Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-835/2025 18.11.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: X12 Heydər oğlunun sədrliyi, X13 oğlunun katibliyi, iddiaçı Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X1 və Cavabdeh iştirakları ilə, iddiaçı Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Cavabdeh qarşı "cavabdehə güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasına əsasən, xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək ümumilikdə ödənilmiş 8.531,60 (səkkiz min beş yüz otuz bir manat altmış qəpik) manat məbləğində pul vəsaitinin ondan tutularaq Fondun yığım hesabına geri qaytarılması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təsviri hissə: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1961-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonu, Şahtaxtı kəndində anadan olmuş, ünvan 1 ünvanında yaşayan Cavabdeh “Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Naxçıvan şəhər İdarəsinin əmək pensiyası təyin edən komissiyasının xx.xx.2023-cü il tarixli, 21009 nömrəli qərarı ilə hüququnun yarandığı xx.xx.2022-ci il tarixdən Naxçıvan Muxtar Respublikası Dəmir Yolları MMC-də işlədiyi “yol montyoru və azad briqadir” vəzifələri nəzərə alınaraq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsinin 2022-ci il tarixli, 849 nömrəli arayışına əsasən, Cavabdeh xx.xx.1980-cı il tarixdən xx.xx.1982-ci il tarixədək SSRİ Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmətdə olmuşdur. Cavabdehə məxsus xx.xx.1979-cu il tarixli, ИT-l seriyalı, ******* nömrəli əmək kitabçasının surətində qeyd olunmuş məlumatlara əsasən, o, xx.xx.1979-cu il tarixdən əmək fəaliyyətinə başlamış, xx.xx.2005-ci il tarixədək müxtəlif vəzifələrdə işləmişdir. Hərbi xidmət dövrü də nəzərə alınmaqla vətəndaşın əmək kitabçası üzrə 28 il 5 ay 17 gün ümumi, 21 il 3 ay 27 gün xüsusi iş stajı olduğu müəyyən olunmuşdur. “X10” MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 01305 nömrəli arayışda Cavabdeh xx.xx.2001-ci il tarixdən xx.xx.2001-ci il tarixədək Azərbaycan Dəmir Yolu X5 5 saylı Başbaşı məntəqəsində “yol montyoru”, xx.xx.2001-ci il tarixdən xx.xx.2010-cu il tarixədək “azad briqadir” vəzifələrində işlədiyi, xx.xx.2010-cu il tarixdən struktur dəyişikliyi ilə əlaqədar “X10” MMC-nin İnfrastruktur İdarəsinin X11 4 saylı Başbaşı məntəqəsində “azad briqadir” vəzifəsinə təyin edildiyi və həmin tarixdən “azad briqadir” vəzifəsində işlədiyi göstərilmişdir. Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 13/1701 nömrəli arayışda Cavabdeh xx.xx.1979cu il tarixdən xx.xx.1980-cı il tarixədək X10 NOÇ-5 Evlər İdarəsində işlədiyi, xx.xx.1980-cı il tarixdən xx.xx.1980-cı tarixədək Su-50-də fəhlə işlədiyi, xx.xx.1983-cü il tarixdən xx.xx.1983-cü il tarixədək 51 nömrəli PMK-da fəhlə işlədiyi, xx.xx.1983-cü il tarixdən xx.xx.1984-cü il tarixədək Naxçıvan Su Tikinti İdarəsi ATP 12-də sürücü işlədiyi, xx.xx.1988-ci il tarixdən X6 fəhlə qəbul edilməsi və əmr kitablarının 1990-cı il tarixədək olduğundan işdən azad olunması barədə məlumatın olmadığı göstərilmişdir. X9 Respublikası Dövlət Energetika Agentliyi-Elektrik İdarəsinin 1997-1998-ci illərə dair sənədlərində Cavabdeh adına rast gəlinmədiyi qeyd edilmişdir. Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən verilmiş eyni tarixli, eyni nömrəli digər arayışda vətəndaşın X3 işlədiyi və xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü il tarixədək əməkhaqqı aldığı 1992,1994,1995,1996-cı illərə dair əməkhaqqı cədvəllərində adına rast gəlinmədiyi qeyd edilmişdir. Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən verilmiş eyni tarixli, eyni nömrəli digər arayışda Cavabdeh X10 NOÇ-5 Evlər İdarəsində işlədiyi və xx.xx.2001ci il tarixdən xx.xx.2007-ci il tarixədək əməkhaqqı aldığı göstərilmişdir. “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Naxçıvan Şəhər İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 50 nömrəli arayışda Cavabdeh xx.xx.2006-cı il tarixdən pensiya hüququnun yarandığı xx.xx.2022-ci il tarixədək 15 il 1 ay sosial sığorta stajının və fərdi hesabın sığorta hissəsində 11477,37 manat məbləğində pensiya kapitalının olduğu qeyd edilmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli ərizə ilə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna ona güzəştli şərtlərlə yaşa görə təyin olunmuş əmək pensiyasının yenidən hesablanması ilə bağlı müraciət etmişdir. Yenidən hesablanma zamanı Cavabdeh xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək 8.531,60 (səkkiz min beş yüz otuz bir manat altmış qəpik) manat məbləğində artıq pul vəsaiti ödənildiyi aşkar edilmiş və vətəndaşın ünvanına artıq ödənilmiş pul vəsaitinin geri qaytarılması ilə bağlı məktub ünvanlanmışdır. Lakin vətəndaş tərəfindən artıq ödənilmiş pul vəsaitinin könüllü surətdə geri qaytarılmasından imtina edilmişdir. Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Pensiya, müavinət və təqaüdlərin təyinatı departamentinin Xüsusi şətrlərlə təyinat şöbəsinin əmək pensiyası təyin edən komissiyasinın xx.xx.2024-cü il tarixli, 3-17-9-1/2-F- 13517/2024 nömrəli qərarı ilə Cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Naxçıvan şəhər İdarəsinin əmək pensiyası təyin edən komissiyasının xx.xx.2023-cü il tarixli, 21009 nömrəli qərarı ləğv edilmişdir. İddiaçı yuxarıda qeyd olunanlara əsasən cavabdehə güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasına əsasən, xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək ümumilikdə ödənilmiş 8.531,60 (səkkiz min beş yüz otuz bir manat altmış qəpik) manat məbləğində pul vəsaitinin ondan tutularaq Fondun yığım hesabına geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən müvafiq sərəncam qəbul edilərək iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh iddiaya dair yazılı münasibəti məhkəməyə daxil olmamışdır. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab olunmuş, şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 18 noyabr 2025-ci il tarixə təyin edilmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən iddiaçı Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X4 iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Yazılı sübutlar: İş materiallarında olan: - Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Pensiya, müavinət və təqaüdlərin təyinatı departamentinin Xüsusi şərtlərlə təyinat şöbəsinin əmək pensiyası təyin edən komissiyanın 17 dekabr 2024-cü il tarixli, 3-17-9-1/2-F-13517/2024 nömrəli qərarından məlum olur ki, Fondun Naxçıvan şəhər şöbəsi tərəfindən 19 yanvar 2023-cü il tarixində 21009 nömrəli qərarla xx.xx.1961-ci il tarixdə Naxçıvan MR ünvan 3 ünvanında yaşayan Cavabdeh güzəştli şərtlərlə yaşa görə təyin olunmuş əmək pensiyası ləğv edilmişdir. - ünvan 4 ünvanında yaşayan Cavabdeh ünvanlanmış bildirişin surətindən görünür ki, Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Pensiya, müavinət və təqaüdlərin təyinatı departamentinin Xüsusi şərtlərlə təyinat şöbəsinin əmək pensiyası təyin edən komissiyanın 17 dekabr 2024-cü il tarixli, 3-17-9-1/2-F-13517/2024 nömrəli qərar ilə Cavabdeh əmək pensiyası ləğv edilmişdir. Nəticədə ona hüququnun yarandığı 01 iyul 2022-ci il tarixdən 31 dekabr 2024-cü il tarixədək 8531.60 manat artıq pul vəsaiti ödənildiyi aşkar edilmişdir. - "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 02 iyul 2025-ci il tarixli məktubdan məlum olur ki, Cavabdeh ADY-nin “X10” MMC-nin İnfrastruktur idarəsinin X11 4 saylı Başbaşı məntəqəsində xx.xx.2001-ci il tarixindən xx.xx.2010-cu il tarixinədək işlədiyi “azad briqadir” vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmamışdır. - "xxxx" Qapalı Səhmdar Cəmiyyəti “X10” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 25 iyul 2025-cü il tarixli məktubdan məlum olur ki, Cavabdeh ”X10” Məhdud Məsuliyyətli Cəmiyyətinin İnfrastruktur İdarəsinin Naxçıvan Yol sahəsində xx.xx.2010-cu il tarixdən xx.xx.2023-cü il tarixədək işlədiyi “azad cari təmir briqadiri” vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na uyğun deyildir. Cavabdeh 23 noyabr 2024-cü il tarixli, 3-17-9-1/2-12327/2024 nömrəli arayışda qeyd olunan xx.xx.2001-ci il tarixdən xx.xx.2001-ci il tarixədək işlədiyi “yol montyoru” vəzifəsi “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na uyğundur. - "xxxx" Qapalı Səhmdar Cəmiyyəti “X10” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 25 iyul 2025-cü il tarixli məktubdan məlum olur ki, Cavabdeh ”X10” MMC-nin İnfrastruktur İdarəsinin Naxçıvan Yol sahəsində xx.xx.2010-cu il tarixdən xx.xx.2023-cü il tarixədək işlədiyi “azad cari təmir briqadiri” və xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək işlədiyi “usta” vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na uyğun deyildir. - "xxxx" Qapalı Səhmdar Cəmiyyəti “X10” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 07 noyabr 2025-ci il tarixli məktubla göndərilmiş Cavabdeh ”X10” Məhdud Məsuliyyətli Cəmiyyətinin İnfrastruktur İdarəsinin Yol sahəsində işlədiyi azad briqadir və azad cari təmir briqadiri vəzifəsinin Vəzifə təlimatı iş materiallarına əlavə edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: -38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: - 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019-cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. - 37.8-ci maddəsinə əsasən bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1dən dayandırılır: - 37.8.3. bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda. - 39.1-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. - 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. - 19.1-ci maddəsinə İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. - 24.1-ci maddəsinə əsasən İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz - 67.6-cı maddəsinə əsasən, maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: - 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; - 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; - 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının oxşar məzmunlu işlər üzrə 2-1(102)-514/2022, 2-1(102)-331/2024, 2-1(102)-465/2024, 2- 1(102)-768/2024 nömrəli qərarları. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin əsaslandırması: İlk öncə qeyd edilməlidir ki, məhkəmə qərar qəbul edənədək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar üzrə ətraflı araşdırma aparmış, təqdim edilən sübutları tam və hərtərəfli tədqiq etməklə, iddiaçıya qarşı tərəfin dəlillərinə münasibət bildirməsi, etiraz etməsi və məhkəməyə lazımi sübutları təqdim eməsi üçün kifayət qədər imkan yaratmışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə əvvəlcə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə hesab edir ki, tələb inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə uyğundur. Belə ki, inzibati orqanla vətəndaş arasındakı münasibətlər inzibati orqanın publik hüquqdan irəli gələn vəzifələrinin icrası ilə bağlıdır və tərəflər bu münasibətlərdə bərabərhüquqlu subyekt kimi çıxış etmir. Hazırkı iş üzrə iddiaçının əsas hüquqi marağı cavabdehə güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasına əsasən, xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək ümumilikdə ödənilmiş 8.531,60 (səkkiz min beş yüz otuz bir manat altmış qəpik) manat məbləğində pul vəsaitinin ondan tutularaq Fondun yığım hesabına geri qaytarılması ibarətdir. X14 Məhkəməsinin presedent hüququna əsasən: - Məhkəmə bir daha xatırladır ki, 1 saylı Protokolun 1-ci maddəsi konkret məbləğdə pensiya almaq hüququna təminat vermir, bununla belə, pensiyanın bütünlüklə məhrum edilməsi 1 saylı Protokolun 1-ci maddəsinin müddəalarını poza bilər və əksinə, pensiyaya və ya müvafiq müavinətlərə ağlabatan azalmaların bunu etməməsi ehtimalı var. Bununla belə, ədalətli tarazlıq testi mücərrəd olaraq yalnız məruz qalan azalmanın məbləğinə və ya faizinə əsaslana bilməz. Bir sıra işlərdə Məhkəmə bütün müvafiq elementləri konkret hallara uyğun qiymətləndirməyə cəhd göstərmişdir (bax: Stefanetti və başqaları § 59; Domalewski Polşaya qarşı (kk.), №. 34610/97, AİHM 1999V). Bununla da, Məhkəmə hüququn itirilməsinin ayrı-seçkilik xarakteri kimi amillərinə əhəmiyyət vermişdir (Kjartan Asmundsson, § 43); keçid tədbirlərinin olmaması (bax: Moskal işi § 74, burada ərizəçi praktiki olaraq bir gündən digərinə yeganə gəlir mənbəyini təşkil edən erkən pensiya pensiyasının tamamilə itirilməsi ilə üzləşdi və dəyişikliyə uyğunlaşmağın perspektivləri zəif idi); şərtin özbaşınalığı (Klein, § 46), eləcə də ərizəçinin vicdanlılığı (bax: Moskal, § 44) (Béláné Nagy Macarıstana qarşı №. 53080/13, 2016 § 113); Hər hansı xüsusi formada müavinətlərin və ya pensiyaların verilməsi üçün daxili hüquqi şərtlər dəyişdikdə və bu şərtlərin dəyişməsi səbəbindən müvafiq şəxs artıq onları tam təmin etmədikdə, milli qanunvericiliyə əsasən kifayət qədər müəyyən edilmiş, maddi marağın mövcudluğunu yoxlamaq üçün işin fərdi halları, xüsusən də dəyişikliyinin xarakteri ciddi nəzərdən keçirilməlidir. Konvensiyanı özündə birləşdirən əsas dəyərlərə aid hüquqi müəyyənlik və qanunun aliliyi tələbləri bunlardır (Béláné Nagy Macarıstana qarşı №. 53080/13, 2016 § 89); Məhkəmə əvvəllər qərara almışdır ki, əlavə pensiya müavinətlərinin dəyişdirilməsi və ya dayandırılması “nə özgəninkiləşdirmə, nə də əmlakın istifadəsinə nəzarət tədbiri” təşkil etmir (bax: Aizpurua Ortiz və başqaları İspaniyaya qarşı, № 42430/05, § 48, 2 fevral 2010) və pensiyanın müsadirə yolu ilə azaldılması “nə istifadəyə nəzarət, nə də əmlakdan məhrumetmə”dir (bax: X2rşı (dek.), № 6223/04, AİHM 2005-Xİ ). Məhkəmə hesab edir ki, bu işdə ərizəçinin mülkiyyət hüquqlarına müdaxilə yuxarıda qeyd olunan birinci qaydaya, yəni mülkiyyətdən dinc istifadənin ümumi prinsipinə əsasən nəzərdən keçirilməlidir (Lakiçeviç və digərləri v. Monteneqro və Serbiya, № 27458/06 § 64, 13 dekabr 2011-ci il və Panfile işi § 19) (Fabian Macarıstana qarşı №. 53080/13, 2016 § 64); - Moskal Polşaya qarşı məhkəmə işindən (Ərizə № 10373/05; xx.xx.2009-cu il tarixli qərar): Ərizəçi vicdanla və qüvvədə olan qanuna uyğun olaraq erkən pensiya təyin edilməsi üçün müraciət etmişdir. Səlahiyyətli orqanlar onun müavinət almaq hüququnu təsdiq edən kimi, o, bu qərarı düzgün hesab etməkdə və həyatını buna uyğun təşkil etməkdə haqlı idi. O, pensiya hüququnun səhvən verildiyini dərk edə bilməzdi. Onu pensiya almaq hüququndan məhrum edən qərar onun mülkiyyətinə müdaxilə idi. Müdaxilə qanuni idi və hakimiyyətin səhvini düzəltmək və sosial təminat sisteminin layiq olmayan benefisiarlarına dövlət vəsaitinin vaxtında məhdudiyyət olmadan subsidiya verməyə çağırılmamasını təmin etmək üçün qanuni məqsəd güdürdü. Proporsionallığa gəldikdə, pensiya təyini qərarı müəyyən müddətdə qüvvədə qalmışdı və şübhəsiz ki, ərizəçiyə və onun ailəsinə təsir göstərmişdir. Bununla belə, səhv aşkar edildikdə, müavinətin ödənilməsinin dayandırılması barədə qərar nisbətən tez və dərhal qüvvəyə minir. Ərizəçidən səhvən ödənilmiş pensiyanın qaytarılması tələb olunmaması bu qərarın nəticələrini kifayət qədər yumşaltmadı. Onun pensiya hüququ məhkəmələr tərəfindən cəmi iki ildən sonra müəyyən edilib və bu müddət ərzində o, heç bir pensiya almayıb. Mülkiyyət hüquqları kontekstində yaxşı idarəetmə prinsipinə xüsusi əhəmiyyət verilməli idi. Dövlət orqanlarının, xüsusən də rifah müavinətləri kimi fərdlər üçün həyati əhəmiyyət kəsb edən məsələlərə baxarkən son dərəcə diqqətli davranması arzu edilirdi. Öz səhvlərini aşkar edərək, səlahiyyətli orqanlar öz vəzifələrini vaxtında, lazımi və ardıcıl şəkildə yerinə yetirməmişlər. Ümumi prinsip olaraq, dövlət orqanlarının öz səhvlərini, hətta öz səhlənkarlıqlarından irəli gələn səhvləri düzəltməyə mane olmamalıdır. Başqa cür yanaşma əsassız varlanma doktrinasına zidd olardı. Sosial müdafiə fonduna töhfə verən digər şəxslərə, xüsusən də qanunla müəyyən edilmiş tələbləri yerinə yetirmədiklərinə görə müavinətdən məhrum edilmiş şəxslərə qarşı da ədalətsizlik olardı. Nəhayət, bu, özlüyündə ictimai maraqlara zidd olan qıt dövlət resurslarının yersiz bölüşdürülməsinə sanksiya tətbiq etmək deməkdir. Lakin üçüncü şəxsin təqsiri olmadan, səlahiyyətli orqanların özləri tərəfindən səhvə yol verilmişsə, müavinət alanın üzərinə düşən yükün həddən artıq olub-olmadığını müəyyən etmək üçün fərqli proporsional yanaşma tətbiq edilməli idi. Etiraz edilən tədbir nəticəsində ərizəçi praktiki olaraq bir gündən digər günə onun yeganə gəlir mənbəyi olan erkən pensiya pensiyasının tam itirilməsi ilə üzləşmişdi. Üstəlik, onun yeni iş tapmaqda xeyli çətinlik çəkməsi riski var idi. Yalnız üç ildən sonra o, yeni müavinət əldə edə bildi (əvvəlki tarifdən 50% az). Buna görə də, cəmiyyətin ümumi mənafeyinin tələbləri ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlıq təmin edilməmişdir və ərizəçinin üzərinə qoyulan yük həddindən artıq olmuşdur. Hazırkı işin hallarını yuxarıda qeyd edilənlərin işığında qiymətləndirən məhkəmə müəyyən edir ki, “Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Naxçıvan şəhər İdarəsinin əmək pensiyası təyin edən komissiyasının xx.xx.2023-cü il tarixli, 21009 nömrəli qərarı ilə Cavabdeh “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə ömürlük əmək pensiyası təyin edilmişdir. Cavabdehin bildirdiyinə görə bir müddət sonra işlədiyi təşkilat rəhbərliyi tərəfindən pensiya təyin edilmiş işçilərin əmək müqaviləsinə xitam veriləcəyi barədə məlumatlandırılmışlar. xx.xx.2024-cü il tarixdə işdən azad olunan iddiaçı 19 noyabr 2024-cü il tarixdə Fondun pensiya, müavinət və təqaüdlərin təyinatı departamentinin xüsusi şərtlərlə təyinat şöbəsinə ərizə ilə yeni güzəştli arayışla müraciət edərək, işdən azad olunduğu üçün pensiya məbləğinin təkrar (artımla) hesablanılmasını xahiş etmişdir. İddiaçı yenidən hesablanılma zamanı apardığı araşdırma nəticəsində Cavabdeh “X10” MMC-nin X11 4 saylı Başbaşı məntəqəsində “azad briqadir” vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmadığından ona təyin edilmiş əmək pensiyasını ləğv etmişdir. Məhkəmə icraatı gedişində müəyyən edilmişdir ki, cavabdehə (sığortaolunan) yol verilmiş texniki xəta və ya yanlış riyazi hesablama və ya cavabdeh tərəfindən təqdim edilmiş səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər əsasında deyil, məhz səlahiyyətli orqanlar - işəgötürən (sığortaedən) və iddiaçının (sığortaçı) öz vəzifələrini vaxtında, lazımi və ardıcıl şəkildə yerinə yetirməməsi, vəzifə səlahiyyətlərinə məsuliyyətsiz və laqeyd yanaşmalarının nəticəsində pensiya təyin edilmişdir. Sonradan isə müvafiq əlverişli inzibati akt iddiaçı tərəfindən ləğv edilərək cavabdeh həm işçi, həm də pensiyaçı statusundan məhrum edilməsi kimi ağır məhrumiyyətlərə məruz qoyulmuşdur. Bununla belə, iddiaçı səhvə yol vermiş əməkdaşlarına qarşı münasibətdə tədbirlərin görülməsi yerinə, həmin səhvlərin iddiaçının hesabına aradan qaldırılması kimi düzgün olmayan yol seçmişdir. Belə olan halda, müvafiq əlverişli inzibati akt ləğv edildikdən sonra da vətəndaşa ödənilmiş pensiya məbləğinin geri qaytarılmasının tələb olunması qanuni və əsaslı sayıla bilməz. Qeyd edilməlidir ki, birdəfəlik və ya mütəmadi pul ödəmələrinin, o cümlədən artıq ödəmənin inzibati orqanın təqsiri üzündən baş verdiyi və şəxsin təqsirli davranışına bağlı olmadığı hallarda, inzibat icraat hüququnun müddəaları baxımından şəxsin əmlak vəziyyəti qorunmağa layiqdir. Bu zaman həmçinin şəxsin ona ödənilmiş pul vəsaitlərini xərclədiyi və buna görə də həmin vəsaiti qaytarmaq iqtidarında olmadığı və ya onu qaytaracağı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda həmin şəxsin etimad hüququnun qanunla qorunduğu da nəzərə alınmalıdır. Başqa cür yanaşma, şəxsin vicdansız və təqsirli davranışına bağlı olmadığı hallarda, sosial təminat sahəsində qanunun düzgün tətbiqinə məsuliyyət daşıyan inzibati orqanın yanlış hərəkətinin məsuliyyətinin və səhv hesablamanın neqativ hüquqi nəticələrinin yükünün həmin şəxsin üzərinə qoyulması demək olardı. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi). Konstitusiya ayrılmaz insan hüquq və azadlıqlarını müdafiə etmək vəzifəsini dövlətin üzərinə qoyur. Bu da öz növbəsində, pensiya təminatı sahəsində hüquqi müəyyənlik və vətəndaşların qanuna və dövlətə etimadı prinsiplərinə uyğun olaraq pensiyaların yalnız səlahiyyətli orqanlar tərəfindən və qanuna müvafiq təyin edilməsini, pensiya hüququnun yaranmasını təsdiq edən sənədlərin hazırlanması və pensiya məbləğinin hesablanmasının dəqiq və aydın aparılmasını təmin edən hüquqi tənzimləmə sisteminin yaradılmasını ehtiva edir (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı). Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 39.1-ci maddəsinə əsasən, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Həmçinin iddiaçı tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.6-cı maddəsində nəzərdə tutulan halların mövcudluğu sübut edilməmiş və həmin hallara istinad edilməmişdir. Bu qərarda qeyd edilən hüquqi mövqe yuxarıda istinad olunan Azərbaycan Respublikası Ali Məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi və digər bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsinə uyğundur. Odur ki, iddiaçı Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Cavabdeh qarşı "cavabdehə güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasına əsasən, xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək ümumilikdə ödənilmiş 8.531,60 (səkkiz min beş yüz otuz bir manat altmış qəpik) manat məbləğində pul vəsaitinin ondan tutularaq Fondun yığım hesabına geri qaytarılması tələbi”nə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2, 4.1, 33.1, 58.7, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Cavabdeh qarşı "cavabdehə güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasına əsasən, xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək ümumilikdə ödənilmiş 8.531,60 (səkkiz min beş yüz otuz bir manat altmış qəpik) manat məbləğində pul vəsaitinin ondan tutularaq Fondun yığım hesabına geri qaytarılması tələbi”nə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən (elektron məhkəmə kabinetinə yerləşdirildikdən) 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elnur Hüseynov
Məhkəmə qərarları › İş №2-1(122)-835/2025
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-835/2025
18.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver