Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-85/2020 30.10.2020 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Əsgərov Elnar Muxtər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X3rşı “X6 və X4 ünvan 1 ünvanının pasport qeydiyyatından çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi barədə inzibati mübahisə üzrə işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X6 və X4 ünvan 1 ünvanının pasport qeydiyyatından çıxarılmaları öhdəliyinin cavabdeh X18 İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, o, X12 ilə xx xxxx 1998-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuşdur. Onların birgə nikahlarından xx xxx 1999cu il təvəllüdlü X8 dünyaya gəlmişdir. Aralarındakı ciddi narazılıqlar nəticəsində Naxçıvan Şəhər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(078)-534/2019 nömrəli qətnaməsi ilə nikahları pozulmuşdur. Onların birgə nikahları pozulduqdan sonra Naxçıvan Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(078)-1064/2019 nömrəli qətnaməsi ilə X9 və xx xxx 1999-cu il təvəllüdlü X5 ünvan 1 ünvanında yerləşən ona məxsus fərdi yaşayış evindən istifadə hüququ verilməklə, həmin fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. X16 Məhkəməsində keçmiş həyat yoldaşı və qızının yaşayış sahəsindən istifadə hüququna kompensasiya ödənilməsi yolu ilə xitam verilməsi barədə iddiası əsasında Naxçıvan Şəhər Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(078)-290/2020 nömrəli qətnaməsi ilə onların ünvan 1 ünvanında yerləşən ona məxsus fərdi yaşayış evindən istifadə hüquqlarına tərəfindən kompensasiya ödənilməsi yolu ilə xitam verilmişdir. İddiaçı onu da qeyd edir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi vərəsəlik yolu ilə anasından ona qalan miras əmlakdır. Hal-hazırda keçmiş həyat yoldaşı X12 və X8 ailə münasibətləri pozulduğundan ona məxsus evdən çıxmışlar və başqa yerdə yaşayırlar. Yalnız formal olaraq onun evində qeydiyyatda dururlar. Həmin şəxslərin onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən qeydiyyatdan çıxarılmasını istəyir və bununla bağlı olaraq X18 İdarəsinə göndərdiyi ərizəyə xx xxxx 2020-ci il tarixində, 7/898-A609 nömrəli cavab məktubu ilə X18 İdarəsi tərəfindən qeydiyyatdan çıxarılmanın qanunun tələblərinə uyğun olmadığı əsas göstərilərək imtina cavabı verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, hazırlıq icraatına başlanılmış, mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanuna müvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2- 1(122)-85/2020 nömrəli qərardadı ilə X12 və X8 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdirlər. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra işin şifahi məhkəmə baxışına keçirilməsi üçün kifayət qədər əsaslar olduğu nəzərə alınaraq, şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası xx xxxxxxx 2020-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, Naxçıvan Şəhər Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(078)-290/2020 nömrəli qətnaməsi ilə X6 və X4 onların ünvan 1 ünvanında yerləşən ona məxsus fərdi yaşayış evinə olan istifadə hüquqlarına xitam verildiyindən iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh X18 İdarəsi şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə, həmçinin şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədiyi halda cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmiş, lakin, X18 İdarəsi nümayəndəsinin iştirakı olmadan işə baxıb müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının keçiriləcəyi yer və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, üçüncü şəxslər X12 və X8 şifahi məhkəmə baxışı iclasına gəlməmişdirlər. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakları olmadan işə baxılmasını mümkün hesab edir. İddiaçı iş materiallarına cavabdehin imtina məktubunu, evin əldə olunmasına dair sənədlərin surətlərini, Naxçıvan Şəhər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(078)- 534/2019 nömrəli, xx xxxxxx 2019-cu il tarixli, 2(078)-1064/2019 nömrəli və xx xxx 2020-ci il tarixli, 2(078)-290/2020 nömrəli qətnamələrinin surətlərini, qeydiyyatla bağlı arayışları, şəxsiyyət vəsiqəsinin surətini əlavə etmişdir. Həmin sənədlərin və materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə, mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsi) hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyəti baxımdan da əsaslıdır. Belə ki, iş materiallarında olan X18 İdarəsinin ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı ünvanladığı xx xxxx 2020-ci il tarixli, 7/1898-A609 nömrəli məktubundan görünür ki, X6 və X4 ünvan 1 ünvanının qeydiyyatından çıxarılmaları tələbindən imtina edilmişdir. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”ın təsdiq olunmuş surətindən görünür ki, Naxçıvan şəhəri, Şahtaxtinski küçəsi, döngə 1-də mülkiyyətində olan 0.0221 ha torpaq sahəsində yerləşən 77 m2 ümumi sahədən ibarət 10 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 18/40 nömrəli reyestr kitabının 7892 nömrəli vərəqində qeydiyyata alınmışdır (reyestr nömrəsi: **********32-10301, qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2020). İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx xxxx 2012-ci il tarixdə verilmiş 1750 inventar nömrəli “Daşınmaz əmlakın texniki pasportunun (fərdi yaşayış evi) təsdiq olunmuş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan Naxçıvan Şəhər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(078)-534/2019 nömrəli qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə X12 arasında Şahbuz Rayon Badamlı X13 xx xxxx 1998-ci il tarixdə bağlanmış 05 nömrəli nikahın pozulması qət edilmişdir. İş materiallarında olan Naxçıvan Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(078)-1064/2019 nömrəli qətnaməsinin surətindən görünür ki, X9 və xx xxx 1999-cu il tarixdə doğulmuş X5 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüququ verilməklə həmin fərdi yaşayış evinə köçürülmələri qət edilmişdir. İş materiallarında olan Naxçıvan Şəhər Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(078)-290/2020 nömrəli qətnaməsinin surətindən görünür ki, İddiaçı tərəfindən X6 və X4 xeyrinə 10.000 (on min) manat kompensasiya ödənilməklə İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə olan istifadə hüquqlarına xitam verilməsi qət edilmişdir. İş materiallarında olan X19 Hakimiyyətinin 2 nömrəli X20 Dairəsi üzrə Nümayəndəliyinin xx xxxx 2020-ci il tarixli, 01/2357 nömrəli arayışından görünür ki, Abbasov X10 şəhəri, Şahtaxtinski küçəsi, döngə 1, ev 10 ünvanının qeydiyyatındadır. İş materiallarında olan X19 Hakimiyyətinin 2 nömrəli X20 Dairəsi üzrə Nümayəndəliyinin xx xxxx 2020-ci il tarixli, 01/2358 nömrəli arayışından görünür ki, X2 şəhəri, Şahtaxtinski küçəsi, döngə 1, ev 10 ünvanının qeydiyyatındadır. İş materiallarında olan X19 Hakimiyyətinin 2 nömrəli X20 Dairəsi üzrə Nümayəndəliyinin xx xxxx 2020-ci il tarixli, 01/2359 nömrəli arayışından görünür ki, X1 şəhəri, Şahtaxtinski küçəsi, döngə 1, ev 10 ünvanının qeydiyyatındadır. İş materiallarında olan AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxxx 1967-ci ildə Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhərində doğulmuş və Naxçıvan Muxtar Respublikası, ünvan 1 ünvanında yaşayır. Məhkəmə araşdırması zamanı təqdim edilmiş sübutlarla müəyyən edilmişdir ki, ünvan 1 tam mülkiyyət hüququ əsasında İddiaçı adına qeydiyyata alınmışdır və iddiaçı X18 İdarəsinə müraciət etsə də, cavabdeh orqan tərəfindən iddiaçının ərizəsinin icrasından imtina edilərək, həmin şəxslərin Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri üzrə qeydiyyata alınması və çıxarılması Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2010-cu il tarixli, 550 nömrəli əmrinin 5-ci bəndində göstərilən əsaslara uyğun olmadığından iddiaçının ərizəsinin icra edilə bilməməsi bildirilmişdir. Məhkəmə, cavabdehin qeyd olunan imtinası ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin 1-ci bəndinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüquqları vardır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir; Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsini təqdim etməlidir. Müvafiq icra hakimiyyəti orqanları (“müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər) tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan bu hallarda çıxarılır: yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının (“müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər) məlumatına əsasən; başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının (“müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər) məlumatına əsasən; ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında (maddə 9). İş materiallarından görünür ki, üçüncü şəxslər X6 və X4 həmin fərdi yaşayış evindən istifadə hüquqlarına məhkəmə qətnaməsi ilə xitam verilmiş və hazırda həmin evdə yaşamırlar. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxx 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər. Bundan başqa Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli Qərarı ilə müəyyən edilmişdir ki, yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, üçüncü şəxslərin iddiaçıya məxsus evdən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh X18 İdarəsinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Ödənilmiş dövlət rüsumu məsələsini müzakirə edərək məhkəmə hesab edir ki, iddia tələbi təmin olunduğundan ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən, prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilir. İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanının pasport qeydiyyatından X6 və X4 çıxarılmaları öhdəliyi cavabdeh X18 İdarəsinin üzərinə qoyulur. İş üzrə ödənilmiş 10 (on manat) manat dövlət rüsumu iddiaçıya aid edilir. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN : HİCRAN MURADOV
Məhkəmə qərarları › İş №2-1(122)-85/2020
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-85/2020
30.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver