Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-799/2024 16.10.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyev Tural Yusif oğlunun sədrliyi, Rzayeva Əpruz Qasım qızının katibliyi, İddiaçı və cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı "Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun pensiya təminat şöbəsinin xx.xx.2024-cü il tarixli, 06 nömrəli qərarının ləğv edilməsi və əlilliyinin təsdiq edildiyi xx.xx.2022-ci il tarixdən əlilliyə görə pensiyanın təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun pensiya təminat şöbəsinin xx.xx.2024-cü il tarixli, 06 nömrəli qərarının ləğv edilməsi və hüququnun yarandığı gündən pensiyasının yenidən hesablanaraq təyin edilməsi öhdəliyinin cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1990-cı il tarixdə Kəngərli rayon Qıvraq qəsəbəsində anadan olmuşdur. Onun orqanizmin funksiyalarının 70 faiz pozulduğuna görə xx.xx.2022-ci il tarixdən İİ qrup əlillik təyin olunmuşdur. O, xx.xx.2008-ci il tarixdən xx.xx.2009-cu il tarixədək hərbi xidmətdə olmuşdur. xx.xx.2010-cu il tarixdən xx.xx.2014-cü il tarixədək N saylı hərbi hissədə manqa komandiri vəzifəsində işləmişdir. xx.xx.2014-cü il tarixdən xx.xx.2015-ci il tarixədək gizir hazırlıq kursunda təlim almışdır. xx.xx.2015-ci il tarixədək xx.xx.2015-ci il tarixədək N saylı hərbi hissədə məxfi hissə rəisi vəzifəsində, xx.xx.2015-ci il tarixdən xx.xx.2020-ci il tarixədək N saylı hərbi hissədə kargüzarlığı məsul icraçısı vəzifəsində işləmişdir. İddiaçı bildirir ki, o, orqanizmin funksiyalarınının 70 faiz pozulmasına görə əmək pensiyası təyin olunması üçün Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Pensiya təyinat şöbəsinə müraciət etmişdir. Bununla əlaqədar cavab olaraq bildirilmişdir ki, orqanizmin 70 faizi pozulmasına görə əmək pensiyası təyin etmək üçün müvafiq yaşına uyğun tələb olunan 5 il 8 ay sığorta stajı və tələb olunan 13708.80 manat pensiya kapitalı olmadığı üçün ona əmək pensiyası təyin olunmasından imtina edilmişdir. Lakin o, həmin qərarla razı deyil. “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin qərarında onun 5 il 8 ay sığorta stajlarının tapılmamasını əsas tutaraq onun hüququnu pozması onun üçün heç cür anlaşılan deyildir. O, 2010-cu il tarixdən 2020-ci il tarixədək fasiləsiz olaraq N saylı hərbi hissədə müvafiq vəzifələrdə işləmişdir, vaxtında əmək haqqını alıb, vergini, sığortanı ödəmiş və bütün xidmət illəri iş stajı qanuni şəkildə hərbi biletində göstərilmişdir. Məsələ ilə bağlı həll yolu tapmadığı üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçı göstərilənlərə əsasən Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun pensiya təminat şöbəsinin xx.xx.2024-cü il tarixli, 06 nömrəli qərarının ləğv edilməsi və hüququnun yarandığı gündən pensiyasının yenidən hesablanaraq təyin edilməsi öhdəliyinin cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunmuş, sərəncamla iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh orqanın yazılı etirazının qısa xülasəsi: Cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu iddiaya dair məhkəməyə ünvanlanan 01 aprel 2024-cü il tarixli yazılı münasibətini onunla əsaslandırmışdır ki, İddiaçı Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi-Sosial Ekspertiza və X2 Muxtar Respublikası Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2022-ci il tarixli qərarı ilə əlillik səbəbi “Hərbi xidmət dövrü ilə əlaqədar” olmaqla 2 il müddətinə (xx.xx.2024-cü il tarixədək) orqanizmin funksiyalarının 70 faiz pozulmasına görə əlillik statusu qazanmışdır. xx xxxxxx 1990-cı il tarixdə anadan olmuş, Kəngərli Rayon Qıvraq qəsəbəsində qeydiyyatda olmaqla orada yaşayan Nəcəfov X4 Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi-Sosial Ekspertiza və X2 Muxtar Respublikası Tibbi Sosial Ekspert Komissiyasının 24.11 2022-ci il tarixli qərarı ilə əlillik səbəbi “Hərbi xidmət dövrü ilə əlaqədar” olmaqla 2 il müddətinə (xx.xx.2024-cü il tarixədək) orqanizmin funksiyalarının 70 faiz pozulmasına görə əlillik statusu verilmişdir. İddiaçı 03 noyabr 2023cü il tarixli ərizə ilə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna əlilliyə görə əmək pensiyası təyin edilməsi ilə bağlı müraciət etmişdir. Fondun Pensiya təyinatı şöbəsinin 23 yanvar 2024-cü il tarixli, 06 nömrəli qərarı ilə iddiaçıya əmək pensiyası təyin olunmasından imtina edilmişdir. Qərarda imtinanın səbəbi kimi iddiaçının müvafiq yaşına uyğun tələb olunan 5 il 8 ay sığorta stajının və fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış 13708.80 manat məbləğində pensiya kapitalının olmadığı göstərilmişdir. İddiaçı Fondun imtinası ilə razılaşmayaraq hazırkı iddia tələbi ilə Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçıya münasibətdə tələb olunan sığorta stajı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın təsdiq edilməsi barədə Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli, 17 saylı qərarının 4.3.3-cü bəndinə əsasən: 32 il (yaş) 15 il (əmək qabiliyyəti olmadığı yaş dövrü) = 17 il (əmək qabiliyyətli yaş dövrü) 17 il x 4 ay (əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün) = 68 ay : 12 ay = 5 il 8 aydır. Belə ki, iddiaçıya əlillik təyin olunarkən 32 yaşı tamam olduğu üçün əlilliyə görə əmək pensiyası təyini üçün 5 il 8 ay sosial sığorta stajı və 13708.80 manat (32 yaş -15 = 17 x 4 = 68 /200 x 144 = 48,96 x 280 = 13708.80 manat) pensiya kapitalı tələb olunur, iddiaçının xx.xx.2006-cı il tarixdən sonra ümumilikdə 4 il 6 ay sığorta stajı və fərdi hesabın sığorta hissəsində 7754.06 manat məbləğində pensiya kapitalı mövcuddur. Yuxarıda qeyd olunanları nəzərə alaraq, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Pensiya təyinatı şöbəsinin xx.xx.2024-cü il tarixli, 06 nömrəli qərarının ləğv edilməsi və hüququnun yarandığı gündən pensiyasının yenidən hesablanaraq təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nin rədd edilməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair 17 avqust 2024-cü il tarixli ərizə göndərərək Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun pensiya təminat şöbəsinin xx.xx.2024-cü il tarixli, 06 nömrəli qərarının ləğv edilməsi və əlilliyinin təsdiq edildiyi xx.xx.2022-ci il tarixdən əlilliyə görə pensiyanın təyin edilməsi öhdəliyinin Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 19 sentyabr 2024-cü il tarixli, 2-1(122)-799/2024 nömrəli qərardadı ilə İddiaçı tərəfindən dəqiqləşdirilmiş iddia tələbi icraata qəbul edilmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab olunmuş, şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 16 oktyabr 2024-cü il tarixə təyin edilmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair etirazda yazılanlara uyğun olaraq izahat verərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Yazılı sübutlar: İş materiallarında olan: - Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Pensiya təyinatı şöbəsinin əmək pensiyası təyin edilməsindən imtina olunması haqqında 23 yanvar 2024-cü il tarixli, 06 nömrəli qərarından məlum olur ki, orqanizmin funksiyalarınızın 70 faiz pozulmasına görə əmək pensiyası təyin etmək üçün müvafiq yaşa uyğun tələb olunan 5 il 8 ay sığorta stajı və tələb olunan 13708.80 manat pensiya kapitalı olmadığı üçün ona əmək pensiyası təyin olunmasından imtina edilmişdir. - AO seriyalı, ******* nömrəli hərbi biletin təsdiq edilmiş surətinin 22-ci səhifəsində İddiaçı “əsgər” hərbi rütbəsinədək endirilməklə xx.xx.2020-ci il tarixdən Azərbaycan Ordusundan həqiqi hərbi xidmətdən ehtiyata buraxıldığı qeyd olunmuşdur. - Naxçıvan Muxtar Respublikası Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2022-ci il tarixli, xxxxxxx0001 nömrəli qərarı ilə İddiaçı Yenitörəmələr=> Limfoid qanyaradıcı və onlara mənşə və quruluşca yaxın toxumaların bədxassəli yenitörəmələri=>Qeyri-foliikulyar. limfoma => 3 illik müalicədən sonra, tam remissiya şərtilə orqanizmin funksiyalarının mövcud pozuntularının dərəcəsindən asılı olaraq (cüzi, mülayim, təzahür edən, əhəmiyyətli təzahür edən), fəsadlaşmaların və (və ya) yanaşı gedən xəstəliklərin olmasından asılı olaraq əlilliyin müəyyən olunması meyarı ilə xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək orqanizmin funksiyalarının 70% pozulması müəyyən edilmiş, səbəb kimi hərbi xidmət dövrü ilə əlaqədar olduğu göstərilmişdir. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə baş idarəsinin Kəngərli Rayon Şöbəsinin 02 fevral 2024-cü il tarixli, 3-43-73/3-2-45/2024 nömrəli arayışından məlum olur ki, İddiaçı 15 yanvar 2008-ci il tarixdən 01 iyul 2009-cu il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində (940hh) əsgər kimi, 02 iyul 2010-cu il tarixdən 01 noyabr 2014-cü il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində (217hh) MAHHXHQ əsgər kimi, 01 noyabr 2014-cü il tarixdən 15 yanvar 2015-ci il tarixədək (500hh) gizir hazırlığı kursu, 15 yanvar 2015-ci il tarixdən 14 iyul 2015-ci il tarixə (696hh) gizir kimi, 14 iyul 2015-ci ildən 04 oktyabr 2018-ci il tarixə (921 hh) gizir kimi və 04 oktyabr 2018-ci il tarixdən 03 mart 2020ci il tarixədək (404hh) gizir kimi xidmət etmiş və Silahlı Qüvvələrin İntizam Nizamnaməsinin 61-ci maddəsinin “i” bəndinə, "Hərbi vəzifə və hərbi Xidmət Haqqında” Azərbaycan Respublikasının Qanununun 41.0.7-ci maddəsinə müvafiq olaraq “gizir” hərbi rütbəsindən məhrum edilərək rütbəsi “əsgər” hərbi rütbəsinədək endirilməklə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. - Kəngərli Rayon İcra Hakimiyyətinin Qıvraq qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 02 fevral 2024-cü il tarixli, 169 nömrəli arayışdan aydın olur ki, Nəcəfov X5 rayon Qıvraq qəsəbəsində qeydiyyatdadır və həmin ünvanda yaşayır. - AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən məlum olur ki, İddiaçı xx xxxxxx 1990-cı il tarixdə doğulmuşdur. - Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 10 iyun 2024-cü il tarixli, 3-17-9-1/2-5170/2024 məktubdan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “X1 Sistemi”nin “Sığorta" altsistemində sığortaolunan İddiaçı **********034 nömrəli fərdi şəxsi hesabının sığorta hissəsində 15949 manat 24 qəpik pensiya kapitalı qeydə alınmışdır. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 27 avqust 2024-cü il tarixli, 2905 nömrəli məktubdan aydın olur ki, ehtiyatda olan əsgər İddiaçı xx.xx.2020-ci il tarixdə Azərbaycan Ordusunda həqiqi hərbi xidmətdən ehtiyata buraxıldığına görə şəxsi işi Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhər Baş İdarəsinin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəngərli rayon bölməsinə göndərilmişdir. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 28 avqust 2024-cü il tarixli, 3-43-75/2-839/2024 nömrəli məktubdan aydın olur ki, xx.xx.1990-cı il təvəllüdlü İddiaçı xx.xx.2008-ci il tarixdən 01 07.2009-cu il tarixədək N №-li hərbi hissədə müddətli həqiqi hərbi xidmət qulluqçusu kimi, xx.xx.2010-cu il tarixdən xx.xx.2014-cü il tarixədək N №-li hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi, xx.xx.2014-cü il tarixdən xx.xx.2015-ci il tarixədək N №-li hərbi hissənin tərkibində gizir hazırlıq kursunda kursant kimi, xx.xx.2015ci il tarixdən xx.xx.2015-ci il tarixədək N №-li hərbi hissədə gizir qismində, xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci tarixədək N №-li hərbi hissədə gizir qismində, xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək N №-li hərbi hissədə gizir qismində həqiqi hərbi xidmət keçmişdir. Əlavə olaraq bildirilir ki, İddiaçı “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun 41.0.7-ci maddəsinə əsasən “gizir” hərbi rütbəsindən məhrum edilərək “əsgər” hərbi rütbəsində həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. - Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 10 sentyabr 2024-cü il tarixli, 3-17-9-1/2-8742/2024 məktubdan görünür ki, Kəngərli rayonu Qıvraq qəsəbə sakini İddiaçı (FİN: xxxxxxx, təvəllüd: xx.xx.1990) xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək aylıq 220 manat məbləğində hərbi xidmət dövrü ilə əlaqədar orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə müavinət təyin edilmişdir. Həmçinin, övladı X6 baxdığı üçün ona xx.xx.2021-ci il tarixdən xx.xx.2033-cü il tarixədək aylıq 100 manat məbləğində “18 yaşına çatanadək sağlamlıq imkanlannın məhdudluğu müəyyən olunmuş şəxslərə qulluq edənlərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təyin edilmişdir. Qeyd edilir ki, müavinət və təqaüd məbləğləri hazırda ödənilir. İddiaçı Fond tərəfindən heç bir növ əmək pensiyası təyin edilməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: - 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. - 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. - 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 22-ci maddəsində qeyd olunur ki, cəmiyyətin bir üzvü kimi, hər bir insan sosial təminat hüququna və öz ləyaqətini qoruyub saxlaya bilmək və öz şəxsiyyətini azad inkişaf etdirmək üçün iqtisadi, sosial və mədəni sahələrdə zəruri olan hüquqlarını milli səylər və beynəlxalq əməkdaşlıq vasitəsilə, hər bir dövlətin strukturu və resurslarına müvafiq olaraq həyata keçirmək hüququna malikdir. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 2-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Paktda iştirak edən hər bir dövlət bu Paktda nəzərdə tutulan hüquqların tam şəkildə həyata keçirilməsini mümkün ehtiyatların maksimum səviyyəsində təmin etmək üçün addımlar atmalıdır. Hər kəs heç bir ayrı-seçkiliyə yol verilmədən eyni hüquqlara malikdir. 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, bu Paktda iştirak edən dövlətlər, sosial sığorta da daxil olmaqla hər bir şəxsin sosial təminat hüququnu tanıyırlar. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 14.1-ci maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 14.2-ci maddəsinə əsasən diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. 14.3-cü maddəsinə əsasən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: -11.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki pozuntulara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Orqanizmin funksiyalarının pozulması faizi, əlilliyin səbəbləri və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. - 11.2.2-ci maddəsinə əsasən hərbi qulluqçular sırasından digər əlilliyi olan şəxslər əlillik hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə bağlı olmayan bədbəxt hadisə nəticəsində alınmış xəsarət (yaralanma, travma, kontuziya), yaxud cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı olmayan xəstəlik nəticəsində üz verərsə hərbi qulluqçular (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) sırasından olan əlilliyi olan şəxslər hesab edilirlər. - 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Orqanizmin funksiyalarının 31-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə əlilliyə görə əmək pensiyası fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. -13.2-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı sığorta davamiyyəti əmsalına vurulur. Sığorta davamiyyəti əmsalı əlilliyə görə əmək pensiyası üçün tələb olunan sığorta stajı aylarının sayının 200-ə olan nisbəti şəklində müəyyənləşdirilir. - 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli, 175 saylı Qərarı: 4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.15. hərbi xidmət müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla) – hərbi biletə və ya Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, yaxud hərbi xidmətin keçildiyi dövlət orqanının arayışına əsasən; 4.3-cü bəndinə əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin xidmət müddətinin (qulluq illərinin) hesablanması onların xidmət (qulluq) etdiyi orqanlara aid hissədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” 1992-ci il 23 noyabr tarixli 631 nömrəli, “Daxili işlər orqanlarının əməkdaşlarına fasiləsiz xidmət illərinə görə haqqın ödənilməsi üçün xidmət illərinin hesablanması Qaydasının təsdiq edilməsi barədə” 2004-cü il 22 iyul tarixli 98 nömrəli, “Yüksək ixtisaslı mütəxəssislər sırasından seçilərək kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə hərbi xidmətə qəbul olunmuş hərbi qulluqçuların hərbi xidmətə qəbul olunana qədərki əmək stajının pensiya təyin edilməsi və xidmət illərinə görə əlavə faizin ödənilməsi üçün onların xidmət illərinə hesablanması Qaydası”nın təsdiq edilməsi haqqında” 2005-ci il 1 iyul tarixli 124 nömrəli, “Gömrük orqanlarının vəzifəli şəxslərinin fasiləsiz xidmət illərinin və bununla əlaqədar onlara verilən əlavələrin hesablanması Qaydası”nın təsdiq edilməsi haqqında” 2006-cı il 9 yanvar tarixli 4 nömrəli, “Prokurorluq orqanları işçilərinin maddi və sosial təminatı haqqında” 2002-ci il 31 oktyabr tarixli 168 nömrəli, “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2008-ci il 29 may tarixli 123 nömrəli qərarlarına uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. - 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, cavabdeh inzibati orqanın iddia ərizəsinə qarşı təqdim etdiyi sənədlərə və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmənin əsaslandırması: İlk öncə qeyd edilməlidir ki, məhkəmə qərar qəbul edənədək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar üzrə ətraflı araşdırma aparmış, təqdim edilən sübutları tam və hərtərəfli tədqiq etməklə, iddiaçıya qarşı tərəfin dəlillərinə münasibət bildirməsi, etiraz etməsi və məhkəməyə lazımi sübutları təqdim eməsi üçün kifayət qədər imkan yaratmışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddiaçının əsas hüquqi marağı Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun pensiya təminat şöbəsinin xx.xx.2024-cü il tarixli, 06 nömrəli qərarının ləğv edilməsi və əlilliyinin təsdiq edildiyi xx.xx.2022-ci il tarixdən əlilliyə görə pensiyanın təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. Cavabdeh inzibati orqan orqanizmin funksiyalarının 70 faiz pozulmasına görə əmək pensiyası təyin etmək üçün müvafiq yaşa uyğun tələb olunan 5 il 8 ay sığorta stajı və tələb olunan 13708.80 manat pensiya kapitalı olmadığı üçün ona əmək pensiyası təyin olunmasından imtina etmişdir. Cavabdehin imtinasında irəli sürülən iddiaçının müvafiq yaşa uyğun tələb olunan sığorta stajına malik olmaması ilə bağlı arqumentinə münasibətdə məhkəmə qeyd edir ki, iş materialları ilə iddiaçının xx.xx.2008-ci il tarixdən 01 07.2009-cu il tarixədək N №-li hərbi hissədə müddətli həqiqi hərbi xidmət qulluqçusu kimi, xx.xx.2010-cu il tarixdən xx.xx.2014cü il tarixədək N №-li hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi, xx.xx.2014-cü il tarixdən xx.xx.2015-ci il tarixədək N №-li hərbi hissənin tərkibində gizir hazırlıq kursunda kursant kimi, xx.xx.2015-ci il tarixdən xx.xx.2015-ci il tarixədək N №-li hərbi hissədə gizir qismində, xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci tarixədək N №-li hərbi hissədə gizir qismində, xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək N №-li hərbi hissədə gizir qismində həqiqi hərbi xidmət keçməsi öz təsdiqini tapır. Cavabdehin imtinasının ikinci hissəsinə (fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış 13708.80 manat məbləğində pensiya kapitalının olmaması) münasibətdə isə məhkəmə qeyd edir ki, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 10 iyun 2024-cü il tarixli, 3-17-9-1/2-5170/2024 məktubdan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “X1 Sistemi”nin “Sığorta" altsistemində sığortaolunan İddiaçı **********034 nömrəli fərdi şəxsi hesabının sığorta hissəsində 15949 manat 24 qəpik pensiya kapitalı qeydə alınmışdır. Odur ki, məhkəmə cavabdeh inzibati orqanın etirazında vətəndaşın fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının az olması səbəbindən ona əlilliyə görə əmək pensiyası təyin olunmaması barədə gətirdiyi dəlilini məqbul saymır. İddiaçının hərbi xidmət keçdiyi dövr və fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı nəzərə alındıqda, onun xx.xx.2022-ci il tarixdən əlilliyə görə pensiya hüququ yaranır. Buna görə də, cavabdeh inzibati orqan vətəndaşın pensiya təyinatı barədə müraciətindən imtina etməkdə haqlı olmamışdır. Beləliklə, işin faktiki hallarına və qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı "Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun pensiya təminat şöbəsinin xx.xx.2024-cü il tarixli, 06 nömrəli qərarının ləğv edilməsi və əlilliyinin təsdiq edildiyi xx.xx.2022-ci il tarixdən əlilliyə görə pensiyanın təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası əsaslı olduğundan təmin edilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2, 14.3, 33.1, 58.7, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddia təmin edilsin. Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun pensiya təminat şöbəsinin xx.xx.2024-cü il tarixli, 06 nömrəli qərarı ləğv edilsin və əlilliyinin təsdiq edildiyi xx.xx.2022-ci il tarixdən İddiaçı əlilliyə görə pensiyanın təyin edilməsi öhdəliyi cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Tural Əliyev
Məhkəmə qərarları › İş №2-1(122)-799/2024
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-799/2024
16.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver