Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-802/2024 28.08.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Yusifov Araz Ərrəhman oğlunun katibliyi, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “Şahbuz rayonu, Keçili kəndində verilmiş, mülkiyyət hüququ üzrə ona məxsus olan 18 kv.metr torpaq sahəsi üzərində inşa etdiyi mağaza qanunsuz olaraq söküldüyünə görə 30000 (otuz min) manat dəymiş zərərin və həmin torpaq sahəsinin ona geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Şahbuz rayonu, Keçili kəndində verilmiş, mülkiyyət hüququ üzrə ona məxsus olan 18 kv.metr torpaq sahəsi üzərində inşa etdiyi mağaza qanunsuz olaraq söküldüyünə görə 30000 (otuz min) manat dəymiş zərərin və həmin torpaq sahəsinin ona geri qaytarılması öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, hazırlıq icraatı ilə bağlı məhkəmə iclası 28 avqust 2024-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə İddiaçı lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı dəftərxana vasitəsilə məhkəməyə daxil olmuş 14 avqust 2024-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Cavabdehnə qarşı mülkiyyətində olan Şahbuz rayonu, Keçili kəndində yerləşən mağazanın sökülməsinə görə kompensasiya ödənilməsi ilə bağlı öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia qaldırdığını, cavabdeh tərəfindən dəymiş ziyanın qarşılığında Şahbuz rayonu, Keçili kəndində fərdi yaşayış evi tikmək üçün 41 kv.m. torpaq sahəsinin güzəştli şərtlərlə ona verilməsinə razı olduğunu, iddia tələbindən imtina etdiyini, iddiadan imtina etməyin hüquqi nəticələrinin ona izah edildiyini, bununla bağlı gələcəkdə şikayət və tələbinin olmayacağını bildirib, məhkəmədən iddiadan imtina barədə ərizəni qəbul edib, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X2 iddiaçının ərizəsinə heç bir etirazının olmadığını bildirmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iddiaçının ərizəsini nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddiaçının ərizəsi təmin edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: - 55.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. - 55.4-cü maddəsinə əsasən iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. - 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “Şahbuz rayonu, Keçili kəndində verilmiş, mülkiyyət hüququ üzrə ona məxsus olan 18 kv.metr torpaq sahəsi üzərində inşa etdiyi mağaza qanunsuz olaraq söküldüyünə görə 30000 (otuz min) manat dəymiş zərərin və həmin torpaq sahəsinin ona geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası üzrə İddiaçı 14 avqust 2024-cü il tarixli ərizəsi təmin edilməli və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda qeyd olunanları və İPM-in 55.1, 55.4, 55.5, 80 və 83-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı 14 avqust 2024-cü il tarixli ərizəsi təmin edilsin. İddiaçı Cavabdehnə qarşı “Şahbuz rayonu, Keçili kəndində verilmiş, mülkiyyət hüququ üzrə ona məxsus olan 18 kv.metr torpaq sahəsi üzərində inşa etdiyi mağaza qanunsuz olaraq söküldüyünə görə 30000 (otuz min) manat dəymiş zərərin və həmin torpaq sahəsinin ona geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan şikayət verilə bilməz. SƏDRLİK EDƏN: HİCRAN MURADOV
Məhkəmə qərarları › İş №2-1(122)-802/2024
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-802/2024
28.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver