Məhkəmə qərarları › İş №2-1(122)-83/2021

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-83/2021

27.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-83/2021 27.09.2021 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “07.03.2021-ci il tarixli raportuna əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə uyğun olaraq (öz arzusu ilə) AR Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata buraxılması vəzifəsinin cavabdehə həvalə olunması” tələbinə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 07.03.2021-ci il tarixli raportuna əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə uyğun olaraq (öz arzusu ilə) AR Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata buraxılması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və hazırlıq icraatı ilə bağlı məhkəmə iclası 27 sentyabr 2021-ci il tarixə təyin edilmişdir. Hazırlıq icraatı ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iş üzrə İddiaçı və cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər, lakin İddiaçı məhkəməyə 13 sentyabr 2021-ci il tarixli ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını və yekun qərar qəbul edilməsini xahiş etmişdir. Odur ki, məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakları olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İddiaçı dəftərxana vasitəsilə məhkəməyə daxil olmuş 13 sentyabr 2021-ci il tarixli ərizəsindən görünür ki, İddiaçı hazırki iddia tələbinə 07.03.2021-ci il tarixli raportuna əsasən ehtiyata buraxılması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməsi hissəsində xitam verilməsini, hüquqi yardıma görə ödədiyi 300 manat pulun ona ödənilməsi hissəsində isə təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsində onu da bildirir ki, ehtiyata buraxılması tələbi cavabdeh tərəfindən məhkəmədənkənar həll edilmişdir. Bundan əlavə İddiaçı məhkəməyə 21 may 2021-ci il tarixdə iddia tələbinin həcminin artırılması barədə ərizə göndərmiş, iddia tələbinin həcmini artıraraq 07.03.2021-ci il tarixli raportuna əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə uyğun olaraq (öz arzusu ilə) Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata buraxılması və ərizənin, iddia ərizəsinin yazılmasına, hüquqi məsləhət üçün ödədiyi 300 manat pulun ona ödənilməsi vəzifəsinin cavabdeh Azəbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Qeyd edilən ərizə məhkəmə tərəfindən növbəti-18 iyun 2021-ci il tarixdə İddiaçı iştirakı ilə keçirilmiş hazırlıq icraatı iclasında müzakirə edilmiş, lakin iddiaçı müvəqqəti olaraq iddia tələbinin həcminin artırılmasını istəmədiyini bildirərək, ərizənin təmin olunmasının müvəqqəti olaraq saxlanılmasını xahiş etmişdir. Bununla da məhkəmənin 18 iyun 2021-ci il tarixli protokol qərarı ilə İddiaçı vəsatəti təmin edilmiş, onun iddia tələbinin həcminin artırılması barədə 21 may 2021-ci il tarixli ərizəsi baxılmamış saxlanılmışdır. İş materiallarından da göründüyü kimi iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizənin baxılmamış saxlanılmasını xahiş edərək işə hazırki tələb çərçivəsində baxılmasını arzu etmişdir. İddiaçı tərəfindən məhkəməyə ünvanlanmış 13 sentyabr 2021-ci il tarixli ərizədə isə 07.03.2021-ci il tarixli raportuna əsasən ehtiyata buraxılması tələbinə xitam verilməsini xahiş edilmişdir. Odur ki, məhkəmə iddiaçının 13 sentyabr 2021-ci il tarixli ərizəsini nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddiaçının ərizəsi təmin edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: - 55.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. - 55.4-cü maddəsinə əsasən iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. - 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “07.03.2021-ci il tarixli raportuna əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə uyğun olaraq (öz arzusu ilə) AR Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata buraxılması vəzifəsinin cavabdehə həvalə olunması” tələbinə dair iddiası üzrə İddiaçı 13 sentyabr 2021-ci il tarixli ərizəsi təmin edilməli və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və İPM-in 55.1, 55.4, 55.5, 80 və 83-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı ərizəsi təmin edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “07.03.2021-ci il tarixli raportuna əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə uyğun olaraq (öz arzusu ilə) AR Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata buraxılması vəzifəsinin cavabdehə həvalə olunması” tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan şikayət verilə bilməz. SƏDRLİK EDƏN: HİCRAN MURADOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar