Məhkəmə qərarları › İş №2-1(122)-8/2023

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-8/2023

21.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-8/2023 21.02.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: X8 Heydər oğlunun sədrliyi, İbrahimova Səbinə Adələt qızının katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil və cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Naxçıvan şəhər idarəsinin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Naxçıvan şəhər idarəsinə qarşı “ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ veren əmək şəraiti xüsusilə zərərli və ağır işlərdə işlədiyi 10 ildən artıq olan əmək stajını nəzərə almaqla, bu hüququnun yarandığı gündən pensiya hesablanmaqla yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən əmək şəraiti xüsusilə zərərli və ağır işlərdə işlədiyi 10 ildən artıq olan əmək stajını nəzərə almaqla, bu hüququnun yarandığı gündən pensiya hesablanmaqla yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Naxçıvan şəhər idarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 18 avqust 1959-cu il tarixində Naxçıvan şəhərində anadan olmuşdur. Hal-hazırda Naxçıvan şəhəri, Çənlibel məhəlləsi, ev 14, mənzil 1 ünvanda qeydiyyatda olmaqla orada yaşayır. xx.xx.1978-ci il tarixli, ******* nömrəli əmək kitabçasından və xx.xx.2022-ci i tarixli, 13/446 nömrəli arxiv arayışından aydın şəkildə görünür ki, xx.xx.1978-ci il tarixdən 14 k nömrəli əmrlə güzəştli şərtlər tətbiq olunan istehsalat sahəsi olan X2 Yığıcı sexinə "şagird" qəbul edilmiş, xx.xx.1979-cu il tarixli 41 k nömrəli əmrlə güzəştli şərtlər tətbiq olunan istehsalat sahəsi olan X1 presləyici sahəsinə “təmizləyici” vəzifəsinə keçirilmişdir. xx.xx.1980-ci il tarixli, 8 k nömrəli əmrlə güzəştli şərtlər tətbiq olunan istehsalat sahəsi olan X1 İİ dərəcəli "presləyici" vəzifəsinə, xx.xx.1985-ci il tarixli, 125 nömrəli əmrlə güzəştli şərtlər tətbiq olunan istehsalat sahəsi olan X1 presləyici sahəsinə "təmizləyici", xx.xx.1985-ci il tarixli, 173 k əmrlə güzəştli şərtlər tətbiq olunan istehsalat sahəsi olan X1 İİ dərəcəli "preslə yığma" vəzifəsinə, xx.xx.1990-cı il tarixli, 116 k nömrəli əmrlə güzəştli şərtlər tətbiq olunan istehsalat sahəsi olan X1 İİİ dərəcəli "çeşidləyici" vəzifəsinə, xx.xx.1994-cü il tarixli 89 k nömrəli əmrlə güzəştli şərtlər tətbiq olunan istehsalat sahəsi olan X1 Texniki şöbəyə "çizgiçi" vəzifəsinə, xx.xx.1995-ci il tarixli, 7 nömrəli əmrlə güzəştli şərtlər tətbiq olunan istehsalat sahəsi olan X1 İqtisadiyyat proqnazlaşdırma və ƏHŞ-ə "iqtisadçı" vəzifəsinə, xx.xx.2001-ci il tarixli, 1 k nömrəli əmrlə isə güzəştli şərtlər tətbiq olunan istehsalat sahəsi olan X1 "şöbə rəisi" vəzifəsinə keçirilmişdir. xx.xx.2002-ci il tarixli, 17 nömrəli əmrlə öz ərizəsi əsasında işdən azad olunmuşdur. İddiaçı həmçinin qeyd edir ki, hazırda 63 yaşı vardır və 10 ildən artıq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə işləmişdir. Göründüyü kimi, həqiqətən də arxiv arayışından və əmək kitabçasından aydın olur ki, 1978-ci ildən 2002-ci ilədək X1 presləyici sahəsində təmizləyici, presləyici, preslə yığma və çizgiçi vəzifələrində işləmişdir. Həmin peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə güzəştli şərtlərlə pensiya hüququ verən peşələrin siyahısına daxildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunmuş, sərəncamla iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh orqanın yazılı etirazının qısa xülasəsi: Cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Naxçıvan şəhər idarəsi iddiaya dair məhkəməyə ünvanlanan 13 sentyabr 2022-ci il tarixli, 02/1281 nömrəli yazılı münasibətini onunla əsaslandırmışdır ki, iddiaçı iddia ərizəsində onun 63 yaşı olduğunu, 10 ildən artıq güzəştli iş stajının olduğunu, 1978ci il tarixdən 2002-ci il tarixədək X1 presləyici sahəsində presləyici, təmizləyici və çizgiçi vəzifələrində işlədiyini, həmin peşələrin Azərbaycan Respublikası Nazirlər kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə güzəştli şərtlərlə pensiya hüququ verən peşələrin siyahısına daxil olduğunu, Fondun Naxçıvan Şəhər İdarəsi tərəfindən ondan 2006-cı il tarixədək olan dövrə aid əmək haqqı alması barədə arxiv arayışları və güzəştli şərtlərlə pensiya hüququ verən iş yerindən güzəştli arayışın tələb edildiyini, lakin bu arayışı təqdim etmək vəzifəsinin olmadığını və bu səbəblərdən də inzibati orqandan razı olmadığını qeyd etmişdir. Qeyd edilməlidir ki, iddiaçı tərəfindən təqdim edilmiş İT-İ seriyalı, ******* nömrəli, 26 may 1978-ci il tarixli əmək kitabçasının surətində olan məlumatlarda onun, 02 fevral 1978-ci il tarixdən 25 may 1978-ci il tarixədək (3 ay 23 gün) X2 yığıcı sexində şagird, 25 may 1978-ci il tarixdən 01 fevral 1979-cu il tarixədək (8 ay 7 gün) həmin sexdə 1-ci dərəcəli presləyici, 09 aprel 1979-cu il tarixdən həmin Elektrotexnika zavodunda təmizləyici, 2-ci dərəcəli presləyici, 3-cü dərəcəli çeşidləyici, şöbə rəisi vəzifələrində işlədiyi və 17 iyul 2002-ci il tarixdən (23 il 3 ay 8 gün) işdən azad olunması qeyd edilmişdir. Beləliklə, İddiaçı əmək kitabçasındakı qeydlərə əsasən, onun 01 yanvar 2006-cı il tarixədək 24 il 3 ay 8 gün ümumi iş stajı vardır. Lakin iddiaçının X2 Yığıcı sexində işlədiyi həmin vəzifələr həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş "Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı"nda, həm də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nda nəzərdə tutulmamışdır. Bundan başqa, iddiaçının 01 yanvar 2006-cı il tarixədək ümumi iş stajı da 25 ildən az təşkil etmişdir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Naxçıvan şəhər idarəsinə qarşı qaldırdığı iddia əsassız olduğundan, iddia tələbinin rədd edilməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin sərəncamı ilə işin şifahi məhkəmə baxışına keçirilməsi üçün kifayət qədər əsaslar olduğu nəzərə alınaraq şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 21 fevral 2023-cü il tarixə təyin olunmuşdur. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil iddia tələbini müdafiə edərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Naxçıvan şəhər idarəsinin nümayəndəsi X6 cavabdeh tərəfindən məhkəməyə ünvanlanan məktublara uyğun izahat verərək məhkəmədən iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Yazılı sübutlar: "Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin ünvan 2 ünvanında qeydiyyatda olan İddiaçı ünvanlanan 15 avqust 2022-ci il tarixli, 02/1171 nömrəli məktubdan məlum olur ki, 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid əmək haqqı almağı barədə arxiv arayışlarının və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısını təsdiq edən iş yeri arayışını İdarəyə təqdim etmədiyi üçün ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün olmadığı, qeyd olunan sənədlərin idarəyə təqdim edilməsi bildirilmişdir. Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən İddiaçı verilmiş 06 iyul 2022-ci il tarixli, 13/946 nömrəli arayışdan aydın olur ki, Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində mühafizə olunan X2 sənədlərində İddiaçı xx.xx.1978-ci il tarixli, 14 k №-li əmrlə yığıcı sexinə "uçenik (şagird)" qəbul edilməsi, xx.xx.1979-cu il tarixli, 41 "k" №-li əmrlə presləyici sahəsinə "təmizləyici" keçirilməsi, xx.xx.1980-ci il tarixli, 8 "k" №-li əmrlə İİ dərəcəli "presləyici" keçirilməsi, xx.xx.1985-ci il tarixli, 125 №-li əmrlə presləyici sahəsinə "təmizləyici" keçirilməsi, xx.xx.1985-ci il tarixli, 173 k №-li əmrlə İİ dərəcəli "preslə yığma" vəzifəsinə keçirilməsi, xx.xx.1990-cı il tarixli, 116 "k" №-li əmrlə İİİ dərəcəli "çeşidləyici" vəzifəsinə keçirilməsi, xx.xx.1994-cü il tarixli, 89 "k" №-li əmrlə texniki şöbəyə "çizgiçi" keçirilməsi, xx.xx.1995-ci il tarixli, 7 №-li əmrlə İqtisadiyyat proqnozlaşdırma və ƏHŞ-ə "iqtisadçı" vəzifəsinə keçirilməsi, xx.xx.2001-ci il tarixli, 1 k №-li əmrlə "şöbə rəisi" vəzifəsinə keçirilməsi, xx.xx.2002-ci il tarixli, 17 k №-li əmrlə işdən azad olunması əmr kitabında göstərilmişdir. Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən İddiaçı verilmiş 06 iyul 2022-ci il tarixli, 13/946 nömrəli arayışda İddiaçı X1 işləməsi faktı və 1992-2002-ci illər ərzində aylar üzrə aldığı əmək haqqını əks etdirən cədvəl göstərilmişdir. 26 may 1978-ci il tarixli, ИT-İ seriyalı, ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətində olan məlumatlara əsasən, İddiaçı 02 fevral 1978-ci il tarixdən 25 may 1978-ci il tarixədək X2 yığıcı sexində şagird olmuş, 25 may 1978-ci il tarixdən 01 fevral 1979-cu il tarixədək həmin sexdə 1-ci dərəcəli presləyici, 09 aprel 1979-cu il tarixdən həmin Elektrotexnika zavodunda təmizləyici 2-ci dərəcəli presləyici, 3-cü dərəcəli çeşidləyici, şöbə rəisi vəzifələrində işləmiş və 17 iyul 2002-ci il tarixdən öz ərizəsi əsasında işdən azad olunmuşdur. Naxçıvan Şəhər Polis İdarəsi tərəfindən 27 avqust 2009-cu il tarixdə verilmiş AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1959-cu il təvəllüdlü Talıbova X5 şəhəri, Çənlibel məhəlləsi, ev 14, mənzil 1 ünvanında pasport qeydiyyatındadır. Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi “Cihaz” İstehsalat Birliyi “X3 Zavodu” MMC-dən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 18 yanvar 2023-cü il tarixli, 100/10 nömrəli məktubdan məlum olur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə 23 yanvar 2007ci il, 12 nömrəli qərarına əsasən ümumi peşələr üzrə 35 nömrəli bəndin, plastik kütlədən məmulatların presləyiciləri peşəsi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququna malikdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Andreyeva Latviyaya qarşı” işi üzrə 18 fevral 2009-cu il tarixli qərarında göstərilmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri edilməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1ci maddəsi ilə əhatə edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. (1 iyul 2017-ci ilə qədər qüvvədə olan redaksiyası) 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. (1 iyul 2017-ci ildən qüvvədə olan redaksiya) 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət social sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020ci il tarixli “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin tətbiqinə dair” qərardadında qeyd olunan hüquqi mövqeyə görə: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin: (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli, 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) 1-ci bəndinə görə əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri...nəzərə alınır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun: (xx.xx.2006-cı il tarixədək qüvvədə olmuşdur): 13-cü maddəsinin b) bəndinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə 13 iyun 1997ci il tarixli, 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən həmin maddədə nəzərdə tutulmuş yaş həddi 01 avqust 1997-ci il tarixdən 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 17 nömrəli, 11 dekabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin 2.4.1. bəndində qeyd edilmişdir ki, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən təsdiq olunaraq xx.xx.2010-cu il tarixli, 4027 nömrəli şəhadətnamə ilə normativ hüquqi akt kimi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş “Əmək pensiyaları haqqında” Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları”nın 2.1.8-ci bəndində göstərilir ki, Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə təyin olunur. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin siyahı təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraitinin xüsusilə zərərli və xüsusi ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin əsaslandırması: “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Hazırki iş üzrə iddiaçının yaşa görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququ yaranmışdır. Belə ki, iddiaçının 01 yanvar 2006-cı il tarixədək 24 il 3 ay 8 gün ümumi iş stajı, 11 il 5 ay 11 gün xüsusi iş stajı mövcud olmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək həmin Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Başqa sözlə, 52 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin olunması üçün zəruri şərt qanunun qüvvəyə mindiyi 01 yanvar 2006-cı il tarixədək şəxsin əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan tam əmək stajı, yəni ümumi və xüsusi stajı qazanmış olmasıdır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinin tələbinə görə güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün üç element mövcud olmalıdır: 1.qadınlara münasibətdə - iddiaçının 52 yaşına çatması; (xx.xx.1997-ci il tarixdən qadınların yaşı hər ilə 6 ay artırılaraq 52 yaşa çatdırılmışdır)

2. İddiaçının 01 yanvar 2006-cı ilə qədər azı 20 il ümumi iş stajının mövcud olması;

3. İddiaçının 01 yanvar 2006-cı ilə qədər azı 10 il güzəştli iş stajının mövcud olması. İddiaçıya münasibətdə hər iki hal cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilməmiş, həmçinin məhkəmə araşdırması zamanı iddiaçının xüsusi iş stajının Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda ümumi peşələr üzrə 35 nömrəli bəndin, plastik kütlədən məmulatların “presləyiciləri” peşəsinə uyğun gəldiyi aşkarlanmışdır. Nəticədə iddiaçı tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş iş stajına dair qanunun zəruri tələbləri ödənilmiş, onun əmək kitabçasına və arxiv arayışlarına əsasən 01 yanvar 2006-cı ilə qədər 20 ildən çox ümumi iş stajının, 10 ildən çox xüsusi iş stajının mövcudluğu məhkəmə araşdırması zamanı da öz təsdiqini tapmışdır. Həmin dövrdə qüvvədə olmuş qanunvericiliyə uyğun olaraq, xx.xx.2011-ci ildə vətəndaşın pensiya hüququ yaranmışdır. Lakin işdə olan sənədlərdən görünür ki, iddiaçı pensiya təyin olunması ilə bağlı ilk dəfə 13 iyul 2022-ci il tarixdə cavabdehə müraciət etmiş, bu hüququn reallaşdırılması üçün həmin tarixdən əvvəl inzibati orqana müraciət etməsinə dair hər hansı sübutu məhkəməyə təqdim etməmiş və belə müraciətinin olmasını ümumiyyətlə bildirməmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci və 37.7-ci maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən (xx.xx.2022) tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənildiyindən, keçmiş dövr üzrə hesablanmış fərq məbləğinin ən çoxu üç il üçün hesablanması nəzərdə tutulduğu göstərilmişdir. Bu səbəbdən iddiaçıya müraciətdən əvvəlki üç ildən əvvələ olan dövr üçün pensiya hesablana bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Naxçıvan şəhər idarəsinə qarşı iddiası qismən təmin edilərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən əmək şəraiti xüsusilə zərərli və ağır işlərdə işlədiyi 10 ildən artıq olan əmək stajını nəzərə almaqla, müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2, 4.1, 14.3, 33.1, 58.7, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

q ə r a r a a l d ı:

İddia qismən təmin edilsin. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ veren əmək şəraiti xüsusilə zərərli və ağır işlərdə işlədiyi 10 ildən artıq olan əmək stajını nəzərə almaqla, müraciət edilən (xx.xx.2022) tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Naxçıvan şəhər idarəsinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Elnur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar