Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-81/2023 16.08.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Əliyev Adəm Qurban oğlunun katibliyi, İddiaçı və cavabdeh Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinə qarşı “Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar nazirinin xx.xx.2021-ci il tarixli, 20 nömrəli əmrinin onun “usta” məharət dərəcəsinin 1-ci məharət dərəcəsinə endirilməsi hissəsində ləğv edilməsi, “usta” məharət dərəcəsinin bərpa edilərək müvafiq əlavənin pensiya təminatına daxil edilməsi və pensiya məbləğinin yenidən hesablanması üçün müvafiq məlumat vərəqəsinin "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsinə təqdim edilməsi və yaşa görə ehtiyata buraxılması ilə əlaqədar son hesabın yenidən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati mübahisə üzrə işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar nazirinin xx.xx.2021-ci il tarixli, 20 nömrəli əmrinin onun “usta” məharət dərəcəsinin 1-ci məharət dərəcəsinə endirilməsi hissəsində ləğv edilməsi, “usta” məharət dərəcəsinin bərpa edilərək müvafiq əlavənin pensiya təminatına daxil edilməsi və pensiya məbləğinin yenidən hesablanması üçün müvafiq məlumat vərəqəsinin "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsinə təqdim edilməsi və yaşa görə ehtiyata buraxılması ilə əlaqədar son hesabın yenidən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 1995-ci ildən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mülki Müdafiə İdarəsində, 2006-cı il avqustun 9-dan 2021-ci il aprelin 07-dək isə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyində müxtəlif hərbi vəzifələrdə xidmət etmişdir. Son xidmət yeri FHN-nin aparatında mülki müdafiə işinin təşkili şöbəsinin rəisi vəzifəsi olmuşdur. Silahlı qüvvələrin veteranıdır. Azərbaycan Respublikasının “Hərbi xidmətlərə görə” medalı, Silahlı Qüvvələrdə qüsursuz xidmətlərə görə 1, 2, 3-cü dərəcəli medalları, Silahlı Qüvvələrin və Fövqəladə Hallar Nazirliyinin yubiley medalları ilə təltif olunmuşdur. Xidməti dövründə heç bir zaman intizam tənbehi cəzası almamışdır. Hər il, 2020-ci il də daxil olmaqla tədris ilinin yekunlarına görə birdəfəlik pul mükafatlarını 100% (13-14-cü əmək haqqı) almışdır. Azərbaycan Respublikası Silahlı Qüvvələrindən “yaşa görə” ehtiyata buraxılmağı ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar nazirinin müvafiq əmri ilə 2021-ci il yanvar ayının 6-dan aprelin 6-dək növbəti məzuniyyətə buraxılmış və ehtiyata buraxılmağı ilə bağlı təqdimatı xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə göndərilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar nazirinin xx.xx.2021-ci il tarixli, 0399/ş nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “b” bəndinə (yaşa görə) əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Hazırda silahlı qüvvələrin ehtiyatda olan polkovnikidir. Ehtiyata buraxılmağı ilə əlaqədar məzuniyyətdə olduğu müddətdə Naxçıvan Respublikası Fövqəladə Hallar nazirinin şifahi göstərişi əsasında xx.xx.2021-ci il tarixdə qanunsuz olaraq ona “Vəzifəsinə tam uyğun olmaması barədə xəbərdarlıq” elan edilmişdir. Bu göstəriş Azərbaycan Respublikası Silahlı X1 93-cü və 98-ci bəndləri, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 187-ci və 189-cu maddələri ilə tam ziddiyyət təşkil edir. Nazirliyin kadrlar və sənədlərlə iş şöbəsi əmrlə onu tanış etməyib. Ümumiyyətlə onun barəsində verilmiş qanunsuz intizam cəzası onunla heç bir araşdırma aparılmadan verilmişdir. Belə ki, FHN-nin kadrlar və sənədlərlə iş şöbəsinin ona ünvanladığı imtina məktubundakı “məxfilik rejiminin pozulması” ilə bağlı hallar Naxçıvan MR DTX-nın müvafiq əməkdaşları tərəfindən araşdırılmış və nöqsanı olmadığına görə barəsində heç bir cəza tədbiri görülməmişdir. Məzuniyyətdə olduğu zaman Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar nazirinin onun xəbəri olmadan və xidmətdə olmadığı dövrdə elan edilməyən “Vəzifəsinə tam uyğun olmaması” barədə xəbərdarlıq intizam cəzası tam əsassızdır. Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar nazirinin xx.xx.2020-ci il tarixli əmri ilə “usta” məharət dərəcəsini təsdiq etmişdir. “Yaşa görə” ehtiyata tərxis olunmağı ilə bağlı növbəti məzuniyyətdə olduğu zaman 02-xx.xx.2021-ci il tarixlərdə Nazirliyin xüsusi rütbəli əməkdaşlarından və hərbi qulluqçularından məharət dərəcələrinin verilməsi (təsdiq edilməsi) üzrə sınaq imtahanları keçirilmişdir. 06 aprel 2021-ci il tarixdə məzuniyyətdən qayıtdıqdan sonra ona məlum olmuşdur ki, heç bir hüquqi əsas olmadan fövqəladə hallar nazirinin xx.xx.2021-ci il tarixli, 20 nömrəli əmri ilə onun “usta” məharət dərəcəsi bir pillə aşağı salınaraq “1-ci məharət dərəcəsi”nə endirilmişdir. Bu, Azərbaycan Respublikası Fövqəladə Hallar nazirinin xx.xx.2007-ci il tarixli, 057 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin xüsusi rütbədə xidmət keçən əməkdaşlarına və hərbi qulluqçularına məharət dərəcələrinin verilməsi qaydalarına dair Təlimat”ın 21-ci maddəsi ilə ziddiyyət təşkil edir. Təlimatın 21-ci maddəsində göstərilir ki, - məharət dərəcələrinin verilməsi məqsədi ilə keçirilən imtahanlarda xəstəlik, ezamiyyət, məzuniyyət və digər üzrlü səbəblərə görə vaxtında iştirak edə bilməyən əməkdaş üçün, xidməti və döyüş hazırlığı üzrə imtahanın nəticəsi kimi onun tədris ilinin yekunu üzrə aldığı qiymət əsas götürülür. Belə ki, 2020-ci tədris ilini yüksək nəticələrlə başa vurduğuna görə birdəfəlik pul mükafatı ona 100% ödənilmişdir. 2021-ci ilin hərbi qulluqçuların məharət dərəcələrinin verilməsi (təsdiq edilməsi) üzrə sınaq imtahanları keçirilən zaman isə o, yuxarıda qeyd etdiyi kimi məzuniyyətdə olduğundan onun həmin imtahanlarda iştirak etməyi mümkün olmamış, həmçinin onun məharət dərəcəsinin aşağı salınması isə təlimata ümumiyyətlə ziddir. Belə ki, qeyd etdiyi 21-ci maddəyə əsasən onun qüvvədə olan “usta” məharət dərəcəsi məzuniyyətdə olmağına görə saxlanılmalı idi. Həmçinin o, məzuniyyətdən qayıtdığı gün Azərbaycan Respublikası Fövqəladə Hallar nazirinin xx.xx.2021-ci il tarixli, 0399/ş nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “b” bəndinə (yaşa görə) əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxıldığından onun hər hansı bir imtahanda iştirak etməyi mümkün deyildi. Bu səbəbdən də şəxsi işi qeydiyyata alınması üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan şəhər İdarəsinə göndərilmiş və həmin işlə o, tanış olarkən ona məlum olmuşdur ki, məharət dərəcəsinin aşağı salınması ilə bağlı əmrdən çıxarış şəxsi işə əlavə edilməmişdir. Bu da onu göstərir ki, onun məharət dərəcəsinin aşağı salınmasının heç bir hüquqi əsası yoxdur. İddiaçı bildirmək istəyir ki, ona qanunsuz olaraq verilmiş “Vəzifəsinə tam uyğun olmaması barədə xəbərdarlıq” intizam cəzası və məharət dərəcəsinin 1 pillə aşağı salınması nəticəsində onun yaşa görə ehtiyata buraxılmağı ilə əlaqədar pensiyası aşağı hesablanmışdır. Bu səbəbdən də onun qanunsuz olaraq aşağıya salınmış “usta” məharət dərəcəsinin bərpa olunmasını, buna müvafiq olaraq pensiya məbləğinin, həmçinin ehtiyata buraxılmağı ilə əlaqədar son hesabın yenidən hesablanmasını istəyir. İddiaçı yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İPM-nin 33, 45, 46 və 55-ci maddələrini rəhbər tutaraq, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar nazirinin xx.xx.2021-ci il tarixli, 20 nömrəli əmrinin onun “usta” məharət dərəcəsinin 1-ci məharət dərəcəsinə endirilməsi hissəsində ləğv edilməsi, “usta” məharət dərəcəsinin bərpa edilərək müvafiq əlavənin pensiya təminatına daxil edilməsi və pensiya məbləğinin yenidən hesablanması üçün müvafiq məlumat vərəqəsinin “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsə təqdim edilməsi, “yaşa görə” ehtiyata buraxılmağı ilə əlaqədar son hesabın yenidən hesablanaraq ödənilməsi öhdəliyinin inzibati orqan Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş, İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Cavabdeh Naxçıvan MR Fövqəladə Hallar Nazirliyi tərəfindən məhkəməyə ünvanlanan 30 mart 2023-cü il tarixli, 05/xx-xx/0270 nömrəli etiraz məktubunu onunla əsaslandırılmışdır ki, İddiaçı 09 yanvar 2021-ci il tarixdən növbəti məzuniyyətə, 23 fevral 2021-ci il tarixdən təqaüd məzuniyyətinə buraxılmışdır. Məzuniyyətdə olduğu müddətdə o, bir neçə dəfə şöbənin xidməti fəaliyyətinə nəzarət etmək üçün nazirliyə gələrək xidməti otağında olmuşdur. Polkovnik Qasımov hər dəfə xidməti otağına gəlib-gedəndə kompüterin parolunu dəyişdirmiş və bildirmişdir ki, onun icazəsi olmadan şöbənin heç bir əməkdaşı nə otağı, nə də kompüteri açmasın. 24 fevral 2021 -ci il tarixdə həmin şöbənin zabiti Rəcəb Səfərov “01 Mart Ümumdünya Mülki Müdafiə Günü” ilə bağlı planın nümunəsini və dezinfeksiya planını götürmək üçün dövlət qulluqçusu Azadə Cəfərovaya tapşırıq verib ki, kompüterin parolunu öyrənsin. Kompüterin parolunu öyrəndikdən sonra kompüterə baxılıb və kompüterdə olan sənədlərin bir çoxunun olmaması aşkar olunmuşdur. Məlum olmuşdur ki, İddiaçı xidməti otağında olan kompüterin yaddaşından məxfilik qrifi olan sənədləri məxfi hissədə qeydiyyata alınmayan və şəxsi istifadəsində olan yaddaş kartına köçürərək, həmin sənədləri kompüterin yaddaşından silmişdir. Bu barədə Rəcəb Səfərov tərəfindən 06 mart 2021-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar nazirinə məlumat verilmişdir. Sonra nazir tərəfindən verilən göstəriş əsasında həmin vaxtı əməliyyat növbətçisi olan X15 Qasımova zəng vuraraq kompüterdən götürdüyü sənədləri və yaddaş kartını geri qaytarmağını bildirmişdi. İddiaçı isə etiraz edərək kompüterdən götürdüyü sənədləri və yaddaş kartını geri qaytarmayacağını bildirərək Rəcəb Səfərovu təhqir etmişdir. Bundan sonra İddiaçı otağının açarı dərhal dəyişdirilmişdir. Bundan sonra İddiaçı məxfilik rejiminin pozulmasına gətirib çıxaran hərəkətlərinə görə “vəzifəsinə tam uyğun olmaması barədə xəbərdarlıq” elan olunmuşdur. İddiaçı bildirmişdir ki, kompüterdən götürdüyü sənədlər guya özünün əqli zəhməti hesabına başa gələn sənədlərdir. Lakin, həmin sənədlər Nazirliyin müvafiq vəzifəli şəxsləri tərəfindən işlənilərək hazırlanmış və çap olunması üçün onun xidməti kompüterində yığılmışdır. Həmçinin İddiaçı bildirmişdir ki, guya Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin rəhbərliyi tərəfindən ona qarşı qərəzli münasibət mövcud olduğundan o, bu addımı atmışdır. Lakin, xidmət etdiyi müddətdə o, şöbə rəisi vəzifələrində xidmət etmiş, xidməti maşınla təmin olunmuş, rəhbərlik tərəfindən hər il dövlət təltifinə və pul mükafatına təqdim olunmuşdur. Əlavə olaraq qeyd edilmişdir ki, İddiaçı Nazirliyin fəaliyyətinə aid olan bir çox məxfi və qeyri-məxfi sənədləri aparması barədə 2021-ci ilin mart ayında Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin də məlumatı olmuş, nazirliyin rəhbərliyinə zəng edilərək İddiaçı Cavabdehndə məxfilik rejiminin pozulmasına gətirib çıxaran hərəkətlərinin daxili təhqiqatının aparılması, habelə məxfilik rejiminin pozulmasına şərait yaradan halların müəyyən edilməsi və tədbirlərin görülməsi ilə bağlı araşdırmanın aparılması bildirilmiş və məktub göndəriləcəyi deyilmişdir. 22 mart 2021-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidmətindən daxil olan məktuba əsasən İddiaçı Dövlət Təhlükəsizliyi Xidmətinə çağırılaraq izahatı alınmış, şəxsi istifadəsində olan “TOSHİBA” və “HB” kompüterləri əlindən alınmışdır. İddiaçı izahatında bildirmişdir ki, məxfi sənədlərin elektron variantlarının yaddaş kartına köçürərək özü ilə aparmasını gələcəkdə FHN tərəfindən ondan həmin sənədlərin guya “xüsusi xahiş” əsasında geri qaytarması yolu ilə əvvəlki iş yerində onun dəyərli əməkdaş olması fikrini keçmiş kollektivi, o cümlədən rəhbərliyi qarşısında formalaşdırmaq niyyəti güdməsi ilə əlaqələndirmişdir. Bildirilmişdir ki, İddiaçı şəxsi istifadəsində olan “TOSHİBA” və “HB” kompüterləri və yaddaş kartı FHN-ə təhvil verilərək, Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşının iştirakı ilə hard diskləri çıxarılaraq məhv edilmişdir. Qeyd edilir ki, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin xüsusi rütbəli vəzifələrində xidmət keçən əməkdaşlarına və hərbi qulluqçularına məharət dərəcələrinin verilməsi qaydalarına dair təlimata əsasən məharət dərəcəsi qüvvədə olan cəzası olmayan əməkdaşlara verilir. Məharət dərəcələri keçirilən zaman İddiaçı məxfilik rejiminin pozulmasına gətirib çıxaran hərəkətlərinə görə qüvvədə olan cəzası (“vəzifəsinə tam uyğun olmaması barədə xəbərdarlıq” xx.xx.2021) olduğu üçün sınaq imtahanlarında iştirak etməmişdir. Bildirilmişdir ki, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin xüsusi rütbəli vəzifələrində xidmət keçən əməkdaşlarına və hərbi qulluqçularına məharət dərəcələrinin verilməsi qaydalarına dair təlimata əsasən məharət dərəcəsi yalnız tutduğu vəzifədə xidmət keçən əməkdaşlara və hərbi qulluqçulara verildiyi üçün, İddiaçı “usta” məharət dərəcəsinin bərpa olunması müvafiq təlimatın tələblərinə uyğun deyildir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 21 fevral 2023-cü il tarixli, 2-1(122)- 81/2023 nömrəli qərardadı ilə buraxılmış prosessual müddət bərpa edilmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin 05 iyun 2023-cüil tarixli, 2-1(122)-81/2023 nömrəli sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab edilmişdir. Şifahi məhkəmə baxışı iclası 04 iyul 2023-cü il tarixə təyin edilmişdir. 04 iyul 2023-cü il tarixli şifahi məhkəmə baxışı iclasında İddiaçı vəsatət verərək, məhkəməyə əlavə sübutlar təqdim etməyi üçün məhkəmə iclasının təxirə salınaraq başqa tarixə təyin edilməsini xahiş etmişdir. Məhkəmə İddiaçı vəsatətini təmin edərək, şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasını 14 avqust 2023-cü il tarixə təyin etmişdir 14 avqust 2023-cü il tarixli şifahi məhkəmə baxışı iclasında Naxçıvan MR Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi X5 vəsatət verərək Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Aparatı və struktur qurumlarının 2021-ci il üzrə test imtahanlarının və fiziki hazırlıq üzrə məqbullarının nəticələri əsasında hərbi qulluqçulara və xüsusi rütbəli vəzifələrdə xidmət keçən əməkdaşlara məharət dərəcələrinin verilməsi ilə bağlı imtahan komissiyasının rəyinin məhkəməyə təqdim edilməsi üçün vaxt verilməsini xahiş etmişdir. Məhkəmə Naxçıvan MR Fövqəladə Hallar Nazirliyinin nümayəndəsinin vəsatətini nəzərə alaraq məhkəmə iclasını 16 avqust 2023-cü il tarixinə təyin etmişdir. İddiaçı 16 avqust 2023-cü il tarixli şifahi məhkəmə baxışı iclasında iddia ərizəsinə uyğun izahat verərək Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar nazirinin xx.xx.2021-ci il tarixli, 20 nömrəli əmrinin onun “usta” məharət dərəcəsinin 1-ci məharət dərəcəsinə endirilməsi hissəsində ləğv edilməsi, “usta” məharət dərəcəsinin bərpa edilərək müvafiq əlavənin pensiya təminatına daxil edilməsi və pensiya məbləğinin yenidən hesablanması üçün müvafiq məlumat vərəqəsinin "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsinə təqdim edilməsi və yaşa görə ehtiyata buraxılması ilə əlaqədar son hesabın yenidən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Naxçıvan MR Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi X5 cavabdehin məhkəməyə ünvanladığı etiraza uyğun izahat verərək İddiaçı məzuniyyətdə olarkən 06 mart 2021-ci il tarixdə çağırılmağına baxmayaraq gəlmədiyini və ona tutduğu vəzifəyə uyğun olmadığı barədə cəza verildiyini, 06 mart 2021-ci il tarixdə ona cəza verildiyinə görə onun məharət dərəcəsi verilməsi imtahanına buraxılmadığını, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Aparatı və struktur qurumlarının 2021-ci il üzrə test imtahanlarının və fiziki hazırlıq üzrə məqbullarının nəticələri əsasında hərbi qulluqçulara və xüsusi rütbəli vəzifələrdə xidmət keçən əməkdaşlara məharət dərəcələrinin verilməsi ilə bağlı imtahan komissiyasının rəyinin yazılı qaydada olmadığını, rəyin şifahi qaydada verildiyini və həmin rəyin protokola uyğun olduğunu bildirərək, iddia tələbinin əsassız olduğundan rədd edilməsini xahiş etmişdir. İddiaçı iş materiallarına cavabdehin imtina məktubunu, hərbi biletin təsdiq olunmuş surətini, qeydiyyatla bağlı arayışı, şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətini, xəbərnaməni, cavabdeh orqana ünvanladığı məktubun surətini əlavə etmişdir. Həmin sənədlərin və materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirərək hesab edir ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İPM-nin 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Məhkəmə tərəflərin izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin ünvan 2 ünvanında yaşayan ehtiyatda olan polkovnik İddiaçı ünvanladığı, 12 dekabr 2022-ci il tarixli, 05/xx-xx/1075 nömrəli məktubundan görünür ki, İddiaçı məzuniyyətdə olduğu müddətdə heç kimə bildirmədən nazirliyə gələrək və nazirliyin fəaliyyətinə aid olan məxfi və qeyri-məxfi sənədləri kompüterdən şəxsi istifadəsində olan yaddaş kartına köçürərək aparmış və həmin sənədləri kompüterin yaddaşından silmişdir. Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidmətindən rəhbərliyə zəng edilərək onun Cavabdehndə məxfilik rejiminin pozulmasına gətirib çıxaran hərəkətlərinin daxili təhqiqatının aparılması, habelə məxfilik rejiminin pozulmasına şərait yaradan halların müəyyən edilməsi və tədbirlərin görülməsi ilə bağlı araşdırmanın aparılmasını bildirilmiş və məktub göndəriləcəyi deyilmişdir. Bundan sonra ona zəng edilərək kompüterdən götürdüyü sənədləri və yaddaş kartını geri qaytarması bildirilmişdir. O, isə etiraz edərək sənədləri geri qaytarmayacağını bildirərək nazirliyə gəlməmiş və təhqir etmişdir. Bundan sonra onun məxfilik rejiminin pozulmasına gətirib çıxaran hərəkətləri araşdırılaraq daxili təhqiqatı aparılmış və ona “vəzifəsinə tam uyğun olmamağı barədə xəbərdarlıq” elan olunmuşdur. Qeyd edilmişdir ki, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin xüsusi rütbəli vəzifələrində xidmət keçən əməkdaşlarına və hərbi qulluqçularına məharət dərəcələrinin verilməsi qaydalarına dair təlimata əsasən məharət dərəcəsi qüvvədə olan cəzası olmayan əməkdaşlara verilir. İddiaçı məxfilik rejiminin pozulmasına gətirib çıxaran hərəkətlərinə görə “vəzifəsinə tam uyğun olmamağı barədə xəbərdarlıq” elan edildiyi üçün sınaq imtahanlarında iştirak etməmişdir. Bildirilmişdir ki, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin xüsusi rütbəli vəzifələrində xidmət keçən əməkdaşlarına və hərbi qulluqçularına məharət dərəcələrinin verilməsi qaydalarına dair təlimata əsasən məharət dərəcəsi yalnız tutduğu vəzifədə xidmət keçən əməkdaşlara və hərbi qulluqçulara verildiyi üçün, onun “usta” məharət dərəcəsinin bərpa olunması müvafiq təlimatın tələblərinə uyğun deyildir. - ГЛ seriyalı, 020456 nömrəli hərbi biletinin təsdiq olunmuş surətinin 17-ci vərəqindən görünür ki, İddiaçı Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “b” bəndi və “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi haqqında” Əsasnamənin 10.10.6-cı bəndinə əsasən yaşa görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. - Naxçıvan Şəhər İcra Hakimiyyətinin 1 №-li Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 16 dekabr 2022-ci il tarixli, 1677 nömrəli arayışından görünür ki, Qasımov X8 şəhəri, 48-ci məhəllə, döngə 11, ev 17A ünvanında qeydiyyatdadır. - AA******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçıxx xxxxxxx 1964-cü ildə doğulmuşdur. - İddiaçı Cavabdehnə ünvanladığı 02 dekabr 2022-ci il tarixli məktubun surətindən görünür ki, İddiaçı cavabdeh inzibati orqandan onun barəsində verdiyi qərara yenidən baxmağını və “usta” məharət dərəcəsinin bərpa olunmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: - Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin 09 yanvar 2021-ci il tarixli, 8 nömrəli əmrin çıxarışından görünür ki, Nazirliyin Aparatının Mülki müdafiə işinin təşkili şöbəsinin rəisi polkovnik İddiaçı 2021-ci ilin növbəti məzuniyyətini Bakı şəhərində keçirməklə 09 yanvar 2021-ci il tarixdən 45 (qırx beş) təqvim günü müddətinə getmiş hesab edilməsi və Mülki müdafiə işinin təşkili şöbəsinin rəisi vəzifəsinin müvəqqəti icrasının mülki müdafiə işinin təşkili və planlaşdırılması bölməsinin rəisi mayor X6 həvalə edilməsi barədə əmr verilmişdir. - Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Aparatı və struktur qurumlarının 2021-ci il üzrə test imtahanlarının və fiziki hazırlıq üzrə məqbulların nəticələri əsasında hərbi qulluqçulara və xüsusi rütbəli vəzifələrdə xidmət keçən əməkdaşlara məharət dərəcələrinin verilməsinə dair ümumiləşdirilmiş protokolunun təsdiq olunmuş surətindən görünür ki, polkovnik İddiaçı 1-ci məharət dərəcəsinin verilməsi barədə İmtahan komissiyası rəy vermişdir. - 09 aprel 2021-ci il tarixli aktın surətindən görünür ki, X2 Mərkəzinin rəisi polkovnik X5, Nazirliyin Aparatının kadrlar və sənədlərlə iş şöbəsinin kadrlar üzrə baş zabiti kapitan X4, Nazirliyin Aparatının məxfi bölmə rəisi kapitan X7, Nazirliyin Aparatının kadrlar və sənədlərlə iş şöbəsinin arxiv rəisi gizir X10 bu aktı tərtib edirlər ondan ötrü ki, həqiqətən 09 aprel 2021-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Fövqəladə hallar nazirinin göstərişinə əsasən mülki müdafiə işinin təşkili şöbəsinin rəisi polkovnik İddiaçı xidmətdən ehtiyata buraxılması barədə əmrlə tanış olması, dairəvi metal möhürün və xidməti vəsiqəsinin təhvil verməsi, məharət dərəcəsinin bir pillə aşağı salınması barədə əmrlə tanış olması və vəzifəsinin təhvil verməsi ilə əlaqədar xidmətə çağırılmış, lakin əmrlə tanış olmaqdan və xidmətə gəlməkdən imtina etmişdir. - Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin 06 aprel 2021-ci il tarixli, 20 nömrəli əmrin çıxarışından görünür ki, polkovnik İddiaçı birinci məharət dərəcəsi verilmişdir. - Xidmət vərəqəsinin surətindən görünür ki, polkovnik İddiaçı 27 may 2020-ci ildə “Təşəkkür” həvəsləndirməsi, xx.xx.2021-ci ildə isə şifahi qaydada “Vəzifəsinə tam uyğun olmaması barədə xəbərdarlıq” cəzası almışdır. -Tanışolma vərəqəsinin surətindən görünür ki, polkovnik İddiaçı xx.xx.2014, xx.xx.2014, xx.xx.2018, xx.xx.2018, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2020-ci il tarixlərdə xidməti vərəqəsi ilə tanış olmuşdur. - Xidməti xasiyyətnamənin surətindən görünür ki, polkovnik Qasımov X8 Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi sistemində xidmət etdıyi müddətdə verilən tapşırıqları vaxtında və düzgün etməyə çalışmış, komandanlığın ona göstərdiyi etimadı doğrultmuşdur. Tabeçiliyində olanlara qarşı ciddi və tələbkardır. Təşkilatçılıq və təşəbbüskarlıq ünsiyyətinə malikdir. Mütəmadi olaraq öz üzərində çalışır. İxtisası üzrə qarşısında duran vəzifələrin operativ, dəqiq, keyfiyyətlə və müəyyən olunmuş qaydada yerinə yetirir. Peşəsini yaxşı bilir, bilik və bacarığım tabeçiliyində olanlara öyrətməyə çalışmışdır. Mülki müdafiə, əhalinin və ərazilərin fövqəladə hallardan qorunması üzrə vahid sistem çərçivəsində mərkəzi və yerli icra hakimiyyəti orqanlarının fəaliyyətinin qiymətləndirilməsini, mülki müdafiə sahəsində müəyyən olunmuş tələblərin yerinə yetirilməsinə əhalinin və işçilərin fövqəladə hallara hazırlanmasını və maarifləndirilməsini düzgün təşkil edir. Hərbi və dövlət sirlərini qorumağı bacarır, məxfi və xidməti istifadə üçün olan mənbələrdən düzgün istifadə etməyi bacarır. Polkovnik İddiaçı son vaxtlar səhhətində problemlərinin olması ilə əlaqədar komandanlığa müraciət edərək xidmətini aparmaqda çətinlik çəkdiyini bildirmiş və yaşına görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmasını xahiş etmişdir. Fiziki cəhətdən sağlamdır, xarici görünüşü səliqəlidir. -Polkovnik İddiaçı haqqında toplanmış daxili təhqiqat materiallarından görünür ki, İddiaçı Nazirliyin fəaliyyətinə aid olan bir çox məxfi və qeyri-məxfi sənədləri aparması barədə 2021-ci ilin mart ayında İddiaçı Cavabdehndə məxfilik rejiminin pozulmasına gətirib çıxaran hərəkətlərinin daxili təhqiqatının aparılması, habelə məxfilik rejiminin pozulmasına şərait yaradan halların müəyyən edilməsi və tədbirlərin görülməsi ilə bağlı araşdırma aparılmış və aparılmış araşdırmanın nəticəsində İddiaçı məxfilik rejiminin pozulmasına gətirib çıxaran hərəkətlərinə görə şifahi qaydada “vəzifəsinə tam uyğun olmaması barədə xəbərdarlıq” cəzası elan olunmuşdur. - Cavabdeh 30 dekabr 2010-cu il tarixli, 069/ş №-İi əmrdən çıxarışının surətindən görünür ki, “Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi haqqında” Əsasnamənin 10.10.6-cı bəndinə, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 38-ci maddəsinin “a”, 78-ci maddəsinin “a” bəndinə müvafiq olaraq Nazirliyin mərkəzi aparatının və mülki müdafiə alayının (9927 №-li hərbi hissə) aşağıda adları çəkilən zabit və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu polkovnik-leytenant İddiaçı Nazirliyin mərkəzi aparatının mülki müdafiə işinin təşkili şöbəsinin mülki müdafiə işinin təşkili və planlaşdırması bölməsinin rəisi - nazirliyin mərkəzi aparatının mülki müdafiə işinin təşkili şöbəsinin rəisi vəzifəsindən azad edilmişdir. - Cavabdeh 27 fevral 2018-ci il tarixli, 06/ş №-İi əmrdən çıxarışının surətindən görünür ki, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Aparatının Kadrlar və sənədlərlə iş şöbəsinin rəisi polkovnik İddiaçı tutduğu vəzifədən azad edilərək Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin aparatının mülki müdafiə işinin təşkili şöbəsinin rəisi vəzifəsinə təyin olunmuşdur. İddia ərizəsinin məzmunundan və iddiaçının məhkəmə iclaslarında verdiyi izahatlardan aydın olur ki, iddiaçı Qasımov X8 Muxtar Respublikası Fövqəladə Hallar nazirinin xx.xx.2021-ci il tarixli, 20 nömrəli əmrinin onun “usta” məharət dərəcəsinin 1-ci məharət dərəcəsinə endirilməsi hissəsində ləğv edilməsi, “usta” məharət dərəcəsinin bərpa edilərək müvafiq əlavənin pensiya təminatına daxil edilməsi və pensiya məbləğinin yenidən hesablanması üçün müvafiq məlumat vərəqəsinin "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsinə təqdim edilməsi və yaşa görə ehtiyata buraxılması ilə əlaqədar son hesabın yenidən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Cavabdeh inzibati orqan isə iddiaçının tələbindən imtina edərək, İddiaçı Cavabdehndə məxfilik rejiminin pozulmasına gətirib çıxaran hərəkətlərinin daxili təhqiqatının aparılması, habelə məxfilik rejiminin pozulmasına şərait yaradan halların müəyyən edilməsi və tədbirlərin görülməsi ilə bağlı araşdırmanın aparıldığı, nəticədə iddiaçıya məxfilik rejiminin pozulmasına gətirib çıxaran hərəkətlərinə görə qüvvədə olan cəzası (“vəzifəsinə tam uyğun olmaması barədə xəbərdarlıq” xx.xx.2021) olduğu üçün sınaq imtahanlarında iştirak etmədiyi, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin xüsusi rütbəli vəzifələrində xidmət keçən əməkdaşlarına və hərbi qulluqçularına məharət dərəcələrinin verilməsi qaydalarına dair təlimata əsasən məharət dərəcəsi yalnız tutduğu vəzifədə xidmət keçən əməkdaşlara və hərbi qulluqçulara verildiyi üçün, iddiaçının “usta” məharət dərəcəsinin bərpa olunması müvafiq təlimatın tələblərinə uyğun olmadığını məqsədəuyğun hesab edilmədiyi bildirilmişdir. İlk öncə, qeyd olunmalıdır ki, iddiaçının tələbi üç hissədən ibarətdir:
1. Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar nazirinin xx.xx.2021-ci il tarixli, 20 nömrəli əmrinin onun “usta” məharət dərəcəsinin 1-ci məharət dərəcəsinə endirilməsi hissəsində ləğv edilməsi;
2. “Usta” məharət dərəcəsinin bərpa edilərək müvafiq əlavənin pensiya təminatına daxil edilməsi və pensiya məbləğinin yenidən hesablanması üçün müvafiq məlumat vərəqəsinin "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsinə təqdim edilməsi;
3. Yaşa görə ehtiyata buraxılması ilə əlaqədar son hesabın yenidən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması İddiaçının tələbinin birinci hissəsinə münasibətdə qeyd edilməlidir ki, iddiaçının tələbi və hüquqi marağı onun “usta” məharət dərəcəsinin 1-ci məharət dərəcəsinə endirilməsinə səbəb olan Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar nazirinin xx.xx.2021-ci il tarixli, 20 nömrəli əmrinin ləğv edilməsidir. Məhkəmə iş üzrə toplanmış sənədləri tədqiq edərək, hesab edir ki, hazırki mübahisə mübahisələndirmə haqqında iddia növünə aid olduğundan ilkin sübutetmə yükü qanunvericilikdə nəzərdə tutulmuş qaydada iddiaçının üzərinə düşür Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının: - 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin İV hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Həmin maddənin İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. - 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Həmin maddənin İİ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Avropa Məhkəməsinin “Layıcov Azərbaycana qarşı” 10 aprel 2014-cü il tarixli qərarında qeyd edilir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası Silahlı X1: - 44-cü bəndinə əsasən hərbi intizamı və ictimai asayişi pozan zabitlərin nalayiq hərəkətləri alayların (briqadaların), gəmilərin, əlahiddə hissələrin və bunlara müvafiq hissələrin zabitlərinin yığıncaqlarında müzakirə edilə bilər. Bundan əlavə, zabitlərin nalayiq hərəkətlərinə zabitlərin şərəf məhkəməsində baxıla bilər. - 85-ci bəndinə əsasən hər bir intizam cəzası hərbi intizamın möhkəmləndirilməsi və hərbi qulluqçuların tərbiyə edilməsi tədbiri kimi törədilən nalayiq hərəkətin ağırlığına və təqsirin dərəcəsinə müvafiq olmalıdır. Cəzanın növü və dərəcəsi təyin edilərkən, nalayiq hərəkətin xarakteri, törədilmə şəraiti, təqsirkarın bundan əvvəlki davranışı, hərbi qulluqdakı xidmət müddəti və qulluq qaydası ilə tanışlıq dərəcəsi nəzərə alınır. - 93-cü bəndinə əsasən hər bir intizam cəzası nalayiq hərəkətin törədilməsi barədə rəisin məlumat aldığı gündən - bu iş barəsində təhqiqat aparılırsa, təhqiqatın qurtardığı gündən - 10 sutka keçənə qədər verilməlidir. - 98-ci bəndinə əsasən zabitlərə, generallara və admirallara verilmiş intizam cəzaları şəxsən, yazılı göstərişlə və ya müşavirədə (baş zabitlərə - baş zabitlərin iştirak etdikləri müşavirədə, generallara və admirallara - generalların və admiralların iştirak etdikləri müşavirədə) elan edilməlidir. Məhkəmə hesab edir ki, İddiaçı silahlı qüvvələrdən ehtiyata buraxılmağı ilə əlaqədar məzuniyyətdə olduğu müddətdə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar nazirinin xx.xx.2021-ci il tarixli şifahi əmri ilə onun barəsində “Vəzifəsinə tam uyğun olmaması barədə xəbərdarlıq” intizam cəzası elan edilməsi Azərbaycan Respublikası Silahlı X1 44, 85, 93 və 98-ci bəndələri ilə tam ziddiyyət təşkil edir. “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanunun: - 31.4-cü maddəsinə əsasən bu Qanunun 31.1-ci maddəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan, işçiyə şifahi və ya yazılı qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır. - 32.3-cü maddəsinə əsasən bu Qanunun 31.1-ci maddəsinə uyğun olaraq intizam tənbehinin tətbiqinə əsas olduqda fövqəladə hallar orqanının rəhbəri tərəfindən araşdırma aparılır və əməkdaşdan yazılı izahat alınır. Zərurət olduqda müvafiq icra hakimiyyəti orqanının rəhbəri tərəfindən xidməti yoxlama təyin edilir. Xidməti yoxlamanın aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Əməkdaşın izahat verməkdən imtina etməsi rəsmiləşdirilir və bu, intizam tənbehinin tətbiq edilməsinə mane olmur. - 32.4-cü maddəsinə əsasən fövqəladə hallar orqanlarının əməkdaşına intizam tənbehi bu Qanunun 31.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar aşkar edildiyi gündən iki ay keçənədək verilə bilər. Fövqəladə hallar orqanları əməkdaşının məzuniyyətdə, ezamiyyətdə olduğu, əmək qabiliyyətini müvəqqəti itirdiyi, habelə barəsində xidməti yoxlama və ya cinayət işinin istintaqı aparıldığı vaxt həmin müddətə daxil edilmir. - 32.9-cu maddəsinə əsasən intizam tənbehinin verilməsi və vaxtından əvvəl götürülməsi əmrlə rəsmiləşdirilir və fövqəladə hallar orqanları əməkdaşının şəxsi işinə əlavə olunur. Verilmiş əmr üç gün ərzində əməkdaşa elan olunur və əmrin surəti imza etdirilməklə ona təqdim edilir. Məhkəmə yuxarıda qeyd olunanlarla bağlı belə qənaətə gəlir ki, İddiaçı silahlı qüvvələrdən ehtiyata buraxılmağı ilə əlaqədar məzuniyyətdə olduğu müddətdə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar nazirinin xx.xx.2021-ci il tarixli şifahi əmri ilə onun barəsində elan etdiyi “Vəzifəsinə tam uyğun olmaması barədə xəbərdarlıq” intizam cəzası “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun 32-ci maddəsi ilə də tam ziddiyyət təşkil edir. “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanunun 2.3-cü maddəsinə əsasən əmək münasibətlərinə dair bu Qanunda nəzərdə tutulmayan məsələlər, həmçinin xüsusi rütbələr nəzərdə tutulmayan vəzifələrdə işləyən şəxslərin qulluq keçməsi “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq normaları ilə tənzimlənir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: - 111.1-ci maddəsinə əsasən məzuniyyətdə olduğu müddət ərzində işçinin iş yeri, vəzifəsi (peşəsi) və bu Məcəllədə nəzərdə tutulmuş hallarda orta əmək haqqı saxlanılır, habelə işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinin pozulması və işçinin intizam məsuliyyətinə cəlb edilməsi yolverilməzdir. Bu müddət işçinin əmək stajına, həmçinin ixtisası üzrə stajına daxil edilir. - 186.3-cü maddəsinə əsasən işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır. - 187.2-ci maddəsinə əsasən intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. - 189-cu maddəsinin 2-ci bəndinə əsasən İntizam tənbehi işçiyə işdə olduğu iş günü ərzində verilə bilər. Məzuniyyətdə, ezamiyyətdə olan, əmək qabiliyyətini müvəqqəti itirdiyi müddət ərzində işçiyə intizam tənbehi verilə bilməz. “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin xüsusi rütbədə xidmət keçən əməkdaşlarına və hərbi qulluqçularına məharət dərəcələrinin verilməsi qaydalarına dair” Təlimatın: - 13-cü bəndinə əsasən müvafiq intizam tənbehi kimi tutduğu vəzifədən azad edilərək aşağı vəzifəyə keçirilən və xidmətdən xaric olunan əməkdaşların məharət dərəcələri, onları vermək səlahiyyətinə malik vəzifəli şəxs tərəfindən aşağı salına və ya ləğv edilə bilər. - 13.1-ci yarımbəndinə əsasən nazirliyin bilavasitə tabeliyində olan qurum rəhbərləri tərəfindən müvafiq intizam tənbehi kimi əməkdaşlar məharət dərəcələrinin 1 pillə aşağı salınmasına təqdim oluna bilər. Məhkəmə “Usta məharət dərəcəsi”nin bərpa edilməsi ilə bağlı məsələni araşdıraraq, hesab edir ki, Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına məharət dərəcələrinin verilməsi Azərbaycan Respublikası Fövqəladə Hallar nazirinin xx.xx.2007-ci il tarixli, 057 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin xüsusi rütbədə xidmət keçən əməkdaşlarına və hərbi qulluqçularına məharət dərəcələrinin verilməsi qaydalarına dair” Təlimata uyğun həyata keçirilməlidir. Təlimatın 3-cü bəndində göstərilir ki, xidmət etdiyi sahədə 10 il staja malik və “1-ci məharət dərəcəsi” olan əməkdaşlara “Usta məharət dərəcəsi” verilir. İş materiallarından görünür ki, iddiaçı “Usta məharət dərəcəsi”ni ilk dəfə 2009-cu ildə almış və hər il onu təsdiq etmişdir. Sonuncu dəfə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar nazirinin xx.xx.2020-ci il tarixli, 29 nömrəli əmri ilə “Usta məharət dərəcəsi”ni təsdiq etdirmişdir. Məhkəmə qeyd edir ki, məharət dərəcələrinin təsdiq edilməsi “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin xüsusi rütbədə xidmət keçən əməkdaşlarına və hərbi qulluqçularına məharət dərəcələrinin verilməsi qaydalarına dair” Təlimatın tələbləri ilə tam ziddiyyət təşkil edir. Belə ki, məharət dərəcəsinin təsdiq edilməsi ilə bağlı Təlimatda heç bir əsas yoxdur və hər hansı bir bənddə göstərilməyib. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları məharət dərəcələrinin verilməsinə o halda cəlb oluna bilər ki, Təlimatın 3-cü bəndində göstərilən müddətlər başa çatmış olsun və növbəti məharət dərəcəsinin verilməsinə təqdim olunsunlar. “Usta məharət dərəcəsi” sonuncu məharət dərəcəsidir və onun qüvvədə olması xidmətin qalan illərinə şamil edilir və dəyişdirilmir. Lakin Təlimatın 13-cü bəndinə əsasən müvafiq intizam tənbehi kimi tutduğu vəzifədən azad edilərək aşağı vəzifəyə keçirilən və xidmətdən xaric olunan əməkdaşların məharət dərəcələri, onları vermək səlahiyyətinə malik vəzifəli şəxs tərəfindən aşağı salına və ya ləğv edilə bilər. İddiaçı Azərbaycan Respublikası Fövqəladə Hallar nazirinin xx.xx.2021-ci il tarixli, 0399/ş nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “b” bəndinə (yaşa görə) əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxıldığından Təlimatın 13-cü bəndi ona qarşı tətbiq edilə bilməz. “Usta məharət dərəcəsi”nin “1-ci məharət dərəcəsi”nə endirilməsi ilə bağlı Naxçıvan Muxtar Respublikası fövqəladə hallar nazirinin xx.xx.2021-ci il tarixli, 20 nömrəli əmrində məharət dərəcələrinin verilməsi (təsdiq edilməsi) üzrə sınaq imtahanlarının keçirilməsi üçün təyin olunmuş komissiyanın təsdiq olunmuş protokolu əsas kimi götürülmüşdür. İddiaçı isə həmin müddətdə yaşa görə ehtiyata buraxılmağı ilə əlaqədar 3 ay müddətində məzuniyyətdə olduğu üçün adının protokola düşməsi qeyri-qanunidir. Bu isə “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun 32-ci maddəsinin və Azərbaycan Respublikası Fövqəladə Hallar nazirinin xx.xx.2007-ci il tarixli, 057 nömrəli əmrinin tələblərinə ziddir. Həmçinin Təlimatın 21-ci maddəsində göstərilir ki, məharət dərəcələrinin verilməsi məqsədi ilə keçirilən imtahanlarda xəstəlik, ezamiyyət, məzuniyyət və digər üzrlü səbəblərə görə vaxtında iştirak edə bilməyən əməkdaş üçün, xidməti və döyüş hazırlığı üzrə imtahanın nəticəsi kimi onun tədris ilinin yekunu üzrə aldığı qiymət əsas götürülür. İddiaçı 2020-ci tədris ilinin yekunlarını yüksək nəticələrlə başa vurduğuna görə ona birdəfəlik pul mükafatı 100% ödənilib və ehtiyata buraxılmağı ilə əlaqədar ona verilmiş xidməti xasiyyətnamə müsbət qiymətləndilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, usta məharət dərəcəsinin birinci məharət dərəcəsinə endirilməsi barədə qərar qəbul etməkdə cavabdeh haqlı sayıla bilməz və iddiaçı cavabdeh inzibati orqanın xx.xx.2021-ci il tarixli, 20 nömrəli əmri İddiaçı “usta” məharət dərəcəsinin 1-ci məharət dərəcəsinə endirilməsi hissəsində ləğv edilməsini tələb etməkdə haqlı olmuşdur. İddiaçının tələbinin ikinci və üçüncü hissələrinə münasibətdə qeyd edilməlidir ki, tələbin ikinci və üçüncü hissələrinin hüquqi taleyi birinci hissəsinə əsasən həll edildiyindən bu hissələrdə də iddia tələbi təmin edilməlidir. Belə ki, iddiaçının usta məharət dərəcəsinin birinci məharət dərəcəsinə endirilməsinə səbəb olan xx.xx.2021-ci il tarixli, 20 nömrəli əmrin ləğv edilməsi iddiaçının usta məharət dərəcəsinin bərpa edilməsi deməkdir. Buna görə də məhkəmə hesab edir ki, “usta” məharət dərəcəsinin bərpa edilərək müvafiq əlavənin pensiya təminatına daxil edilməsi və pensiya məbləğinin yenidən hesablanması üçün müvafiq məlumat vərəqəsinin "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsinə təqdim edilməsi və yaşa görə ehtiyata buraxılması ilə əlaqədar son hesabın yenidən hesablanaraq ödənilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.0.6-cı maddəsinə əsasən inzibati icraat fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. - 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. - 58.2-ci maddəsinə əsasən inzibati akt məzmun baxımından kifayət qədər aydın və anlaşılan olmalıdır. - 58.3-cü maddəsinə əsasən inzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir. - 61.1-ci maddəsinə əsasən yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.4-cü maddəsinə əsasən inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. - 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. - 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. - 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Beləliklə, işin faktiki hallarına və qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli və Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar nazirinin xx.xx.2021-ci il tarixli, 20 nömrəli əmri İddiaçı “usta” məharət dərəcəsinin 1-ci məharət dərəcəsinə endirilməsi hissəsində ləğv edilməli, İddiaçı “usta” məharət dərəcəsinin bərpa edilərək müvafiq əlavənin pensiya təminatına daxil edilməsi və pensiya məbləğinin yenidən hesablanması üçün müvafiq məlumat vərəqəsinin "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsinə təqdim edilməsi və yaşa görə ehtiyata buraxılması ilə əlaqədar son hesabın yenidən hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və İPM-in 2, 14, 32, 58, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilir. Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar nazirinin xx.xx.2021-ci il tarixli, 20 nömrəli əmri İddiaçı “usta” məharət dərəcəsinin 1-ci məharət dərəcəsinə endirilməsi hissəsində ləğv edilir. İddiaçı “usta” məharət dərəcəsinin bərpa edilərək müvafiq əlavənin pensiya təminatına daxil edilməsi və pensiya məbləğinin yenidən hesablanması üçün müvafiq məlumat vərəqəsinin "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsinə təqdim edilməsi və yaşa görə ehtiyata buraxılması ilə əlaqədar son hesabın yenidən hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin üzərinə qoyulur. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələbinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.
SƏDRLİK EDƏN: HİCRAN MURADOV