Məhkəmə qərarları › İş №2-1(122)-891/2024

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-891/2024

11.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-891/2024 11.07.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Əliyev Tural Yusif oğlunun sədrliyi, Rzayeva Əpruz Qasım qızının katibliyi ilə, iddiaçılar X1 və X2 qanuni nümayəndəsi İddiaçı cavabdeh Sədərək Rayon Qeydiyyat Şöbəsinə qarşı "16 avqust 2008-ci il təvəllüdlü X1 və 16 oktyabr 2009-cu il təvəllüdlü X2 doğum haqqında akt qeydlər kitabında düzəliş edilərək soyadlarının Fərzəliyevdən dəyişdirilərək "Həbibli" kimi qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçılar X1 və X2 qanuni nümayəndəsi İddiaçı 16 avqust 2008-ci il təvəllüdlü X1 və 16 oktyabr 2009-cu il təvəllüdlü X2 doğum haqqında akt qeydlər kitabında düzəliş edilərək soyadlarının Fərzəliyevdən dəyişdirilərək "Həbibli" kimi qeyd edilməsi öhdəliyinin cavabdeh Sədərək Rayon Qeydiyyat Şöbəsinin üzərinə qoyulması tələbini irəli sürərək iddia ərizəsi ilə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə müvafiq olaraq inzibati iş məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş və hazırlıq icraatı ilə bağlı məhkəmə iclası 11 iyul 2024-cü il tarixə təyin edilmişdir. İddiaçılar X1 və X2 qanuni nümayəndəsi İddiaçı məhkəməyə dəftərxana vasitəsilə daxil olmuş 10 iyul 2024-cü il tarixli ərizə göndərərək Naxçıvan MR Ədliyyə Nazirliyi Sədərək Rayon Qeydiyyat Şöbəsinə qarşı iddia qaldırdığını, iddia cavabdeh orqan tərəfindən təmin olunduğundan iddiasından imtina etdiyini, iddiadan imtina etməyinin hüquqi nəticələrinin ona məlum olduğunu bildirib, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə tərəflərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçılar X1 və X2 qanuni nümayəndəsi İddiaçı ərizəsini nəzərdən keçirərək belə nəticəyə gəlir ki, onun ərizəsi aşağıda qeyd edilən normaların tələblərinə uyğun olduğundan iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 15.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatında tərəflər mübahisəyə baxılmasını bilavasitə özləri tərəfindən, yaxud mediasiya vasitəsilə bağlanılmış barışıq sazişi ilə, iddiaçının iddiadan imtina etməsi ilə, cavabdehin iddianı qəbul etməsi ilə və ya hüquqi mübahisənin nizamlanması barədə müştərək bəyanatla sona çatdıra bilərlər. 55.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. 55.4-cü maddəsinə əsasən iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçılar X1 və X2 qanuni nümayəndəsi İddiaçı cavabdeh Sədərək Rayon Qeydiyyat Şöbəsinə qarşı "16 avqust 2008-ci il təvəllüdlü X1 və 16 oktyabr 2009-cu il təvəllüdlü X2 doğum haqqında akt qeydlər kitabında düzəliş edilərək soyadlarının Fərzəliyevdən dəyişdirilərək "Həbibli" kimi qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iş üzrə iddiaçılar X1 və X2 qanuni nümayəndəsi İddiaçı ərizəsi təmin edilməli və inzibati iş üzrə icraata xitam verilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.1, 55.4, 55.5, 80, 83.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçılar X1 və X2 qanuni nümayəndəsi İddiaçı ərizəsi təmin edilsin. İddiaçılar X1 və X2 qanuni nümayəndəsi İddiaçı cavabdeh Sədərək Rayon Qeydiyyat Şöbəsinə qarşı "16 avqust 2008-ci il təvəllüdlü X1 və 16 oktyabr 2009-cu il təvəllüdlü X2 doğum haqqında akt qeydlər kitabında düzəliş edilərək soyadlarının Fərzəliyevdən dəyişdirilərək "Həbibli" kimi qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati iş üzrə icraata xitam verilsin. İddiaçıların qanuni nümayəndəsinə izah olunsun ki, iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Qərardaddan şikayət verilə bilməz. Hakim: Tural Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar