Məhkəmə qərarları › İş №2-1(122)-878/2023

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-878/2023

11.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-878/2023 11.10.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ X5 Heydər oğlunun sədrliyi, İbrahimova Səbinə Adələt qızının katibliyi ilə, İddiaçı cavabdeh Şərur Rayon İcra Hakimiyyətinə qarşı "Şərur şəhər Şəhriyar küçəsində yerləşən və 2004-cü ildə sökülmüş mağaza binasının yenidən bərpa olunması, olmadıqda həmin mağaza binasının sökülməsi nəticəsində onlara dəymiş zərərin və əldən çıxmış fayda qismində 18 ildə mülki dovriyyədən əldə edə biləcəyi qazancın əvəzinin, mağaza binasının tikilməsinə görə, 23000 (iyirmi üç min) manat 12000 (on iki min) ABŞ dolları, mağaza binasının bu günə olan bazar qiyməti ilə dəyərinin fərqini 22000 (iyirmi iki min) manat 18 ildə mülki dövriyyədən əldə edə biləcəyi qazanc olaraq 367200 (üç yüz altmış yeddi min iki yüz), ümumilikdə 417200 (dörd yüz on yeddi min iki yüz) manat maddi zərərin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Şərur şəhər Şəhriyar küçəsində yerləşən və 2004-cü ildə sökülmüş mağaza binasının yenidən bərpa olunması, olmadıqda həmin mağaza binasının sökülməsi nəticəsində onlara dəymiş zərərin və əldən çıxmış fayda qismində 18 ildə mülki dovriyyədən əldə edə biləcəyi qazancın əvəzinin, mağaza binasının tikilməsinə görə, 23000 (iyirmi üç min) manat 12000 (on iki min) ABŞ dolları, mağaza binasının bu günə olan bazar qiyməti ilə dəyərinin fərqini 22000 (iyirmi iki min) manat 18 ildə mülki dövriyyədən əldə edə biləcəyi qazanc olaraq 367200 (üç yüz altmış yeddi min iki yüz), ümumilikdə 417200 (dörd yüz on yeddi min iki yüz) manat maddi zərərin ödənilməsi öhdəliyinin cavabdeh Şərur Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması tələbini irəli sürərək iddia ərizəsi ilə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə müvafiq olaraq inzibati iş məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş və hazırlıq icraatı ilə bağlı məhkəmə iclası 11 oktyabr 2023-cü il tarixə təyin edilmişdir. İddiaçının nümayəndəsi X2 məhkəməyə 14 avqust 2023-cü il tarixli ərizə göndərərək Şərur şəhər Şəhriyar küçəsində yerləşən və 2004-cü ildə sökülmüş mağaza binasının yenidən bərpa olunması, olmadıqda həmin mağaza binasının sökülməsi nəticəsində onlara dəymiş zərərin və əldən çıxmış fayda qismində 18 ildə mülki dovriyyədən əldə edə biləcəyi qazancın əvəzinin, mağaza binasının tikilməsinə görə, 23000 (iyirmi üç min) manat 12000 (on iki min) ABŞ dolları, mağaza binasının bu günə olan bazar qiyməti ilə dəyərinin fərqini 22000 (iyirmi iki min) manat 18 ildə mülki dövriyyədən əldə edə biləcəyi qazanc olaraq 367200 (üç yüz altmış yeddi min iki yüz), ümumilikdə 417200 (dörd yüz on yeddi min iki yüz) manat maddi zərərin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia qaldırdığını, iddia tələbi cavabdeh tərəfindən təmin edildiyindən iddiasından imtina etdiyini, iddiadan imtina etməyinin hüquqi nəticələrinin ona məlum olduğunu bildirib, məhkəmədən iddiadan imtina barədə ərizəni qəbul edib iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəməyə həmçinin iddia tələbindən imtina barədə 14 avqust 2023-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizə də göndərmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə tərəflərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin ərizəsini nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddiaçının nümayəndəsinin ərizəsi aşağıda qeyd edilən normaların tələblərinə uyğun olduğundan iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 15.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatında tərəflər mübahisəyə baxılmasını bilavasitə özləri tərəfindən, yaxud mediasiya vasitəsilə bağlanılmış barışıq sazişi ilə, iddiaçının iddiadan imtina etməsi ilə, cavabdehin iddianı qəbul etməsi ilə və ya hüquqi mübahisənin nizamlanması barədə müştərək bəyanatla sona çatdıra bilərlər. 50.0 və 50.0.2-ci maddələrinə əsasən sədrlik edən hakim mübahisə ilə bağlı iş üzrə hazırlıq icraatında iddiaçının iddiadan imtina etməsi və ya cavabdehin iddianı qəbul etməsi barədə məsələləri həll edir və bu barədə müvafiq qərardad qəbul edir. 55.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. 55.4-cü maddəsinə əsasən iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Şərur Rayon İcra Hakimiyyətinə qarşı "Şərur şəhər Şəhriyar küçəsində yerləşən və 2004-cü ildə sökülmüş mağaza binasının yenidən bərpa olunması, olmadıqda həmin mağaza binasının sökülməsi nəticəsində onlara dəymiş zərərin və əldən çıxmış fayda qismində 18 ildə mülki dovriyyədən əldə edə biləcəyi qazancın əvəzinin, mağaza binasının tikilməsinə görə, 23000 (iyirmi üç min) manat 12000 (on iki min) ABŞ dolları, mağaza binasının bu günə olan bazar qiyməti ilə dəyərinin fərqini 22000 (iyirmi iki min) manat 18 ildə mülki dövriyyədən əldə edə biləcəyi qazanc olaraq 367200 (üç yüz altmış yeddi min iki yüz), ümumilikdə 417200 (dörd yüz on yeddi min iki yüz) manat maddi zərərin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iş üzrə iddiaçının nümayəndəsi X1 ərizəsi təmin edilməli və inzibati iş üzrə icraata xitam verilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.1, 55.4, 55.5, 80, 83.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçının nümayəndəsi X1 ərizəsi təmin edilsin. İddiaçı cavabdeh Şərur Rayon İcra Hakimiyyətinə qarşı "Şərur şəhər Şəhriyar küçəsində yerləşən və 2004-cü ildə sökülmüş mağaza binasının yenidən bərpa olunması, olmadıqda həmin mağaza binasının sökülməsi nəticəsində onlara dəymiş zərərin və əldən çıxmış fayda qismində 18 ildə mülki dovriyyədən əldə edə biləcəyi qazancın əvəzinin, mağaza binasının tikilməsinə görə, 23000 (iyirmi üç min) manat 12000 (on iki min) ABŞ dolları, mağaza binasının bu günə olan bazar qiyməti ilə dəyərinin fərqini 22000 (iyirmi iki min) manat 18 ildə mülki dövriyyədən əldə edə biləcəyi qazanc olaraq 367200 (üç yüz altmış yeddi min iki yüz), ümumilikdə 417200 (dörd yüz on yeddi min iki yüz) manat maddi zərərin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati iş üzrə icraata xitam verilsin. İddiaçıya izah olunsun ki, iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Qərardaddan şikayət verilə bilməz. Hakim: Elnur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar