Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-83/2025 12.03.2026 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Muradov Emin Məhərrəm oğlunun katibliyi, İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Vəkil və cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X72 nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X50rşı “1977-ci ildən mərhum atası X14 istifadəsində olan, hazırda isə onun istifadəsində olan, lakin X23 dövründə qeydə alınmayan kəsir 800 kv.m. torpaq sahəsinin mərhum atası X7 adına qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati mübahisə üzrə işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı vəkili ilə birlikdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1977-ci ildən mərhum atası X14 istifadəsində olan, hazırda isə onun istifadəsində olan, lakin X23 dövründə qeydə alınmayan kəsir 800 kv.m. torpaq sahəsinin mərhum atası X7 adına qeydə alınması öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Naxçıvan şəhəri Tumbul kəndində yerləşən torpaq sahəsi 1977-1979-cu illərdə təsərrüfatbaşına kitabda mərhum atası X7 adına 0,25 hektar torpaq sahəsi göstərilmiş, 1991-1995-ci illərdə təsərrüfatbaşına kitabda adına rast gəlinmədiyi və 1996-2000-ci illərə dair 5 nömrəli təsərrüfatbaşına kitabda mərhum atası X7 adı ailə başçısı olmaqla göstərilsə də, Babək Rayon Aqrar İslahat Komissiyasının 10 aprel 1999-cu il tarixli, 29 nömrəli qərarı əsasında 0,17 hektar torpaq sahəsi qeydiyyata alınmışdır. Mərhum atası X24 1977-ci il tarixdən həmin ünvanda yaşayır. Yaşadığı müddətdə qeyd olunan torpaq sahəsi, yəni 0,25 hektar torpaq sahəsi 2 hissədən ibarət olmaqla istifadəsində olmuşdur. Lakin qeyd edildiyi kimi Aqrar İslahat Komissiyasının 10 aprel 1999-cu il tarixli, 20 nömrəli qərarı əsasında 0.17 hektar torpaq sahəsi mülkiyyətinə verilmişdir. 0.17 hektar torpaq sahəsi ailə başçısı olmaqla, 4 nəfərə verilsə də, 800 kv.m. istifadəsində olan torpaq sahəsi qeydə alınmamışdır. Dövlət aktı ilə ayrılmış torpaq sahəsində 0,17 hektar kəsilib həyətyanı torpaq sahəsi olaraq səhvliklə adına qeydə alındığından, həmin kəsir torpaq sahəsi olan 0.17 hektar torpaq sahəsi mülkiyyətinə qaytarılmalıdır. İddiaçı bir sıra qanunvericilik normalarına istinad edərək, göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 2.2.2 və 33-cü maddələrini rəhbər tutaraq, 1977-ci ildən mərhum atası X14 istifadəsində olan, hazırda isə onun istifadəsində olan, lakin X23 dövründə qeydə alınmayan kəsir 800 kv.m. torpaq sahəsinin mərhum atası X7 adına qeydə alınması öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) 02 noyabr 2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti iddiaya dair 30 oktyabr 2023-cü il tarixli, 04/871 nömrəli yazılı münasibətini onunla əsaslandırmışdır ki, Tumbul kəndində torpaq islahatı aparılan zaman yerli aqrar islahat komissiyasının təqdim etdiyi torpaq istifadəçilərinin və torpaq payı almaq hüququ olan subyektlərin siyahısında və Xidmətin məlumat bazasında X65 (İsmayıl) oğlunun adına hüquqi torpaq sahəsi qeyd olunmamış, Babək Rayon Aqrar İslahat Komissiyasının 10 aprel 1999-cu il tarixli, 29 nömrəli qərarına əsasən JN-38A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə 1674,28 m2 həyətyanı torpaq sahəsi ailə üzvləri ilə birlikdə mülkiyyətinə verilmişdir. Orta pay normasına uyğun olaraq 7340 m2 torpaq sahəsinin çatacağı hesablanmış, faktiki istifadəsində olan həyətyanı torpaq sahəsi (1674,28 m2) çıxıldıqdan sonra (hüquqi torpaq sahəsi qeyd olunmadığı üçün) JN-48 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövıət Aktı ilə 5639,73 m2 torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı üçün onların mülkiyyətinə verilmişdir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu 16 iyul 1996-cı il tarixdən qüvvəyə mindiyindən torpaq islahatının həyata keçirilməsi zamanı yerli aqrar islahat komissiyaları tərəfindən yaşayış məntəqələrinin son təsərrüfatbaşına kitablarında (1991- 1995-ci illərə dair) olan məlumatlar əsas götürülmüşdür. Həmin məlumatda isə Fərman Binyətovun hüquqi torpaq sahəsinin olmadığı qeyd edilmişdir. Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikasının Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparmışdır. Qanunun 22-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər aqrar islahat komissiyalarının qərarı ilə razılaşmadıqda Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. X10 iddia etdiyi torpaq sahəsi torpaq islahatı aparılan zaman bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi kimi uçota alınmışdır. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 05 iyun 2024-cü il tarixli, 2- 1(122)-319/2024 nömrəli qərardadı ilə cavabdeh Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti əsl cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsi ilə əvəz edilmişdir. Bundan sonra yenidən işin hazırlıq icraatı davam etdirilmiş və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) 05 avqust 2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Cavabdeh inzibati orqan iddiaya dair 02 avqust 2024-cü il tarixli, 04/118 nömrəli yazılı münasibətini onunla əsaslandırmışdır ki, iddiaçı X33 iddia etdiyi Tumbul kəndində torpaq islahatı aparılan zaman yerli aqrar islahat komissiyasının təqdim etdiyi torpaq istifadəçilərinin və torpaq payı almaq hüququ olan subyektlərin siyahısında və Xidmətin informasiya bazasında X66 (İsmayıl) oğlunun adına hüquqi torpaq sahəsi qeyd olunmamış, Babək Rayon Aqrar İslahat Komissiyasının 10 aprel 1999-cu il tarixli, 29 nömrəli qərarına əsasən JN-38A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə 1674,28 m2 həyətyanı torpaq sahəsi ailə üzvləri ilə birlikdə mülkiyyətinə verilmişdir. Orta pay normasına uyğun olaraq 7340 m2 torpaq sahəsinin çatacağı hesablanmış, faktiki istifadəsində olan həyətyanı torpaq sahəsi (1674,28 m2) çıxıldıqdan sonra (hüquqi torpaq sahəsi qeyd olunmadığı üçün) JN-48 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə 5639,73 m2 torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı üçün onların mülkiyyətinə verilmişdir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu 16 iyul 1996-cı il tarixdən qüvvəyə mindiyindən torpaq islahatının həyata keçirilməsi zamanı yerli aqrar islahat komissiyaları tərəfindən yaşayış məntəqələrinin son təsərrüfatbaşına kitablarında (1991-1995-ci illərə dair) olan məlumatlar əsas götürülmüşdür. Həmin məlumatda isə Fərman Binyətovun hüquqi torpaq sahəsinin olmadığı qeyd edilmişdir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikasının Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparmışdır. Qanunun 22-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər aqrar islahat komissiyalarının qərarı ilə razılaşmadıqda Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. X10 iddia etdiyi torpaq sahəsi torpaq islahatı aparılan zaman bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi kimi uçota alınmışdır. 16 dekabr 2024-cü il tarixə təyin edilmiş məhkəmə iclasında şahid qismində ifadə vermiş X1 böyüyüb yaşadığını, mübahisəli həyətin onların həyətinin aşağı hissəsində yerləşdiyini, iddiaçının atasının orada bostan əkdiyini, 2000-ci illərə qədər istifadə edildiyini, torpaq sahəsinin hasarlandığını, lakin istifadə edilmədiyindən hasarın dağıldığını, 2000-ci ildən sonra istifadə edilməsini görmədiyini, iddiaçının nənəsinin həyətinin onların ata evləri olduğunu, həmin həyətin mübahisəli ərazidən 150-200 metr aralıda yerləşdiyini bildirmişdir. 16 dekabr 2024-cü il tarixə təyin edilmiş məhkəmə iclasında şahid qismində ifadə vermiş X15 həmin kənddə yaşadığını, o vaxt kəndin Babək rayonuna tabe olduğunu, iddiaçının atasını həmin ərazini əkib-becərdiyini, torpağın hazırda istifadəsiz olduğunu, iddiaçının atasıgilin yaşadığı həyət ilə 70-80 metr məsafədə yerləşdiyini, 1970-1980-ci illərdə iddiaçının atasının mübahisəli ərazidən istifadə etdiyini, atası rəhmətə gedəndən sonra istifadə edilmədiyini bildirmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin 06 avqust 2025ci il tarixli, 2-1(122)-83/2025 nömrəli sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab edilərək, şifahi məhkəmə baxışı iclası 10 sentyabr 2025-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə məlumat verilmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 10 sentyabr 2025-ci il tarixli, 2-1(122)-83/2025 nömrəli qərardadı ilə Qaraçuq Bələdiyyəsi üçüncü şəxs qismində inzibati işə cəlb edilmiş və iş şifahi məhkəmə baxışı iclasından hazırlıq icraatına qaytarılmışdır. Bundan sonra yenidən işin hazırlıq icraatı davam etdirilim, iş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin 23 fevral 2026-cı il tarixli, 2-1(122)-83/2025 nömrəli sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab edilərək, şifahi məhkəmə baxışı iclası 12 mart 2026-cı il tarixə təyin edilmiş və bu barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq üçüncü şəxs Qaraçuq Bələdiyyəsi heç bir üzrlü səbəb göstərmədən nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Odur ki, məhkəmə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı İddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək, məhkəmədən iddia tələbinin təmin olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən İddiaçı vəkili Vəkil iddia ərizəsinə uyğun məzmunda izahat verərək, məhkəmədən iddia tələbinin təmin olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X72 nümayəndəsi X16 məhkəmənin sərancamına verilən cavaba uyğun izahat verərək, məhkəmədən müvafiq qərar verilməsini xahiş etmişdir. İddiaçı iş materiallarına cavabdehin imtina məktubunu, şəhadətnamənin surətini, arxiv arayışlarını və şəxsiyyət vəsiqəsinin surətini əlavə etmişdir. Həmin sənədlərin və materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə tərəflərin izahatlarını, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi rədd edilməlidir. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırki tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Həmçinin iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmişdir. İddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan: - Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Vəkil ünvanlanmış 28 sentyabr 2023-cü il tarixli, 04/628 nömrəli məktubdan görünür ki, Tumbul kəndində torpaq islahatı aparılan zaman yerli aqrar islahat komissiyasının təqdim etdiyi torpaq istifadəçilərinin və torpaq payı almaq hüququ olan subyektlərin siyahısında və Xidmətin məlumat bazasında X17 adı qeyd edilməmişdir. Xidmətin informasiya bazasında X8 adı qeyd olunsada adına hüquqi torpaq sahəsi qeydə alınmamışdır. Lakin Babək Rayon Aqrar İslahat Komissiyasının 10 aprel 1999-cu il tarixli, 29 nömrəli qərarına əsasən JN-38A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında 1674,28 m2 həyətyanı torpaq sahəsi ailə üzvləri ilə birlikdə (4 nəfər) X8 mülkiyyətinə verilmiş, orta pay normasına uyğun olaraq mülkiyyətinə 7340 m2 torpaq sahəsinin çatacağı hesablanmış, həyətyanı torpaq sahəsi (1674,28 m2) çıxıldıqdan sonra, JN-48 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə 5639,73 m2 torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı üçün onların mülkiyyətinə verilmişdir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu 16 iyul 1996-cı il tarixdən qüvvəyə mindiyindən torpaq islahatının həyata keçirilməsi zamanı yerli aqrar islahat komissiyaları tərəfindən yaşayış məntəqələrinin son təsərrüfatbaşına kitablarından (1991-1995-ci illərə dair) verilmiş məlumatlardan istifadə olunmuşdur. Həmin məlumatda isə Fərman Binyətovun hüquqi torpaq sahəsinin olmadığı qeyd edilmişdir. Kəsir torpaq sahəsinin verilməsi Xidmətin səlahiyyətlərinə aid deyildir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikasının Aqrar islahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparmışdır. Qanunun 22-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər aqrar islahat komissiyalarının qərarı ilə razılaşmadıqda Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. - Naxçıvan Şəhər İcra Hakimiyyətinin Tumbul Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 28 avqust 2023-cü il tarixli, 734 nömrəli arayışdan görünür ki, Naxçıvan şəhər Tumbul kəndində yaşamış və xx.xx.2010-cu ildə vəfat etmiş X8 aşağıdakı vərəsələri vardır: 1. Həyat yoldaşı: X49-xx.xx.2010-cu ildə vəfat edib; 2. 0ğlu: X25-1973; 3. Oğlu: X34-1980; 4. Oğlu: X33-1984. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən verilmiş 25 iyun 2023-cü il tarixli, 13/1099 nömrəli arxiv arayışından görünür ki, Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində mühafizə olunan Qoşadizə kənd İcra nümayəndəliyi-Tumbul kəndinin 1996- 2000-ci illərə dair 5 №-li Təsərrüfatbaşına kitabında mərhum X26 ailə başçısı olmaqla aşağıdakı ailə üzvləri qeyd edilmişdir: 1. X26-ailə başçısı-1933; 2. X49-arvadı-1953; 3. X34-oğlu-xx.xx.1980; 4. X33-oğlu-xx.xx.1984; 5. X18-qızı-xx.xx.1981; 6. X27-nəvəsixx.xx.1999. Arayışın qeyd hissəsində 1996-2000-ci illərə dair təsərrüfatbaşına kitabında adına torpaq sahəsi göstərilmədiyi, 1977-1979-cu illərə dair təsərrüfatbaşına kitabında adına 0,25 ha torpaq sahəsi göstərilmədiyi, 1991-1995-ci illərə dair təsərrüfatbaşına kitablarda isə adına rast gəlinmədiyi qeyd edilmişdir. - JN-038A KOD 10307028 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Babək Rayon Aqrar İslahat Komissiyasının 10 aprel 1999-cu il tarixli, 29 nömrəli qərarı ilə X11, X35, X61 və X19 0.17 ha torpaq sahəsi verilmişdir. - AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X33 xx xxxxxx 1984-cü ildə doğulmuşdur. İş materiallarına əlavə edilmiş: - Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən məhkəməyə ünvanlanmış 19 fevral 2024-cü il tarixli, 04/121 nömrəli məktubu ilə göndərilmiş 19 yanvar 2024-cü il tarixli aktdan görünür ki, mübahisəli əraziyə baxış keçirilmiş, ölçülər dəqiqləşdirilmişdir. Bələdiyyə öz ifadəsində bildirmişdir ki, 17 ildir ki, bələdiyyə işləyir. Bu ərazidən iddiaçının atasının istifadə etdiyini görüb. Həmin ərazi heç kimin mülkiyyətində deyil. İcra nümayəndəsi öz ifadəsində bildirmişdir ki, 2006-cı ildən burada işləyir. Həmin ərazidən kiminsə istifadə etdiyini görməmişdir. Qonşu mülkiyyətçinin oğlu Nəbiyev Cavanşir öz ifadəsində bildirmişdir ki, həmin torpaq sahəsi iddiaçının istifadəsində olmayıb. Həmçinin mübahisəli ərazinin sxem plan ölçüsü məktuba əlavə edilmişdir. - Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən məhkəməyə ünvanlanmış 02 iyul 2024-cü il tarixli, 04/576 nömrəli məktubdan görünür ki, Tumbul kəndində torpaq islahatı aparılan zaman yerli aqrar islahat komissiyasının təqdim etdiyi torpaq istifadəçilərinin və torpaq payı almaq hüququ olan subyektlərin siyahısında və Xidmətin məlumat bazasında X66 (İsmayıl) oğlunun adına hüquqi torpaq sahəsi qeyd olunmamış, ailə üzvləri ilə birlikdə istifadəsində 1674,28 m2 həyətyanı torpaq sahəsi uçota alınmış və Babək Rayon Aqrar İslahat Komissiyasının 10 aprel 1999-cu il tarixli, 29 nömrəli qərarına əsasən JN-38A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə həmin torpaq sahəsi mülkiyyətə verilmişdir. Orta pay normasına uyğun olaraq 7340 m2 torpaq sahəsinin çatacağı hesablanmış, faktiki istifadəsində olan həyətyanı torpaq sahəsi (1674,28 m2) çıxıldıqdan sonra (hüquqi torpaq sahəsi qeyd olunmadığı üçün) JN-48 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə 5639,73 m2 torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı üçün onların mülkiyyətinə verilmişdir. X10 iddia etdiyi torpaq sahəsi torpaq islahatı aparılan zaman bələdiyyə mülkiyyətində, yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid torpaq sahəsi kimi uçota alınmışdır. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən məhkəməyə ünvanlanmış 19 mart 2024-cü il tarixli, 02/253 nömrəli məktubdan mərhum X7 adına Tumbul kəndinin 1970-2000-ci illərə aid təsərrüfatbaşına kitabında torpaq sahəsi olması ilə bağlı heç bir məlumata rast gəlinməmişdir. Məktubun qeyd hissəsində 25 iyun 2023-cü il tarixli, 13/1099 nömrəli arayışın qeyd hissəsində 0,25 ha torpaq sahəsi X5 adına olduğu halda, səhvən oğlu X7 adı kimi qeyd edilmişdir. Məktuba əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən verilmiş 18 mart 2024-cü il tarixli, 13/485 nömrəli arxiv arayışından görünür ki, Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində mühafizə olunan Qoşadizə kənd sovetliyi-Tumbul kəndinin 1996-2000-ci illərə dair 5 №-li təsərrüfatbaşına kitabında mərhum X24 ailə başçısı olmaqla aşağıdakı ailə üzvləri qeyd edilmiş, lakin adına torpaq sahəsi qeyd edilməmişdir: 1. X24-ailə başçısı-1933; 2. X49-arvadı-xx.xx.1953; 3. X36oğlu-xx.xx.1980; 4. İddiaçı-oğlu-xx.xx.1984; 5. X28-gəlini-xx.xx.1981; 6. X29-nəvəsixx.xx.1999. - Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsi tərəfindən məhkəməyə ünvanlanmış 20 avqust 2024-cü il tarixli, 04/155 nömrəli məktubdan görünür ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq əraz vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu 16 iyul 1996-cı il tarixdən qüvvəyə mindiyindən torpaq islahatının həyata keçirilməsi zamanı yerli aqrar islahat komissiyaları tərəfindən yaşayış məntəqələrinin son təsərrüfatbaşına kitablarında (1991- 1995-ci illərə dair) olan məlumatlar əsas götürülmüşdür. Həmin məlumatda isə Fərman Bünyatovun hüquqi torpaq sahəsinin olmadığı qeyd edilmişdir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar islahat Komissiyası, Naxçıvan Muxtar Respublikasının Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparmışdır. Qanunun 22-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər aqrar islahat komissiyalarının qərarı ilə razılaşmadıqda Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. İddiaçı iddia etdiyi torpaq sahəsi torpaq islahatı aparılan zaman bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi kimi uçota alınmışdır. - Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsi tərəfindən məhkəməyə ünvanlanmış 09 yanvar 2025-ci il tarixli, 04/18 nömrəli məktubdan görünür ki, Tumbul kəndində torpaq islahatı aparılan zaman yerli aqrar islahat komissiyasının təqdim etdiyi torpaq istifadəçilərinin və torpaq payı almaq hüququ olan subyektlərin siyahısında və X72 informasiya bazasında X66 (İsmayıl) oğlunun adına hüquqi torpaq sahəsi qeyd olunmamış, Babək Rayon Aqrar İslahat Komissiyasının 10 aprel 1999-cu il tarixli, 29 nömrəli qərarına əsasən JN-38A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair" Şəhadətnamə ilə 1674,28 m² həyətyanı torpaq sahəsi ailə üzvləri ilə birlikdə (cəmi 4 nəfər) mülkiyyətinə verilmişdir. Orta pay normasına uyğun olaraq 7340 m² torpaq sahəsinin çatacağı hesablanmış, faktiki istifadəsində olan həyətyanı torpaq sahəsi (1674,28 m²) çıxıldıqdan sonra (hüquqi torpaq sahəsi qeyd olunmadığı üçün) JN-48 nömrəli "Torpağa mülkiyyət hüququna dair" Dövlət Aktı ilə 5639,73 m² torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı üçün onların mülkiyyətinə verilmişdir. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikasının Qanunu 16 iyul 1996-cı il tarixdən qüvvəyə mindiyindən torpaq islahatının həyata keçirilməsi zamanı yerli aqrar islahat komissiyaları tərəfindən yaşayış məntəqələrinin son təsərrüfatbaşına kitablarında (1991-1995-ci illərə dair) olan məlumatlar əsas götürülmüşdür. Həmin məlumatda isə Fərman Binyətovun hüquqi torpaq sahəsinin olmadığı qeyd edilmişdir. Tumbul kəndində torpaq islahatı aparılan zaman yerli aqrar islahat komisiyasının təqdim etdiyi torpaq istifadəçilərinin, torpaq payı almaq hüququ olan subyektlərin siyahısında X5 adı qeyd edilməmiş və kəndin yerquruluşu planı tərtib olunarkən faktiki istifadəsində həyətyanı torpaq sahəsi uçota alınmamışdır. - Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsi tərəfindən məhkəməyə ünvanlanmış 04 aprel 2025-ci il tarixli, 04/177 nömrəli məktubdan görünür ki, Tumbul kəndində torpaq islahatı aparılan zaman yerli aqrar islahat komissiyasının təqdim etdiyi torpaq istifadəçilərinin və torpaq payı almaq hüququ olan subyektlərin siyahısında və X72 informasiya bazasında X66 (İsmayıl) oğlunun adına hüquqi torpaq sahəsi qeyd olunmamış, Babək Rayon Aqrar İslahat Komissiyasının 10 aprel 1999-cu il tarixli, 29 nömrəli qərarına əsasən JN-38A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə 1674,28 m² həyətyanı torpaq sahəsi ailə üzvləri ilə birlikdə (cəmi 4 nəfər) mülkiyyətinə verilmişdir. Orta pay normasına uyğun olaraq 7340 m² torpaq sahəsinin çatacağı hesablanmış, faktiki istifadəsində olan həyətyanı torpaq sahəsi (1674,28 m²) çıxıldıqdan sonra (hüquqi torpaq sahəsi qeyd olunmadığı üçün) JN-48 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə 5639,73 m² torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı üçün onların mülkiyyətinə verilmişdir. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikasının Qanunu 16 iyul 1996-cı il tarixdən qüvvəyə mindiyindən torpaq islahatının həyata keçirilməsi zamanı yerli aqrar islahat komissiyaları tərəfindən yaşayış məntəqələrinin son təsərrüfatbaşına kitablarında (1991-1995-ci illərə dair) olan məlumatlar əsas götürülmüşdür. Həmin məlumatda isə Fərman Binyətovun hüquqi torpaq sahəsinin olmadığı qeyd edilmişdir. X72 informasiya bazasında Fərman Binyətovun adına əlavə hər hansı torpaq sahəsi barədə məlumat mövcud deyil. - Naxçıvan Şəhər İcra Hakimiyyətinin Tumbul Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən məhkəməyə ünvanlanmış 28 dekabr 2024-cü il tarixli, 25 nömrəli məktubdan görünür ki, mərhum Tumbul kənd sakini X24 həqiqətən X6 oğludur. Məktuba əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən verilmiş 09 avqust 2023-cü il tarixli, 13/1325 nömrəli arxiv arayışından görünür ki, Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində mühafizə olunan Cavidabad sovetliyi-Tumbul kəndinin 1977-1979-cu illərə dair 13 №-li Təsərrüfatbaşına kitabında mərhum X20 ailə başçısı olmaqla adına 0,25 HA torpaq sahəsi qeyd edilmiş və aşağıdakı ailə üzvləri göstərilmişdir:
1. X21-ailə başçısı-1895; 2. X24-oğlu-1933; 3. X39-gəlini-01.01,1953; 4. X30-nəvəsixx.xx.1971; 5. X31-nəvəsi-xx.xx.1973; 6. X36-nəvəsi-xx.xx.1974; 7. X41-nəvəsixx.xx.1977. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən məhkəməyə ünvanlanmış 14 yanvar 2025-ci il tarixli, 3-48-DNA/1-2-43/2025 nömrəli məktubdan görünür ki, Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində mühafizə edilən Cavidabad kənd sovetliyinin 1977-1979-cu illərə aid 13 nömrəli təsərrüfatbaşına kitabında X5 təsərrüfatı barədə məlumatların qeyd olunduğu vərəqlərin təsdiq olunmuş surətləri məhkəməyə göndərilmişdir. Babək rayon XDS İcraiyyə Komitəsinin 1977-1979-cu illərə aid sənədlərində X14 və ya X5 adına Naxçıvan şəhər Tumbul kəndində torpaq sahəsi olması barədə hər hansı bir qərar mövcud deyil. - İddiaçı tərəfindən məhkəməyə ünvanlanmış 30 sentyabr 2024-cü il tarixli etiraz ərizəsindən görünür ki, cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış sərəncama cavabı qəbul etməyərək iddianın təmin edilməsini xahiş etmişdir. - Naxçıvan Şəhər İcra Hakimiyyətinin Tumbul Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən məhkəməyə ünvanlanmış 26 noyabr 2025-ci il tarixli, 36 nömrəli məktubdan görünür ki, Tumbul kənd icra nümayəndəliyi xx.xx.2004-cü ildə yarandığından onlarda olan təsərrrüfat başına kitab № 5 (2000-2005-ci illər) 27-ci səhifədə təsərrüfat başçısı mərhum xx.xx.2010-cu ildə vəfat etmiş X32 həmin evdə təsərrüfat başçısı kimi qeyd olunub. Təsərrüfat başına kitaba əsasən qeyd edilmişdir ki, yaşayış evi 1961-ci ildən mövcud olub və həmin evdə haliyyədə X37 ailəsi ilə birgə yaşayır. Qeyd hissədə bildirilmişdir ki, mərhum X22 1986- cı il tarixdə vəfat etmiş və Tumbul kənd qəbirstanlığında dəfn olunmuşdur. - Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsi tərəfindən məhkəməyə ünvanlanmış 28 noyabr 2025-ci il tarixli, 04/615 nömrəli məktubu ilə torpaq islahatının aparılması ilə əlaqədar aid icra nümayəndəliyinin yerli aqrar islahat komissiyasına təqdim etdiyi torpaq almaq hüququ olan subyektlərin adlı siyahısı məhkəməyə göndərilmişdir. - Naxçıvan Şəhər Qaraçuq Bələdiyyəsi tərəfindən məhkəməyə ünvanlanmış 04 fevral 2026-cı il tarixli, 25 nömrəli məktubdan görünür ki, Tumbul kənd sakini iddiaçı X12 Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və X9rşı 1977-ci ildən mərhum atası X14 istifadəsində olan hazırda isə onun istifadəsində olduğunu iddia edən, lakin Aqrar İslahat Komissiyasının dövründə qeydə alınmayan kəsir 800 kv.m. torpaq sahəsinin mərhum atası X7 adına qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati mübahisələrə dair Qaraçuq bələdiyyəsi 23 yanvar 2026-cı ildə iddia olunan 800 kv.m. torpaq sahəsinin koordinatlarını Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X72ə göndərilmişdir. Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X72in 03 fevral 2026-cı il tarixli, 03\40 nömrəli məktubuna əsasən iddia olunan 800 kv.m. torpaq sahəsi X72 informasiya bazasında Tumbul kənd ərazi vahidinin sərhədləri daxilində yerləşən, bələdiyyə mülkiyyətində olan, yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid torpaq sahəsi kimi uçota alınmışdır. Məktuba əlavə edilmiş Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsi tərəfindən Naxçıvan Şəhər Qaraçuq Bələdiyyəsinə ünvanlanmış 03 fevral 2026-cı il tarixli, 03/40 nömrəli məktubdan görünür ki, müraciətdə qeyd edilən koordinatlar X72 informasiya bazasında Tumbul kənd ərazi vahidinin sərhədləri daxilində yerləşən, bələdiyyə mülkiyyətində olan, yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid torpaq sahəsi kimi uçota alınmışdır. Beləliklə, iş materiallarından görünür ki, iddiaçı tərəf 1977-ci ildən mərhum atası X14 istifadəsində olan, hazırda isə onun istifadəsində olan 800 kv.m. torpaq sahəsinin mərhum atası X7 adına qeydə alınmasını tələb edir. Cavabdeh inzibati orqan isə X13 müvafiq qərarı ilə iddiaçının mərhum atasının adına 1700 kv.m. torpaq sahəsinin verildiyini, iddia edilən 800 kv.m. torpaq sahəsinin hazırda bələdiyyə mülkiyyətində olduğundan və iddiaçının mərhum atasının adına qeydə alınması üçün müvafiq əsasverici sənədlər olmadığından tələbin icrasından imtina etmişdir. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında İPM-in 68.1-ci maddəsinə əsasən sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının tələbinin təmin olunmamasında ifadə olunan cavabdeh inzibati orqanın hərəkətsizliyi qanunidir. Bu səbəbdən də iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının: - 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. - 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. - 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. - 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. -139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. - 139-1.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; -152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: - 1.0.1-ci maddəsinə əsasən daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir. - 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqlarının əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. - 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: - 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; - 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; - 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; - 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; - 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü; torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. - 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını hazırki işin hallarına tətbiq edərək qeyd edir ki, hazırki iş üzrə iddiaçının hüquqi marağı Aqrar İslahat zamanı nəzərə alınmamış və mərhum atasının mülkiyyətinə verilməmiş 800 kv.m. torpaq sahəsinin qeydiyyata alınmasından ibarətdir. İddiaçı iddia ərizəsinin məzmununda və məhkəmə iclaslarında verdiyi izahatlarda 800 kv.m. torpaq sahəsinin əvvəllər və hazırda onların istifadəsində olduğunu qeyd etsə də, mübahisəli əraziyə yerində baxış zamanı tərtib edilmiş aktda ifadəsi alınmış şəxslər tərəfindən bu hal öz təsdiqini tapmamışdır. Həmçinin iddiaçı 1977-1979-cu illərə dair təsərrüfatbaşına kitabında mərhum atası X8 adına 0.25 ha torpaq sahəsinin qeyd edildiyini bildirsə də, bu hal sonradan təkzib olunmuşdur. Belə ki, Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən məhkəməyə ünvanlanmış 19 mart 2024-cü il tarixli, 02/253 nömrəli məktubun qeyd hissəsində 25 iyun 2023-cü il tarixli, 13/1099 nömrəli arayışın qeyd hissəsində 0,25 ha torpaq sahəsi X5 adına olduğu halda, səhvən oğlu X7 adı kimi qeyd edildiyi bildirilmişdir. Bu hal isə onu deməyə əsas verir ki, iddiaçının öz tələbinin hüquqi əsası kimi istinad etdiyi yeganə sübut 25 iyun 2023-cü il tarixli, 13/1099 nömrəli arayışda X5 adı qeyd edilməli olduğu halda səhvən X7 adı qeyd edilmişdir. Həmçinin iddiaçının hüquqi marağı istiqamətində məhkəmə tərəfindən uzun müddətli və geniş araşdırmalar aparılsa da, müsbət nəticə əldə etmək mümkün olmamışdır. Belə ki, istər cavabdeh inzibati orqan tərəfindən məhkəməyə ünvanlanmış məktublarda, istərsə də arxiv arayışlarına əsasən mərhum X7 adına hər hansı torpaq sahəsi mövcud olmamışdır. Aqrar İslahat aparılan zaman mərhumun adına 0.17 ha torpaq sahəsinin hansı əsasla verildiyi mübahisəli olaraq qalsa da, bu hal işin mübahisələndirilməyən hallarına aid olduğundan məhkəmə hər hansı münasibət bildirməyi zəruri hesab etmir. Digər tərəfdən iddiaçının iddia etdiyi torpaq sahəsi hazırda bələdiyyə mülkiyyətindədir və iddiaçı tərəfindən istifadə edilmir. Bu hal məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə iclasında şahid qismində ifadə vermiş şəxslərin də ifadəsindən aydın olduğu kimi torpaq sahəsi aqrar islahat aparıldıqdan sonra istifadəsiz qalmışdır. Torpaq sahəsinin statusu ilə bağlı araşdırma nəticəsində məlum olmuşdur ki, torpaq sahəsi bələdiyyə mülkiyyətindədir. Bu səbəbdən Qaraçuq Bələdiyyəsi üçüncü şəxs qismində işə cəlb edilərək, iddiaya münasibəti öyrənilmişdir. İnzibati işə üçüncü şəxs qismində cəlb edilmiş Qaraçuq Bələdiyyəsi tərəfindən məhkəməyə ünvanlanmış məktubda da qeyd edildiyi kimi mübahisəli torpaq bələdiyyəyə aid torpaq sahəsi kimi uçota alınmışdır. Buna görə də həmin torpaq sahəsinin hər hansı əsasverici sənəd olmadan digər şəxsin adına qeydə alınması qanunvericiliyin tələbinə zidd olduğundan iddiaçının tələbinin icra edilməsi mümkün deyil. İşin faktiki hallarına qeyd olunan normaların tələblərinin tətbiqi baxımından hüquqi qiymət verən məhkəmə hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Belə ki, iddiaçının öz tələbini əsaslandırmaq üçün gətirdiyi dəlillər, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır. Məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Beləliklə, məhkəmə göstərilənlərə əsasən hesab edir ki, cavabdeh inzibati orqan hazırki inzibati iş üzrə qanunauyğun olaraq lazımi qaydada araşdırma aparmışdır. Ona görə də məhkəmə hesab edir ki, cavabdehin tələbdə qeyd olunan 1977-ci ildən mərhum atası X14 istifadəsində olan, hazırda isə onun istifadəsində olan, lakin X23 dövründə qeydə alınmayan kəsir 800 kv.m. torpaq sahəsinin mərhum atası X7 adına qeydə alınmasından imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikasi İnzibati Prosessual Məcəlləsinin: - 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. - 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. - 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə yuxarıda şərh olunanları nəzərə alaraq qeyd edir ki, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X50rşı “1977-ci ildən mərhum atası X14 istifadəsində olan, hazırda isə onun istifadəsində olan, lakin X23 dövründə qeydə alınmayan kəsir 800 kv.m. torpaq sahəsinin mərhum atası X7 adına qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası rədd edilməlidir.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə və İPM-in 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X50rşı “1977-ci ildən mərhum atası X14 istifadəsində olan, hazırda isə onun istifadəsində olan, lakin X23 dövründə qeydə alınmayan kəsir 800 kv.m. torpaq sahəsinin mərhum atası X7 adına qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası rədd edilir. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələbinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.
SƏDRLİK EDƏN: HİCRAN MURADOV