Məhkəmə qərarları › İş №2-1(122)-83/2023

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-83/2023

05.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-83/2023 05.07.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: X8 Heydər oğlunun sədrliyi, İbrahimova Səbinə Adələt qızının katibliyi, İddiaçıh Süleyman oğlunun və cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Babək Rayon İdarəsinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçıh Süleyman oğlunun cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Babək Rayon İdarəsinə qarşı “əmək pensiyası hesablanması zamanı əmək kitabçasında qeyd olunan 1974-cü ilin oktyabr ayından 2022ci ilin dekabr ayınadək olan fasiləsiz iş stajının fərdi uçot sistemində qeydə alınmaqla pensiya təyin olunmasının cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təsviri hissə: İddiaçıh Süleyman oğlıı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1974-2022-ci illərdə fasiləsiz olaraq işlədiyi illərin iş stajına daxil edilməsini Naxçıvan Sosial Müdafiə Fondunun üzərinə qoyulmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı pensiya yaşının çatdığı üçün 01 dekabr 2022-ci ildə öz ərizəsi əsasında işdən azad olunduğunu, əmək fəaliyyətinə əmək kitabçasında göstərdiyi kimi 28 sentyabr 1974-cü ildən başladığını, ayrı-ayrı iş yerlərində işləsə də fasilə olmadığını, 1998-ci ildən dekabr 2022-ci ilədək Babək Rayon Mədəniyyət Şöbəsində təlimatçı, X5 direktor müavini və xx.xx.2002-ci ildən Şöbə müdiri vəzifəsində işlədiyini, əmək kitabçasında 47 il iş stajının olduğunu, Babək Rayon Dövlət Sosial Müdafiə Fonduna pensiyaya çıxmağı ilə əlaqədar sənədlərini (əmək kitabçasını) təqdim etdiyini, əmək kitabçasında 47 il iş stajını qəbul edərək 240 manat minimum pensiya təyin edildiyini, həmişə aparat işçisi işlədiyini bildirərək, 1974-2022-ci illərdə fasiləsiz olaraq işlədiyi illərin iş stajına daxil edilməsini Naxçıvan Sosial Müdafiə Fondunun üzərinə qoyulmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, Əmək pensiyası hesablanması zamanı əmək kitabçasında qeyd olunan 1974-cü ilin oktyabr ayından 2022-ci ilin dekabr ayınadək olan fasiləsiz iş stajının fərdi uçot sistemində qeydə alınmaqla pensiya təyin olunması dəqiqliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəmənin dəftərxanasına 20 fevral 2023-cü il tarixdə daxil olmuş yeni iddia ərizəsi göndərərək, əmək pensiyası hesablanması zamanı əmək kitabçasında qeyd olunan 1974-cü ilin oktyabr ayından 2022-ci ilin dekabr ayınadək olan fasiləsiz iş stajının fərdi uçot sistemində qeydə alınmaqla pensiya təyin olunmasını cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin protokol qərarı ilə iddiaçı tərəfindən təqdim edilmiş həmin iddia ərizəsi icraata qəbul edilmişdir. Cavabdeh orqanın yazılı etirazının qısa xülasəsi: Cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Babək Rayon İdarəsi iddiaya dair məhkəməyə ünvanlanan 30 mart 2023-cü il tarixli, 03/132 nömrəli yazılı münasibətini onunla əsaslandırmışdır ki, 19 oktyabr 1957-ci il tarixdə Babək rayonu, Məzrə kəndində anadan olmaqla orada yaşayan İddiaçıh Süleyman oğluna “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Babək Rayon İdarəsinin əmək pensiyası təyin edən komissiyanın 18 noyabr 2022-ci il tarixli 493 nömrəli qərarına əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən yaşa görə 241,31 manat məbləğində əmək pensiyası təyin olunmuşdur. İddiaçıh Süleyman oğlu tərəfindən Fondun Babək rayon İdarəsinə təqdim edilmiş 1974-cü il tarixli, MT-1 seriyalı, ******* nömrəli əmək kitabçasında qeyd olunmuş məlumatlara əsasən o, xx.xx.1974-cü il tarixdən xx.xx.1976-ci il tarixədək X7 Birliyində fəhlə işləmişdir. Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Babək rayon İdarəsinin xx.xx.2022-ci il tarixli, 404 nömrəli arayışına əsasən İddiaçıh Süleyman oğlu xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək (2 il 15 gün) keçmiş Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur. xx.xx.1978-ci il tarixdən xx.xx.1982-ci il tarixədək (3 il 7 ay 26 gün) X7 Birliyində fəhlə, xx.xx.1982-ci il tarixdən xx.xx.1990-cı il tarixədək (8 il 3 ay 6 gün) X9 Birliyində fəhlə, xx.xx.1990-cı il tarixdən xx.xx.1991-ci il tarixədək (1 il) Məzrə kənd Mədəniyyət evində motorçu, xx.xx.1992-ci il tarixdən xx.xx.1995-ci il tarixədək (3 il 7 ay) Babək rayon Mədəniyyət evində təlimatçı, xx.xx.1998-ci il tarixdən xx.xx.2006-cı il tarixədək (7 il 7 ay) Babək rayon Mədəniyyət İdarəsinin tabeliyində Babək rayon oxuculara xidmət şöbəsində şöbə müdiri vəzifələrində işləmişdir. xx.xx.2006-cı il tarixdən Xuduyev X3 rayon oxuculara xidmət şöbəsində şöbə müdiri vəzifələrində işinə davam etmiş və xx.xx.2022-ci il tarixdə işdən azad edilmişdir. Beləliklə iddiaçının əmək kitabçasında olan qeydlərə əsasən onun xx.xx.2006-cı il tarixədək hərbi xidmət illəri də daxil olmaqla ümümi iş stajı 27 il 8 ay, xx.xx.2006-cı il tarixdən xx.xx.2022-ci il tarixədək 14 il iş stajı olmaqla cəmi 41 il 8 ay 28 gün ümumi iş stajı müəyyən edilmişdir. Fondun Babək Rayon İdarəsinin 13 fevral 2023-cü il tarixli, 1333 nömrəli sərəncamına əsasən iddiaçının pensiya məbləğinə dəyişiklik edilərək 274,64 manatadək artırılmışdır. Hazırda iddiaçının pensiya məbləği 315,01 manat təşkil edir. İddiaçıh Süleyman oğlunun “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Babək Rayon İdarəsinə qarşı qaldırdığı iddia tələbi əsassız olduğundan, iddia tələbinin rədd edilməsi barədə müvafiq qərarın qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab olunmuş, şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 05 iyul 2023-cü il tarixə təyin edilmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən İddiaçıh Süleyman oğlu iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etirazda yazılanlara uyğun izahat verərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Yazılı sübutlar: İş materiallarında olan: - xx.xx.2022-ci il tarixli,159 nömrəli Arxiv arayışından görünür ki, Babək Rayon Dövlət Arxivində mühafizə olunan Babək Rayon Mədəniyyət İdarəsinin 1990-cı ilə dair əmr kitabında xx.xx.1990-cı ildə əmr № 445-lə Məzrə kənd sakini Xuduyev X1 Mədəniyyət evinə metodist təyin edilib. - Babək Rayon Mədəniyyət idarəsi Babək Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 19 nömrəli Əmrinin surətindən görünür ki, MKS-nin Oxuculara Xidmət Şöbəsinin müdiri İddiaçı 30 noyabr 2022-ci il tarixli ərizəsi nəzərə alınaraq Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən 01 dekabr 2022-ci il tarixdən ərmək müqaviləsinə xitam verilərək tutduğu vəzifəsindən azad edilmişdir. - 1974-cü il tarixli, ИT-1 seriyalı ******* nömrəli əmək kitabçasında aparılmış qeydlərdən görünür ki, iddiaçı xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək X7 Birliyində fəhlə, xx.xx.1978-ci il tarixdən xx.xx.1982-ci il tarixədək X7 Birliyində fəhlə, xx.xx.1982-ci il tarixdən xx.xx.1990-cı il tarixədək X9 Birliyində fəhlə, xx.xx.1990-cı il tarixdən xx.xx.1998-ci il tarixədək Məzrə kənd Mədəniyyət evində metodist, xx.xx.1998-ci il tarixdən xx.xx.2002-ci il tarixədək Babək rayon MKS-də direktor müavini, xx.xx.2002-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Babək rayon Mədəniyyət İdarəsinin tabeliyində Babək rayon oxuculara xidmət şöbəsində şöbə müdiri vəzifələrində işinə davam etmiş və xx.xx.2022-ci il tarixdə işdən azad edilmişdir. Əmək kitabçasında qeyd olunan staj illərinə dair digər arxiv arayışları da işə əlavə edilmişdir. - Sığorta stajı barədə məlumatdan görünür ki, Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Babək rayon İdarəsinin xx.xx.2022-ci il tarixli, 404 nömrəli arayışına əsasən İddiaçıh Süleyman oğlu xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək keçmiş Sovet Ordusu sıralarında hərbi xidmət dövrü iş stajı kimi nəzərə alınmışdır. - “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Babək Rayon İdarəsinin əmək pensiyası təyin edən komissiyasının 493 nömrəli, xx.xx.2022-ci il tarixli Qərarından görünür ki, İddiaçıh Süleyman oğluna 241.31 manat pensiya təyin edilməsi qərara alınmışdır. - xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, iddiaçı cavabdeh orqana müraciət edərək, əlavə stajının əmək pensiyasının üzərinə hesablanılmasını xahiş etmişdir. - Pensiya Miqdarının dəyişdirilməsi haqqında şöbənin xx.xx.2023-cü il tarixli, 1333 nömrəli Sərəncamından görünür ki, İddiaçıh Süleyman oğlunun şəxsi hesabında dəyişiklik edilərək, ona 315,01 (üç yüz on beş manat sıfır bir qəpik) məbləğdə yaşa görə pensiya verilməsi təmin edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: -38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. -11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. -14.1-ci maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. -14.2-ci maddəsinə əsasən diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. -24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: - 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. - 21.2 və 21.2.1-ci maddələrinə əsasən bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti sığortaolunanın sığorta stajına daxil edilir. - 31.2-1-ci maddələrinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli, 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının: 4.1-ci bəndinə gorə əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı 2006-cı il yanvarın 1-dək olan dövr üzrə “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən müəyyən edilir: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. - 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, cavabdeh inzibati orqanın iddia ərizəsinə qarşı təqdim etdiyi sənədlərə və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmənin əsaslandırması: İlk öncə qeyd edilməlidir ki, məhkəmə qərar qəbul edənədək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar üzrə ətraflı araşdırma aparmış, təqdim edilən sübutları tam və hərtərəfli tədqiq etməklə, iddiaçıya qarşı tərəfin dəlillərinə münasibət bildirməsi, etiraz etməsi və məhkəməyə lazımi sübutları təqdim eməsi üçün kifayət qədər imkan yaratmışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Hazırkı mübahisə mahiyyət etibarı ilə əmək pensiyası hesablanması zamanı əmək kitabçasında qeyd olunan 1974-cü ilin oktyabr ayından 2022-ci ilin dekabr ayınadək olan fasiləsiz iş stajının fərdi uçot sistemində qeydə alınmaqla pensiya təyin olunması ilə bağlıdır. Məhkəmə iddiaçının tələbi və cavabdeh inzibati orqanın hazırkı iş üzrə gəldiyi nəticə ilə əlaqədar olaraq cavabdehin sözügedən məsələ ilə bağlı verdiyi cavaba diqqət yetirməyi zəruri hesab edir. Belə ki, həmin cavabda qeyd olunur ki, “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Babək Rayon İdarəsinin əmək pensiyası təyin edən komissiyanın 18 noyabr 2022-ci il tarixli, 493 nömrəli qərarına əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə görə iddiaçıya yaşa görə 241,31 manat məbləğində əmək pensiyası təyin olunmuş, 13 fevral 2023-cü il tarixli, 1333 nömrəli sərəncamına əsasən iddiaçının pensiya məbləğinə dəyişiklik edilərək 274,64 manatadək artırılmış, hazırda isə iddiaçının pensiya məbləği 315,01 manat təşkil edir (ödənilməmiş məbləğlər də hazırkı pensiya məbləğinə əlavə edilərək hissələrlə iddiaçıya ödənilir). Qeyd olunan hallar məhkəmə icraatı zamanı verilimiş izahatlardan və iş materiallarından da öz təsdiqini tapmışdır. Göründüyü kimi məhkəmə icraatı gedişində iddiaçının hüququ təsdiq edilərək 1974cü ilin oktyabr ayından 2022-ci ilin dekabr ayınadək əmək kitabçası üzrə topladığı tam əmək stajı götürülməklə ona əmək pensiyası təyin edilmişdir. Məhkəmə belə qənaətə gəlir ki, belə olan halda iddiaçının hüququ təsdiq olunduğundan onun bərpa edilməsi məsələsindən də söhbət gedə bilməz. Odur ki, İddiaçıh Süleyman oğlunun cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Babək Rayon İdarəsinə qarşı əmək pensiyası hesablanması zamanı əmək kitabçasında qeyd olunan 1974-cü ilin oktyabr ayından 2022ci ilin dekabr ayınadək olan fasiləsiz iş stajının fərdi uçot sistemində qeydə alınmaqla pensiya təyin olunmasının cavabdehin üzərinə qoyulması barədə iddiası əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2, 4.1, 14.3, 33, 58.7, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçıh Süleyman oğlunun cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Babək Rayon İdarəsinə qarşı “əmək pensiyası hesablanması zamanı əmək kitabçasında qeyd olunan 1974-cü ilin oktyabr ayından 2022ci ilin dekabr ayınadək olan fasiləsiz iş stajının fərdi uçot sistemində qeydə alınmaqla pensiya təyin olunmasının cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elnur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar