Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-79/2022 18.03.2022 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Novruzov Səxavət Hüseyn oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi ilə, İddiaçı, iddiaçının vəkili Vəkil və cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə X1 Şəxsin Şahbuz Rayon Şöbəsinin nümayəndəsinin iştirakları olmadan, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə X1 Şəxsin Şahbuz Rayon Şöbəsinə qarşı “Şahbuz rayon Aşağı Qışlaq kənd sakini İddiaçı 03 may 1999-cu il tarixdən 01 yanvar 2006-cı il tarixədək Şahbuz Rayon Elektrik Şəbəkəsində işlədiyi dövr nəzərə alınmaqla həmin dövrlərin sosial sığorta stajı kimi nəzərə alınmaqla əlilliyə görə əmək pensiyasının üzərinə hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Şahbuz rayon Aşağı Qışlaq kənd sakini İddiaçı 03 may 1999-cu il tarixdən 01 yanvar 2006-cı İl tarixədək Şahbuz Rayon Elektrik Şəbəkəsində işlədiyi dövr nəzərə alınmaqla həmin dövrlərin sosial sığorta stajı kimi nəzərə alınmaqla əlilliyə görə əmək pensiyasının üzərinə hesablanması öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə X1 Şəxsin Şahbuz Rayon Şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş və hazırlıq icraatı ilə bağlı məhkəmə iclası 18 mart 2022-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə məhkəməyə çağırılan şəxslərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı dəftərxana vasitəsilə məhkəməyə daxil olmuş 11 mart 2022-ci il tarixli ərizəsindən görünür ki, o, Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə X1 Şəxsin Şahbuz Rayon Şöbəsinə qarşı əlilliyə görə əmək pensiyasının hesablanması barədə iddia qaldırdığını bildirib, iddia tələbindən imtina edərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının ərizəsini nəzərdən keçirib belə nəticəyə gəlir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 55.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. 55.4-cü maddəsinə əsasən iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə X1 Şəxsin Şahbuz Rayon Şöbəsinə qarşı “Şahbuz rayon Aşağı Qışlaq kənd sakini İddiaçı 03 may 1999-cu il tarixdən 01 yanvar 2006-cı il tarixədək Şahbuz Rayon Elektrik Şəbəkəsində işlədiyi dövr nəzərə alınmaqla həmin dövrlərin sosial sığorta stajı kimi nəzərə alınmaqla əlilliyə görə əmək pensiyasının üzərinə hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iş üzrə İddiaçı ərizəsi təmin edilməli və inzibati iş üzrə icraata xitam verilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.1, 55.4, 55.5, 80, 83.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı ərizəsi təmin edilsin. İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə X1 Şəxsin Şahbuz Rayon Şöbəsinə qarşı “Şahbuz rayon Aşağı Qışlaq kənd sakini İddiaçı 03 may 1999-cu il tarixdən 01 yanvar 2006-cı il tarixədək Şahbuz Rayon Elektrik Şəbəkəsində işlədiyi dövr nəzərə alınmaqla həmin dövrlərin sosial sığorta stajı kimi nəzərə alınmaqla əlilliyə görə əmək pensiyasının üzərinə hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan şikayət verilə bilməz. SƏDRLİK EDƏN: SƏXAVƏT NOVRUZOV
Məhkəmə qərarları › İş №2-1(122)-79/2022
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-79/2022
18.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver