Məhkəmə qərarları › İş №2-1(122)-900/2024

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-900/2024

10.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-900/2024 10.06.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Culfa Rayon İcra Hakimiyyətinə qarşı “mülkiyyətində olan iki mərtəbəli mağazanın sökülməsində ifadə olunan hərəkətlərin qanunsuz hesab edilməsi, söküntüyə görə ona dəymiş zərərin cavabdehdən alınıb ona verilməsi və ya torpaq sahəsi ilə əvəzləşdirilməsi tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı nümayəndəsi vasitəsilə cavabdeh Culfa Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan iki mərtəbəli mağazanın sökülməsində ifadə olunan hərəkətlərin qanunsuz hesab edilməsi, söküntüyə görə ona dəymiş zərərin cavabdehdən alınıb ona verilməsi və ya torpaq sahəsi ilə əvəzləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunaraq hazırlıq icraatı ilə bağlı məhkəmə iclası 10 iyun 2024-cü il tarixə təyin edilərək, bu barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı nümayəndəsi X2 məhkəməyə 10 iyun 2024-cü il tarixli, **********707 nömrəli notarial qaydada təsdiq olunmuş ərizə göndərərək, Culfa Rayon İcra Hakimiyyətinə qarşı mülkiyyətində olan Culfa şəhərində yerləşən ümumi sahəsi 56.20 kvadrat metr olan mağaza binası üçün ayrılmış torpaq sahəsinin özünə qaytarılması və ya həmin binanın qanunsuz sökülməsi və torpaq sahəsinin qanunsuz olaraq əlindən alınması əvəzində ona dəymiş zərərə görə kompensasiya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia qaldırdığını, iddia tələbindən imtina etdiyini, iddiadan imtina etməyin hüquqi nəticələrinin ona izah edildiyini bildirib, məhkəmədən iddiadan imtina barədə ərizəni qəbul edib, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin ərizəsini nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddiaçının nümayəndəsinin ərizəsi təmin edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: - 55.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. - 55.4-cü maddəsinə əsasən iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. - 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Culfa Rayon İcra Hakimiyyətinə qarşı “mülkiyyətində olan iki mərtəbəli mağazanın sökülməsində ifadə olunan hərəkətlərin qanunsuz hesab edilməsi, söküntüyə görə ona dəymiş zərərin cavabdehdən alınıb ona verilməsi və ya torpaq sahəsi ilə əvəzləşdirilməsi tələbi”nə dair iddiası üzrə iddiaçının nümayəndəsi X1 10 iyun 2024-cü il tarixli ərizəsi təmin edilməli və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda qeyd olunanları və İPM-in 55.1, 55.4, 55.5, 80 və 83-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı nümayəndəsi X1 10 iyun 2024-cü il tarixli ərizəsi təmin edilsin. İddiaçı cavabdeh Culfa Rayon İcra Hakimiyyətinə qarşı “mülkiyyətində olan iki mərtəbəli mağazanın sökülməsində ifadə olunan hərəkətlərin qanunsuz hesab edilməsi, söküntüyə görə ona dəymiş zərərin cavabdehdən alınıb ona verilməsi və ya torpaq sahəsi ilə əvəzləşdirilməsi tələbi”nə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan şikayət verilə bilməz. SƏDRLİK EDƏN: HİCRAN MURADOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar