Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-81/2020 29.12.2020 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Əsgərov Elnar Muxtər oğlunun katibliyi, İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Vəkil və üçüncü şəxs X4 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan Şəhər Polis İdarəsinə qarşı X4 ünvan 1 mənzil 25 ünvanının qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi barədə inzibati mübahisə üzrə işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X4 ünvan 1 mənzil 25 ünvanının qeydiyyatından çıxarılması öhdəliyinin cavabdeh Naxçıvan Şəhər Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1991-ci ildə ünvan 1 mənzil 25 ünvanında yerləşən mənzili əldə etmişdir. Mənzil onun adınadır. Həmin vaxtdan bu günə kimi yuxarıda qeyd olunan ünvanda yaşayır. Onunla birlikdə digər ailə üzvləri də həmin ünvanda yaşayır və qeydiyyatdadırlar. X16 10 ildən artıqdır ki, onunla birlikdə yaşamır. Onun özünə məxsus Naxçıvan şəhərində mənzili var. Ancaq bu günədək onun adına olan mənzilin pasport qeydiyyatından çıxmayıb. Oğlunun onun mənzilinin qeydiyyatında olması onun bu günədək yaşadığı, bütün kommunal xidmət haqlarını ödədiyi mənzillə bağlı mülkiyyət hüquqlarını həyata keçirməyinə maneçilik törədir. O, oğluna mənzilinin qeydiyyatından çıxmasını təklif etsə də, o bunu özü könüllü etmək istəməyib. O, faktiki olaraq Naxçıvan şəhəri, 1-ci küçə (Əzizbəyov) 77 ünvanda iki mərtəbəli ev inşa etmiş və orada ailəsi ilə birlikdə yaşayır. Naxçıvan Şəhər Polis İdarəsinə etdiyi müraciətə isə ünvan qeydiyyatından çıxarılma ilə mübahisə mövcud olduğundan ərizəsi təmin edilməyərək məhkəməyə müraciət etməyi məsləhət görülmüşdür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edidikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb ounmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) məhkəməyə daxil olmamışdır. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2- 1(122)-81/2020 nömrəli qərardadı ilə X8 üçüncü şəxs qismində inzibati iş üzrə məhkəmə icraatına cəlb edilmişdir. xx xxxxxxxx 2020-ci il tarixli məhkəmə iclasında üçüncü şəxs X8 vəsatət verərək, Naxçıvan Şəhər Məhkəməsində yaşayış və istifadə hüququnun verilməsi barədə iddia qaldırdığını, məhkəmə tərəfindən hazırlıq iclasının keçirildiyini, və iş üzrə icraatın tamamlanıb qurtaranadək inzibati iş üzrə icraatın dayandırılmasını xahiş edərək, Naxçıvan Şəhər Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixə təyin olunmuş mülki iş üzrə məhkəmə bildirişini məhkəməyə təqdim etmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(122)-81/2020 nömrəli qərardadı ilə iş üzrə icraat dayandırılmışdır. İddiaçı xx xxxxxx 2020-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, iddiası üzrə icraatın təzələnməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsi Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinə xx xxxxxx 2020-ci il tarixli, 2(078)-777/2020 nömrəli məktub ünvanlayaraq, Naxçıvan Şəhər Məhkəməsinin icraatında olan iddiaçı X4 cavabdeh İddiaçı qarşı yaşayış və istifadə hüququnun verilməsi tələbinə dair 2(078)-777/2020 nömrəli mülki iş üzrə xx xxxxxxx 2020-ci il tarixdə qətnamə qəbul edildiyini, iddia tələbi əsassız hesab edilərək rədd edildiyini, tərəflər qanunvericilikdə nəzərdə tutulmuş müddətdə apellyasiya şikayəti vermədiyindən Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-777/2020 nömrəli mülki işi üzrə xx xxxxxxx 2020-ci il tarixdə qəbul edilmiş qətnamənin qanuni qüvvəsini aldığı bildirilmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2- 1(122)-81/2020 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Naxçıvan Şəhər Polis İdarəsinə qarşı X4 ünvan 1 mənzil 25 ünvanının qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə icraat təzələnmiş və şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası xx xxxxxx 2020-ci il tarixə, saat 1530-a təyin olunmuşdur. Cavabdeh Naxçıvan Şəhər Polis İdarəsi şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə, həmçinin şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədiyi halda cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmiş, lakin, Naxçıvan Şəhər Polis İdarəsi nümayəndəsinin iştirakı olmadan işə baxıb müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Şifahi məhkəmə baxışı iclasında İddiaçı izahatında həmin mənzili 1991-ci il tarixdə əldə etdiyini, mənzilin onun adına olduğunu, həmin vaxtdan bu günə kimi qeyd olunan ünvanda yaşadığını, onunla birgə digər ailə üzvlərinin də həmin ünvanda yaşadıqlarını və orada qeydiyyatda olduqlarını, oğlu X5 10 ildən artıqdır ki, onlarla bilikdə yaşamadığını, onun özünə məxsus Naxçıvan şəhərində mənzilinin olduğunu, ancaq bu günədək onun adına olan mənzilin pasport qeydiyyatından çıxmadığını, oğlunun onun mənzilinin qeydiyyatında olması onun bu günədək yaşadığı, bütün kommunal xidmət haqlarını ödədiyi mənzillə bağlı mülkiyyət hüquqlarını həyata keçirməyinə maneçilik törətdiyini, X4 cavabdeh İddiaçı qarşı yaşayış və istifadə hüququnun verilməsi tələbi ilə Naxçıvan Şəhər Məhkəməsində iddia qaldırdığını, Naxçıvan Şəhər Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixdə qətnaməsi ilə iddia tələbi əsassız hesab edilərək rədd edildiyini qeyd edərək, X5 ünvan 1 mənzil 25 ünvanının qeydiyyatından çıxarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil İddiaçı izahatına uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında üçüncü şəxs X8 iddiaçıya məxsus ünvan 1 mənzil 25 ünvanının qeydiyyatından çıxarılmasına heç bir etirazının olmadığını bildirərək, müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının vəkili və nümayəndəsi iş materiallarına cavabdehin imtina məktubunu, fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportunun təsdiq olunmuş surətini, Naxçıvan Muxtar Respublikası X1 tərəfindən verilmiş qeydiyyat vəsiqəsinin təsdiq olunmuş surətini, Naxçıvan Şəhər İcra Hakimiyyətinin 2 saylı Mənzil-İstismar İdarəsinin xx xxxxx 2020-ci il tarixli, 555 nömrəli və xx xxx 2020-ci il tarixli arayışlarını, Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin xx xxxx 2020ci il tarixli, 289 nömrəli məktubunu, AZ-İ seriyalı, 748141 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətini, “Naxçıvan Sukanalizasiya” İdarəsinin xx xxx 2020-ci il tarixli, 62 nömrəli arayışını əlavə etmişdir. Həmin sənədlərin və materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə, mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İPM-in 68.1-ci maddəsi) hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Çünki iddiaçı cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edirmişdir. İddia aşağıdakılara görə əsaslıdır. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fıziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Həmin Qanunun 9-cu maddəsinin 1-ci bəndinə əsasən müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Yuxarıda şərh olunan qanunvericilik normalarının tələblərinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməli, habelə müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmalıdır. İş materiallarında olan:- - Naxçıvan Şəhər Polis İdarəsinin ünvan 1 mənzil 25 ünvanında yaşayan İddiaçı ünvanladığı xx xxx 2020-ci il tarixli, 7/1389-R-449 nömrəli məktubundan müəyyən olunur ki, X4 ünvan 1 mənzil 25 ünvanının qeydiyyatından çıxarılması tələbindən imtina edilmişdir. - Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportun surətindən müəyyən olunur ki, ünvan 1 mənzil 25 ünvanı İddiaçı adına qeyd olunmuşdur. - Naxçıvan Muxtar Respublikası X1 tərəfindən verilmiş qeydiyyat vəsiqəsinin surətindən müəyyən olunur ki, ünvan 6 mənzil 25 ünvanı xx xxxxxx 1991-ci il tarixdə 4784 inventar nömrəsi ilə İddiaçı adına qeyd olunmuşdur. - Naxçıvan Şəhər İcra Hakimiyyətinin 2 saylı Mənzil-İstismar İdarəsinin xx xxxxx 2020-ci il tarixli, 555 nömrəli və xx xxx 2020-ci il tarixli arayışlarından müəyyən olunur ki, İddiaçı ünvan 1 mənzil 25 ünvanında yaşayır və X8 (oğlu), X6 (oğlu) onun ailə üzvləridir və X8 qeyd olunan ünvanda 10-15 ildir ki, yaşamır. - Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin xx xxxx 2020-ci il tarixli, 289 nömrəli məktubundan müəyyən olunur ki, Naxçıvan Muxtar Respublikasının daşınmaz əmlakın dövlət reyestrində olan məlumata əsasən Naxçıvan şəhəri, 1-ci küçə (Əzizbəyov) 77 ünvanında yerləşən fərdi yaşayış evi X9 ilə X3 birgə mülkiyyətindədir. - AZ-İ seriyalı, 748141 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən müəyyən olunur ki, X2 xx xxxx 2019-cu il tarixdə ölmüşdür. - “Naxçıvan Sukanalizasiya” İdarəsinin xx xxx 2020-ci il tarixli, 62 nömrəli arayışından müəyyən olunur ki, ünvan 1 mənzil 25 ünvanında qeydiyyatda olan İddiaçı həqiqətən “Naxçıvan Sukanalizasiya” İdarəsinə borcu yoxdur. - Naxçıvan Şəhər İcra Hakimiyyətinin 2 saylı Mənzil-İstismar İdarəsinin xx xxx 2020ci il tarixli, 626 nömrəli arayışından müəyyən olunur ki, İddiaçı ünvan 1 mənzil 25-də pasport qeydiyyatındadır. İş materiallarına əlavə olunmuş ünvan 1 mənzil 25-də qeydiyyatda olmaqla ünvan 9 ünvanında müvəqqəti yaşayan X4 məhkəməyə ünvanlandığı xx xxxxxx 2020-ci il tarixli iddia ərizəsinə etirazdan görünür ki, X8 hesab edir ki, atasının ona qarşı qaldırdığı bu iddia tam əsassızdır. Bu səbəbdən də həmin mənzildən qeydiyyatdan çıxmaq istəmir. Ona görə də məhkəmədən iddia tələbinin ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir İş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(078)-777/2020 nömrəli qətnaməsinin surətindən müəyyən olunur ki, iddiaçı X4 cavabdeh İddiaçı qarşı ünvan 1 mənzil 25 ünvanında yerləşən evdən yaşayış və istifadə hüququnun verilməsi tələbinə dair iddiası əsassız olduğundan rədd edilmişdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan, yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında çıxarılır. Məhkəmə hesab edir ki, iddianın qanuni əsasını “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunu təşkil edir. Həmin Qanunun 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri dedikdə, tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə-müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında; 7) əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarıldıqda - müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.1996-cı il tarixli, 493 nömrəli Fərmanının 2.3-cü bəndinə görə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu bəndində (birinci abzasında və birinci bəndində) nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər. Məhkəmə hesab edir ki, iddiaçı mülkiyyət hüququ əsasında ona məxsus olan evdən yaşayış sahəsinə köçmək üçün hər hansı hüquqi əsasları mövcud olmayan üçüncü şəxslərin qeydiyyatdan çıxarılmasını tələb etmək hüququna malikdir. Belə ki, iş materiallarına əlavə edilmiş Naxçıvan Şəhər Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(078)-777/2020 nömrəli qətnaməsindən müəyyən olunur ki, X4 cavabdeh İddiaçı qarşı yaşayış və istifadə hüququnun verilməsi tələbi əsassız hesab edilərək rədd edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair xx xxxxxxxx 2020-ci il tarixli Qərarında qeyd etmişdir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxx 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər. Mülkiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Qeyd olunan Qərarla müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Məhkəmə araşdırması zamanı ünvan 1 mənzil 25 ünvanında yerləşən yaşayış evinin xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsusluğu, üçüncü şəxsin hazırda mübahisəli yaşayış sahəsinə dair hər hansı əmlak hüququnun olmaması, faktiki olaraq onun orada yaşamaması müəyyən edilmişdir. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq və maddi hüquq normalarını rəhbər tutaraq qeyd edir ki, fiziki şəxslərin mülkiyyət hüququnun müdafiəsi qüvvədə olan qanunvericiliklə tam təfərrüatı ilə tənzimlənir. Mülkiyyətçiyə hüquq verilir ki, özünə mənsub olan əmlak barəsində öz mülahizəsinə əsasən istənilən hərəkəti edə bilsin. Məhkəmə belə hesab edir ki, şəxsin mülkiyyətçiyə məxsus evdə qeydiyyatdan çıxarılması tələbi mülkiyyətçinin bu kimi hüquqlarından irəli gəlir. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinin tələbinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Elə həmin maddənin 2-ci hissəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, X4 ünvan 1 mənzil 25 ünvanının qeydiyyatından çıxarılması öhdəliyi cavabdeh Naxçıvan Şəhər Polis İdarəsinin üzərinə qoyulmalıdır. Ödənilmiş dövlət rüsumu məsələsini müzakirə edərək məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Belə ki, İPM-in 110.1-ci maddəsinə əsasən, prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və İPM-in 34.1, 68, 69, 75, 81, 85 və 110.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilir. X4 ünvan 1 mənzil 25 ünvanının qeydiyyatından çıxarılması öhdəliyi cavabdeh Naxçıvan Şəhər Polis İdarəsinə üzərinə qoyulur. İş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçıya aid edilir. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 (otuz) gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə mınir. SƏDRLİK EDƏN : HİCRAN MURADOV
Məhkəmə qərarları › İş №2-1(122)-81/2020
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-81/2020
29.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver