2005-ci illərə dair sənədlərində İddiaçı işləməsi və əməkhaqqı alması barədə məlumata rast gəlinməmişdir. - Naxçıvan Muxtar Respublikasının Dövlət Arxiv İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 24 oktyabr 2024-cü il tarixli, 02/1025 nömrəli məktubdan görünür ki, “X13” X10 1994-cü il və sonrakı illərə dair sənədlərində İddiaçı adına rast gəlinməmişdir. Arayışın qeyd hissəsində Ordubad 13 saylı Körpü Tikinti Qatarı İdarəsinin sənədləri Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində mühafizə olunmadığı qeyd edilmişdir. - Naxçıvan Muxtar Respublikasının Dövlət Arxiv İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 01 mart 2024-cü il tarixli, 02/202 nömrəli məktubdan görünür ki, İddiaçı Azərbaycan Dəmir Yolları Naxçıvan hissəsi - X8 1982-1986-cı illərdə işləməsi və əmək haqqı alması barədə Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli, 13/399 nömrəli arxiv arayışları, həmçinin vətəndaşın Ordubad Rayon 13 saylı Körpü Tikinti Qatar idarəsində 1986-1993-cü illərdə əmək haqqı alması barədə Ordubad Rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli, 07 nömrəli arxiv arayışı və X14 üzrə xx.xx.1982-ci il tarixli, 04 nömrəli, xx.xx.1986-cı il tarixli, 244 nömrəli, Ordubad Rayon 13 saylı Körpü Tikinti Qatarı İdarəsinin xx.xx.1986-cı il tarixli, 148 nömrəli, xx.xx.1994-cü il tarixli, 07 nömrəli əmrlərinin təsdiq olunmuş surətləri və Ordubad Rayon Dövlət Arxivinin 27 fevral 2024-cü il tarixli, 07 nömrəli məktubunun surəti məhkəməyə göndərilmişdir. Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli, 13/399 nömrəli arxiv arayışından görünür ki, İddiaçı Azərbaycan Dəmir Yolu Naxçıvan hissəsi-Culfa rayon Lokomotiv Deposunda işləmiş və 1982-1986-cı illərdə aylar üzrə müvafiq qaydada əməkhaqqı almışdır. 1985-ci ilə aid sənədlər olsa da, adı qeyd edilməmişdir. Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli, 13/399 nömrəli arxiv arayışından görünür ki, İddiaçı Azərbaycan Dəmir yolu Naxçıvan hissəsi-Culfa rayon Lokomotiv Deposuna xx.xx.1982-ci il tarixli 4 №-li əmrlə “Maşinist köməkçisi” qəbul olunması, xx.xx.1986-cı il tarixli, 244 №-li əmrlə işdən azad olunması əmr kitablarında qeyd edilmişdir. Ordubad Rayon Dövlət Arxivinin 27 fevral 2024-cü il tarixli, 07 nömrəli arxiv arayışından görünür ki, Ordubad Rayon 13 saylı Körpü Tikinti Qatarı idarəsinin sənədlərinə baxıldıqda İddiaçı xx.xx.1986-cı il tarixli, 148 nömrəli əmrlə işə girməsi, 07 əmrlə xx.xx.1994-cü il tarixdə verdiyi ərizəsinə əsasən köçürmə yolu ilə X12 keçirilməsi və 1986-1993-cü illərdə əmək haqqı qazanması cədvəllərdə göstərilmişdir. Arayışın qeyd hissəsində İddiaçı 1994-2006-cı illərin əmək haqqı cədvəllərində əməkhaqqı alması və 2006-cı ildə əmr kitabında işdən azad olunmasının aşkar olunmadığı qeyd edilmişdir. İddiaçı pensiya işinin materiallarında olan: - Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Culfa rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının 30 avqust 2019-cu il tarixli, 116 nömrəli qərarından görünür ki, İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə müvafiq olaraq xx.xx.2017-xx.xx.2018-174.22 manat, xx.xx.2018-xx.xx.2019-184.15 manat, xx.xx.2019-xx.xx.2019-189.67 manat, xx.xx.2019-cu il tarixdən isə hər ay 189.67 manat olmaqla müddətsiz yaşa görə əmək pensiyası təyin edilmişdir. - ünvan 1 ünvanında yaşayan İddiaçı tərəfindən Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Culfa rayon şöbəsinə ünvanlanmış 30 avqust 2019-cu il tarixli ərizədən görünür ki, İddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş və ərizədə hal-hazırda işləmədiyini qeyd etmişdir. - Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Culfa Rayon Şöbəsi tərəfindən verilmiş 26 iyul 2019-cu il tarixli, 544 nömrəli arayışdan görünür ki, İddiaçı həqiqətən xx.xx.1979-cu il tarixdən xx.xx.1981-ci il tarixədək ordu sıralarında həqiqi hərbi xidmət keçmişdir. - Naxçıvan Muxtar Respublikasınım Dövlət Arxivi tərəfindən verilmiş 21 iyul 2019-cu il tarixli, 13/676 nömrəli arxiv arayışından görünür ki, Bayramov X2 Dəmir Yolu X8 işləmiş 1978, 1979, 1983, 1984 və 1986-cı illərdə aylar üzrə müvafiq qaydada əməkhaqqı almışdır. Arayışın qeyd hissəsində 1981, 1982 və 1985-ci illərin əməkhaqqı cədvəllərinə baxdıqda adına rast gəlinmədiyi qeyd edilmişdir. - Ordubad Rayon Dövlət Arxivinin 01 avqust 2019-cu il tarixli, 116 nömrəli arxiv arayışından görünür ki, İddiaçı Ordubad Rayon 13 saylı Körpü Tikinti Qatarı İdarəsinin Ordubad Rayon Dövlət Arxivində olan fondunda əməkhaqqı cədvəllərinə əsasən 1986- 1992-ci illərdə aylar üzrə müvafiq qaydada əməkhaqqı alması göstərilmişdir. Arayışın qeyd hissəsində İddiaçı 1993-cü ilin Vİİİ ayında 48550 manat əməkhaqqı alması, 1994-2005-ci illərdə əməkhaqqı almasının əməkhaqqı cədvəllərində qeyd olunmadığı bildirilmişdir. - Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən məhkəməyə ünvanlanmış 28 aprel 2025-ci il tarixli, 3-17-9-1/3-1-1203/2025 nömrəli xidməti məktubdan görünür ki, vətəndaş İddiaçı 2006-2008-ci illərdə Azərbaycan Dəmir Yolu X8 və Ordubad rayon 13 saylı Körpü Tikinti Qatarı İdarəsində işləyib-işləməməsi ilə bağlı bildirilmişdir ki, 2019-cu il 01 yanvar tarixinədək qüvvədə olan "Sosial sığorta haqqında" Azərbaycan Respublikası Qanununun 10-cu maddəsində qeyd edildiyi kimi, MDSS-nı həyata keçirən sığortaçı təşkilatda uçota durmaq, müəyyən edilmiş müddət daxilində MDSS haqqını sığortaçıya ödəmək, sosial sığorta haqlarının uçotunu aparmaq və bu barədə sığortaçıya hesabat dövrü tam və dürüst hesabatı təqdim etmək sığortaedənin (işəgötürən) əsas vəzifələrindəndir. Qeyd edilmişdir ki, sığortaolunanın xeyrinə ödənilmiş MDSS haqları onların fərdi şəxsi hesablarında sığortaedən tərəfindən təqdim olunan "Məcburi dövlət sosial sığorta üzrə sığortaolunanlar haqqında məlumat"lar (Forma B3) illik hesabatlara əsasən öz əksini tapır. Sığortaedən Azərbaycan Dəmir Yolu X14 və Ordubad rayon 13 saylı Körpü Tikinti Qatarı İdarəsi tərəfindən Fondun yerli qurumlarına 2006-2008-ci illər üzrə təqdim olunan illik Forma B3 hesabatlarında İddiaçı haqqında heç bir məlumata rast gəlinməmişdir. Beləliklə, iddia ərizəsinin məzmunundan və iddiaçı tərəfin məhkəmə iclaslarında verdiyi izahatlardan aydın olur ki, iddiaçı onun barəsində qəbul edilmiş inzibati aktı mübahisələndirərək, pensiya ödənişinin 2022-ci ilin fevral ayından hesablanmaqla ona ödənilməsini tələb edir. Cavabdeh inzibati orqanın məhkəməyə təqdim etdiyi məktubdan və nümayəndəsinin məhkəmə iclaslarında verdiyi izahatdan aydın olur ki, iddiaçının güzəştli yaşa görə əmək pensiyası hüququ olması üçün xx.xx.2006-cı il tarixədək 25 il ümumi iş stajına malik olması öz təsdiqini tapmadığından iddiaçının pensiya işi ləğv edilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədlərə, iddiaçı tərəfin tələbinə və cavabdehin etirazına hüquqi qiymət verərək, iş materiallarını araşdıraraq, onda yaranmış daxili inam əsasında (İPM 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının: - 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. - 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. - 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. - 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 22-ci maddəsində qeyd olunur ki, cəmiyyətin bir üzvü kimi, hər bir insan sosial təminat hüququna və öz ləyaqətini qoruyub saxlaya bilmək və öz şəxsiyyətini azad inkişaf etdirmək üçün iqtisadi, sosial və mədəni sahələrdə zəruri olan hüquqlarını milli səylər və beynəlxalq əməkdaşlıq vasitəsilə, hər bir dövlətin strukturu və resurslarına müvafiq olaraq həyata keçirmək hüququna malikdir. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, Bu Paktda iştirak edən dövlətlər, sosial sığorta da daxil olmaqla hər bir şəxsin sosial təminat hüququnu tanıyırlar. “Andreyeva Latviyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 18 fevral 2009-cu il tarixli qərarında göstərilmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri edilməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsi ilə əhatə edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: - 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. - 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun: - 13-cü maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. (çıxarılıb) b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. - 67-ci maddəsinə əsasən ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə 13 iyun 1997ci il tarixli, 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən həmin maddədə nəzərdə tutulmuş yaş həddi 01 avqust 1997-ci il tarixdən 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılmışdır. Beləliklə, işin məhkəmə tərəfindən araşdırılmış hallarından aydın olur ki, iddiaçıya 30 avqust 2019-cu il tarixli qərarla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən 57 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilmişdir. Sonradan cavabdeh inzibati orqan tərəfindən müvafiq araşdırma nəticəsində “Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin 01 fevral 2022-ci il tarixli, 24 nömrəli qərarı ilə İddiaçı təyin edilmiş əmək pensiyası ləğv edilmişdir. İddiaçı həmin qərardan narazı qalaraq qərarın ləğv edilməsini və əmək pensiyasının həmin tarixdən ödənilməsini tələb edir. İlk öncə qeyd olunmalıdır ki, iddiaçının tələbi 2 hissədən ibarətdir:
1. İddiaçı xx.xx.2019-cu il tarixdən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyası işinin ləğv edilməsinə dair "Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin 01 fevral 2022-ci il tarixli, 24 nömrəli qərarının ləğv edilməsi;
2. təyin edilmiş pensiyanın 2022-ci ilin fevral ayından etibarən cari ödənişlərlə ona ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi. İddia tələbinin birinci hissəsinə münasibətdə qeyd edilməlidir ki, "Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin 01 fevral 2022-ci il tarixli, 24 nömrəli qərarının “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarında nəzərdə tutulmuş prosessual tələblərə uyğun olaraq qəbul edilməsi məsələsindən asılı olmayaraq qərarın mahiyyətinin aydınlaşdırılması zərurəti yaranmışdır. Belə ki, inzibati orqan tərəfindən sonradan müvafiq icraat aparılaraq həmin materiallar məhkəməyə təqdim edilmişdir. Məhkəmə xidməti vəzifəsinə uyğun olaraq iddiaçıya pensiya təyin edilərkən qanunvericiliyin tələblərinin pozulması hallarını araşdırmağa borcludur. İddiaçıya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün xx.xx.2006-cı il tarixədək 3 şərt mövcud olmalıdır: 1. iddiaçının 57 yaşı tamam olmalı; 2. ən azı 25 il ümumi iş stajına malik olmalı; 3. ümumi stajın azı 12 il 6 ayını axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə çalışmalıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün ilkin şərt olan yaş həddi tələbi iddiaçıya münasibətdə ödənilmişdir. Belə ki, iddiaçının şəxsiyyət vəsiqəsindən də göründüyü kimi xx xxxx 1960-cı ildə anadan olmuş və 02 iyul 2017-ci ildə 57 yaşı olmuşdur. İkinci tələb isə iddiaçının xx.xx.2006-cı il tarixədək 25 il ümumi iş stajına malik olması ilə bağlıdır. İddiaçının əmək kitabçasındakı qeydlərdən göründüyü kimi, İddiaçı 1978-ci ildən əmək fəaliyyətinə başlamış, 2008-ci ilədək müvafiq vəzifələrdə işləmişdir. Lakin əmək kitabçasındakı qeydlərdən əlavə iddiaçının ümumi iş stajının arxiv arayışları ilə müqayisəli təhlili aparılmışdır. İddiaçının 1994-cü ilədək işlədiyi müddətdə aylar üzrə müvafiq qaydada əməkhaqqı alması arxiv arayışları ilə öz təsdiqini tapmışdır. Lakin 1994-2008-ci illərdə işləməsi və əməkhaqqı alması barədə hər hansı məlumat əldə edilməmişdir. İş materiallarında olan 09 mart 1994-cü il tarixli, 07 nömrəli əmrdə İddiaçı köçürmə yolu ilə X10 sərəncamına keçirilməsi öz əksini tapmışdır. Lakin müvafiq əmrdən sonra iddiaçının həmin müəssəsidə işə qəbul edilməsi, əmək fəaliyyəti ilə məşğul olması və əməkhaqqı alması mübahisəli olaraq qalmışdır. Bu istiqamətdə məhkəmə tərəfindən uzun müddətli araşdırma aparılsa da, həmin araşdırmalar müsbət həllini tapmamış və iddiaçının sərəncamına verildiyi müəssisədə işləməsi faktını təsdiq etmək mümkün olmamışdır. İstər arxiv məlumatlarına, istərsə də Dəmir Yollarına verilmiş sorğularda İddiaçı 1994-2008-ci illərdə Culfa Deposunda işləməsi, əməkhaqqı alması ilə bağlı hər hansı məlumat aşkarlanmamışdır. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı 09 mart 1994-cü il tarixli əmrlə sərəncama verildikdən sonra Culfa Deposunda işləmədiyini, əməkhaqqı almadığını öz ifadəsi ilə təsdiq etmişdir. Həmçinin məhkəmə iclasında şahid qismində dindirilmiş və 2000-ci ildən sonra qeyd olunan müəssisədə əmək fəaliyyəti ilə məşğul olmuş şəxsin ifadəsi ilə də iddiaçının işləməsi faktı aşkarlanmamışdır. Qeyd olunan hallar isə özlüyündə onu deməyə əsas verir ki, iddiaçı 1994-cü ildə Culfa Deposunun sərəncamına verildikdən sonra orada işə qəbul edilməmiş və əmək fəaliyyəti ilə məşğul olmamışdır. İddiaçının özünündə qeyd etdiyi kimi 2008-ci il tarixdə işdən çıxmaq üçün müraciət etmiş və əmək kitabçasında müvafiq qeydlər edilmişdir. Bununla da iddiaçının xx.xx.2006-cı il tarixədək ümumi stajı tələb olunan 25 ildən az olduğundan ona “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş ikinci şərt ödənilməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının ümumi stajı tələb olunan 25 ildən az olduğundan onun xüsusi iş stajı ilə bağlı məsələnin aydınlaşdırılması zərurəti yoxdur. Həmin halın mövcud olub-olmamasından asılı olmayaraq İddiaçı güzəştli şərtlərlə pensiya hüququ əldə etməmişdir. İddia tələbinin ikinci hissəsinə münasibətdə isə qeyd edilməlidir ki, həmin hissənin hüquqi taleyi iddiaçının güzəştli şərtlərlə pensiya hüququna malik olması ilə bağlıdır. Yuxarıda da qeyd edildiyi kimi iddiaçının xx.xx.2006-cı il tarixədək 25 il ümumi i stajının mövcudluğu öz təsdiqini tapmadığından iddiaçının pensiyasının dayandırıldığı 2022-ci ilin fevral ayından etibarən cari ödənişlərlə ona ödənilməsi mümkün deyil. Buna görə də iddia tələbi həmin hissədə də əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. - 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. - 70.3-cü maddəsinə görə inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Beləliklə, işin faktiki hallarına və qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “İddiaçı xx.xx.2019-cu il tarixdən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyası işinin ləğv edilməsinə dair "Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin 01 fevral 2022-ci il tarixli, 24 nömrəli qərarının ləğv edilməsi və təyin edilmiş pensiyanın 2022-ci ilin fevral ayından etibarən cari ödənişlərlə ona ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbi”nə dair iddiası rədd edilməlidir.
Nəticəvi hissə:
Şərh edilənlərə əsasən və İPM-in 2, 32, 68, 69, 70, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “İddiaçı xx.xx.2019-cu il tarixdən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyası işinin ləğv edilməsinə dair "Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin 01 fevral 2022-ci il tarixli, 24 nömrəli qərarının ləğv edilməsi və təyin edilmiş pensiyanın 2022-ci ilin fevral ayından etibarən cari ödənişlərlə ona ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbi”nə dair rədd edilir. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələbinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.
SƏDRLİK EDƏN: HİCRAN MURADOV