Məhkəmə qərarları › İş №2-1(122)-83/2022

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-83/2022

28.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-83/2022 28.09.2022 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi, İddiaçı və cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinə qarşı “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin 08 fevral 2022-ci il tarixli, 10 nömrəli qərarının ləğv edilməsi və təyin edilmiş pensiyanın 2022-ci ilin yanvar ayından etibarən cari ödənişlərlə ona ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbi”nə dair inzibati mübahisə üzrə işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı 01 iyun 2019-cu il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyası işinin ləğv edilməsinə dair Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə X20 Şəxsin inzibati aktının (04 fevral 2022-ci il tarixli, 01/R-24 saylı məktub) ləğv edilməsi və təyin edilmiş pensiyanın 2022-ci ilin yanvar ayından etibarən cari ödənişlərlə İddiaçı ödənilməsi öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə X20 Şəxsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ona 01 iyun 2019-cu il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilmişdir. 2022-ci ilin yanvar ayı üçün ona təyin edilmiş pensiya məbləğinin ödənilmədiyini öyrənmiş və bununla bağlı Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fonduna ərizə ilə müraciət etmişdir. Ərizəsinə cavab olaraq “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsi tərəfindən ünvanlanmış 04 fevral 2022-ci il tarixli, 01/R-24 saylı məktubda ona təyin edilmiş müvafiq pensiyanın kəsilməsinə səbəb olaraq xx.xx.2006-cı il tarixədək sığorta stajına əsasən fərdi hesabın sığorta hissəsində formalaşan pensiya kapitalının cəmi əmək pensiyasının minimum məbləğinə çatmadığı, buna görə də pensiya işinin ləğv edildiyi göstərilmişdir. X18 X10 iş stajının 25 sentyabr 2020-ci il tarixli, 13/714 nömrəli arxiv arayışında 1998-ci ilə dair əməkhaqqı barədə məlumatın olmadığı göstərilmişdir. İddiaçı qeyd edir ki, 2003-2005-ci illərdə işlədiyi dövrə aid əmək kitabçasında müvafiq qeydiyyat aparılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli, 186 nömrəli Qərarı ilə təsdiq edilmiş "İşçilərin əmək kitabçasının forması və onun tətbiqi Qaydaları”nın 1.1-ci bəndinə görə əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. İddiaçı qeyd olunan xüsusatlara əsasən İddiaçı 01 iyun 2019-cu il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyası işinin ləğv edilməsinə dair “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin inzibati aktının (04 fevral 2022-ci il tarixli, 01/R-24 saylı məktub) ləğv edilməsi və təyin edilmiş pensiyanın 2022-ci ilin yanvar ayından etibarən cari ödənişlərlə İddiaçı ödənilməsi öhdəliyinin “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsinə həvalə edilməsi barədə barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş və İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmışdır. 29 mart 2022-ci il tarixə təyin edilmiş hazırlıq icraatı ilə bağlı məhkəmə iclasında İddiaçı cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsinə qarşı İddiaçı 01 iyun 2019-cu il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyası işinin ləğv edilməsinə dair “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin inzibati aktının (04 fevral 2022-ci il tarixli, 01/R-24 saylı məktub) ləğv edilməsi və təyin edilmiş pensiyanın 2022-ci ilin yanvar ayından etibarən cari ödənişlərlə İddiaçı ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia qaldırdığını, sonradan 01 mart 2022-ci il tarixdə Fondun Culfa rayon şöbəsi tərəfindən 08 fevral 2022-ci il tarixli, 10 nömrəli qərarın ona təqdim edildiyini, onun pensiyasının həmin qərar əsasında kəsildiyini, iddia tələbini dəqiqləşdirərək hazırki iddia tələbinin “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin 08 fevral 2022-ci il tarixli, 10 nömrəli qərarının ləğv edilməsi və təyin edilmiş pensiyanın 2022-ci ilin yanvar ayından etibarən cari ödənişlərlə ona ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbi” olduğunu bildirərək, həmin tələb üzrə işə baxılmasını xahiş etmişdir. Həmçinin iddiaçı “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin əsl cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Culfa rayon şöbəsi ilə əvəz edilməsinə heç bir etirazının olmadığını bildirərək, qeyd olunanlarla bağlı yazdığı 29 mart 2022-ci il tarixli ərizəsini məhkəməyə təqdim etmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 29 mart 2022-ci il tarixli, 2- 1(122)-83/2022 nömrəli qərardadı ilə İddiaçı cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsinə qarşı İddiaçı 01 iyun 2019-cu il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyası işinin ləğv edilməsinə dair “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin inzibati aktının (04 fevral 2022-ci il tarixli, 01/R-24 saylı məktub) ləğv edilməsi və təyin edilmiş pensiyanın 2022-ci ilin yanvar ayından etibarən cari ödənişlərlə İddiaçı ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbi dəyişdirilərək “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin 08 fevral 2022-ci il tarixli, 10 nömrəli qərarının ləğv edilməsi və təyin edilmiş pensiyanın 2022-ci ilin yanvar ayından etibarən cari ödənişlərlə ona ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbi kimi icraata qəbul edilməsi və İddiaçı cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsinə qarşı hazırkı inzibati iş üzrə cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin əsl cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” Publik hüquqi şəxsin Culfa rayon şöbəsi ilə əvəz edilməsi qərara alınmışdır. Bundan sonra işin hazırlıq icraatına başlanaraq məhkəmənin 29 mart 2022-ci il tarixli, 2-1(122)-83/2022 nömrəli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Culfa rayon şöbəsi iddiaya qarşı 15 aprel 2022-ci il tarixli, 06/114 nömrəli yazılı münasibətini onunla əsaslandırmışdır ki, xx xxxx 1962-ci il tarixdə anadan olmuş, ünvan 2 ünvanında qeydiyyatda olmaqla orada yaşayan İddiaçı "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin 30 sentyabr 2020-ci il tarixli, 263 nömrəli qərarına əsasən 01 iyun 2019-cu il tarixdən "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanunun 9.8-ci maddəsinə müvafiq olaraq yaşa görə güzəştli şərtlərlə 180,15 manat məbləğində əmək pensiyası təyin edilmişdir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa 01 iyul 2017-ci ildə edilən əlavə və dəyişikliklərdən sonra bu Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən 01 yanvar 2006-cı il tarixədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Həmin Qanunun 9.8-ci maddəsində güzəşt yalnız yaşa və staja görə müəyyən edildiyindən sözügedən Qanunun 9.1-ci maddəsinin 01 iyul 2017-ci il tarixdən qüvvədə olan və “fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” müddəası nəzərə alınmaqla, Qanunun 9.8-ci maddəsinin şərtlərinə əsasən 01 yanvar 2006-cı il tarixədək güzəştli və ümumi iş stajı tamamlanmış şəxslərin "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 13-cü maddəsində müəyyən edilmiş yaş həddinə çatdıqda güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 13-cü maddəsinin b bəndində nəzərdə tutulmuş 55 yaş həddi 01 avqust 1997-ci il tarixdən başlayaraq 01 avqust 2000-ci il tarixədək hər il altı ay artırılaraq 57 yaş müəyyən olunmuşdur. “Əmək pensiyaları haqqında” haqqında Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin təhlilindən də göründüyü kimi, o şəxslərə güzəştli şərtlərlə əmək pensiyası təyin edilə bilər ki, 57 yaşına çatmış olsun, bu şəxs 01 yanvar 2006-cı il tarixə azı 25 il sığorta stajına malik olsun, bu müddətin azı 12 il 6 ayını istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısında göstərilən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə işləmiş olsun və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermiş olsun. Əgər bu şərtlərdən hər hansı biri mövcud olmazsa, qeyd olunan qanun normasına əsasən şəxsə güzəştli şərtlərlə əmək pensiyası təyin olunması mümkün deyil. “Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı üç dövrə bölünür; birinci əmək haqqına və digər gəlirlərə görə məcburi dövlət sosial sığorta haqlarının tətbiq edilmədiyi 1992-ci ilin yanvarın 1-dək olan dövr; ikinci əmək haqqına və digər gəlirlərə görə məcburi dövlət sosial sığorta haqlarının tətbiq edildiyi 1992-ci ilin yanvarın 1-dən 2006-cı il yanvarın 1-dək olan dövr və üçüncü əmək haqqına və digər gəlirlərə görə məcburi dövlət sosial sığorta haqlarının tətbiq edildiyi və həmin ödənişlərin sığortaolunanların fərdi uçot sistemində əks olunduğu 2006-cı il yanvarın 1-dən sonrakı dövrdür. 1992-ci ilin yanvarın 1-dən 2006-cı il yanvarın 1-dək sığorta stajının hesablanmasında qanunvericiliklə müəyyən edilmiş qaydada başlıca tələb məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi hesab olunduğundan, həmin dövrlər əmək kitabçasında qeyd olunmaqla bərabər, eyni zamanda, əməkhaqqı alınması haqqında arxiv arayışları ilə də təsdiq olunmalıdır. Ona görə ki, məcburi dövlət sosial sığorta haqqı şəxslərin almış olduqları əməkhaqqı əsasında ödənilir, yəni əməkhaqqı alınmamış dövr məcburi dövlət sosial sığorta haqqı ödənilməmiş dövr hesab olunur və əmək pensiyası təyinatı zamanı həmin dövlər sığorta stajına daxil edilmir. Bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 may 2020-ci il tarixli Qərarında da bu nəticəyə gəlinərək qeyd olunub ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2-ci maddələrinin tələblərinə görə sığortaolunanların pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən işlədiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələbinə uyğun deyildir. Beləliklə, göstərilənlərdən aydın olur ki, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir. Belə olan halda isə sığortaolunanlarla pensiya təyin edilən zaman, məcburi dövlət sosial sığortasına cəlb edilməyən, əməkhaqqı almadıqları dövrün sosial sığorta stajına daxil edilməsi qanunvericiliyə ziddir. Qanunun 31.2-1-ci maddəsinə əsasən sığrtaolunanın əmək kitabçası üzrə 2006-cı il 01 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda, bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. X17 Respublikası Dövlət Arxiv İdarəsi tərəfindən verilmiş 25 sentyabr 2020-ci il tarixli 13/714 nömrəli əməkhaqqı cədvəllərində İddiaçı 1996 və 1999-cu illər Culfa Dəmir X10 işləməsi faktı aylar üzrə tam olaraq öz əksini tapmamış və göstərilmiş qeyddə 1998-ci ilə dair əməkhaqqı cədvəllərinin arxivə təjvil verilmədiyi qeyd olunmuşdur. Bu da onu göstərir ki, həmin illər üzrə iddiaçı əməkhaqqı almamış, deməli, həmin ay işləməmiş və müvafiq sığorta haqlarını ödəməmişdir. Buna görə həmin aylar iddiaçı üçün iş stajı kimi nəzərə alına bilməz. İddiaçı 01 yanvar 2006-cı il tarixədək 23 il 4 ay 7 gün iş stajı qeyd olunmuşdur. Buradan aydın olur ki, İddiaçı 01 yanvar 2006-cı ilədək 25 il iş stajı mövcud deyil. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli, 17 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarına 2 nömrəli əlavəyə əsasən "Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı"nın 2.4.1-ci bəndinə əsasən həmin Qanunun 9.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə pensiya təyin olunması üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışının təqdim olunması zəruridir. Vətəndaşın təqdim etdiyi sənədlərin arasında güzəştli şərtlərlə işləməsinə dair iş yerindən arayış yoxdur. Fondun aparatının Audit şöbəsi tərəfindən Culfa rayon şöbəsində pensiya təyinatının qanunvericiliyə uyğunluğunun yoxlanılması zamanı məlum olmuşdur ki, 01 yanvar 2006-cı il tarixədək sığorta stajına əsasən formalaşan pensiya kapitalı ilə fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalının cəmi minimum əmək pensiyasına imkan verən kapitalın məbləğindən az olmuşdur. Buna görə də İddiaçı pensiyası Fondun Culfa rayon şöbəsinin 08 fevral 2022-ci il tarixli, 10 nömrəli qərarına əsasən ləğv edilmişdir. İddiaçının 01 yanvar 2006-cı il tarixədək olan 23 il 4 ay 7 gün sığorta stajına əsasən 16858,85 manat, 01 yanvar 2006-cı il tarixdən 01 iyun 2019-cu il tarixədək isə 14334,37 manat pensiya kapitalı olmaqla, cəmi 31193,22 manat pensiya kapitalı olmuşdur. İddiaçı güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının hesablaması aşağıdakı qaydada aparılmışdır: 64 yaş (2019-cu ilin iyun ayı üçün Qanunun 7-ci maddəsinə əsasən kişilərin yaş həddi) — 57 yaş (güzəştli şərtlərlə yaş həddi) — 84 ay (yaşlar arasındakı ay fərqi) + 144 ay (gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı) = 228 ay (gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı); Pensiya kapitalı 31193,22 : 228 = 136,81 < 160,0 (2019-cu ilin iyun ayı üçün minimum pensiya məbləği). İddiaçı 2006-cı il tarixədək 25 il sığorta stajı olmadığından və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olduğu üçün ona qanunvericiliyin tələblərinə zidd olaraq güzəştli şərtlərlə yaşa görə pensiya təyinatı aparılmışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, İddiaçı cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinə qarşı “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin 08 fevral 2022-ci il tarixli, 10 nömrəli qərarının ləğv edilməsi və təyin edilmiş pensiyanın 2022ci ilin yanvar ayından etibarən cari ödənişlərlə ona ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbi"nə dair qaldırdığı iddia əsassız olduğundan, iddia tələbinin rədd edilməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş olunmuşdur. 31 may 2022-ci il tarixə təyin edilmiş hazırlıq icraatı ilə bağlı məhkəmə iclasında şahid qismində ifadə vermiş X1 Rasim Məcid oğlunun müraciəti əsasında ona pensiya təyin edildiyini, ona “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edildiyini, ona pensiya təyin edilərkən qanunvericiliyin tələblərinin pozulmadığını, “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Culfa rayon şöbəsi arxiv arayışında İddiaçı ilin bəzi aylarında əməkhaqqı almamasını əsas gətirərək ümumi stajını azaltdığını, İddiaçı eyni işdə fasiləsiz olaraq işlədiyini, arxivdə onun əməkhaqqı alması barədə məlumatın olmamasının onun günahı olmadığını, İddiaçı iş stajının əmək kitabçasına əsasən hesablandığını, onun əmək kitabçasında heç bir şübhəli halın olmadığını bildirmişdir. 13 iyun 2022-ci il tarixə təyin edilmiş hazırlıq icraatı ilə bağlı məhkəmə iclasında şahid qismində ifadə vermiş X9 1985-ci ildə X8 əmək fəaliyyətinə başladığını, İddiaçı ilə iş yoldaşı olduğunu, Rasimin ondan sonra X8 əmək fəaliyyətinə başladığını, 1996-1998-ci illərdə Rasimin maşınist, onun isə maşınist köməkçisi vəzifəsində işlədiyini, onun 2015-ci ildə pensiyaya çıxdığını, Rasimin 2021-ci ilədək maşınist işlədiyini, 1990-cı illərdə yol bağlandığına görə boşdayanmaların, tətillərin olduğunu, buna baxmayaraq, hər gün işə getdiklərini və depoda təmizlik işləri apardıqlarını, 1996-1998-ci illərdə İddiaçı əməkhaqqı cədvəlinə imza edib, əməkhaqqı aldığını bildirmişdir. 13 iyun 2022-ci il tarixə təyin edilmiş hazırlıq icraatı ilə bağlı məhkəmə iclasında şahid qismində ifadə vermiş X22 1987-ci ildə İddiaçı ilə X8 tanış olduğunu, 1987-ci ildən 2008-ci ilədək onunla iş yoldaşı olduğunu, ozünün əvvəlcə maşınist köməkçisi, sonra isə maşınist işlədiyini, Rasimin işdən çıxıb, başqa yerdə işləməyə getmədiyini, 1990-cı illərdə 4-5 ay əməkhaqqı almadıqları vaxtların olduğunu, sonra isə əməkhaqqının cəm şəkildə verildiyini, 1996-1998-ci illərdə İddiaçı maşınist işlədiyini, özünün isə onun köməkçisi işlədiyini, həmin illərdə İddiaçı əməkhaqqı cədvəlinə imza edib, əməkhaqqı aldığını, İddiaçı 1990-cı illərdə öz hesabına məzuniyyətdə olmadığını, özünün isə 1997-ci ildə öz hesabına məzuniyyətdə olduğunu bildirmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin 13 iyun 2022-ci il tarixli, 2-1(122)-83/2022 nömrəli sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab edilmişdir. Şifahi məhkəmə baxışı iclası 28 sentyabr 2022-ci il tarixə təyin edilmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək, uzun illər əmək fəaliyyəti ilə məşğul olduğunu, zərərli işlərdə işlədiyini, 57 yaşının tamam olduğu 2019-cu ilin iyun ayından ona pensiya təyin olunduğunu, sonradan araşdırılaraq arxiv arayışında bəzi aylarda əmək haqqı almasının qeyd olunmadığını, həmin dövlərin stajından çıxıldığını, bununla da ümumi stajı ilə bağlı mübahisə yarandığını, müəyyən dövlərin arxiv arayışı ilə təsdiqlənməməsinin onun günahı olmadığını, əmək kitabçasına əsasən fasiləsiz işlədiyini, həmçinin cavabdeh inzibati orqanın istinad etdiyi pensiya kapitalı məsələsinin ona şamil edilmədiyini, onun pensiya hüququnu 2006-cı ilin 1 yanvar tarixinədək qazandığını, sonradan 2017-ci ilin iyul ayının 1dən qüvvəyə minmiş qanunvericilik normasının ona tətbiq edilməməli olduğunu, bu halın hüquqlarını və qanunla qorunan maraqlarını pozduğunu, Fond tərəfindən ona ötən illər ərzində ödənilmiş pul vəsaitinin geri tələb edildiyini, həmin pul vəsaitinin onun təqsiri üzündən ödənilmədiyini, həmin pul vəsaitinin geri qaytarılması barədə hər hansı bir razılığının olmadığını bildirərək, məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin nümayəndəsi X5 iddiaya dair verilmiş yazılı etiraza uyğun məzmunda izahat verərək, iddiaçının 57 yaşının 2019-cu ilin iyun ayının 01-də tamamlandığını, ona “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin 30 sentyabr 2020-ci il tarixli, 263 nömrəli qərarı ilə pensiya təyin edildiyini, sonradan Fondun audit şöbəsi tərəfindən yoxlama aparıldığını, həmin yoxlama nəticəsində iddiaçının təqdim etdiyi arxiv arayışında 1996-cı ildən 6 ay, 1998-ci il bütünlüklə, 1999-cu ildən 4 ay əməkhaqqı almasının göstərilmədiyini, sonradan İddiaçı tərəfindən arayış təqdim edildiyini, həmin arayışlarda fond tərəfindən mübahisələndirilən 1998-ci ildə son 5 ay, 1999-cu ildə isə 4 ay əməkhaqqı almasının öz təsdiqini tapdığını, 1996-cı ildə ilk 6 ay, 1998-ci ildə isə ilk 7 ay əməkhaqqı alması arxiv arayışı ilə təsdiqlənmədiyindən həmin dövlərin mübahisəli olaraq qaldığını, iddiaçının əmək kitabçasındakı qeydlərə əsasən 01 yanvar 2006-cı ilədək 25 il 2 ay 7 gün stajı olduğunu, mübahisələndirilən dövrlər ümumi stajdan çıxıldıqda iddiaçının ümumi stajının aşağı düşdüyünü, bununla da qanunvericiliklə tələb olunan minimum 25 il ümumi staj tələbinin ödənilmədiyini, həmçinin 2017-ci ilin iyul ayının 1-dən qüvvəyə minmiş “fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” müddəasının iddiaçıya tətbiq edilməli olduğunu, pensiya kapitalının hesablanması zamanı pensiyanın minimum pensiya təminatına imkan vermədiyinin aşkarlandığını, bundan sonra şöbə tərəfindən müvafiq qərar qəbul edildiyini, iddiaçının pensiyasının ləğv edildiyini bildirərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İddiaçı iş materiallarına Fondun məktubunun surətini, əmək kitabçasının təsdiq edilmiş surətini, qeydiyyat yeri barədə arayışı və şəxsiyyət vəsiqəsinin surətini əlavə etmişdir. Həmin sənədlərin və materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirərək hesab edir ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İPM-nin 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuş və iddia qanunvericilikdə nəzərdə tutulmuş iddia müddəti tələblərinə riayət edilməklə qaldırılmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Belə ki, iş materiallarında olan: - “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsi tərəfindən İddiaçı ünvanlanan 04 fevral 2022-ci il tarixli, 01/R-24 nömrəli məktubdan görünür ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə müvafiq olaraq 30 sentyabr 2020-ci il tarixdə hüququnun yarandığı 01 iyun 2019-cu il tarixdən etibarən yaşa görə güzəştli şərtlərlə 180,15 manat əmək pensiyası təyin edilmişdir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən 01 yanvar 2006-cı il tarixədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq qaydada təyin edilir. "Əmək pensiyaları haqqında" Qanunun 32.2-1-ci maddəsinə əsasən 01 yanvar 2006-cı il tarixədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda sığorta stajına daxil edilir. İddiaçı Culfa Dəmir X10 iş stajına aid verilmiş 25 sentyabr 2020ci iİ tarixli, 13/714 nömrəli arxiv arayışında 1998-ci ilə dair əməkhaqqı barədə məlumat öz əksini tapmamışdır. Bu səbəbdən xx.xx.2006-cı il tarixədək ümumi iş stajı 23 il 4 ay 7 gün, tələb olunan isə ümumi 25 il sığorta stajına çatmadığından və xx.xx.2006-cı il tarixədək sığorta stajına əsasən formalaşan pensiya kapitalı ilə fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalının cəmi əmək pensiyasının minimum məbləğinə çatmadığından pensiya işi ləğv edilmişdir. xx.xx.2006-cı il tarixədək olan 23 il 4 ay 7 gün sığorta stajına əsasən pensiya kapitalı 16858,85 manat, xx.xx.2006-cı il tarixdən xx.xx.2019-cu il tarixədək isə 14334,37 manat olmaqla, cəmi 31193,22 manat pensiya kapitalı vardır. Hesablama aşağıdakı qaydada aparılmışdır: 64 yaş (2019-ci ilin iyun ayı Qanunun 7-ci maddəsinə əsasən kişilərin yaş həddi) - 57 (güzəştli şərtlərlə pensiya yaşı) = 84 (yaşlar arasındakı ay fərqi) + 144 (gözlənilən pensiya ödənişi aylarının sayı) = 228 (gözlənilən pensiya ödənişi aylarının sayı) : Pensiya kapitalı = 31193,22 : 228 = 136,81 < 160 (2019-cu il minimum pensiyanın məbləği). - 20 avqust 1985-ci il tarixli, ******* nömrəli əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.1979-cu il tarixdən xx.xx.1980-ci il tarixədək texniki kollecdə təhsil almış, xx.xx.1981ci il tarixdən xx.xx.1983-cü il tarixədək hərbi xidmətdə olmuş, xx.xx.1983-cü il tarixdən xx.xx.1985-ci il tarixədək texniki kollecdə təhsil almış, xx.xx.1985-ci il tarixdən xx.xx.1987ci il tarixədək Cənub dəmir yolu Kremençuq lokomotiv deposunda teplovoz maşınist köməkçisi, xx.xx.1987-ci il tarixdən xx.xx.1988-ci il tarixədək Azərbaycan dəmir yolu X8 teplovoz maşınist köməkçisi, xx.xx.1988-ci il tarixdən xx.xx.2010-cu il tarixədək Azərbaycan dəmir yolu X8 teplovoz maşınisti, xx.xx.2010-cu il tarixdən xx.xx.2021-ci il tarixədək “X16” Məhdud Məsuliyyətli Cəmiyyətinin Yük və Sərnişin Daşımaları İdarəsinin Culfa lokomotiv briqadaları İran yük vurma sahəsi üzrə maşınisti vəzifəsində işləmişdir. - AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxx 1962-ci il tarixdə ünvan 3 ünvanında yaşayır. - Culfa Rayon İcra Hakimiyyətinin Culfa Şəhər Mənzil-İstismar İdarəsi tərəfindən verilmiş 16 fevral 2022-ci il tarixli, 471 nömrəli arayışdan görünür ki, İddiaçı ünvan 5 ünvanında yaşayır və həmin mənzildə qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş: - İlkin olaraq cavabdeh qismində məhkəmənin sərəncamına cavab olaraq “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsi tərəfindən məhkəməyə ünvanlanan etirazla eyni məzmunlu 17 mart 2022-ci il tarixli, 01/150 nömrəli məktubdan görünür ki, iddia əsassız olduğundan iddia tələbinin rədd edilməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş olunmuşdur. - “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Culfa rayon şöbəsi tərəfindən qəbul edilmiş 08 fevral 2022-ci il tarixli, 10 nömrəli qərarının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 2006-cı il tarixədək 25 il sığorta stajı olmadığından və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olduğu üçün xx xxxx 1962-ci il tarixdə anadan olmuş ünvan 6 ünvanında yaşayan İddiaçı 30 sentyabr 2020-ci il tarixdə 263 nömrəli qərara əsasən güzəştli şərtlərlə yaşa görə qanunsuz olaraq təyin edilmiş əmək pensiyasının ləğv edilməsi və 30 sentyabr 2020-ci il tarixdən 01 yanvar 2022-ci il tarixədək ödənilmiş 7297 manat 74 qəpik məbləğində pul vəsaiti Fondun Culfa rayon şöbəsinin yığım hesabına geri qaytarılması qərara alınmışdır. - “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Culfa rayon şöbəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 28 aprel 2022-ci il tarixli, 06/139 nömrəli məktubla məhkəməyə ünvanlanan 21 aprel 2022-ci il tarixli, 06/125 nömrəli izahlı məktubdan görünür ki, xx xxxx 1962-ci il tarixdə anadan olmuş, ünvan 2 ünvanında qeydiyyatda olmaqla orada yaşayan İddiaçı "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin 30 sentyabr 2020-ci il tarixli, 263 nömrəli qərarına əsasən 01 iyun 2019-cu il tarixdən etibarən "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanunun 9.8-ci maddəsinə müvafiq olaraq yaşa görə güzəştli şərtlərlə 180,15 manat məbləğində əmək pensiyası təyin edilmişdir. Beləliklə, İddiaçı əmək kitabçasındakı qeydlərə əsasən, onun 2006-cı il yanvar ayının 1-dək 25 il 2 ay 7 gün sığorta stajı vardır. X17 Respublikası Dövlət Arxiv İdarəsi tərəfindən verilən 25 sentyabr 2020-ci il tarixli 13/714 nömrəli arayışda iddiaçının adına olan əməkhaqqı cədvəllərində, 1996-cı və 1999-cu illər Culfa Dəmir X10 işləməsi faktı aylar üzrə tam olaraq öz əksini tapmamış və arayışın qeyd hissəsində 1998-ci ilə dair əməkhaqqı cədvəllərinin X11 təhvil verilmədiyi qeyd olunmuşdur. Bu da onu göstərir ki, həmin illər üzrə iddiaçı əməkhaqqı almamış və deməli sığorta haqları ödəməmişdir. Beləliklə, Arxiv arayışında iddiaçının Culfa Dəmir X10 işlədiyi illərə aid əmək haqqı cədvəllərində çatışmayan aylar aşağıda kimidir: 1996-cı il 6; 1998-ci il 12 ay; 1999-cu il 4 ay. Cəmi çatışmayan ayların sayı 22 ay təşkil edir ki, buda 1 il 10 ay deməkdir. Bu səbəbdən də iddiaçının 01 yanvar 2006-cı il tarixədək ümumi iş stajı 23 il 4 ay 7 gün tələb olunan 25 il sığorta stajına çatmadığından və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olduğu üçün pensiya işi Fondun Cuifa rayon şöbəsinin 08 fevral 2022-ci il tarixli, 10 nömrəli qərarına əsasən ləğv edilmişdir. Beləliklə, iddiaçının 01 yanvar 2006-cı il tarixədək olan 23 il 4 ay 7 gün sığorta stajına əsasən 16858,85 manat, 01 yanvar 2006-cı il tarixdən 01 iyun 2019-cu il tarixədək isə 14334,37 manat pensiya kapitalı olmaqla, cəmi 31193,22 manat pensiya kapitalı olmuşdur. İddiaçı güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının hesablaması aşağıdakı qaydada aparılmışdır: 64 yaş (2019-cu ilin iyun ayı üçün Qanunun 7-ci maddəsinə əsasən kişilərin yaş həddi) - 57 yaş (güzəştli şərtlərlə yaş həddi) = 84 ay (yaşlar arasındakı ay fərqi) + 144 ay (gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı) — 228 ay (gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı); pensiya kapitalı 31193,22 : 228 = 136,81 < 160,0 (2019-cu il iyun ayı üçün minimum pensiya məbləği). - Fondun Culfa rayon şöbəsinin müvafiq məktubu ilə məhkəməyə ünvanlanan 012687 nömrəli pensiya işinin materiallarında olan: - “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Culfa rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının 30 sentyabr 2020-ci il tarixli, 263 nömrəli qərarına əsasən İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.8-ci maddəsinə müvafiq olaraq yaşa görə xx.xx.2019-cu il tarixdən hər ay 180,15 manat olmaqla müddətsiz əmək pensiyası təyin edilmişdir. - İddiaçı tərəfindən “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Culfa rayon şöbəsinə ünvanlanan 30 sentyabr 2020-ci il tarixli ərizədən görünür ki, İddiaçı ona yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmiş və ərizədə hazırda işlədiyini qeyd etmişdir. - “X16” Məhdud Məsuliyyətli Cəmiyyətinin Yük və Sərnişin Daşımaları İdarəsi tərəfindən verilmiş 23 sentyabr 2020-ci il tarixli, 427 nömrəli arayışdan görünür ki, İddiaçı Azərbaycan Dövlət Dəmir X4 iş stajına aşağıda göstərilən tarixlər daxildir: 08 sentyabr 1987-ci il tarixli, 349 saylı əmrlə 09 sentyabr 1987-ci il tarixdən X3 göndərişlə X12 teplovoz üzrə maşınist köməkçisinin əvəzedicisi; 19 sentyabr 1987-ci il tarixli, 362 saylı əmrlə 18 sentyabr 1987-ci il tarixdən teplovoz üzrə maşınist köməkçisi; 26 avqust 1988-ci il tarixli, 458 saylı əmrlə 26 avqust 1988-ci il tarixdən teplovoz üzrə maşınist vəzifəsinə keçirilmişdir. 13 aprel 2010-cu il tarixli, 62 saylı əmrlə həmin tarixdən struktur dəyişikliyi ilə əlaqədar olaraq "X16" Məhdud Məsuliyyətli Cəmiyyəti Yük və Sərnişin Daşımaları İdarəsinin X12 teplovoz üzrə maşınist təyin edilmişdir. Hal-hazırda həmin vəzifədə işləyir. - Naxçıvan Muxtar Respublikasının Dövlət Arxivi tərəfindən verilmiş 25 sentyabr 2020-ci il tarixli, 13/714 nömrəli arayışdan görünür ki, Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində mühafizə olunan X23 Lokomotiv Deposunun sənədlərinə baxdıqda İddiaçı xx.xx.1987-ci il tarixli, 349 nömrəli əmrlə maşınist olaraq işə qəbul edilməsi əmr kitablarında göstərilmişdir. - Naxçıvan Muxtar Respublikasının Dövlət Arxivi tərəfindən verilmiş 25 sentyabr 2020-ci il tarixli, 13/714 nömrəli arayışdan görünür ki, İddiaçı 1991-2006-cı illər ərzində X21 Culfa Dəmir X10 işləmiş və aylar üzrə müvafiq əməkhaqqı almışdır. Arayışın qeyd hissəsində 1998-ci ilə dair əməkhaqqı cədvəllərinin Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinə təhvil verilmədiyi qeyd edilmişdir. - Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Culfa rayon şöbəsi tərəfindən verilmiş 24 sentyabr 2020-ci il tarixli, 555 nömrəli arayışdan görünür ki, 1962-ci il təvəllüdlü İddiaçı xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixədək ordu sıralarında həqiqi hərbi xidmət keçmişdir. - “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Culfa rayon şöbəsi tərəfindən verilmiş 26 aprel 2022-ci il tarixli, 06/133 nömrəli arayışdan görünür ki, İddiaçı ssn **********313 DSMF Culfa rayon şöbəsində xx.xx.2006-cı ildən xx.xx.2019-cu il tarixədək 12 il 11 ay sosial sığorta stajı və fərdi hesabının sığorta hissəsində 14334,37 manat pensiya kapitalı vardır. - Naxçıvan Muxtar Respublikasının Dövlət Arxiv İdarəsi tərəfindən məhkəmənin müvafiq sorğusuna cavab olaraq ünvanlanmış 05 may 2022-ci il tarixli, 02/59 nömrəli məktubla İddiaçı işləməsi haqqında arxiv arayışları məhkəməyə göndərilmişdir. Həmin məktubla məhkəmə ünvanlanmış 05 may 2022-ci il tarixli, 13/636 nömrəli arayışdan görünür ki, Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində mühafizə olunan X23 Lokomotiv Deposunun sənədlərinə baxdıqda müəyyən oldu ki, İddiaçı xx.xx.1987-ci il tarixli, 349 №-li əmrlə maşınist olaraq işə qəbul edilməsi əmr kitablarında göstərilmişdir. 05 may 2022-ci il tarixli, 13/636 nömrəli digər arayışdan görünür ki, İddiaçı 1991-2006-cı illər ərzində X21 Hissəsi - Culfa Dəmir X10 işləmiş və aylar üzrə müvafiq əmək haqqı almışdır. - Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası “X16” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq ünvanlanan 19 iyul 2022-ci il tarixli, D/190 nömrəli məktubdan görünür ki, İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarının İİ əlavəsinin 23001000-14241 bəndinə əsasən xx.xx.1985-ci il tarixdən xx.xx.1987-ci il tarixədək Cənub dəmir yolu Kremençuq lokomotiv deposunda teplovoz maşınist köməkçisi, həmin qərarın 23001000-14241 bəndinə əsasən xx.xx.1987-ci il tarixdən xx.xx.1988-ci il tarixədək Azərbaycan dəmir yolu X8 teplovoz maşınist köməkçisi, 23001000-14241 bəndinə əsasən xx.xx.1988-ci il tarixdən xx.xx.2010-cu il tarixədək Azərbaycan dəmir yolu X8 teplovoz maşınisti, 23001000-14241 bəndinə əsasən xx.xx.2010-cu il tarixdən xx.xx.2021-ci il tarixədək “X16” Məhdud Məsuliyyətli Cəmiyyətinin Yük və Sərnişin Daşımaları İdarəsinin Culfa lokomotiv briqadaları İran yük vurma sahəsi üzrə maşınisti vəzifəsində işləyərək, ümumilikdə güzəştli şərtlərlə təqaüdə çıxmaq hüququ verən 36 il staja sahibdir. Bu vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarının 21.4-cü bəndinə uyğundur. - Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası “X16” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq ünvanlanan 05 avqust 2022-ci il tarixli, D/197 nömrəli məktubdan görünür ki, İddiaçı X8 işləmiş olduğu 1996-1998-ci illərin hesablaşma əməkhaqqı kartları Naxçıvan MR Dövlət Arxivinə təhvil verilmişdir. Bu səbəbdən də həmin illərin müəyyən ayları üzrə İddiaçı əməhaqqı almaması barədə Cəmiyyətin cari arxivində heç bir sənəd mövcud deyil. Beləliklə, iddia ərizəsinin məzmunundan və iddiaçının məhkəmə iclaslarında verdiyi izahatlardan aydın olur ki, iddiaçı cavabdeh inzibati orqan tərəfindən onun pensiyasının ləğv edilməsinə əsas olmuş müvafiq qərarı mübahisələndirərək, həmin qərarın əsası kimi göstərilən müəyyən aylar üzrə əməkhaqqı almasının arxiv arayışları ilə təsdiq edilmədiyinin onun günahı olmadığını və kapital məsələsinin ona şamil olunmadığını bildirərək, pensiyasının bərpa edilməsini tələb edir. Cavabdeh inzibati orqanın məhkəməyə təqdim etdiyi müvafiq məktublardan və nümayəndəsinin məhkəmə iclaslarında verdiyi izahatdan aydın olur ki, aparılan audit yoxlamasından sonra iddiaçının ümumi iş stağı tamamlanmadığından və fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı əmək pensiyasının minimum məbləğinə imkan vermədiyindən pensiyasının ləğv edilməsi barədə müvafiq qərar qəbul edilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədlərə, iddiaçı tərəfin tələbinə və cavabdehin etirazına hüquqi qiymət verərək, iş materiallarını araşdıraraq, onda yaranmış daxili inam əsasında (İPM 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının: - 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. - 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. - 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. - 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 22-ci maddəsində qeyd olunur ki, cəmiyyətin bir üzvü kimi, hər bir insan sosial təminat hüququna və öz ləyaqətini qoruyub saxlaya bilmək və öz şəxsiyyətini azad inkişaf etdirmək üçün iqtisadi, sosial və mədəni sahələrdə zəruri olan hüquqlarını milli səylər və beynəlxalq əməkdaşlıq vasitəsilə, hər bir dövlətin strukturu və resurslarına müvafiq olaraq həyata keçirmək hüququna malikdir. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, Bu Paktda iştirak edən dövlətlər, sosial sığorta da daxil olmaqla hər bir şəxsin sosial təminat hüququnu tanıyırlar. “Andreyeva Latviyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 18 fevral 2009-cu il tarixli qərarında göstərilmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri edilməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1ci maddəsi ilə əhatə edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: - 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. - 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun: - 13-cü maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. (çıxarılıb) b)əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. - 67-ci maddəsinin 3-cü abzasına əsasən ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. - 67-ci maddəsinin 8-ci abzasına əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə 13 iyun 1997ci il tarixli, 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən həmin maddədə nəzərdə tutulmuş yaş həddi 01 avqust 1997-ci il tarixdən 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 17 nömrəli, xx.xx.2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin 2.4.1. bəndində qeyd edilmişdir ki, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən təsdiq olunaraq xx.xx.2010-cu il tarixli, 4027 nömrəli şəhadətnamə ilə normativ hüquqi akt kimi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları”nın 2.1.8-ci bəndində göstərilir ki, Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə təyin olunur. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin siyahı təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraitinin xüsusilə zərərli və xüsusi ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. İşin faktiki hallarından görünür ki, İddiaçı xx xxxx 1962-ci ildə anadan olmuş, xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixədək ordu sıralarında həqiqi hərbi xidmət keçmiş, 1985-ci ildən başlayaraq əmək fəaliyyəti ilə məşğul olmuşdur. İddiaçının 57 yaşı tamam olduğundan ona “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Culfa rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının 30 sentyabr 2020-ci il tarixli, 263 nömrəli qərarına əsasən 01 iyun 2019-cu il tarixdən hesablanmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Pensiya təyin edilərkən iddiaçının 01 yanvar 2006-cı il tarixədək 25 il ümumi, 12 il 6 ay xüsusi iş stajının olması müəyyən edilmiş və ona əvvəllər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanuna əsasən pensiya təyin edilmişdir. Sonradan “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsi tərəfindən müvafiq audit yoxlaması aparılmışdır. Həmin audit yoxlamasının nəticəsində fondun Culfa rayon şöbəsi tərəfindən müvafiq araşdırma aparılmış, iddiaçının 2006-cı ilin yanvar ayının 1-dək 25 il ümumi iş stajının olmaması və pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyi müəyyən olunmuşdur. Bundan sonra iddiaçıya xəbərdarlıq məktubu göndərilmiş, sonradan isə mübahisələndirilən qərar qəbul edilmişdir. İlk öncə qeyd olunmalıdır ki, iddiaçının tələbi iki hissədən ibarətdir:

1. "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin 08 fevral 2022-ci il tarixli, 10 nömrəli qərarının ləğv edilməsi;

2. təyin edilmiş pensiyanın 2022-ci ilin yanvar ayından etibarən cari ödənişlərlə ona ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi. İddiaçının tələbinin birinci hissəsinə münasibətdə qeyd edilməlidir ki, iddiaçının tələbi və hüquqi marağı ona xx.xx.2006-cı ilədək qüvvədə olmuş pensiya qanunvericiliyi əsasında 57 yaşının tamamlandığı xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının ləğv edilməsinə səbəb olan 08 fevral 2022-ci il tarixli, 10 nömrəli qərarın ləğv edilməsidir. Bu baxımdan hazırkı mübahisə xx.xx.2006-cı ilədək qüvvədə olmuş qanunvericiliklə nəzərdə tutulmuş dispozisiya şərtlərinin həmin tarixədək iddiaçıya münasibətdə mövcudluğu baxımından həll edilməlidir. Bununla bağlı qeyd olunmalıdır ki, yuxarıda istinad olunan normaya görə, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Başqa sözlə, yuxarıda istinad olunan normaların tələbinə görə, 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyası o halda təyin olunur ki, şəxs əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan tam əmək stajını, yəni həm ümumi və həm də xüsusi stajı “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək qazanmış olsun. Məhkəmə hesab edir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş tələblər cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilməsindən asılı olmayaraq, araşdırılması zəruridir. Belə ki, iddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır:

1. İddiaçının xx.xx.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması;

2. İddiaçının xx.xx.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. Cavabdeh inzibati orqan tərəfindən iddiaçının ümumi iş stajı ilə bağlı məsələ mübahisələndirildiyindən yuxarıda sadalanan 1-ci elementin mövcudluğunun araşdırılması zəruridir. Belə ki, iddiaçının əmək kitabçasındakı qeydlərə əsasən o, 2006-cı il yanvar ayının 1-dək 25 il 2 ay 7 gün sığorta stajına malikdir. Cavabdeh inzibati orqan iddiaçının əmək kitabçasında qeyd edilsə də, bəzi illər üzrə müvafiq aylarda əməkhaqqı almasının arxiv arayışları ilə təsdiqlənmədiyinə istinad edərək həmin ayların ümumi iş stajından çıxılması qənaətindədir. Bu hal isə iddiaçının ümumi iş stajının azadılmasına və qanunvericiliklə tələb edilən minimum 25 il tələbinin ödənilməməsinə səbəb olur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının əmək kitabçası cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilmir. Məhkəmə tərəfindən iddiaçının əmək kitabçasındakı məlumatlarının mötəbərliyi qəbul edilir. Belə ki, iddiaçının Culfa Dəmir X10 işlədiyi illərdə müəyyən aylarda əməkhaqqı alması barədə arxiv sənədlərinin təhvil verilməməsi iddiaçının əmək kitabçasındakı həmin dövrə aid qeydlərin mötəbərliyini özü-özlüyündə aradan qaldırmır. Belə ki, cavabdeh tərəfindən iddiaçının sosial sığorta stajı kimi qəbul olunmayan əmək fəaliyyəti dövrü "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun qüvvədə olduğu müddətdə əldə edildiyinə görə, cavabdehin dəlilləri də həmin Qanunun müddəaları əsasında təhlil olunmalıdır. Çünki “Hərbi qulluqçuların pensiya təminatı haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunlarının bəzi müddəalarının zamana görə tətbiq edilməsi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarında Konstitusiya Məhkəməsinin ifadə etdiyi hüquqi mövqeyə görə, şəxsin pensiya hüququnun əldə edilməsi ilə bağlı yeni hüquqi tənzimləmənin qüvvəyə minməsinə qədər qüvvədə olan qanunvericiliyin tələblərinə müvafiq qaydada əldə edilmiş pensiya hüququ saxlanılmalıdır. Vətəndaşın pensiya təminatı sahəsində hüquqları onun qanunvericilik qaydasında tanınan əmək və ya ictimai faydalı fəaliyyətindən irəli gəldiyindən, dövlət bu hüququ artıq əldə etmiş vətəndaşa münasibətdə müəyyən vəzifələr daşıyır. Məsələnin başqa qaydada tənzimlənməsi dövlətin hüquqi münasibətlərin müəyyən bir sahəsində əvvəllər mövcud olmuş qanunvericilik tənzimlənməsindən irəli gələn publik-hüquq öhdəliklərindən imtina etməsi kimi qiymətləndirilə bilər. İddiaçının pensiya təyin olunması üçün mübahisələndirilən stajı qazandığı dövrdə qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 69-cu maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli, 638 saylı qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin 3-cü bəndi iş stajını sübut edən əsas sənədin əmək kitabçası olduğunu təsbit edirdi. Əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçalarına yalnız o halda zərurət yaranırdı ki, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmasın. Bundan başqa, adı çəkilən Əsasnamədə əmək kitabçasında olan məlumatların mütləq başqa sənədlərlə təsdiq olunması, əks halda əmək kitabçasının sübut kimi qəbul edilməməsi barədə göstəriş yoxdur. Əsasnamənin 25-ci bəndində tələb olunur ki, əmək kitabçasında olan qeydlər, həmin əmək kitabçasının doldurulma gününə qüvvədə olan idarə, müəssisə və təşkilatlarda əmək kitabçalarının doldurulma qaydaları barədə təlimatın tələblərinə müvafiq olaraq aparılmalıdır. Əgər əmək kitabçasında və digər sənədlərdə aparılan qeydlər müəyyən edilmiş qaydalara tam riayət edilməklə aparılmamışsa, bu halda onların əmək stajının təsdiqi üçün əsas kimi qəbul edilməsinin mümkünlüyü məsələsini pensiya təyin edən orqan həll edir. Baxılan işdə iddiaçının əmək kitabçasında, əmək kitabçalarının dodurulma qaydalarına uyğun olaraq onu vermiş müəssisə, hansı vaxtda, hansı vəzifələrdə işləməsi, işə təyin olunması və azad edilməsi, əmrlərin tarixləri və nömrələri ardıcıl olaraq göstərilmiş, səlahiyyətli şəxslər tərəfindən imzalanmış və işlədiyi müəssisələrin möhürləri ilə təsdiqlənmişdir. Həmçinin nəzərə alınmalıdır ki, hazırda qüvvədə olan pensiya qanunvericliyi də əmək kitabçasını stajın müəyyən olunması üçün sübut kimi qəbul edir. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.1-ci maddəsinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə iki hissəyə – Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Həmin Qaydaların 3.2-ci bəndinə görə bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Qaydaların 3.2.1-ci bəndinə görə qazanılmış əmək pensiyası hüququnun PAS-a daxil edilməsi üçün əsaslardan biri də əmək kitabçasıdır. Göründüyü kimi, qanunvericilik əmək kitabçasını sosial sığorta stajının müəyyən edilməsində mötəbər sübüt kimi qəbul edir. Alınan əmək haqqından məcburi dövlət sosial sığorta ayırmaları həyata keçirilmədikdə bunun pensiya hesablanması zamanı nəzərə alınıb-alınmamalı olduğuna dair məsələ “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin səkkizinci hissəsi ilə tənzimlənmişdir. Həmin maddəyə görə əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Göründüyü kimi, 01 yanvar 2002-ci ilədək və ondan sonrakı dövrləri qanunverici fərqli qaydada tənzimləmişdir. Yuxarıda qeyd olunanlar belə nəticəyə gəlməyə əsas verir ki, iddiaçının 1996 və 1998-ci illərdə işlədiyi dövrün pensiya hesablanmasına əsas verən ümumi iş stajına daxil edilməsi məsələsini həll edərkən həmin dövrlə bağlı məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ümumiyyətlə tələb olunmamalıdır. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının əmək kitabçasındakı qeydlərə əsasən 2006-cı il yanvar ayının 1dək 25 il 2 ay 7 gün sığorta stajına malikdir. Cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilməsindən asılı olmayaraq məhkəmə yuxarıda sadalanan 2-ci elementə hüquqi qiymət verərək hesab edir ki, iddiaçının işlədiyi vəzifələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” 2 №-li Siyahısında XXVİİİ hissədə “Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər” adı altında 23001000-14241 koda əsasən “teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçiləri” vəzifəsinə uyğun gəldiyi aşkarlanmışdır. Həmçinin iddiaçının işlədiyi vəzifənin güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ verən vəzifələrə uyğunluğu onun iş yeri tərəfindən verilmiş müvafiq arayışla da öz təsdiqini tapmış və bu hal cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilməmişdir. Bununla da iddiaçının xx.xx.2006-cı il tarixədək 25 il 2 ay 7 gün ümumi, 12 il 6 aydan çox güzəştli iş stajı olduğu müəyyən edilmişdir. Hazırkı iş üzrə cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilən digər bir məsələ iddiaçının minimum pensiya təminatına imkan verən pensiya kapitalına malik olmaması ilə bağlıdır. Yuxarıda da qeyd edildiyi kimi iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən təyin edilməlidir. Pensiya kapitalı məsələsi ilə bağlı məhkəmə hesab edir ki, yuxarıda istinad olunan normalara görə hazırkı mübahisəyə münasibətdə pensiya kapitalı ilə bağlı tələb irəli sürülə bilməz. Nəzərə alınmalıdır ki, xx.xx.2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunda güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün pensiya kapitalı ilə bağlı tələb nəzərdə tutulmamışdır. Cavabdehin istinad etdiyi həmin tələblə bağlı müddəalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə “Əmək pensiyaları haqqında” Qanuna dəyişikliklər və əlavələr edilməsi barədə” xx.xx.2017-ci il tarixli, 543-VQD nömrəli Qanunla əlavə edilmiş və xx.xx.2017-ci il tarixdən qüvvəyə minmişdir. Halbuki, iddiaçı pensiya hüququ həmin tarixdən əvvəl yarandığı üçün ona “Əmək pensiyaları haqqında” Qanununun 9.8-ci maddəsinə istinadən həmin tarixə qədər qüvvədə olmuş qanunvericiliyə əsasən pensiya təyin olunmasını istəyir. Nəzərə alınmalıdır ki, yuxarıda istinad olunan Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Beləliklə, məhkəmə hesab edir ki, əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalı barədə mövcud qanunvericiliyin tələbi iddiaçıya münasibətdə tətbiq edilə bilməz. Bu baxımdan cavabdehin iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı ilə bağlı tələbi əsassızdır və iddiaçıya qarşı həmin tələbi irəli sürməklə onun pensiyasının ləğv edilməsi barədə qərar qəbul etməkdə cavabdeh haqlı sayıla bilməz. Qeyd olunan məsələ ilə bağlı oxşar hüquqi mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-313/2022 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarında da öz əksini tapmışdır. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarları qətidir və aşağı instansiya məhkəmələri üçün tövsiyə xarakteri daşıyır. Həmçinin mübahisələndirilən qərarda 30 sentyabr 2020-ci il tarixdən 01 yanvar 2022ci il tarixədək ödənilmiş 7297 manat 74 qəpik məbləğində pul vəsaitinin Fondun Culfa rayon şöbəsinin yığım hesabına geri qaytarılması nəzərdə tutulmuşdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 39.1-ci maddəsinə əsasən qanunverici artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir. Belə razılıq olmadıqda, tələbin təmini üçün məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini təsbit edir. Hazırkı halda, əmək pensiyaçısının artıq ödənilmiş pensiya məbləğinin tutulmasına razılığının olması müəyyən edilmir. Cavabdeh bu barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Belə olan halda, artıq ödənilmiş pensiya məbləği qanunun tələbinə görə, yalnız məhkəmə qərarı əsasında tutula bilərdi. Lakin bu barədə də iş materiallarında heç bir sübut yoxdur və cavabdeh də bu barədə heç bir dəlil irəli sürmür. Beləliklə, məhkəmə hesab edir ki, qanunvericiliyin tələblərinə əsasən iddiaçıya münasibətdə əvvəllər qüvvədə olmuş qanunvericiliyin tələblərinə əsasən pensiya təyin edilməli olduğundan, əvvəllər qüvvədə olmuş qanunvericilikdə də pensiya kapitalı məsələsi nəzərdə tutulmadığından, cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilən ikinci məsələnin də əsassızlığı qənaətinə gəlir. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı cavabdeh inzibati orqanın 08 fevral 2022-ci il tarixli, 10 nömrəli qərarının ləğv edilməsini tələb etməkdə haqlı olmuşdur. İddiaçının tələbinin ikinci hissəsinə münasibətdə qeyd edilməlidir ki, tələbin ikinci hissəsinin hüquqi taleyi birinci hissəsinə əsasən həll edildiyindən bu hissədə də iddia tələbi təmin edilməlidir. Belə ki, iddiaçının pensiyasının ləğv edilməsinə səbəb olan 08 fevral 2022-ci il tarixli, 10 nömrəli qərarın ləğv edilməsi iddiaçının pensiyasının bərpa edilməsi deməkdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçıya 30 sentyabr 2020-ci il tarixli, 263 nömrəli qərar əsasında təyin edilmiş pensiyanın 2022-ci ilin yanvar ayından etibarən cari ödənişlərlə ona ödənilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. - 58.2-ci maddəsinə əsasən inzibati akt məzmun baxımından kifayət qədər aydın və anlaşılan olmalıdır. - 58.3-cü maddəsinə əsasən inzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir. - 61.1-ci maddəsinə əsasən yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. - 61.2-ci maddəsinə əsasən əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. - 61.3-cü maddəsinə əsasən inzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. - 61.4-cü maddəsinə əsasən inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. - 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. - 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. - 73.1-ci maddəsinə əsasən Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində müvafiq şikayət instansiyasına verilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərindən də aydın olur ki, inzibati orqan tərəfindən inzibati akt qəbul edilərkən işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar əsasında yazılı şəkildə əsaslandırılmalı olduğu halda, mübahisələndirilən qərar qəbul edilərkən qeyd olunan tələbə əməl edilməmişdir. Qanunun tələbindən də aydın olur ki, inzibati orqan tərəfindən inzibati akt qəbul edilərkən inzibati icraat zamanı əldə edilmiş sübutlara istinad edilməklə əsaslandırma aparılmalıdır. Lakin inzibati orqan tərəfindən mübahisələndirilən qərarda hər hansı bir sübutla əsaslandırma aparılmadığı kimi, inzibati icraat da aparılmamışdır. Cavabdeh inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş mübahisələndirilən inzibati akt qanunsuz sayılır. Belə ki, cavabdeh inzibati orqan tərəfindən inzibati akt qəbul edilərkən qanunvericiliyin tələblərinə əməl edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. - 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və dəyişdirilməsini məhkəmədən tələb edə bilər. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Beləliklə, işin faktiki hallarına və qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli və “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin 08 fevral 2022-ci il tarixli, 10 nömrəli qərarı ləğv edilməli və təyin edilmiş pensiyanın 2022-ci ilin yanvar ayından etibarən cari ödənişlərlə İddiaçı ödənilməsi öhdəliyi cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinə həvalə edilməlidir.

Nəticəvi hissə:

Şərh edilənlərə əsasən və İPM-in 2, 32, 68, 69, 70, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilir. "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin 08 fevral 2022-ci il tarixli, 10 nömrəli qərarı ləğv edilir. İddiaçı təyin edilmiş pensiyanın 2022-ci ilin yanvar ayından etibarən cari ödənişlərlə ödənilməsi öhdəliyi cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinə həvalə edilir. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələbinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.

SƏDRLİK EDƏN: HİCRAN MURADOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar