Məhkəmə qərarları › İş №2-1(122)-86/2020

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-86/2020

23.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-86/2020 23.11.2020 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Əsgərov Elnar Muxtər oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı nümayəndəsi Nümayəndə cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Culfa Rayon İdarəsinə qarşı “torpağın ******* nömrəli çıxarışda və AA 004039 nömrəli torpaq sahəsinin plan ölçüsünə uyğun olaraq mərz nişanlarının yerinin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı nümayəndəsi Nümayəndə cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Culfa Rayon İdarəsinə qarşı “torpağın ******* nömrəli çıxarışda və AA 004039 nömrəli torpaq sahəsinin plan ölçüsünə uyğun olaraq mərz nişanlarının yerinin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri özünə geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, İddiaçı nümayəndəsi Nümayəndə ərizəsini nəzərdən keçirib belə qənaətə gəlir ki, iddia geri götürülmüş hesab edilməli və bu əsasla da iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddiaçının nümayəndəsinin məhkəməyə təqdim etdiyi müraciətindən görünür ki, o iddia tələbindən imtina etməməklə ərizəsinin geri qaytarılması arzusundadır və iddia tələbinə baxılmasını arzu etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.5-ci maddəsinə görə, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmə, hesab edir ki, hazırki vəziyyətdə iddiaçının nümayəndəsi 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayınmasa da, məhkəməyə təqdim etdiyi ərizəsində ərizəsinin baxılmadan qaytarılmasını tələb etməklə iddianın mahiyyəti üzrə baxılmasından imtina etmişdir. İddianın verilməsini və eləcə də ondan imtina edilməsini onun iradə ifadəsi kimi qiymətləndirərək belə qənaətə gəlir ki, iddiaçınin ərizəsinin qaytarılması barədə ərizəsi iddiadan imtina kimi qəbul edilsə də, hüquqi nəticəsinə görə iddiaçınin eyni məsələ ilə bağlı və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna etmir. İddiaçının nümayəndəsinə iddianın geri götürülmüş hesab edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna etməməsi və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38-ci maddəsinin müddəaları izah edilir. Məhkəmənin həmin qərardadından apelyasiya şikayətinin verilməsi məsələsinə gəldikdə qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” xx xxxxx 2014-cü il tarixli qərarının 2-ci bəndində belə bir qənaətə gəlinmişdir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə uyğun olaraq iddianın geri götürülmüş sayılması barədə qəbul edilmiş qərardaddan həmin Məcəllənin 81.1-ci maddəsinə müvafiq olaraq apelyasiya şikayətinin verilməsi hüququ təmin olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81.1-ci maddəsinə əsasən, inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Məhkəmə hesab edir ki, İddiaçı nümayəndəsi Nümayəndə cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Culfa Rayon İdarəsinə qarşı “torpağın ******* nömrəli çıxarışda və AA 004039 nömrəli torpaq sahəsinin plan ölçüsünə uyğun olaraq mərz nişanlarının yerinin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası geri götürülmüş hesab edilməli, bu əsasla da iş üzrə icraata xitam verilməlilidir Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55., 80 və 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərar verdi: İddiaçı nümayəndəsi Nümayəndə ərizəsi təmin edilsin. İddiaçı nümayəndəsi Nümayəndə cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Culfa Rayon İdarəsinə qarşı “torpağın ******* nömrəli çıxarışda və AA 004039 nömrəli torpaq sahəsinin plan ölçüsünə uyğun olaraq mərz nişanlarının yerinin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası geri götürülmüş hesab edilsin və bu əsasla da iş üzrə icraata xitam verilsin. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçının nümayəndəsinə geri qaytarılsın. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada təqdim olunduğu vaxtdan (elan olunduğu vaxtdan) 10 gün müddətində Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər. SƏDRLİK EDƏN: HİCRAN MURADOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar