Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-90/2023 22.06.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: X3 Heydər oğlunun sədrliyi, İbrahimova Səbinə Adələt qızının katibliyi, İddiaçı və cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Sədərək rayon şöbəsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Sədərək rayon şöbəsinə qarşı “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Sədərək rayon şöbəsinin 28 dekabr 2022-ci il tarixli, 01 nömrəli qərarının ləğv edilməsi və İddiaçı xx.xx.2006-cı ilədək qüvvədə olan "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikasının Qanununun 13cü maddəsinin "b" bəndinə əsasən 25 il ümumi və 12 il 6 ay xüsusi (güzəştli) iş stajını xx.xx.2006-cı il tarixədək qazandığı üçün İddiaçı 57 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Sədərək rayon şöbəsinin 28 dekabr 2022-ci il tarixli, 01 nömrəli qərarının ləğv edilməsi və İddiaçı xx.xx.2006-cı ilədək qüvvədə olan "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin "b" bəndinə əsasən 25 il ümumi və 12 il 6 ay xüsusi (güzəştli) iş stajını xx.xx.2006-cı il tarixədək qazandığı üçün İddiaçı 56.5 yaşından - xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyinin "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Sədərək rayon şöbəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Sədərək rayon şöbəsinə ərizə ilə müraciət edərək ona yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsini xahiş etmişdir. "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Sədərək rayon şöbəsinin 28 dekabr 2022-ci il tarixli, 01 nömrəli qərarı ilə müvafiq müraciətindən imtina edilmişdir. Müvafiq qərarda imtinanın əsası kimi Sədərək üzümçülük sovxozunda işlədiyi xx.xx.1981-ci il tarixdən xx.xx.1982-ci il tarixədək əmək haqqı almağı barədə arayışın olmadığı, Azərkimyatikinti Trestində işlədiyi 1996-cı il və 1997-ci il tarixlərdə əmək məzunuyyətində olmağı və Azərkimyatikinti MSTQS-nin 1 nömrəli Təmir Quraşdırma 1992, 1993 və 1996-cı illərə dair əmək haqqı barədə məlumatın olmadığı göstərilərək qeyd edilən dövrlərin iş stajı kimi nəzərə alınmasının mümkün olmadığı bildirilmişdir. İddiaçı yuxarıda göstərilənlərə əsasən Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Sədərək rayon şöbəsinin 28 dekabr 2022-ci il tarixli, 01 nömrəli qərarının ləğv edilməsi və İddiaçı xx.xx.2006-cı ilədək qüvvədə olan "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikasının Qanununun 13cü maddəsinin "b" bəndinə əsasən 25 il ümumi və 12 il 6 ay xüsusi (güzəştli) iş stajını xx.xx.2006-cı il tarixədək qazandığı üçün İddiaçı 56.5 yaşından - xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyinin "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Sədərək rayon şöbəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 10 mart 2023-cü il tarixə təyin olunmuş hazırlıq icraatı ilə bağlı məhkəmə iclasında İddiaçı iddia tələbini dəqiqləşdirdiyini bildirərək, 10 mart 2023-cü il tarixli yeni iddia ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəməni protokol qərarı ilə iddiaçı tərəfindən təqdim edilmiş yeni iddia ərizəsi icraata qəbul edilmişdir. Cavabdeh orqanın yazılı etirazının qısa xülasəsi: Cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Sədərək rayon şöbəsi iddiaya dair məhkəməyə ünvanlanan 10 fevral 2023cü il tarixli, 05/39 nömrəli yazılı münasibətini onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.1981-ci il tarixdən xx.xx.1982-ci il tarixədək (1 il 3 ay 13 gün) Sədərək üzümçülük sovxozunda işlədiyi illər əmək haqqı alması barədə arayışın olmamasına və onun “Azərkimyatikinti” Trestində işlədiyi 1996-cı il və 1997-ci il tarixlərində hər il üçün 6 ay müddətində (cəmi 1 il) əmək məzuniyyətində olduğu üçün, “Azərkimyatəmir” MSTQS-nin 1 nömrəli Təmir Quraşdırma İdarəsinin 1992, 1993 və 1996-cı illərə dair (3 il) və Sədərək rayon Tikinti Quraşdırma İdarəsində xx.xx.1998-ci il tarixdən xx.xx.2006-cı il tarixədək (7 il 3 ay 27 gün) əmək haqqı cədvəlləri barədə məlumat olmadığı üçün həmin illərin ümumi iş stajına daxil edilməsi mümkün olmadığına görə ona pensiya təyin edilməsindən imtina edildiyi bildirilərək iddia tələbinin rədd edilməsi barədə müvafiq qərarın qəbul edilməsi xahiş edilmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab olunmuş, şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 22 iyun 2023-cü il tarixə təyin edilmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etirazda yazılanlara uyğun olaraq izahat verərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, cavabdeh inzibati orqanın iddia ərizəsinə qarşı təqdim etdiyi sənədlərə və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Yazılı sübutlar: İş materiallarında olan: - "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Sədərək rayon şöbəsinin əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında 28 dekabr 2022-ci il tarixli, 01 nömrəli qərarından məlum olur ki, vətəndaş İddiaçı 25 il əmək stajı arxiv arayışı ilə təsdiqini tapmadığı üçün ona əmək pensiyası təyin edilməsindən imtina edilməsi qərara alınmışdır. - "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Sədərək rayon şöbəsinin 24 dekabr 2021-ci il tarixli, 05/309 nömrəli, "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin 31 mart 2022-ci il tarixli, 01/Q-26 nömrəli və 25 aprel 2022-ci il tarixli, 01/Q-34 nömrəli, məktublarının məzmunundan aydın olur ki, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından imtina edilmişdir. - ИT-İİ seriyalı, ******* nömrəli əmək kitabçasında İddiaçı xx.xx.1985-ci il tarixdən xx.xx.1985-ci il tarixədək Sədərək rayon Kolxoz Tikinti İdarəsində fəhlə işləməsi, xx.xx.1985-ci il tarixdən xx.xx.1986-cı il tarixədək Sumqayıt Politexnik məktəbində qaynaqçı peşəsi üzrə təhsil alması, xx.xx.1986-cı il tarixdən xx.xx.1989-cu il tarixədək Tikinti İdarəsinin 2 nömrəli trestində 3-cü dərəcəli qaynaqçı, xx.xx.1989-cu il tarixdən xx.xx.1992-ci il tarixədək Sumqayıt Elektrik Quraşdırma Hissələri Zavodunda 5-ci dərəcəli qaynaqçı, xx.xx.1992-ci il tarixdən xx.xx.1998-ci il tarixədək Sumqayıt Tikinti-Montaj İdarəsinin Sumqayıt Supefosfat Zavodunda 5-ci dərəcəli qaynaqçı, xx.xx.1998-ci il tarixdən Sədərək Tikinti Quraşdırma İdarəsində qaynaqçı vəzifələrində işləməsi qeyd olunmuşdur. - НЭ seriyalı, ******* nömrəli hərbi biletin surətindən aydın olur ki, İddiaçı xx.xx.1982ci il tarixdən xx.xx.1984-cü il tarixədək keçmiş Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur. - Sədərək Rayon İcra Hakimiyyətinin Sədərək kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 29 dekabr 2022-ci il tarixli, 246 nömrəli arayışdan görünür ki, İddiaçı Sədərək rayonu, Sədərək kəndində yaşayır və qeydiyyatda durur. - AA******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx xxxx 1964-cü il tarixdə doğulmuşdur. - Sədərək Rayon Dövlət Arxivinin 22 may 2019-cu il tarixli, 19 nömrəli arxiv arayışından məlum olur ki, İddiaçı 10 iyul 1981-ci il tarixli, 282 №-li əmr ilə Sədərək Üzümçülük sovxozuna fəhlə qəbul edilmiş və 23 oktyabr 1982-ci il tarixli, 56 №-li əmr ilə hərbi xidmətə getdiyi üçün sovxozdan azad edilmişdir. - Sədərək Rayon Dövlət Arxivinin 06 iyul 2021-ci il tarixli, 22 nömrəli arxiv arayışında İddiaçı Sədərək Üzümçülük sovxozunda 1981-1982-ci illər ərzində aylar üzrə aldığı əmək haqqı məbləğlərini əks etdirən cədvəl göstərilmişdir. - "xxxx" X4 Cəmiyyəti tərəfindən verilmiş 24 avqust 2021-ci il tarixli, 20 nömrəli arayışdan aydın olur ki, İddiaçı Sumqayıt Elektrik Quraşdırma hissələri zavodunda (Sumqayıt elektrik quraşdırma hissələri zavodu 1998-ci ildə 1 özəlləşmə proqramı ilə Sumqayıt Elektrik Dəstləşdirmə” ASC-yə çevrilmişdi). 12 iyul 1989-cu ildə (əmr № 114-k) elektrik çilingəri işinə qəbul edilmiş və 12 noyabr 1992-ci il tarixində (əmr № 99-k.& 2) başqa müəssisəyə köçürüldüyü üçün işdən azad edilmişdir. - Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt Filialı tərəfindən verilmiş 12 oktyabr 2021-ci il tarixli, 6703/1 nömrəli arxiv arayışından görünür ki, “Azərikimya” MCTQ trestinin ləğv edilərək “Azərikimyatikinti” trestinin birləşdirilməsi ilə əlaqədar olaraq “Azərikimya” MSTQ trestinin işçisi İddiaçı 18 noyabr 1996-cı tarixdən ixtisas və dərəcəsi saxlanılmaqla peşəsi üzrə köçürmə yolu ilə “Azərikimyatikinti” trestinin 2 №-li TTQİ-nə işə qəbul edilmiş və iş həcminin azalması, işçi qüvvəsinə məhdud sayda ehtiyac olmasını nəzərə alaraq həmin gündən 6 (altı) ay müddətinə əmək haqqı saxlanılmadan məzuniyyətə buraxılmışdır. İddiaçı idarədə iş həcminin azalması və işçi qüvvəsinə məhdud sayda ehtiyac olmasını nəzərə alaraq xx.xx.1997-ci ildən 6 ay müddətinə əmək haqqı saxlanılmadan məzuniyyətə buraxılmışdır. - Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt Filialı tərəfindən verilmiş 20 sentyabr 2021-ci il tarixli, 649/1 nömrəli arxiv arayışında İddiaçı “Azərkimyatəmir” MSTQSnin 1 №-li TQİ-də 1994-1995-ci illərə dair aylar üzrə aldığı əmək haqqı məbləğlərini əks etdirən cədvəl göstərilmişdir. Arayışın qeyd hissəsində MSTQS-nin 1 №-li TQİ-nin 1992, 1993 və 1996-ci illərə dair əmək haqqı cədvəllərinin Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialına dövlət mühafizəsinə təhvil verilmədiyi qeyd olunmuşdur. - Naxçıvan Muxtar Respublikası Dövlət şəhərsalma və Arxitektura Komitəsinin Sədərək rayon idarəsinin 30 mart 2023-cü il tarixli, 03 nömrəli arayışından aydın olur ki, İddiaçı xx.xx.1998-ci il tarixli, 38 №-li əmrlə Sədərək rayon Təsərüffat Hesablı Tikinti Quraşdırma idarəsinə elektrik qaynaqçısı kimi qəbul olunub və ərizəsi əsasında xx.xx.2022-ci il tarixli, 17 nömrəli əmrlə işdən azad olunmuşdur. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsi tərəfindən verilmiş 17 avqust 2021-ci il tarixli, 13/945 nömrəli arayışdan məlum olur ki, İddiaçı Şərur rayon Kolxoz Tikinti İdarəsinə xx.xx.1985-ci tarixli, 25 №-li əmrlə İİ dərəcəli fəhlə qəbul edilməsi, xx.xx.1985-ci il tarixli, 107 №-li əmrlə işdən azad olunması əmr kitablarında göstərilmişdir. - Naxçıvan Muxtar Respublikası Dövlət şəhərsalma və Arxitektura Komitəsinin Sədərək rayon idarəsinin 05 iyul 2021-ci il tarixli, 06 nömrəli arayışından görünür ki, İddiaçı 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərar ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilər”-in 35-ci maddəsində qeyd olunan qaynaqçı vəzifəsində azı 12 il 6 ay işlədiyindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”-nın 9-cu maddəsinə əsasən yaşa görə güzəştli şərtlərlə əmək pensiyası hüququ vardır. - "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Sədərək rayon şöbəsi tərəfindən məhkəməyə göndərilmiş Sədərək rayon Dövlət Arxivinin 10 fevral 2023-cü il tarixli, 01 nömrəli arayışından məlum olur ki, Sədərək rayon Tikinti Quraşdırma idarəsinin əmrlər kitabı Sədərək rayon Dövlət Arxivinə təhvil verilməmiş və əmək haqqı cədvəllərində İddiaçı adı aşkar edilməmişdir. - Naxçıvan Muxtar Respublikası Dövlətşəhərsalma və Arxitektura Komitəsinin Sədərək rayon idarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 27 mart 2023-cü il tarixli, 01 nömrəli məktubda İddiaçı Naxçıvan Muxtar Respublikası Dövlətşəhərsalma və Arxitektura Komitəsinin Sədərək Rayon İdarəsində işlədiyi dövrdə aldığı əmək haqqıların məbləğini əks etdirən cədvəl, məktubun qeyd hissəsində isə 1998ci il tarixdən 2006-ci ilin sonunadək olan dövrlərin sənədlərinin Sədərək Rayon Dövlət Arxivinə təhvil verildiyi göstərilmişdir. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 02 may 2023-cü il tarixli, 02/238 nömrəli məktubundan aydın olur ki, Sədərək Rayon Tikinti-Quraşdırma idarəsinin arxiv sənədləri Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində mühafizə edilmir. Lakin Sədərək Rayon Dövlət Arxivində mühafizə edilən Sədərək Rayon Tikinti-Quraşdırma İdarəsinə aid əmək haqqı cədvəllərində İddiaçı 2002-ci ilin noyabr, 2003-cü ilin may-avqust və oktyabr aylarında əmək haqqı alması göstərilmişdir. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsi tərəfindən məhkəməyə göndərilmiş Sədərək Rayon Dövlət Arxivinin 01 may 2023-cü il tarixli, 32 nömrəli arxiv arayışında 2002-ci ilin noyabr, 2003-cü ilin may-avqust və oktyabr aylarında əmək haqqı almasını əks etdirən əmək haqqı cədvəli və arayışın qeyd hissəsində isə 1998-1999-2005- 2006-cı illərin əmək haqqı cədvəllərinin və əmrlər kitabının Sədərək Rayon Dövlət Arxivinə təhvil verilmədiyi, 2000-2001 və 2004-cü illərin əmək haqqı cədvələrində isə İddiaçı adına rast gəlinmədiyi qeyd olunmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Andreyeva Latviyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 18 fevral 2009-cu il tarixli qərarında göstərilmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri edilməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1ci maddəsi ilə əhatə edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 14.1-ci maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 14.2-ci maddəsinə əsasən diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. 14.3-cü maddəsinə əsasən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. 21.1-ci maddəsinə əsasənqanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2-ci maddəsinə əsasən qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 61.4-cü maddəsinə əsasən inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: - 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. - 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. - 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. - 21.2 və 21.2.1-ci maddələrinə əsasən bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti sığortaolunanın sığorta stajına daxil edilir. - 31.2-1-ci maddələrinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun (xx.xx.2006-cı il tarixədək qüvvədə olmuşdur): 13-cü maddəsinin b)bəndinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə 13 iyun 1997ci il tarixli, 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən həmin maddədə nəzərdə tutulmuş yaş həddi 01 avqust 1997-ci il tarixdən 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli, 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının: 4.1-ci bəndinə gorə əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı 2006-cı il yanvarın 1-dək olan dövr üzrə “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən müəyyən edilir: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. - 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Məhkəmənin əsaslandırması: İlk öncə qeyd edilməlidir ki, məhkəmə qərar qəbul edənədək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar üzrə ətraflı araşdırma aparmış, təqdim edilən sübutları tam və hərtərəfli tədqiq etməklə, iddiaçıya qarşı tərəfin dəlillərinə münasibət bildirməsi, etiraz etməsi və məhkəməyə lazımi sübutları təqdim eməsi üçün kifayət qədər imkan yaratmışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Qeyd olunmalıdır ki, iddia tələbi iki hissədən ibarətdir:
1. "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Sədərək rayon şöbəsinin 28 dekabr 2022-ci il tarixli, 01 nömrəli qərarının ləğv edilməsi;
2. İddiaçı xx.xx.2006-cı ilədək qüvvədə olan "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin "b" bəndinə əsasən 25 il ümumi və 12 il 6 ay xüsusi (güzəştli) iş stajını xx.xx.2006-cı il tarixədək qazandığı üçün İddiaçı 57 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi. Cavabdeh inzibati orqan tərəfindən pensiyanın təyin edilməsindən imtina edilməsinə səbəb kimi göstərilən arqument iddiaçının İddiaçı 25 il əmək stajının arxiv arayışı ilə təsdiqini tapmamasıdır. İş materialları ilə müəyyən olunur ki, təqdim edilən sənədlərə (əmək kitabçası, arxiv arayışı, hərbi bilet, diplom və s.) əsasən İddiaçı 25 il 10 ay əmək stajı vardır. Bununla belə, 01 may 2023-cü il tarixli arxiv arayışından müəyyən olunur ki, iddiaçı 2002-ci il üzrə 1 ay, 2003-cü il üzrə cəmi 5 ay əmək haqqı almış, 2000, 2001 və 2004-cü illərin əmək haqqı cədvəllərində isə ümumiyyətlə adına rast gəlinməmişdir. Eləcə də xx.xx.2021-ci il tarixli, 6703/1 saylı arayışdan görünür ki, “Azərkimyatikinti” Trestinin 110-k və 146-k nomrəli əmrləri üzrə iddiaçı xx.xx.1996-cı və xx.xx.1997-ci illər üzrə ayrılıqda 6 ay olmaqla cəmi 1 il müddətə əmək haqqı saxlanılmadan məzuniyyətə buraxılmışdir. Beləliklə də iddiaçı pensiya hüququnun yaranmasına əsas olan tam əmək stajını toplamadığından cavabdehin üzərinə əmək pensiyasının təyin edilməsi öhdəliyinin qoyulmasını tələb etməkdə haqlı olmamışdır. Odur ki, İddiaçı cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Sədərək rayon şöbəsinə qarşı “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Sədərək rayon şöbəsinin 28 dekabr 2022-ci il tarixli, 01 nömrəli qərarının ləğv edilməsi və İddiaçı xx.xx.2006-cı ilədək qüvvədə olan "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin "b" bəndinə əsasən 25 il ümumi və 12 il 6 ay xüsusi (güzəştli) iş stajını xx.xx.2006-cı il tarixədək qazandığı üçün İddiaçı 57 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbi”nə dair dair iddiası əsassız olduğundan təmin edilə bilməz. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1, 4.1, 14.1, 32.1, 58.7, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
q ə r a r a a l d ı: İddiaçı cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Sədərək rayon şöbəsinə qarşı “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Sədərək rayon şöbəsinin 28 dekabr 2022-ci il tarixli, 01 nömrəli qərarının ləğv edilməsi və İddiaçı xx.xx.2006-cı ilədək qüvvədə olan "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikasının Qanununun 13cü maddəsinin "b" bəndinə əsasən 25 il ümumi və 12 il 6 ay xüsusi (güzəştli) iş stajını xx.xx.2006-cı il tarixədək qazandığı üçün İddiaçı 57 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbi”nə dair iddiası təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Elnur Hüseynov