Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-89/2021 01.06.2021 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi, tərəflərin iştirakı olmadan, İddiaçı Cavabdehnə qarşı “17.01.2005-ci il tarixdə tərtib olunmuş 01 nömrə ilə qeydə alınmış doğum aktı qeydində soyad qrafasında yazılmış Ələkbərzadə soyadının əvəzinə Ələkbərli soyadının yazılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 17.01.2005-ci il tarixdə tərtib olunmuş 01 nömrə ilə qeydə alınmış doğum aktı qeydində soyad qrafasında yazılmış Ələkbərzadə soyadının əvəzinə Ələkbərli soyadının yazılması öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, oğlu X16 06.11.2004-cü il tarixdə anadan olmuşdur. Ona məxsus doğum haqqında şəhadətnamədə X7 qeydiyyat aparılmışdır. Cavabdehnə doğum aktı qeydindən çıxarış almaq üçün müraciət etdikdə həmin şöbədən ona bildirilmişdir ki, 17.01.2005-ci il tarixdə tərtib olunmuş 01 nömrəli doğum aktında oğlunun soyadı Ələkbərzadə olaraq qeyd edilmişdir. Sonra iddiaçı ərizə ilə Cavabdehnə müraciət edərək həmin səhvin düzəldilməsini xahiş etsə də Cavabdeh 22.04.2021-ci il tarixli, 93 nömrəli məktubu ilə onun xahişinə cavab olaraq imtina verilmiş və bu barədə onun məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. İddiaçı yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2 və 33-cü maddələrini əsasən məhkəmədən 17.01.2005-ci il tarixdə tərtib olunmuş 01 nömrə ilə qeydə alınmış doğum aktı qeydində soyad qrafasında yazılmış Ələkbərzadə soyadının əvəzinə Ələkbərli soyadının yazılması öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) 17.05.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Cavabdeh inzibati orqan iddiaya dair 08 may 2021-ci il tarixli, 106 nömrəli yazılı münasibətini onunla əsaslandırmışdır ki, vətəndaş İddiaçı Cavabdehnə 22.04.2021-ci il tarixdə ərizə ilə müraciət edərək qeyd etmişdir ki, Şahbuz rayon, Nursu kənd inzibati ərazi üzrə nümayəndəliyi tərəfindən oğlu X11 17.01.2005-ci il tarixli, 01 nömrəli doğum akt qeydi tərtib olunarkən onun soyad sonluğu Ələkbərzadə olaraq yazılmışdır. Ərizədə göstərilən xüsusatlar Şöbə tərəfindən araşdırılmış və müəyyən olunmuşdur ki, həqiqətən də yuxarıda göstərilən doğum akt qeydində uşağın soyadının sonluğu Ələkbərzadə olaraq yazılmış, lakin vətəndaşa 28.04.2009-cu il tarixdə təkrar doğum haqqında şəhadətnamə verilərkən Ələkbərli soyadı ilə yeni şəhadətnamə verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.03.2011-ci il tarixli, 52 №-li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən müddalar”a əsasən ilkin şəhadətnamədə soyad sonluğu Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli, 79 nömrəli qərarına əsasən “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 5.10-cu bəndinə görə qeydiyyat şöbəsi və konsulluq tərəfindən soyadın sonluğuna dəyişiklik edilməsinə şəxs həm yetkinlik yaşına çatanadək, həm də yetkinlik yaşına çatdıqdan sonra yol verilir. Lakin ikinci dəfə soyad sonluğunun dəyişdirilməsinə yol verilmir. İddiaçının əlində olan şəhadətnamədə soyad Ələkbərli olsa da, akta bu barədə heç bir düzəliş aparılmamışdır. Bu səbəbdən doğum haqqında akt qeydinə qeydiyyat şöbəsi tərəfindən düzəliş edilməsi qanuna zidd olduğundan mümkün deyil. Vətəndaşa doğum haqqında akt qeydinə düzəliş olunması üçün aidiyyəti üzrə müvafiq məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin 16 may 2021-ci il tarixli, 2-1(122)-89/2021 nömrəli sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab edilərək, şifahi məhkəmə baxışı iclası 01 iyun 2021-ci il tarixə təyin edilmişdir. Şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə, həmçinin şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədiyi halda tərəflərin iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilməsinə baxmayaq iş üzrə İddiaçı və Cavabdeh nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, lakin İddiaçı məhkəməyə 31 may 2021-ci il tarixli, AZ 1075/********** nömrəli teleqram göndərərək səhhəti ilə əlaqədar olaraq 01.06.2021-ci ildə keçirilən məhkəmədə iştirak edə bilməyəcəyini nəzərə alaraq, məhkəmənin onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı iş materiallarına cavabdeh inzibati orqanın imtina məktubunu, doğum haqqında şəhadətnamənin, şəxsiyyət vəsiqələrinin təsdiq edilmiş surətlərini, ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin və Azərbaycan Respublikasının ümumvətəndaş pasportunun surətlərini, qeydiyyatla bağlı arayışları əlavə etmişdir. Həmin sənədlərin və materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Həmçinin iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmişdir. İddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iş materiallarında olan: - Cavabdeh İddiaçı ünvanladığı 22 aprel 2021-ci il tarixli, 93 nömrəli məktubundan görünür ki, Şahbuz rayon, Nursu kənd inzibati ərazi üzrə nümayəndəliyi tərəfindən 17.01.2005-ci il tarixli, 01 nömrəli doğum akt qeydi tərtib olunarkən X3 sonluğu Ələkbərzadə olaraq qeyd edilmişdir. Ərizədə göstərilən xüsusatlar Şöbə tərəfindən araşdırılmış və müəyyən olunmuşdur ki, həqiqətən də 17.01.2005-ci il tarixli, 01 nömrəli doğum akt qeydində uşağın soyadının sonluğu Ələkbərzadə olaraq yazılsada, vətəndaşa 28.04.2009-cu il tarixdə təkrar doğum haqqında şəhadətnamə verilərkən Ələkbərli soyadı ilə yeni şəhadətnamə verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.03.2011-ci il tarixli, 52 №-li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən müddalar”a əsasən ilkin şəhadətnamədə soyad sonluğu Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli, 79 nömrəli qərarına əsasən “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 5.10-cu bəndinə görə qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən soyadın sonluğuna dəyişiklik edilməsinə şəxs həm yetkinlik yaşına çatanadək, həm də yetkinlik yaşına çatdıqdan sonra yol verilir. Lakin ikinci dəfə soyad sonluğunun dəyişdirilməsinə yol verilmir. Şəhadətnamədə soyad Ələkbərli olsa da, akta bu barədə heç bir düzəliş aparılmamışdır. Bu səbəbdən doğum haqqında akt qeydinə qeydiyyat şöbəsi tərəfindən düzəliş edilməsi qanuna zidd olduğundan mümkün deyil. Vətəndaşa doğum haqqında akt qeydinə düzəliş olunması üçün aidiyyəti üzrə müvafiq məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. - 28 aprel 2009-cu il tarixli, AZ-İİ 335443 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X16 06 noyabr 2004-cü il tarixdə Şahbuz rayonu, Nursu kəndində doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 2005-ci ilin 01 ayının 17 günündə 01 nömrə ilə qeyd edilmişdir. - AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, X16 06 noyabr 2004-cü il tarixdə doğulmuşdur. - 04 dekabr 2019-cu il tarixli, İQ 214906 nömrəli ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin surətindən görünür ki, X16 hərbi xidmətə yararlı sayılmışdır. - 01 avqust 2019-cu il tarixli, AZE C02431200 nömrəli Azərbaycan Respublikasının ümumvətəndaş pasportunun surətindən görünür ki, X16 06 noyabr 2004-cü il tarixdə doğulmuşdur. - AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxxx 1979-cu il tarixdə doğulmuşdur. - Şahbuz Rayon İcra Hakimiyyətinin Nursu Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş 22 aprel 2021-ci il tarixli, 04/111 nömrəli arayışa əsasən X16, 04/112 nömrəli arayışa əsasən Ələkbərov X4 pasport qeydiyyatındadırlar, həmçinin 04/113 nömrəli arayışa əsasən X1 sakini İddiaçı oğludur və Nursu kəndində qeydiyyatda dayanır. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanan 17 yanvar 2005-ci il tarixli, 01 nömrəli doğum haqqında akt qeydinin surətindən görünür ki, X12 06 noyabr 2004-cü il tarixdə Naxçıvanda doğulmuşdur. X5 tərəfindən məhkəməyə ünvanlanan 31 may 2021-ci il tarixli, AZ 1075/********** nömrəli teleqramdan X2 oğlu X8 Səid familyasına keçməsinə etiraz etmədiyi aydın olur. Beləliklə, məhkəmə iş materiallarının araşdıraraq, onda yaranmış daxili inam əsasında (İPM 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının: - 24-cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. - 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. - 60-cı maddəsinin İV hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. - 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “Uşaq hüquqları haqqında” BMT Konvensiyasının 3-cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilibkeçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 51.2-ci maddəsinə əsasən uşağın hüquqlarının və qanuni mənafelərinin müdafiəsi valideynlər (onları əvəz edən şəxslər), bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda isə müvafiq icra hakimiyyəti orqanı və məhkəmə tərəfindən həyata keçirilir. - 53.3-cü maddəsinə əsasən uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. - 59.1-ci maddəsinə əsasən valideynlər uşaqların hüquq və mənafelərini müdafiə etməlidirlər. Valideynlər uşaqlarının qanuni nümayəndəsi kimi onları məhkəmələrdə, habelə hər hansı fiziki, hüquqi şəxslərlə əlaqədar hüquqlarını və maraqlarını buna səlahiyyət almadan müdafiə edə bilərlər. - 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. - 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. - 159.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. - 161.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxslərin daimi yaşayış yerində müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. - 161.2-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanının qeydiyyatı düzəltməkdən və ya dəyişdirməkdən imtina etməsindən inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli, 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas Müddəalar”ın 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Həmin Müddəaların 3-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlər düzəldikdə vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər aparılır. Həmin Müddəaların 8-ci bəndinə görə ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 1.1-ci bəndinə görə bu Qayda Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və dövlət mənafeyi, ictimai mənafe üçün, vətəndaşların şəxsi, habelə əmlak hüquqlarının qorunması məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasını müəyyən edir. Həmin Qaydanın 1.4-cü bəndinə görə Qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Həmin Qaydanın 1.7-ci bəndinə görə Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, qeyd olunmalı faktları, ərizə verənlərin şəxsiyyətini təsdiq edən sənədlər və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün lazım olan bu Qaydada müəyyən olunmuş digər sənədlər təqdim edildikdə aparılır. “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 5.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının 18 yaşına çatmış hər bir vətəndaşının ərizəsinə əsasən onun mövcud soyadının sonluğuna dəyişiklik edilir. 18 yaşına çatmayanların soyadlarının sonluğuna dəyişiklik onların valideynlərinin və digər qanuni nümayəndələrinin (övladlığa götürənlərin, qəyyumun və ya himayəçinin) ərizəsi əsasında həyata keçirilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən soyadın sonluğuna dəyişiklik edilməsi ilə əlaqədar müvafiq akt qeydlərində bu barədə qeyd edilir və yeni şəhadətnamələr verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”na əsasən rayon, şəhər qeydiyyat şöbələri inzibati orqan hesab olunur. Məhkəmə iş materiallarına məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, 17.01.2005-ci il tarixdə tərtib olunmuş 01 nömrə ilə qeydə alınmış doğum aktı qeydində soyad qrafasında yazılmış Ələkbərzadə soyadının əvəzinə Ələkbərli soyadının yazılmasından Cavabdeh tərəfindən imtina edilməsi əsassızdır. Belə ki, təqdim edilmiş sübutlar qanuni və əsaslı olduğundan iddiaçının iddia tələbinin təmin edilməsi üçün kifayət qədər əsas mövcuddur. İş materiallarına əlavə edilmiş sənədlərdən də görünür ki, X16 06 noyabr 2004-cü ildə Şahbuz rayonu, Nursu kəndində doğulmuşdur. Onun şəxsiyyətini müəyyən edən sənədlərin hər birində soyadının Ələkbərli olaraq qeyd edilməsi bir daha bunu sübut edir. Buna baxmayaraq, doğum akt qeydində onun soyadı Ələkbərzadə kimi göstərilmişdir. Buna görə də məhkəmə hesab edir ki, doğum akt qeydindəki bu cür uyğunsuzluq aradan qaldırılmalı və 17.01.2005-ci il tarixdə tərtib olunmuş 01 nömrə ilə qeydə alınmış doğum aktı qeydində soyad qrafasında yazılmış Ələkbərzadə soyadının əvəzinə Ələkbərli soyadı yazılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda qeyd olunan əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli və 17.01.2005-ci il tarixdə tərtib olunmuş 01 nömrə ilə qeydə alınmış doğum aktı qeydində soyad qrafasında yazılmış Ələkbərzadə soyadının əvəzinə Ələkbərli soyadının yazılması öhdəliyi Cavabdehnə həvalə edilməlidir. İPM-in 110.1-ci maddəsinin tələbinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, işə baxılması ilə əlaqədar prosessual xərclər iddiaçıya aid edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 4.1, 52, 58, 68-69, 75, 78, 85, 110.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilir. 17.01.2005-ci il tarixdə tərtib olunmuş 01 nömrə ilə qeydə alınmış doğum aktı qeydində soyad qrafasında yazılmış Ələkbərzadə soyadının əvəzinə Ələkbərli soyadının yazılması öhdəliyi Cavabdehnə həvalə edilir. İddia tələbi təmin olunduğundan prosessual xərclər iddiaçıya aid edilir. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələbinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. SƏDRLİK EDƏN: HİCRAN MURADOV
Məhkəmə qərarları › İş №2-1(122)-89/2021
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-89/2021
01.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver