Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-864/2024 03.04.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi Nümayəndə və cavabdeh X3 Hərbi Həkim Komissiyasının nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh X3 Hərbi Həkim Komissiyasına qarşı “X3 Hərbi Həkim Komissiyasının onun barəsində qəbul etdiyi 25 oktyabr 2023-cü il tarixli qərarına dəyişiklik olunaraq "bu travmadır, hərbi xidmət vəzifələrinin icrası zamanı alınmışdır" kimi düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı nümayəndəsi vasitəsilə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X3 Hərbi Həkim Komissiyasının onun barəsində qəbul etdiyi 25 oktyabr 2023-cü il tarixli qərarına dəyişiklik olunaraq "bu travmadır, hərbi xidmət vəzifələrinin icrası zamanı alınmışdır" kimi düzəliş edilməsi öhdəliyinin cavabdeh X3 Hərbi Həkim Komissiyasının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunaraq iddianın mümkünlüyünün yoxlanılması ilə bağlı məhkəmə iclası 03 aprel 2024-cü il tarixə təyin edilərək, bu barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı və iddiaçının nümayəndəsi Nümayəndə cavabdeh X3 Hərbi Həkim Komissiyasına qarşı iddia qaldırdıqlarını bildirərək, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmiş və bu barədə yazdığı 03 aprel 2024-cü il tarixli ərizəni məhkəməyə təqdim etmişdirlər. Məhkəmə iclasında iştirak edən cavabdeh X3 Hərbi Həkim Komissiyasının nümayəndəsi X2 iddiaçının və iddiaçının nümayəndəsinin iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə ərizəsinə heç bir etirazının olmadığını bildirmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iddiaçının və iddiaçının nümayəndəsinin ərizəsini nəzərdən keçirərək belə hesab edir ki, iddia geri götürülmüş sayılmalı və bu əsasla da iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddiaçının və iddiaçının nümayəndəsinin məhkəməyə təqdim etdikləri müraciətdən görünür ki, onlar iddia tələbindən imtina etməməklə ərizənin geri qaytarılması arzusundadırlar və iddia tələbinə baxılmasını arzu etmirlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: - 15.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatında tərəflər mübahisəyə baxılmasını bilavasitə özləri tərəfindən, yaxud mediasiya vasitəsilə bağlanılmış barışıq sazişi ilə, iddiaçının iddiadan imtina etməsi ilə, cavabdehin iddianı qəbul etməsi ilə və ya hüquqi mübahisənin nizamlanması barədə müştərək bəyanatla sona çatdıra bilərlər - 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. - 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 29 aprel 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, icraata xitam verilməsi barədə qərardad iki halda qəbul edilir: iddiaçı iddiadan özü imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda. Qərarda həmçinin qeyd olunmuşdur ki, İPM-in 55.3-cü maddəsindəki qərardad (iddianın geri götürülmüş sayılması barədə) və həmin Məcəllənin 55.5-ci maddəsindəki qərardad (icraata xitam verilməsi barədə) iki ayrı-ayrı məsələni həll edir. Qanunverici İPMin 55.5-ci maddəsində yalnız icraata xitam verilməsi barədə qərardaddan şikayətin mümkünsüzlüyünü açıq və aydın müəyyən etdiyi halda, bu qaydanın həmin Məcəllənin 55.3-cü maddəsindəki qərardadla əlaqədar tətbiqini nəzərdə tutmadığından, həmin qayda İPM-in 55.3-cü maddəsi ilə şəxsin məhkəməyə müraciət etmək hüququnu nizamlamır və bu hüququn həcminə təsir etməməlidir. Göründüyü kimi, inzibati prosessual qanunvericilikdə iddia ərizəsinin iddiaçının ərizəsi əsasında geri qaytarılması nəzərdə tutulmasa da, inzibati icraat üzrə iddianın baxılması və icraatın aparılması iddiaçının iradə ifadəsindən asılı edilməklə İPM-in 15-ci maddəsində tərəflərin mübahisəyə baxılmasının sona çatdırılması halları müəyyən edilmişdir. Hazırkı mübahisədə də iddiaçının və iddiaçının nümayəndəsinin ərizəsini nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia geri götürülmüş hesab edilməli və iş üzrə icraata xitam verilməlidir. İddiaçının və iddiaçının nümayəndəsinin diqqətinə çatdırılır ki, onların ərizəsi əsasında iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması və iş üzrə icraata xitam verilməsi ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 15, 55, 80 və 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı və iddiaçının nümayəndəsi Nümayəndə 03 aprel 2024-cü il tarixli ərizəsi təmin edilsin. İddiaçı cavabdeh X3 Hərbi Həkim Komissiyasına qarşı “X3 Hərbi Həkim Komissiyasının onun barəsində qəbul etdiyi 25 oktyabr 2023-cü il tarixli qərarına dəyişiklik olunaraq "bu travmadır, hərbi xidmət vəzifələrinin icrası zamanı alınmışdır" kimi düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası geri götürülmüş hesab edilsin və bu əsasla da iş üzrə icraata xitam verilsin. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı geri qaytarılsın. Qərardaddan onun rəsmi qaydada təqdim olunduğu (elan olunduğu) vaxtdan 10 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: HİCRAN MURADOV
Məhkəmə qərarları › İş №2-1(122)-864/2024
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-864/2024
03.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver