Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-807/2024 06.06.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Əliyev Tural Yusif oğlunun sədrliyi, Rzayeva Əpruz Qasım qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Babək Rayon İcra Hakimiyyətinə qarşı "Babək rayon Nehrəm kəndində yerləşmiş, 787 (yeddi yüz səksən yeddi) kv.m metr ölçüdə olan 3 ədəd taxıl anbarı və sahəsi 64 kv.m metr ölçüdə olan 1 ədəd avtoqarajın sökülməsi nəticəsində mərhum atasına vurulmuş 10.492.610 manat (hazırkı dəyəri hesablanmaqla) ziyanın vərəsələrinə və həmin obyektlərin 848 kv.m metr ölçüdə qeyri-yaşayış sahəsi ilə təmin olunmağı öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Babək rayon Nehrəm kəndində yerləşmiş, 787 (yeddi yüz səksən yeddi) kv.m metr ölçüdə olan 3 ədəd taxıl anbarı və sahəsi 64 kv.m metr ölçüdə olan 1 ədəd avtoqarajın sökülməsi nəticəsində mərhum atasına vurulmuş 10.492.610 manat (hazırkı dəyəri hesablanmaqla) ziyanın vərəsələrinə və həmin obyektlərin 848 kv.m metr ölçüdə qeyri-yaşayış sahəsi ilə təmin olunmağı öhdəliyinin cavabdeh Babək Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması tələbini irəli sürərək iddia ərizəsi ilə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə müvafiq olaraq inzibati iş məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş və hazırlıq icraatı ilə bağlı məhkəmə iclası 06 iyun 2024-cü il tarixə təyin edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh Babək Rayon İcra Hakimiyyətinə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı Babək Rayon İcra Hakimiyyətinə qarşı iddia qaldırdığını, iddiası cavabdeh orqan tərəfindən təmin olunduğundan iddiasından imtina etdiyini, iddiadan imtina etməyinin hüquqi nəticələrinin ona məlum olduğunu bildirib bu barədə yazılmış 06 iyun 2024-cü il tarixli ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, ərizəsini nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddiaçının ərizəsi aşağıda qeyd edilən normaların tələblərinə uyğun olduğundan təmin edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 15.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatında tərəflər mübahisəyə baxılmasını bilavasitə özləri tərəfindən, yaxud mediasiya vasitəsilə bağlanılmış barışıq sazişi ilə, iddiaçının iddiadan imtina etməsi ilə, cavabdehin iddianı qəbul etməsi ilə və ya hüquqi mübahisənin nizamlanması barədə müştərək bəyanatla sona çatdıra bilərlər. 50.0 və 50.0.2-ci maddələrinə əsasən sədrlik edən hakim mübahisə ilə bağlı iş üzrə hazırlıq icraatında iddiaçının iddiadan imtina etməsi və ya cavabdehin iddianı qəbul etməsi barədə məsələləri həll edir və bu barədə müvafiq qərardad qəbul edir. 55.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. 55.4-cü maddəsinə əsasən iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Babək Rayon İcra Hakimiyyətinə qarşı "Babək rayon Nehrəm kəndində yerləşmiş, 787 (yeddi yüz səksən yeddi) kv.m metr ölçüdə olan 3 ədəd taxıl anbarı və sahəsi 64 kv.m metr ölçüdə olan 1 ədəd avtoqarajın sökülməsi nəticəsində mərhum atasına vurulmuş 10.492.610 manat (hazırkı dəyəri hesablanmaqla) ziyanın vərəsələrinə və həmin obyektlərin 848 kv.m metr ölçüdə qeyriyaşayış sahəsi ilə təmin olunmağı öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iş üzrə İddiaçı ərizəsi təmin edilməli və inzibati iş üzrə icraata xitam verilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.1, 55.4, 55.5, 80, 83.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı ərizəsi təmin edilsin. İddiaçı cavabdeh Babək Rayon İcra Hakimiyyətinə qarşı "Babək rayon Nehrəm kəndində yerləşmiş, 787 (yeddi yüz səksən yeddi) kv.m metr ölçüdə olan 3 ədəd taxıl anbarı və sahəsi 64 kv.m metr ölçüdə olan 1 ədəd avtoqarajın sökülməsi nəticəsində mərhum atasına vurulmuş 10.492.610 manat (hazırkı dəyəri hesablanmaqla) ziyanın vərəsələrinə və həmin obyektlərin 848 kv.m metr ölçüdə qeyri-yaşayış sahəsi ilə təmin olunmağı öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati iş üzrə icraata xitam verilsin. İddiaçıya izah olunsun ki, iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Qərardaddan şikayət verilə bilməz. Hakim: Tural Əliyev
Məhkəmə qərarları › İş №2-1(122)-807/2024
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-807/2024
06.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver