Məhkəmə qərarları › İş №2-1(122)-896/2025

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-896/2025

11.03.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-896/2025 11.03.2026 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Muradov Emin Məhərrəm oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı "onun xx.xx.N5-ci il tarixli raportuna əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndində (öz arzusu ilə) uyğun olaraq Azərbaycan Ordusunda həqiqi hərbi xidmətdən ehtiyyata buraxılması vəzifəsinin cavabdehə həvalə olunması tələbi"nə dair inzibati mübahisə üzrə işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xx.xx.N5-ci il tarixli raportuna əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndində (öz arzusu ilə) uyğun olaraq Azərbaycan Ordusunda həqiqi hərbi xidmətdən ehtiyyata buraxılması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.199N-ci ildə Şəmkir rayonu, Təzəkənd kəndində anadan olmuşdur. N009-cu ildə Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsinə daxil olmuşdur. N3-cü il tarixdən təhsilini Hərbi Tibb fakültəsində kursant kimi davam etdirmişdir. xx.xx.N5-ci ildən zabit kimi Silahlı Qüvvələrdə xidmət edir. N8-N1ci il tarixlərində Hərbi Tibb fakültəsinin “anesteziologiya və reanimasiya” ixtiası üzrə Silahlı Qüvvələrin BKH-da rezidentura təhsili almışdır. N0-ci il N sentyabr tarixində başlayan Vətən müharibəsinin ilk günündən N1-ci il 1N yanvar tarixinə qədər ön xətt hospitallarında xidmətini davam etdirmiş, xalqımızın rəşadətlə döyüşən və namərd düşmənin yaraladığı hərbiçilərimizə bütün gücü ilə tibbi yardım göstərmişdir. “Vətən müharibəsi iştirakçısı”, “Xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli, “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalları ilə təltif olunmuşdur. xx.xx.N1-ci il tarixdən xx.xx.N5-ci il tarixədək N nömrəli hərbi hissənin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin ordinatoru, xx.xx.N5-ci il tarixdən bu günə qədər N nömrəli hərbi hissədə anesteziologiya və intensiv terapiya bölməsinin rəisi vəzifəsində xidmət edir. xx.xx.N5-ci il tarixdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 6-ci maddəsinin tələblərinə uyğun olaraq komanda üzrə N nömrəli hərbi hissə komandirinin adına raport yazaraq “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndində (öz arzusu ilə) əsasən Azərbaycan Ordusunda həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə yuxan komandanlıq qarşısında vəsatət qaldırılmasını xahiş etmişdir. Raportu qeydiyyata alınsa da (qeydiyyat nömrəsi - 959), raportu yazmasından 35 (otuz beş) gündən çox vaxt keçməsinə baxmayaraq heç bir rəsmi cavab verilməmiş, qərar qəbul edilməmişdir. Əksinə, şifahi şəkildə ona yuxarı komandanlıq tərəfindən bildirilmişdir ki, xx.xx.N4-cü il tarixdən etibarən “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda edilən dəyişikliyə əsasən onun N8-N1-ci il arası rezidentura təhsili “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndi ilə təxris olmasına imkan vermir. Halbuki qanunda dəyişiklik edilən zaman o, artıq rezidentura təhsilini bitirmişdir. Əlavə olaraq qanundakı dəyişiklikdən sonra onun kimi rezidentura təhsili almış, Hərbi Tibb fakültəsini N4-cü ildə bitirən və N4-cü ildə məhkəməyə müraciət etmiş hərbi qulluqçuların təxris olması barədə yazdıqları iddia ərizələrinin təmin olunması ilə bağlı məhkəmə qərarları da var. Raportunun təmin olunmamasını qanunsuz və əsassız hesab edir. Onun Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş həqiqi hərbi xidmətdən ehtiyata buraxılma hüququ kobud şəkildə pozulmuşdur. İddiaçı yuxarıda göstərilənlərə əsasən, onun xx.xx.N5-ci il tarixli raportuna əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndində (öz arzusu ilə) uyğun olaraq Azərbaycan Ordusunda həqiqi hərbi xidmətdən ehtiyyata buraxılması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş, İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) 0N iyul N5-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi iddiaya qarşı 0N iyul N5-ci il tarixli, 3-N5-17/N-15N4/N5 nömrəli yazılı münasibətini onunla əsaslandırmışdır ki, 01 iyun N3-cü il tarixdən təhsilini Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakultəsində dinləyici kimi davam etdirmiş, 05 iyun N5-ci il tarixdən Azərbaycan Ordusu sıralarında N nömrəli hərbi hissənin N-ci taborun tibb məntəqə rəisi-həkim vəzifəsində leytenant hərbi rütbəsində xidmətə başlamışdır. Bundan sonra İddiaçı N1 sentyabr N8-ci il tarixdə rezidentura təhsilinə qəbul edilmiş, 30 oktyabr N0-ci il tarixdə təhsilini bitirmiş, bundan əlavə 11 yanvar N1-ci il tarixdə yenidən rezidentura təhsilinə qəbul edilərək 06 dekabr N1ci il tarixdə təhsilini bitirmişdir. İddiaçı müvafiq əmrə əsasən N nömrəli hərbi hissəyə təyin edilərək xidmətini davam etdirmiş və hal-hazırki tarixədək N nömrəli hərbi hissədə xidmətini davam etdirir. İddiaçı iddia ərizəsində N5-ci il tarixdən leytenant hərbi rütbəsində Azərbaycan Ordusunda xidmətə başladığını və N5-ci il tarixdə onun 10 il zabit kimi xidməti olduğunu göstərərək 15 aprel N5-ci il tarixdə ehtiyata buraxılması üçün komandanlığa müraciət etməsini bildirmiş, lakin sonradan müraciətindən xeyli müddət keçməsinə baxmayaraq heç bir tədbir görülmədiyindən məhkəməyə müraciət etməsini göstərmişdir. Bildirilir ki, “Hərbi qulluqçuların statusu haqqında”, Hərbi xidmətkеçmə haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında NN dekabr N3-cü il tarixdə dəyişiklik edilmiş və 01 yanvar N4-cü il tarixdə qüvvəyə minmiş, belə ki həmin Qanununun N.4.N-ci yarımbəndinə “Qeyd” hissəsi əlavə edilmiş və orada “Zabitlərin həqiqi hərbi xidmət dövründə Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin (xarici ölkələrin analoji ali təhsil müəssisələrinin) magistratura (rezidentura), doktorantura (adyunktura) səviyyələri üzrə əyani təhsilalma müddəti, eləcə də ixtisasartırma, kadrların yenidən hazırlanması, stajkeçmə və kadrların təkmilləşdirilməsi üzrə əlavə təhsil müddəti (bir ildən çox olduqda) bu Əsasnamənin 15-ci maddəsinin birinci hissəsinin səkkizinci abzasında və bu maddənin birinci hissəsinin "j" bəndində nəzərdə tutulmuş müddətlərə daxil edilmir." göstərilmişdir. Yəni İddiaçı N1 sentyabr N8-ci il tarixdə rezidentura təhsilinə qəbul edilmiş, 30 oktyabr N0ci il tarixdə təhsilini bitirmişdir. Buda onu göstərir ki, iddiaçı N il 1 ay 9 gün müddətində rezidentura təhsildə olmuş və onun 10 il zabit kimi Azərbaycan Ordusunda xidməti olmamış, belə ki, onun hal-hazırda Azərbaycan Ordusunda zabit kimi xidməti 7 il 10 ay N1 gün təşkil edir və “Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "j" bəndi ilə ehtiyata buraxılması üçün yuxarı komandanlığa müraciəti əsassızdır belə ki, o, 10 il zabit kimi Azərbaycan Ordusundan tərxis olunması hüququnu əldə etməmişdir. Odur ki, yuxarıda göstərilənləri nəzərə alıb, Azərbaycan Respublikası İPM-nin 47.N-ci, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 306, 308, 310 və N59.0.10-cu maddələrini rəhbər tutaraq, məhkəmədən İddiaçı iddia tələbinin təmin edilməməsi ilə bağlı qərar qəbul edilməsi xahiş edilmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin N6 yanvar N6-cı il tarixli, N-1(1NN)-896/N5 nömrəli sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab edilərək, şifahi məhkəmə baxışı iclası 11 mart N6-cı il tarixə təyin edilmiş və bu barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh heç bir üzrlü səbəb göstərmədən nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Odur ki, məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək, məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iş materiallarına raportu, vəsiqələri, şəxsi vəsiqəni, şəxsiyyət vəsiqəsini əlavə etmişdir. Həmin sənədlərin və materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə, ilk növbədə, verilmiş iddianın mümkünlüyünü qiymətləndirərək hesab edir ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in N.1, 3.1 və 8.1-ci maddələri). İPM-nin N.N.N-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı olmadığından rədd edilməlidir. Belə ki, iş materiallarında olan: - Anesteziologiya və intensiv terapiya bölməsinin rəisi tibb xidməti kapitanı İddiaçı tərəfindən N nömrəli hərbi hissənin komandirinə ünvanlanmış 15 aprel N5-ci il tarixli raportdan görünür ki, "Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin "j" bəndinə (öz arzusu ilə) müvafiq olaraq Azərbaycan Ordusunda həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılması xahiş edilmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya tərəfindən verilmiş 10 iyul N4-cü il tarixli, 154503 nömrəli vəsiqədən görünür ki, İddiaçı müharibə veteranları üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. - “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal və vəsiqədən görünür ki, tibb xidməti kapitanı İddiaçı Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası müdafiə nazirinin 0108t nömrəli, N iyun N4-cü il tarixli əmri ilə “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalı ilə təltif olunmuşdur. - 08 iyun N5-ci il tarixdə verilmiş ******* nömrəli şəxsi vəsiqənin surətindən görünür ki, xx xxxx 199N-ci il tarixdə anadan olmuş İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 05 iyun N5-ci il tarixli, 0N87 nömrəli əmri ilə tibb xidməti leytenantı hərbi rütbəsi verilmiş, N nömrəli hərbi hissə komandirinin N iyun N8-ci il tarixli, 019r nömrəli əmri ilə tibb xidməti baş leytenantı hərbi rütbəsi verilmiş, N nömrəli hərbi hissə komandirinin N iyun NN-ci il tarixli, 030r nömrəli əmri ilə tibb xidməti kapitanı hərbi rütbəsi verilmişdir. - “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medal və vəsiqədən görünür ki, tibb xidməti baş leytenantı İddiaçı Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası müdafiə nazirinin 0N59t nömrəli, 30 dekabr N0-ci il tarixli əmri ilə “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif olunmuşdur. - AA ******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx xxxx 199N-ci ildə doğulmuşdur. İş materiallarına əlavə edilmiş: - N nömrəli hərbi hissənin N sentyabr N5-ci il tarixli, 93/NNN5 nömrəli məktubu ilə məhkəməyə ünvanlanmış: - N nömrəli hərbi hissənin N sentyabr N5-ci il tarixli, 93/NNN6 nömrəli arayışından görünür ki, tibb xidməti kapitanı İddiaçı 08 iyul N3-cq il tarixdən hal-hazırki dövrədək onun xidmət dəftərçəsində Azərbaycan Ordusunda həqiqi hərbi xidməti haqqında aşağıdakı məlumatlar vardır: 1. xx.xx.N3-cü il tarixdən xx.xx.N5-ci il tarixədək Azərbaycan Tibb Universitetində kursant, N. xx.xx.N5-ci il tarixdən xx.xx.N5-ci il tarixədək N nömrəli hərbi hissə Komandirin sərəncamında olmuş; 3. xx.xx.N5-ci il tarixdən xx.xx.N8-ci il tarixədək N nömrəli hərbi hissədə taborun tibb məntəqə rəisi-həkim; 4. xx.xx.N8-ci il tarixdən xx.xx.N1ci il tarixədək Azərbaycan Tibb Universiteti Hərbi Tibb fakültəsində rezidentura təhsili almış, xx.xx.N1-ci il tarixdən xx.xx.NN-ci il tarixədək N nömrəli hərbi hissədə Anesteziologiya,reanimasiya və intesiv terapiya şöbəsinin ordinatoru-kardioloq, xx.xx.NNci il tarixdən xx.xx.N5-ci il tarixədək N nömrəli hərbi hissədə nesteziologiya, reanimasiya və intesiv terapiya şöbəsinin ordinatoru reanimatoloq, xx.xx.N5-ci il tarixdən hal-hazırki tarixədək N nömrəli hərbi hissədə Anesteziologiya və intesiv terapiya bölməsinin rəisi olmuşdur. - Azərbaycan Tibb Universiteti Hərbi Tibb fakültəsinin rəisinin 01 iyul N3-cü il tarixli, 66 nömrəli əmrindən çıxarışdan görünür ki, N3/N4-cü tədris ili üçün Azərbaycan Tibb Universiteti hərbi Tibb Fakültəsinin 5-ci kurs kursantı İddiaçı xx.xx.N3 -cü il tarixdən bütün növ təminatlara qoyularaq, ilkin təlim-toplanışa cəlb edilmişdir. - Azərbaycan Respublikası müdafiə nazirinin 05 iyun N5-ci il tarixli, 0N87 nömrəli əmrindən çıxarışdan görünür ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 30, 36.1.4-cü maddələrinə və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 58-ci maddəsinin “a” bəndinə və 7N-ci maddəsinin “v” bəndinə müvafiq olaraq, N5-ci ilin iyun ayında Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsini bitirmiş İddiaçı ilkin "TİBB XİDMƏTİ LEYTENANTİ" hərbi rütbəsi verilməklə zabitlərin həqiqi hərbi xidmətinə qəbul edilmiş və X1 - XN (100 №-li hərbi hissə) Komandanının sərəncamına keçirilmişdir. - N nömrəli hərbi hissə komandirinin N iyul N5-ci il tarixli, 195 nömrəli əmrindən çıxarışdan görünür ki, tibb xidməti leytenantı İddiaçı Azərbaycan Respublikası X1 - X3 Komandanının 08 iyun N5-ci il tarixli, 05N №-li əmri ilə N №-li hərbi hissənin N-ci motoatıcı taborun qərargah bölüyünün tibb məntəqəsinin rəisi-həkim vəzifəsinə təyin edildiyinə görə xidmətini davam etdirmək üçün Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsindən gəlmiş hesab olunmuş, N iyul N5-ci il tarixdən hərbi hissənin şəxsi heyətin siyahısına, bütün növ təminatlara daxil edilmiş və vəzifəsinin icrasına başlamışdır. Vəzifə maaşı 358 manat məbləğində təyin edilmişdir. - N nömrəli hərbi hissə komandirinin N sentyabr N8-ci il tarixli, N73 nömrəli əmrindən görünür ki, tibb xidməti baş leytenantı İddiaçı - 3-cü motoatıcı taborun tibb məntəqəsinin rəisi-həkimi, Müdafiə nazirinin N1 sentyabr N8-ci il tarixli, 0651 nömrəli əmri ilə, "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 78-ci maddəsinin "v" bəndinə (təhsil müəssəsinə daxil olmaqla əlaqədar) və "Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsi haqqında" Əsasnamənin 5-ci bölməsinin 8-ci bəndinə müvafiq olaraq N8-ci və N9-cu tədris ili üçün baza ali tibb təhsili əsasında Rezidenturaya qəbul olunduğuna görə vəzifə və işlərini təhvil vermiş hesab edilmiş, N sentyabr N8-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılmış və təhsil almaq üçün Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsi rəisinin sərancamına göndərilmişdir. - N nömrəli hərbi hissə komandirinin N dekabr N1-ci il tarixli, 351 nömrəli əmrindən görünür ki, tibb xidməti baş leytenantı İddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin 06 dekabr N1-ci il tarixli, 01738 nömrəli əmri ilə anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin ordinatoru (kardioloq) vəzifəsinə təyin edildiyinə görə xidmətini davam etdirmək üçün Azərbaycan Tibb Univerisitetinin Hərbi Tibb Fakultəsindən (Bakı şəhəri) gəlmiş hesab edilmiş, N dekabr N1-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına, daxil edilmiş, bütün növ təminatlara qoyulmuş, vəzifəsinin qəbuluna və icrasına başlamışdır. - N nömrəli hərbi hissə komandirinin NN dekabr NN-ci il tarixli, 354 nömrəli əmrindən görünür ki, tibb xidməti kapitanı İddiaçı, anesteziologiya, reanimasiya və interterapiya şöbəsinin ordinatoru (kardioloq)-anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin ordinatoru (reanimatoloq) xidməti zərurətlə əlaqədar tutduğu vəzifədən azad olunub müvafiq vəzifəyə təyin olunmuşdur. - N nömrəli hərbi hissə komandirinin N fevral N5-ci il tarixli, 44 nömrəli əmrindən görünür ki, təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqadar "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 78-ci maddəsinin "a" bəndinə (yuxarı vəzifəyə) müvafiq olaraq, tibb xidməti kapitanı İddiaçı, Anesteziolojiya, reanimasiya və intensiv terapiya şöbəsinin ordinatoru (reanimatoloq) - Anesteziolojiya və intensiv terapiya bölməsinin baş ordinatoranestezioloq-reanimatoloq iş və vəzifələrini təhvil vermiş, təyin olunduğu vəzifənin icrasına başlamışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sənədlərə, iddiaçı tərəfin tələbinə və cavabdehin etirazına hüquqi qiymət verərək, iş materiallarını araşdıraraq, onda yaranmış daxili inam əsasında (İPM 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının: - N6-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. - 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. - 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Avropa Məhkəməsinin “Layıcov Azərbaycana qarşı” 10 aprel N4-cü il tarixli qərarında qeyd edilir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun: - 1.3-cü maddəsinə əsasən heç kəsin ixtiyarı yoxdur ki, hərbi qulluqçuları və onların ailə üzvlərini Azərbaycan Respublikasının Konstitusiyasında və qanunlarında Azərbaycan Respublikasının vətəndaşları üçün nəzərdə tutulmuş hər hansı hüquq və azadlıqlardan məhrum etsin və ya onların hüquqlarını məhdudlaşdırsın; buna yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına müvafiq surətdə yol verilir. - 18.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən olunmuş xidmət müddətini başa çatdıran, habelə həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatan, yaxud səhhətinə görə dinc dövrdə hərbi xidmətə yararsız sayılan hərbi qulluqçuların ehtiyata və ya istefaya buraxılmaq hüququ vardır. - NN.N-ci maddəsinə əsasən müəyyən olunmuş təminatın qane etməməsi, hərbi qulluqçular barəsində komandirlərin (rəislərin) və ya başqa hərbi qulluqçuların qanunsuz xidməti sərəncamları (hərəkətləri) barəsində, hərbi-xidmət münasibətlərinin başqa məsələləri barəsində şikayətlər Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamnamələrində nəzərdə tutulan qaydada verilir, nəzərdən keçirilir və həll edilir. Hərbi qulluqçular hərbi vəzifəli şəxslərin və hərbi idarə orqanlarının qərar və hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya) məhkəməyə şikayət edə bilərlər. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun: - N.0.N-ci maddəsinə əsasən hərbi xidmət – dövlət qulluğunun xüsusi növü olmaqla Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətlərdə Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin həyata keçirdikləri xidməti fəaliyyətdir - 40.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müvafiq aktı əsasında ali zabit heyəti həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları isə həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar. - 40.3-cü maddəsinə əsasən zabitlər, gizirlər və miçmanlar, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılırlar. - 41.0.9-cu maddəsinə əsasən hərbi qulluqçuların həqiqi hərbi xidmətdən ehtiyata buraxılma hallarından biri də öz arzusu ilə - yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmələridir. Maddənin qeyd hissəsinə əsasən zabitlərin həqiqi hərbi xidmət dövründə Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin (xarici ölkələrin analoji ali təhsil müəssisələrinin) magistratura (rezidentura), doktorantura (adyunktura) səviyyələri üzrə əyani təhsilalma müddəti, eləcə də ixtisasartırma, kadrların yenidən hazırlanması, stajkeçmə və kadrların təkmilləşdirilməsi üzrə əlavə təhsil müddəti (bir ildən çox olduqda) bu Qanunun 41.0.9-cu maddəsində nəzərdə tutulmuş müddətə daxil edilmir. Azərbaycan Respublikasının 03 oktyabr 1997-ci il tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən öz arzusu ilə - yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş zabitlər Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar. “Hərbi qulluqçuların statusu haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə”nin təsdiq edilməsi barədə”, “Əmək pensiyaları haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə NN dekabr N3-cü il tarixli, 1074-VİQD nömrəli Azərbaycan Respublikası Qanununun N.4-cü bəndinə əsasən 156-cı maddə üzrə aşağıdakı məzmunda “Qeyd” hissəsi əlavə edilmişdir: Zabitlərin həqiqi hərbi xidmət dövründə Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin (xarici ölkələrin analoji ali təhsil müəssisələrinin) magistratura (rezidentura), doktorantura (adyunktura) səviyyələri üzrə əyani təhsilalma müddəti, eləcə də ixtisasartırma, kadrların yenidən hazırlanması, stajkeçmə və kadrların təkmilləşdirilməsi üzrə əlavə təhsil müddəti (bir ildən çox olduqda) bu Əsasnamənin 15-ci maddəsinin birinci hissəsinin səkkizinci abzasında və bu maddənin birinci hissəsinin “j” bəndində nəzərdə tutulmuş müddətlərə daxil edilmir. Azərbaycan Respublikasının 1994-cü il N3 sentyabr tarixli, 887 saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsi”nin: - 6-cı bəndinə əsasən hərbi qulluqçu xidmət məsələlərinə dair özünün bilavasitə rəisinə və ancaq onun icazəsi ilə komanda üzrə daha böyük rəisə müraciət edə bilər. Hərbi qulluqçu şəxsi məsələlərə dair, bir qayda olaraq, özünün bilavasitə rəisinə, xüsusi hallarda isə böyük rəisə müraciət edə bilər. Hərbi qulluqçu rəisə yazılı surətdə müraciət etdikdə, raportu yalnız komanda üzrə verə bilər. Hərbi qulluqçu təklif, ərizə və şikayət verdikdə, İntizam nizamnaməsinin müddəalarını rəhbər tutmalıdır. İşin faktiki hallarından görünür ki, İddiaçı xx xxxx 199N-ci il tarixdə doğulmuş, N009cu ildə Azərbaycan Tibb Universitetinə, N3-cü ildə isə Hərbi Tibb fakültəsinə daxil olmuşdur. xx.xx.N5-ci il tarixdən leytenant rütbəsi alaraq zabit kimi Silahlı Qüvvələrdə xidmət etməyə başlamışdır. İddiaçı 05 iyun N5-ci il tarixdən zabit kimi 10 il xidməti tamamlandığından “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə”nin 156-cı maddəsinin “j” bəndinə əsasən-öz arzusu ilə hərbi xidmətdən ehtiyata buraxılmasını tələb edir. Cavabdeh inzibati orqan isə qanunvericilikdə edilmiş dəyişikliyə əsasən onun xx.xx.N8-ci il tarixdənxx.xx.N0-ci il tarixədək Azərbaycan Tibb Universitetində rezidentura təhsili aldığı müddətin zabit kimi xidmət müddətinə daxil edilmədiyinə və buna görə də onun həmin maddə ilə ehtiyata buraxılmaq hüququnun yaranmadığına istinad edərək, iddiaçının tələbinin icrasından imtina etmişdir. Mövcud normativ tənzimləmələrə əsasən, azı 10 il hərbi xidmət keçmiş kadr zabitinin öz arzusu ilə Silahlı Qüvvələrdən ehtiyata buraxılması barədə müraciəti olduğu halda, qanunvericiliyin tələblərinə uyğun olaraq inzibati orqan tərəfindən həmin müraciət təmin edilməli, yəni həmin şəxs ehtiyata buraxılmalıdır. İş materiallarından görünür ki, cavabdeh inzibati orqan iddiaçının ehtiyata buraxılma barədə raportla müraciət etməsini mübahisələndirməmiş, lakin “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “Qeyd” bölməsinə əsaslanaraq, iddiaçının rezidentura təhsilində keçirdiyi müddəti xidmət illərinə daxil etməmiş və bu səbəbdən onun 10 il xidmət müddətini tamamlamadığını bildirmişdir. Məhkəmə cavabdehin bu hüquqi mövqeyini əsaslı hesab edir. Belə ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməsinin 156-cı maddəsinin xx.xx.N4-cü il tarixinədək qüvvədə olmuş redaksiyası kadr zabitinin öz arzusu ilə ehtiyata buraxılması üçün yalnız bir şərt – xidmət müddətinin azı 10 il olmasını nəzərdə tuturdu və həmin dövrdə maddədə rezidentura müddətinin xidmət stajına daxil edilməməsinə dair hər hansı məhdudlaşdırıcı qeyd mövcud deyildi. xx.xx.N4-cü ildən etibarən qüvvəyə minmiş yeni redaksiyada isə 156-cı maddəyə “Qeyd” bölməsi əlavə olunmuş, rezidentura müddətinin xidmət illərinə daxil edilməməsini nəzərdə tutan yeni hüquqi tənzimləmə gətirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən, yalnız hüquqi vəziyyəti yaxşılaşdıran və ya hüquqi məsuliyyəti yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Hüquqi vəziyyəti ağırlaşdıran yeni tənzimləmələrin geriyə şamil olunması yolverilməzdir. Məhkəmə qeyd edir ki, yeni redaksiyanın iddiaçının formalaşmış hüquqi vəziyyətinə təsir etməməsi yalnız onun xx.xx.N4-cü il tarixinədək faktiki olaraq 10 il zabit kimi xidmət keçməsi müəyyənləşdirildiyi halda mümkün olardı. Əgər iddiaçının rezidentura müddəti də daxil edilməklə zabit kimi 10 il xidməti xx.xx.N4-cü ilədək tamamlanmış olsaydı, bu halda yeni “Qeyd” bölməsindəki tənzimləmə ona münasibətdə tətbiq edilməli deyildi və o, əvvəlki redaksiyaya əsasən ehtiyata buraxıla bilərdi. Lakin iş materiallarından müəyyən olunur ki, iddiaçının rezidentura müddəti də daxil olmaqla keçirdiyi hərbi xidmət müddəti xx.xx.N4-cü ilə qədər 10 ildən az olmuş, 10 illik müddət yalnız yeni tənzimləmə qüvvəyə mindikdən sonra tamamlanmışdır. Deməli, həmin tarixdən sonra tətbiq olunan tənzimləməyə əsasən rezidentura dövrü xidmət illərinə daxil edilə bilməz və bu səbəbdən iddiaçının 10 il xidmət müddətinin tamamlanması əsası ilə ehtiyata buraxılması mümkün deyil. Məhkəmə, iddiaçının bərabərlik hüququnun pozulduğu barədə arqumentinə münasibətdə bildirir ki, iddiaçı eyni vəziyyətdə olan şəxslərin ehtiyata buraxılması barədə məhkəmə qərarlarına istinad etmişdir. Nəzərə alınmalıdır ki, Konstitusiyanın N5-ci maddəsində təsbit olunmuş hüquq bərabərliyi prinsipi yalnız eyni hüquqi və faktiki vəziyyətdə olan şəxslərin fərqli rəftara məruz qaldığı hallarda pozulmuş hesab edilə bilər. Təqdim olunmuş məhkəmə qərarlarından ehtiyata buraxılan şəxslərin xx.xx.N4-cü il tarixinədək 10 il zabit kimi xidmət keçdiyi və rezidentura müddətinin yeni “Qeyd”ə baxmayaraq xidmət stajına daxil edildiyi barədə hər hansı əsaslandırma mövcud deyil. Bu səbəbdən iddiaçı ilə həmin şəxslərin hüquqi vəziyyətləri eyniləşdirilə bilməz və bərabərlik hüququnun pozulması müəyyən olunmur. Qeyd olunur ki, müvafiq münasibətlər üzrə tənzimləmə müəyyən edən və mübahisə tərəflərindən hər hansı birinin vəziyyətini dəyişən normaların qəbulu dəyişən münasibətlərə fərqli tətbiq zərurətindən irəli gəlir. Aydın məsələdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsi nəzərə alınmaqla həmin normanın tətbiqinin mümkünlüyündən söhbət gedə bilər. Hazırkı halda isə hüquqi vəziyyətin Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi tətbiqi baxımından ağırlaşmasından söhbət gedə bilməz. Nəzərə alınmalıdır ki, belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün əksər milli və beynəlxalq məhkəmələrin hüquq tətbiqetmə təcrübəsində “qazanılmış hüquq” yanaşması tətbiq edilir. Qazanılmış hüquq – yarandığı an hüquqa uyğun olan, şəxsin xeyrinə yeni hüquqi status yaratmaqla və ya dəyişməklə faktiki və hüquqi nəticələr doğuran, eləcə də fərdin özü üçün qətiləşmiş tələb etmə hüququ yaradan, lakin daha sonra qanunvericiliyin dəyişməsinə baxmayaraq hüquq nizamının qorumalı olduğu haqqdır. Hər hansı bir konkret halda qazanılmış hüququn varlığından söz edə bilmək üçün şəxsə aid artıq yaranmış (tamamlanmış) və hüquqi müdafiə altına alınmış bir vəziyyət mövcud olmalıdır. Qazanılmış hüququn mövcud olması üçün sözügedən hüquq müəyyən bir müddət üçün verilməməlidir. Çünki, həmin müddət ərzində istifadə edilmədikdə müddətin bitiməsindən sonra hüquqla bağlı müdafiə təminatı da ortadan qalxmış olur. Qazanılmış hüquqlara münasibətdə yanaşmanı formalaşdıran əsasən belə bir ideyadır ki, əvvəlki qanunvericiliklə müəyyən edilmiş qaydada qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə tamamilə ortadan qaldırıla və ya hüququn mahiyyətini əhəmiyyətsiz edəcək həddə qədər məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin ümumi mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Hazırkı halda isə öz arzusu ilə ehtiyata buraxılmaya münasibətdə qazanılmış hüququn mövcudluğundan söhbət gedə bilməz, göstərilən səbəbdəndir ki, xx.xx.N4-cü il tarixinədək faktiki olaraq 10 il zabit kimi xidmət keçmə ilə həmin tarixdən sonra xidmət keçməyə münasibətdə fərqli mövqe nümayiş etdirilməlidir. Belə ki, ilkin halda qazanılmış hüquq mövcuddur və qanunvericilikdə edilmiş yeni tənzimləmələr qazanılmış hüququn itirilməsinə səbəb ola bilməz. İddiaçının vəziyyətində isə qazanılmış hər hansı hüquq yoxdur, bu səbəbdən də yeni tənzimləmə Konstitusiyanın yuxarıda göstərilən maddəsinin tətbiqini istisna edir. Əks halda, 01 yanvar N4-cü il tarixdə qüvvəyə minmiş yeni normativ tənzimləmənin illər sonra tətbiqinin yalnız mümkünlüyü anlamına gəlməlidir. Göründüyü kimi qanunvericilik normalarının birgə təhlili onu deməyə əsas verir ki, cavabdeh inzibati orqan iddiaçının tələbinin icrasına münasibətdə hərəkətsizlik nümayiş etdirməkdə haqlı olmuşdur. Buna görə də iddiaçının tələbi əsassız olduğundan təmin edilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 1N.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. - 1N.N-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. - 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.N-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, işin faktiki hallarına və qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı "onun xx.xx.N5-ci il tarixli raportuna əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndində (öz arzusu ilə) uyğun olaraq Azərbaycan Ordusunda həqiqi hərbi xidmətdən ehtiyyata buraxılması vəzifəsinin cavabdehə həvalə olunması tələbi"nə dair iddiası rədd edilməlidir. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və İPM-in N, 68, 69, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı "onun xx.xx.N5-ci il tarixli raportuna əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndində (öz arzusu ilə) uyğun olaraq Azərbaycan Ordusunda həqiqi hərbi xidmətdən ehtiyyata buraxılması vəzifəsinin cavabdehə həvalə olunması tələbi"nə dair iddiası rədd edilir. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələbinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. SƏDRLİK EDƏN: HİCRAN MURADOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar