Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-84/2024 03.05.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi, İddiaçı və cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “onun gömrük orqanlarına xidmətini nəzərə alaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində rütbəli şəxs olaraq gömrük orqanlarında müvafiq vəzifəyə təyin olunmağı öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati mübahisə üzrə işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Dövlət Gömrük Komitəsi “Azərterminalkompleks” Birliyinin xx.xx.2023-cü il tarixli, 2300/288 Ş nömrəli və xx.xx.2023-cü il tarixli, 2300/283 Ş nömrəli əmrinin ona aid olan hissəsini ləğv edərək onun gömrük orqanlarına xidmətini nəzərə alaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində rütbəli şəxs olaraq gömrük orqanlarında müvafiq vəzifəyə təyin olunmağı öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2004-cü il tarixdən X6 Komitəsinin maliyyə-tarif şöbəsinə inspektor olaraq işə qəbul olunmuş və müvafiq vəzifələrdə xidmət etmiş. xx.xx.2017-ci il tarixdən X2, mühasibat və uçat hissəsinə hissə rəisi təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 noyabr tarixli, 1891 nömrəli Fərmanı ilə Naxçıvan MR Dövlət Gömrük Komitəsi ləğv olunduqdan sonra birmənalı olaraq struktura daxil olan “Naxçıvanterminalkompleks” Birliyi də ləğv edilmişdir. Ləğv olunmuş Naxçıvan MR Dövlət Gömrük Komitəsinin xüsusi rütbəli vəzifəli şəxsləri Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin müvafaiq əmrilə sərəncama götürülərkən xüsusi rütbəli vəzifəli şəxs olaraq adı həmin sıralara salınmamışdır və bu öz əksini Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2022-ci il tarixli, 1000/974Ş nömrəli əmrində tapmışdır. “Gömrük orqanlarında xidmət haqqında” əsasnamənin 3-cü maddəsinə əsasən xüsusi rütbəli vəzifəli şəxs olaraq onun “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə"nin 5.6.7-ci bəndinə əsasən vəzifədən azad edilməyi və vəzifəyə təyin olunmağı Komitə sədrinin səlahiyyətləri daxilindədir. Lakin buna baxmayaraq, o, Azərbaycan Dövlət Gömrük Komitəsi “Azərterminalkompleks” Birliyinin direktorunun müavini, direktor vəzifəsini müvəqqəti icra edən Kənan Aşurlu tərəfindən xx.xx.2023-cü il tarixli, 2300/288Ş nömrəli və xx.xx.2023-cü il tarixli, 2300/283 Ş nömrəli əmri ilə əsassız olaraq komitənin sərəncamına götürülərək Birliyin işçisi təyin edilmişdir. Bununla bağlı iddiaçı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə teleqram göndərərək müraciət etmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2023-cü il tarixli, 3-33/2- 009512/2023 nömrəli cavab məktubunda ona Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi əməkdaşlarının xidmət yerinin seçilməsi və ya dəyişdirilməsi Dövlət Gömrük Komitəsi sədrinin 21 sentyabr 2018-ci il tarixli, 100/196 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Gömrük orqanları əməkdaşlarının rotasiyası Qaydaları”na uyğun həyata keçirildiyi, həmin Qaydalara uyğun olaraq Dövlət Gömrük Komitəsində əməkdaşın xidmət yerinin dəyişdirilməsi, xidmət üzrə irəli çəkilməsi həmin əməkdaşın ixtisası, iş təcrübəsi, qulluq və peşəkarlıq səviyyəsi, həmçinin vakant yerlərin mövcudluğunun nəzərə alınaraq həyata keçirildiyi bildirilmişdir. Həmçinin Komitə sistemində perspektivli kadrların seçilməsi, onların bilik və bacarıqlarının, potensial imkanlarından təyinatı üzrə səmərəli istifadə edilməsi və vəzifədə irəli çəkilməsi prosesinin rəqabətlilik və şəffaflıq prinsipləri əsasında həyata keçirilməsini təmin etmək məqsədilə Komitə sistemində mövcud olan vakant inspektor, böyük inspektor və baş inspektor vəzifələrinin tutulması ilə bağlı növbəti daxili müsabiqə elan edildiyi bildirilmişdir. İddiaçı bildirir ki, onun 20 ildir Naxçıvan MR Dövlət Gömrük Komitəsində xidmət etməyinə və 4 dəfə attestasiya imtahanından müvəffəqiyyətlə keçməyinə baxmayaraq onu yenidən imtahana dəvət etməklərinin qanuni əsası yoxdur. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, Azərbaycan Dövlət Gömrük Komitəsi “Azərterminalkompleks” Birliyinin xx.xx.2023-cü il tarixli, 2300/288 Ş nömrəli və xx.xx.2023-cü il tarixli, 2300/283 Ş nömrəli əmrinin ona aid olan hissəsini ləğv edərək onun gömrük orqanlarına xidmətini nəzərə alaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində rütbəli şəxs olaraq gömrük orqanlarında müvafiq vəzifəyə təyin olunmağı öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş və İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) 21 iyun 2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi iddiaya qarşı 21 iyun 2023-cü il tarixli, 3-33/2-011632/2023 nömrəli yazılı münasibətini onunla əsaslandırmışdır ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı hazırki iddia tələbi mümkünsüz hesab olunmalıdır. Belə ki, Dövlət Gömrük Komitəsi Kollegiyasının 100/01/004 nömrəli xx.xx.2013-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Azərterminalkompleks” Birliyi haqqında Əsasnamənin 5.9.15-ci yarımbəndinə qeyd olunur ki, Birliyin direktoru birlikdə işçilərin vəzifəyə təyin və vəzifədən azad edilməsi, həvəsləndirilməsi, intizam tənbeh tədbirlərinin tətbiq olunması ilə bağlı fəaliyyəti həyata keçirir. “Azərterminalkompleks” Birliyi haqqında Əsasnamənin 5.1-ci bəndinə görə Birliyin strukturu və ştat cədvəli Komitə sədrinin razılığı ilə onun direktoru tərəfindən təsdiq olunur. Habelə həmin Əsasnamənin 5.9.10-cu yarımbəndinə əsasən Birliyin direktoru əmək müqaviləsi əsasında vətəndaşları işə qəbul edir və işdən azad edir. Mövcud qanunvericiliyin qeyd olunan müddəalarından müəyyən olunur ki, İddiaçı iddia tələbi əsassızdır. Belə ki, iddiaçı “Azərterminalkompleks” Birliyi direktorunun Dövlət Gömrük Komitəsinin xüsusi rütbəli vəzifəli şəxslərini sərəncama götürüb vəzifəyə təyin etmək səlahiyyətinin olmadığını qeyd etsə də, Birlik haqqında Əsasnaməsinin 5.9.15-ci yarımbəndinə əsasən “Azərterminalkompleks” Birliyinin direktoru Birlikdə işçilərin vəzifəyə təyin və vəzifədən azad edilməsi səlahiyyətinə malikdir. Həmçinin İddiaçı inzibati mübahisəyə dair tələbində mübahisələndirmə haqqında iddia tələbinin əlamətləri mövcuddur. İnzibati qanunvericiliyə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Əlavə olaraq, iddiaçı məhkəmə aidiyyəti qaydalarına düzgün əməl etməyərək mövcud iddia tələbini qanunvericiliyə əsasən “Azərterminalkompleks” Birliyinin yerləşdiyi yerin məhkəməsində mübahisələndirməli olduğu halda Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsində mübahisələndirmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 8.1.2-ci maddəsinə görə mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Həmçinin İddiaçı ona aid olan hissəsinin ləğv edilməsini tələb etdiyi “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi “Azərterminalkompleks” Birliyinin xx.xx.2023-cü il tarixli 2300/288Ş nömrəli və xx.xx.2023cü il tarixli 2300/283Ş nömrəli əmrləri də “vəzifədən azad etmə haqqında” və “vəzifəyə təyin edilmə haqqında” əmrlərdir. Adından da göründüyü kimi mübahisələndirilən əmrlər qanunvericiliyin tələblərinə uyğun olaraq çıxarılmış və iddiaçıya ərizəsində etiraf etdiyi kimi Dövlət Gömrük Komitəsi sədrinin 21 sentyabr 2018-ci il tarixli, 196 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Gömrük orqanları əməkdaşlarının rotasiyası Qaydası” barədə ətraflı izah verilmişdir. Cavabdeh orqan yuxarıda göstərilənləri nəzərə alaraq, İddiaçı Dövlət Gömrük Komitəsinə qarşı iddiasının mümkünsüz hesab edilməsi barədə qərar verilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi iddiaya qarşı 24 noyabr 2023-cü il tarixli, 3-33/2-020720/2023 nömrəli yazılı münasibətini onunla əsaslandırmışdır ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi “Azərterminalkompleks” Birliyinin xx.xx.2023-cü il tarixli 2300/288Ş nömrəli və xx.xx.2023cü il tarixli 2300/283Ş nömrəli əmrlərinin ona aid olan hissəsini ləğv edərək, onun gömrük orqanlarına xidmətini nəzərə alaraq Dövlət Gömrük Komitəsində rütbəli şəxs olaraq gömrük orqanlarında müvafiq vəzifəyə təyin olunmağı öhdəliyinin cavabdehin üzərinə qoyulması” iddia tələbi tamamilə əsassızdır. Belə ki, iddiaçı tələbini onunla əsaslandırır ki, “Azərterminalkompleks” Birliyinin direktorunun Dövlət Gömrük Komitəsinin xüsusi rütbəli vəzifəli şəxslərini sərəncama götürüb vəzifəyə təyin etmək səlahiyyəti yoxdur. Həmçinin ərizədə bildirilir ki, “Azərterminalkompleks” Birliyinin əsasnaməsində xüsusi rütbəli vəzifəli şəxslərin vəzifəyə təyin və vəzifədən azad etmə ilə bağlı səlahiyyətlərinin olması heç bir normada öz əksini tapmamışdır və Birliyin direktoru yalnız əmək müqaviləsi əsasında vətəndaşları işə qəbul edir və işdən azad edir. Məhz bu hallara əsasən iddiaçı “Azərterminalkompleks” Birliyinin xx.xx.2023-cü il tarixli 2300/288Ş nömrəli və xx.xx.2023cü il tarixli 2300/283Ş nömrəli əmrini əsassız hesab edərək bu əmrlərin ona aid olan hissəsinin ləğv edilməsini tələb edir. X10 Komitəsi Kollegiyasının 100/01/004 nömrəli, xx.xx.2013-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Azərterminalkompleks” Birliyi haqqında Əsasnamənin 5.9.15-ci yarımbəndində qeyd olunur ki, Birliyin direktoru işçilərin vəzifəyə təyin və vəzifədən azad edilməsi, həvəsləndirilməsi, intizam tənbeh tədbirlərinin tətbiq olunması ilə bağlı fəaliyyəti həyata keçirir. Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli, 768-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 3-cü maddəsinə əsasən gömrük orqanlarının vəzifəli şəxsləri dedikdə, vahid sistem təşkil edən Azərbaycan Respublikasının gömrük orqanlarında vəzifə tutan və bu Əsasnamədə nəzərdə tutulmuş qaydada xüsusi rütbələr verilmiş vətəndaşlar başa düşülür. “Azərterminalkompleks” Birliyi haqqında Əsasnamənin 1.1-ci bəndinə əsasən X8 Komitəsinin tabeliyində olan qurumdur və Əsasnamənin 5.1-ci bəndinə görə Birliyin strukturu və ştat cədvəli Komitə sədrinin razılığı ilə onun direktoru tərəfindən təsdiq olunur. Habelə həmin Əsasnamənin 5.9.10-cu yarımbəndinə əsasən Birliyin direktoru əmək müqaviləsi əsasında vətəndaşları işə qəbul edir və işdən azad edir. Mövcud qanunvericiliyin qeyd olunan müddəalarından müəyyən olunur ki, İddiaçı iddia tələbi əsassızdır. Belə ki, iddiaçı “Azərterminalkompleks” Birliyi direktorunun Dövlət Gömrük Komitəsinin xüsusi rütbəli vəzifəli şəxslərini sərəncama götürüb vəzifəyə təyin etmək səlahiyyətinin olmadığını qeyd etsə də, Birlik haqqında Əsasnamənin 5.9.15-ci yarımbəndinə əsasən “Azərterminalkompleks” Birliyinin direktoru Birlikdə işçilərin vəzifəyə təyin və vəzifədən azad edilməsi səlahiyyətinə malikdir. Buradan da müəyyən olunur ki, iddiaçının tələbinin heç bir hüquqi əsası yoxdur. Əlavə olaraq bildirilmişdir ki, “Azərterminalkompleks” Birliyi haqqında Əsasnamənin 1.2-ci bəndinə əsasən Birlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Komitənin və Birliyin Əsasnamələrini rəhbər tutur. Dövlət Gömrük Komitəsinin “Komitənin “Azərterminalkompleks” Birliyinin strukturunun optimallaşdırılması və fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı bəzi məsələlər haqqında” 16 yanvar 2023-cü il tarixli, 1000/010 nömrəli sərəncamının 1 -ci bəndinə əsasən Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin “Naxçıvanterminalkompleks” Birliyi ləğv edilərək onun bazasında Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin Naxçıvan Ərazi İdarəsi yaradılmışdır. Həmin sərəncamın 5-ci bəndinə görə İdarənin yeni əsasnaməsi, strukturu və ştat cədvəli təsdiq edilənədək idarə öz fəaliyyətini “Naxçıvanterminalkompleks” Birliyinin mövcud əsasnaməsinə, strukturuna və ştat cədvəlinə uyğun olaraq davam etdirməlidir. Dövlət Gömrök Komitəsinin “Azərterminalkompleks” Birliyinin Naxçıvan Ərazi İdarəsinin strukturu, ştat cədvəli və əsasnaməsi “Azərterminalkompleks” Birliyinin “Komitənin “Azərterminalkompleks” Birliyinin Naxçıvan Ərazi İdarəsinin fəaliyyəti ilə bağlı bəzi məsələlər haqqında” 18 aprel 2023-cü il tarixli, 2300/007 nömrəli sərəncamı ilə təsdiq edilmişdir. “Azərterminalkompleks” Birliyinin Naxçıvan Ərazi İdarəsi haqqında Əsasnamənin 5.1-ci bəndinə əsasən İdarənin strukturu və ştat cədvəli Birlik direktoru tərəfindən təsdiq olunur və bu Əsasnamənin 5.1-ci bəndinə görə İdarəyə Birlik direktoru tərəfindən vəzifəyə təyin edilən və vəzifədən azad edilən İdarənin rəisi rəhbərlik edir, habelə əsasnamənin 5.4-cü bəndinə əsasən İdarənin digər işçiləri də Birlik direktoru tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilirlər. İddiaçı ona aid olan hissəsinin ləğv edilməsini tələb etdiyi “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi “Azərterminalkompleks” Birliyinin xx.xx.2023-cü il tarixli, 2300/288Ş nömrəli və xx.xx.2023cü il tarixli 2300/283Ş nömrəli əmrləri də “vəzifədən azad etmə haqqında” və “vəzifəyə təyin edilmə haqqında” əmrlərdir. Adından da göründüyü kimi mübahisələndirilən əmrlər qanunvericiliyin tələblərinə uyğun olaraq çıxarılmışdır. Əlavə olaraq qeyd etmək lazımdır ki, iddiaçıya ərizəsində etiraf etdiyi kimi Dövlət Gömrük Komitəsi sədrinin 21 sentyabr 2018-ci il tarixli, 196 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Gömrük orqanları əməkdaşlarının rotasiyası Qaydası” barədə ətraflı izah verilmişdir. Qanunvericiliyə əsasən inzibati mühakimə icraatı qaydasında baxılan hər bir iddianın hüquqi cəhətdən yoxlanılması mümkünlük və əsaslılıq olmaqla iki hissəyə ayrılır. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun inzibati prosessual qanunvericiliklə müəyyən edilən mümkünlüyü şərtləri yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Yuxarıda göstərilənləri nəzərə alaraq, İddiaçı Dövlət Gömrük Komitəsinə qarşı iddiasının təmin edilməməsi barədə qərar verilməsi xahiş edilmişdir. 26 yanvar 2024-cü il tarixdə keçirilən məhkəmə iclasında İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı qaldırdığı iddia tələbindən “Azərbaycan Dövlət Gömrük Komitəsi “Azərterminalkompleks” Birliyinin xx.xx.2023-cü il tarixli, 2300/288Ş nömrəli və xx.xx.2023-cü il tarixli, 2300/283Ş nömrəli əmrinin ona aid olan hissəsini ləğv edərək” hissəsinin çıxarılması və iddia tələbinin qalıq hissəsinə əsasən işə baxılmasını məhkəmədən xahiş etmiş və bu barədə yazdığı 26 yanvar 2024-cü il ərizəsini məhkəməyə təqdim etmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı iddia tələbindən “Azərbaycan Dövlət Gömrük Komitəsi “Azərterminalkompleks” Birliyinin xx.xx.2023-cü il tarixli, 2300/288Ş nömrəli və xx.xx.2023cü il tarixli, 2300/283Ş nömrəli əmrinin ona aid olan hissəsini ləğv edərək” hissəsi çıxarılaraq, iddia tələbi “onun gömrük orqanlarına xidmətini nəzərə alaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində rütbəli şəxs olaraq gömrük orqanlarında müvafiq vəzifəyə təyin olunmağı öhdəliyinin cavabdehin üzərinə qoyulması” variantında icraata qəbul edilmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab edilərək şifahi məhkəmə baxışı iclası 03 may 2024-cü il tarixə təyin edilmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək, onun gömrük orqanlarına xidmətini nəzərə alaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində rütbəli şəxs olaraq gömrük orqanlarında müvafiq vəzifəyə təyin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin nümayəndəsi X7 iddiaya dair verilmiş yazılı etiraza uyğun məzmunda izahat verərək, iddiaçının tələbi əsassız olduğundan rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iş materiallarına Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi «Azərterminalkompleks” birliyinin 04 may 2023-cü il tarixli, 2300/283 Ş nömrəli “Vəzifədən azad etmə haqqında” əmrinin, «Azərterminalkompleks” birliyinin 04 may 2023-cü il tarixli, 2300/288 Ş nömrəli “Vəzifəyə təyin edilmə haqqında” əmrinin, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 16 yanvar 2023-cü il tarixli, 1000/010 nömrəli Sərəncamının surətlərini, yaşayış yeri haqqında arayışı və şəxsiyyət vəsiqənin təsdiq olunmuş surətini əlavə etmişdir. Həmin sənədlərin və materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə tərəflərin izahatlarını, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. Məhkəmə, ilk növbədə, verilmiş iddianın mümkünlüyünü qiymətləndirərək hesab edir ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İPM-nin 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuş və iddia qanunvericilikdə nəzərdə tutulmuş iddia müddəti tələblərinə riayət edilməklə qaldırılmışdır. İddia mümkün iddia olsa da, mahiyyət baxımından əsassızdır. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən İddiaçı ünvanlanmış 22 may 2023-cü il tarixli, 3-33/2-009512/2023 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi əməkdaşlarının xidmət yerinin seçilməsi və ya dəyişdirilməsi Dövlət Gömrük Komitəsi sədrinin 21 sentyabr 2018-ci il tarixli, 100/196 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Gömrük orqanları əməkdaşlarının rotasiyası Qaydaları”na uyğun həyata keçirilir. Həmin Qaydalara uyğun olaraq Dövlət Gömrük Komitəsində əməkdaşın xidmət yerinin dəyişdirilməsi, xidmət üzrə irəli çəkilməsi həmin əməkdaşın ixtisası, iş təcrübəsi, qulluq və peşəkarlıq səviyyəsi, həmçinin vakant yerlərin mövcudluğu nəzərə alınaraq həyata keçirilir. Məlumat üçün bildirilmişdir ki, Komitə sistemində perspektivli kadrların seçilməsi, onların bilik və bacarıqlarının, potensial imkanlarından təyinatı üzrə səmərəli istifadə edilməsi və vəzifədə irəli çəkilməsi prosesinin rəqabətlilik və şəffaflıq prinsipləri əsasında həyata keçirilməsini təmin etmək məqsədilə Komitə sistemində mövcud olan vakant inspektor, böyük inspektor və baş inspektor vəzifələrinin tutulması ilə bağlı növbəti daxili müsabiqə elan edilmişdir. Müsabiqədə qeydiyyatdan keçmək üçün “Səriştə üzrə Anket” formasını dolduraraq 1-15 iyun 2023-cü il tarixlərdə Elektron ünvan az ünvanına göndərilməsi tövsiyə olunur. - “Azərterminalkompleks” birliyinin 04 may 2023-cü il tarixli, 2300/283 Ş nömrəli “Vəzifədən azad etmə haqqında” əmrinin surətindən görünür ki, Təşkilatı-ştat tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar “Gömrük orqanlarında xidmət haqqında" Əsasnamənin 50ci maddəsinə əsasən İddiaçı “Naxçıvanterminalkompleks” Birliyi Mühasibat və uçot hissəsində tutduğu hissə rəisi vəzifədən azad edilərək komitənin sərəncamına götürülmüşdür. - “Azərterminalkompleks” birliyinin 04 may 2023-cü il tarixli, 2300/288 Ş nömrəli “Vəzifəyə təyin edilmə haqqında” əmrinin surətindən görünür ki, İddiaçı (komitənin sərəncamında olan) "Azərterminalkompleks" Birliyi, Naxçıvan ərazi İdarəsi kommersiya şöbəsinin şöbə rəisi vəzifəsinə təyin edilmişdir. - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 16 yanvar 2023-cü il tarixli, 1000/010 nömrəli Sərəncamının surətindən görünür ki, “Dövlət Gömrük Komitəsinin strukturunun optimallaşdırılması və idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi məsələlər haqqında Komitənin 7 dekabr 2022-ci il tarixli, 1000/280 nömrəli sərəncamından irəli gələrək Komitənin “Azərterminaikompieks Birliyinin strukturunun optimallaşdırılması və fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnaməmin 5.6.17-ci yarımbəndinə əsasən Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin «Naxçıvanterminalkompleks» Birliyi ləğv edilmiş və onun bazasında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “X1 ərazi idarəsi yaradılmışdır. - Naxçıvan Şəhər İcra Hakimiyyətinin 4 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 02 iyun 2023-cü il tarixli, 762 nömrəli arayışından görünür ki, Pənahov X3 şəhəri, Heydər Əliyev küçəsi 3, ev 54 ünvanında yaşayır. - AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx xxxx 1981-ci il tarixdə doğulmuşdur. İş materiallarına əlavə olunmuş: - İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 21 iyun və 24 noyabr 2023-cü il tarixli etirazlarına 10 iyul və 28 noyabr 2023-cü il tarixli münasibət göndərərək etirazı əsassız saymış və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. - “Azərterminalkompleks” Birliyinin 18 aprel 2023-cü il tarixli, 2300/007 nömrəli sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin Naxçıvan ərazi idarəsinin strukturu və ştat cədvəli məhkəməyə təqdim edilmişdir. - Naxçıvan Muxtar Respublikası X9 07 noyabr 2018-ci il tarixli, 305-05/S nömrəli Sərəncamı ilə təsdiq edilmiş Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin yeni ştat strukturu, “Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin yeni strukturunun və ştat vahidlərinin təsdiq edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası X9 01 aprel 2010-cu il tarixli, 195-İİİ FR Fərmanına əsasən “Naxçıvanterminalkompleks” X4 İqtisadi Birliyinin 01 aprel 2010-cu il tarixə təsdiq olunmuş yeni ştat cədvəli, “Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarının məbləğinin müəyyən edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 23 fevral 2012-ci il tarixli, 22-03/S Sərəncamına əsasən 01 dekabr 2012-ci il tarixə təsdiq olunmuş ştat cədvəli məhkəməyə təqdim edilmişdir. - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən 22 avqust 2023-cü il tarixli, 3-33/2-015125/2023 nömrəli və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi “Azərterminalkompleks” Birliyi tərəfindən məhkəməyə ünvanlanmış 31 avqust 2023-cü il tarixli, 3-33-5600/2-000666/2023 nömrəli məktublardan görünür ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunun (bundan sonra - Qanun) 7.1-ci maddəsinə əsasən dövlət orqanı Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsəd və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan dövlət təsisatıdır. Qanunun 2.5-ci maddəsinə əsasən bu Qanun müvafiq icra hakimiyyəti orqanlarının tabeliyində olan müəssisələrin işçilərinə şamil edilmir. Bu işçilərin əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Kollegiyasının xx.xx.2013-cü il tarixli, 100/01/004 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyi haqqında Əsasnamə”nin 1.1-ci bəndinə əsasən “Azərterminalkompleks” Birliyi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin strukturuna daxil olan qurumdur. Həmin Əsasnamənin 1.6-cı bəndinin tələblərinə görə Birliyin fəaliyyəti qanunvericiliklə müəyyən edilmiş mənbələrdən və göstərdiyi xidmətlərdən əldə olunan gəlirlər hesabına maliyyələşdirilir. Həmin Əsasnamənin 5.1-ci bəndinə əsasən Birliyin strukturu və ştat cədvəli Komitə sədrinin razılığı ilə onun direktoru tərəfindən təsdiq olunur və sorğuda qeyd olunan kommersiya şöbəsinin rəisi ştatı Azərbaycan Dövlət Gömrük Komitəsinin Əsasnaməsinin 5.2-ci bəndinə əsasən Azərbaycan Respublikası Prezidenti tərəfindən müəyyən olunmuş say tərkibinə daxil deyildir. - İddiaçı şəxsi iş materiallarında olan: - Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin 01 aprel 2004-cü il tarixli, 057 Ş nömrəli xx.xx.1981-ci il təvəllüdlü, ali təhsilli İddiaçı maaşı ştat cədvəlinə uyğun olaraq, 6 ay sınaq müəyyən edilməklə Komitənin Maliyyə-tarif şöbəsinin inspektoru vəzifəsinə təyin edilmişdir. - 25 iyun 2004-cü il tarixli Azərbaycan Respublikası gömrük orqanının vəzifəli şəxsinin andından görünür ki, İddiaçı müvafiq məzmunda and içmişdir. - 30 dekabr 2005-ci il tarixli, 004 nömrəli, 01 aprel 2009-cu il tarixli, 004 nömrəli, 18 oktyabr 2012-ci il tarixli, 003 nömrəli və 26 noyabr 2019-cu il tarixli attestasiya komissiyasının qərarından və attestasiya vərəqindən görünür ki, İddiaçı tutduğu vəzifəyə uyğundur və xasiyyətnamədə müsbət xarakterizə edilmişdir. - 06 aprel 2004-cü il tarixli, ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, xx.xx.1981-ci il təvəllüdlü İddiaçı xx.xx.2004-cü il tarixdən Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin Maliyyə-tarif şöbəsinin inspektoru vəzifəsinə təyin edilmiş, xx.xx.2005-ci il tarixdən həmin şöbənin baş inspektoru vəzifəsinə, xx.xx.2008-ci il tarixdən həmin şöbənin rəisi vəzifəsinə keçirilmiş, xx.xx.2009-cu il tarixdən Komitənin sərəncamına götürülmüş, xx.xx.2009-cu il tarixdən Komitənin sərəncamından Komitənin sədr köməkçisi vəzifəsinə, xx.xx.2010-cu il tarixdən Sədərək Gömrük İdarəsinin Maliyyə-tarif şöbəsinin böyük inspektoru vəzifəsinə, xx.xx.2011-ci il tarixdən Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin Maliyyə-tarif şöbəsinin rəisi vəzifəsinə, xx.xx.2016-cı il tarixdən Sədərək Gömrük İdarəsinin Maliyyə-tarif şöbəsinin rəisi vəzifəsinə, xx.xx.2016-cı il tarixdən Culfa Gömrük İdarəsinin Maliyyə-tarif şöbəsinin rəisi vəzifəsinə keçirilmiş, xx.xx.2016-cı il tarixdən tutduğu vəzifədən azad edilərək Komitənin sərəncamına götürülmüş, xx.xx.2017-ci il tarixdən “Naxçıvanterminalkompleks” Birliyinin Mühasibat və uçot hissəsinin rəisi vəzifəsinə təyin edilmişdir. Beləliklə, iddia ərizəsinin məzmunundan və iddiaçı tərəfin məhkəmə iclaslarında verdiyi izahatlardan aydın olur ki, iddiaçı onun xüsusi rütbəli gömrük əməkdaşı olmasına istinad edərək, barəsində verilmiş müvafiq əmrlərdən sonra hazırda əmək müqaviləsi ilə işləməsindən narazı olaraq yenidən xüsusi rütbəli gömrük əməkdaşı kimi xidmətə bərpa olunmaq arzusundadır. Cavabdeh inzibati orqan isə iddiaçının işlədiyi idarədə struktur dəyişikliyinin baş verdiyini, yeni struktur, ştat vahidi və nizamnamənin təsdiqləndiyini, bütün bu dəyişikliklərdən sonra da iddiaçının həmin idarədə eyni vəzifəyə təyin edildiyini və iddiaçının tələbinə əsasən onun yenidən gömrük orqanlarında müvafiq vəzifəyə təyin edilməsinin mümkün olmadığına əsaslanaraq iddiaçının tələbinin icrasından imtina edir. Məhkəmə iddiaçı tərəfin tələbinə, cavabdeh inzibati orqanın imtinasına hüquqi qiymət verərək, aşağıda qeyd olunan hüquq normalarına əsaslanaraq hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının tələbindən imtina etməkdə haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsində təsbit olunmuşdur ki, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 53.4-cü maddəsinə əsasən gömrük orqanlarının vəzifəli şəxslərinə xüsusi rütbələr verilir. Xüsusi rütbələr və onların verilməsi qaydaları “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamə ilə müəyyən edilir. “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin: - 3-cü bəndinə əsasən bu Əsasnamədə gömrük orqanlarının vəzifəli şəxsləri dedikdə, vahid sistem təşkil edən Azərbaycan Respublikasının gömrük orqanlarında vəzifə tutan və bu Əsasnamədə nəzərdə tutulmuş qaydada xüsusi rütbələr verilmiş vətəndaşlar başa düşülür. - 120-ci bəndinin 4-cü abzasına əsasən təşkilati-ştat tədbirlərin keçirilməsi ilə əlaqədar, əgər vəzifəli şəxsin gömrük orqanlarında digər vakant vəzifəyə keçirilməsi qeyrimümkün olarsa və ya belə vəzifəyə keçirilmədən göstərilən vəzifəli şəxs imtina edərsə gömrük orqanının vəzifəli şəxsinin xidmətinə xitam verilə bilər. - 127-ci bəndinə əsasən gömrük orqanlarında xidmətinə xitam verilməsi və ya başqa vəzifəyə keçirilməsi barədə qərarla razı olmayan gömrük orqanının vəzifəli şəxsinin həmin qərardan Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanına və (və ya) məhkəməyə şikayət vermək hüququ vardır. “Azərterminalkompleks” Birliyi haqqında Əsasnamənin: - 1.1-ci bəndinə əsasən "Azərterminalkompleks" Birliyi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin strukturuna daxil olan qurumdur. - 5.1-ci bəndinə əsasən Birliyin strukturu və ştat cədvəli Komitə sədrinin razılığı ilə onun direktoru tərəfindən təsdiq olunur. “Azərterminalkompleks” Birliyinin 18 aprel 2023-cü il tarixli, 2300/007 nömrəli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin Naxçıvan ərazi idarəsi haqqında Əsasnamənin: - 1.1-ci bəndinə əsasən Naxçıvan ərazi idarəsi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin strukturuna daxil olan İdarədir. - 5.1-ci bəndinə əsasən İdarənin strukturu və ştat cədvəli Birlik direktoru tərəfindən təsdiq olunur. - 5.4-cü bəndinə əsasən İdarənin digər işçiləri Birlik direktoru tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilirlər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. - 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. - 14.1-ci maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. - 14.2-ci maddəsinə əsasən diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. İşin faktiki hallarından görünür ki, İddiaçı 01 aprel 2004-cü il tarixdə 057 Ş nömrəli əmrlə gömrük orqanlarında müvafiq vəzifəyə təyin edilmişdir. Əmək fəaliyyəti ilə məşğul olduğu illər ərzində müxtəlif vəzifələrə keçirilmişdir ki, bu hal iş materiallarına əlavə edilmiş müvafiq sübutlar əsasında təsdiq edilir. İddiaçı mübahisə yaranmamışdan öncə xx.xx.2017-ci il tarixdən “Naxçıvanterminalkompleks” Birliyinin Mühasibat və uçot hissəsinin rəisi vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 28 noyabr 2022-ci il tarixli, 1891 nömrəli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi ləğv edilmişdir. Bundan sonra əvvəllər Komitənin bir qurumu hesab edilən “Naxçıvanterminalkompleks” Birliyində də müvafiq struktur dəyişiklikləri olmuşdur. Belə ki, Birlik ləğv edilərək yerində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin Naxçıvan Ərazi İdarəsi yaradılmışdır. Müvafiq dəyişikliklərdən sonra Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin Naxçıvan Ərazi İdarəsinin strukturu, ştat cədvəli və əsasnaməsi təsdiq edilmişdir. Həmin sübutlar iş materiallarında öz əksini tapır. İdarənin əsasnaməsində də qeyd edildiyi kimi, İdarənin digər işçiləri Birliyin direktoru tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir. İddiaçı da İdarənin digər işçiləri kimi Birliyin direktoru tərəfindən 04 may 2023-cü il tarixli, 2300/283Ş nömrəli əmrlə işdən azad edilərək, həmin tarixdə 2300/288Ş nömrəli əmrlə yenidən vəzifəyə təyin edilmişdir. İddiaçı məhkəmədə, ilk öncə, yuxarıda qeyd edilən əmrləri mübahisələndirsə də, sonradan iddia tələbində müvafiq dəyişiklik edərək tələbinə hazırki tələb çərçivəsində baxılmasını xahiş etmişdir. Göründüyü kimi, bununla da iddiaçı qeyd olunan qərarlar ilə razılaşmış və həmin qərarları mübahisələndirməmişdir. “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 120-ci bəndinin 4-cü abzasında təşkilati-ştat tədbirlərin keçirilməsi ilə əlaqədar, əgər vəzifəli şəxsin gömrük orqanlarında digər vakant vəzifəyə keçirilməsi qeyri-mümkün olarsa və ya belə vəzifəyə keçirilmədən göstərilən vəzifəli şəxs imtina edərsə gömrük orqanının vəzifəli şəxsinin xidmətinə xitam verilə bildiyi qeyd edilmişdir. Göründüyü kimi müvafiq struktur dəyişikliyindən sonra iddiaçı həmin vəzifəyə təyin edilmiş və iddiaçı bundan imtina etməyərək razılaşmışdır. Bununla da, hazırki vəziyyətdə yenidən gömrük orqanlarında xidmətə bərpa edilməsini tələb edə bilməz. İddiaçının hazırki tələbinə münasibətdə isə qeyd edilməlidir ki, iddiaçının gömrük orqanlarına xidmətini nəzərə alaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində rütbəli şəxs olaraq gömrük orqanlarında müvafiq vəzifəyə təyin olunması tələbinin icrası cavabdeh inzibati orqan tərəfindən mümkün deyil. Belə ki, iddiaçının işlədiyi idarədə baş vermiş müvafiq struktur dəyişikliyindən sonra onun xüsusi rütbəli gömrük əməkdaşı kimi yox, əmək müqaviləsi əsasında işləyən işçi kimi vəzifəyə təyin edilməsi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən onun hüquqlarını pozan hal qismində qiymətləndirilə bilməz. İddiaçının tələbinə münasibətdə isə qeyd edilməlidir ki, cavabdeh inzibati orqan tərəfindən onun tələbinin icrasından imtina edilməmiş, gömrük orqanlarında xidmətə qəbulun müvafiq müsabiqə əsasında həyata keçirildiyi qeyd edilərək iddiaçıya müvafiq istiqamət verilmişdir. Bununla da məhkəmə hesab edir ki, hazırki vəziyyətdə cavabdeh inzibati orqan tərəfindən iddiaçının hüquqlarını pozan hər hansı hal aşkarlanmamışdır. Cavabdeh inzibati orqan tərəfindən iddiaçının tələbinin icrası mümkün olmadığından imtina etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. - 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. - 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “onun gömrük orqanlarına xidmətini nəzərə alaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində rütbəli şəxs olaraq gömrük orqanlarında müvafiq vəzifəyə təyin olunmağı öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “onun gömrük orqanlarına xidmətini nəzərə alaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində rütbəli şəxs olaraq gömrük orqanlarında müvafiq vəzifəyə təyin olunmağı öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası rədd edilir. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələbinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. SƏDRLİK EDƏN: HİCRAN MURADOV
Məhkəmə qərarları › İş №2-1(122)-84/2024
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-84/2024
03.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver