Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-86/2024 02.08.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ X1 Heydər oğlunun sədrliyi, İbrahimov Əli Allahverdi oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı "ona məxsus qanunsuz sökülmüş əmlak sahəsinin geri qaytarılması və ya əmlakın hal-hazırki dəyərində digər əmlakla əvəz edilməsi, çəkilən xərclər, əldən çıxmış fayda və əmlakın dəyərinin mövcud bazar qaydasına uyğun olaraq qiymətləndirilib əvəzinin kompensasiyalaşdırılaraq cavabdehin üzərinə öhdəlik olaraq qoyulması tələbi"nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus qanunsuz sökülmüş əmlak sahəsinin geri qaytarılması və ya əmlakın hal-hazırki dəyərində digər əmlakla əvəz edilməsi, çəkilən xərclər, əldən çıxmış fayda və əmlakın dəyərinin mövcud bazar qaydasına uyğun olaraq qiymətləndirilib əvəzinin kompensasiyalaşdırılaraq cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinin üzərinə öhdəlik olaraq qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə müvafiq olaraq inzibati iş məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş və hazırlıq icraatı ilə bağlı məhkəmə iclası 02 avqust 2024-cü il tarixə təyin edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı və cavabdeh heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə 2-1(122)- 86/2024 nömrəli işin məhkəmənin icraatında olduğunu, iddiadan imtina etməyin hüquqi nəticələrinin ona məlum olduğunu bildirib, cavabdeh inzibati orqanla məhkəmədənkənar razılıq əldə etdiklərinə görə iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, ərizəsini nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddiaçının tərəfin ərizəsi aşağıda qeyd edilən normaların tələblərinə uyğun olduğundan iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 15.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatında tərəflər mübahisəyə baxılmasını bilavasitə özləri tərəfindən, yaxud mediasiya vasitəsilə bağlanılmış barışıq sazişi ilə, iddiaçının iddiadan imtina etməsi ilə, cavabdehin iddianı qəbul etməsi ilə və ya hüquqi mübahisənin nizamlanması barədə müştərək bəyanatla sona çatdıra bilərlər. 50.0 və 50.0.2-ci maddələrinə əsasən sədrlik edən hakim mübahisə ilə bağlı iş üzrə hazırlıq icraatında iddiaçının iddiadan imtina etməsi və ya cavabdehin iddianı qəbul etməsi barədə məsələləri həll edir və bu barədə müvafiq qərardad qəbul edir. 55.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. 55.4-cü maddəsinə əsasən iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı "ona məxsus qanunsuz sökülmüş əmlak sahəsinin geri qaytarılması və ya əmlakın hal-hazırki dəyərində digər əmlakla əvəz edilməsi, çəkilən xərclər, əldən çıxmış fayda və əmlakın dəyərinin mövcud bazar qaydasına uyğun olaraq qiymətləndirilib əvəzinin kompensasiyalaşdırılaraq cavabdehin üzərinə öhdəlik olaraq qoyulması tələbi"nə dair iş üzrə iddiaçının nümayəndəsi Nümayəndə ərizəsi təmin edilməli və inzibati iş üzrə icraata xitam verilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.1, 55.4, 55.5, 80, 83.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı tərəfin ərizəsi təmin edilsin. İddiaçı cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı "ona məxsus qanunsuz sökülmüş əmlak sahəsinin geri qaytarılması və ya əmlakın hal-hazırki dəyərində digər əmlakla əvəz edilməsi, çəkilən xərclər, əldən çıxmış fayda və əmlakın dəyərinin mövcud bazar qaydasına uyğun olaraq qiymətləndirilib əvəzinin kompensasiyalaşdırılaraq cavabdehin üzərinə öhdəlik olaraq qoyulması tələbi"nə dair inzibati iş üzrə icraata xitam verilsin. İddiaçı tərəfə izah olunsun ki, iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Qərardaddan şikayət verilə bilməz. Hakim: Elnur Hüseynov
Məhkəmə qərarları › İş №2-1(122)-86/2024
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-86/2024
02.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver