Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-902/2023 24.08.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Əliyev Adəm Qurban oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Kəngərli rayon İcra Hakimiyyətinə qarşı "onun mülkiyyətində olan Kəngərli rayon Xok kənd mərkəzində 24 kv.metrlik torpaq sahəsi üzərində tikilmiş mağaza binasının Kəngərli rayon İcra Hakimiyyəti tərəfindən söküldüyündən əvəzləşdirilərək onun qarşılığında həyətyanı torpaq sahəsi və ya qiymətləndirilərək dəyərinin kompensasiya olaraq ödənilməsi öhdəliyinin Cavabdehin üzərinə qoyulması tələbi"nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mülkiyyətində olan Kəngərli rayon Xok kənd mərkəzində 24 kv.metrlik torpaq sahəsi üzərində tikilmiş mağaza binasının Kəngərli rayon İcra Hakimiyyəti tərəfindən söküldüyündən əvəzləşdirilərək onun qarşılığında həyətyanı torpaq sahəsi və ya qiymətləndirilərək dəyərinin kompensasiya olaraq ödənilməsi öhdəliyinin cavabdeh Kəngərli Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və hazırlıq icraatı ilə bağlı məhkəmə iclası 24 avqust 2023-cü il tarixə təyin edilmişdir. Hazırlıq icraatı ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iş üzrə İddiaçı və cavabdeh Kəngərli Rayon İcra Hakimiyyətinin nümayəndəsi heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdirlər. Odur ki, məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakları olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İddiaçı dəftərxana vasitəsi ilə məhkəməyə ünvanladığı notarial qaydada təsdiq olunmuş 10 avqust 2023-cü il tarixli ərizəsindən görünür ki, İddiaçı iddia tələbinin cavabdeh tərəfindən təmin edildiyindən iddiadan imtina edərək, iş üzrə icraata xitam verilməsini xahiş etmiş və iddiadan imtina etməyinin hüquqi nəticələrinin ona məlum olduğunu bildirmişdir. Məhkəmə iddiaçının 10 avqust 2023-cü il tarixli ərizəsini nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddiaçının ərizəsi təmin edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: - 55.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. - 55.4-cü maddəsinə əsasən iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. - 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Kəngərli rayon İcra Hakimiyyətinə qarşı "onun mülkiyyətində olan Kəngərli rayon Xok kənd mərkəzində 24 kv.metrlik torpaq sahəsi üzərində tikilmiş mağaza binasının Kəngərli rayon İcra Hakimiyyəti tərəfindən söküldüyündən əvəzləşdirilərək onun qarşılığında həyətyanı torpaq sahəsi və ya qiymətləndirilərək dəyərinin kompensasiya olaraq ödənilməsi öhdəliyinin Cavabdehin üzərinə qoyulması tələbi"nə dair iddiası üzrə İddiaçı 10 avqust 2023-cü il tarixli ərizəsi təmin edilməli və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və İPM-in 55.1, 55.4, 55.5, 80 və 83-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı 10 avqust 2023-cü il tarixli ərizəsi təmin edilsin. İddiaçı cavabdeh Kəngərli rayon İcra Hakimiyyətinə qarşı "onun mülkiyyətində olan Kəngərli rayon Xok kənd mərkəzində 24 kv.metrlik torpaq sahəsi üzərində tikilmiş mağaza binasının Kəngərli rayon İcra Hakimiyyəti tərəfindən söküldüyündən əvəzləşdirilərək onun qarşılığında həyətyanı torpaq sahəsi və ya qiymətləndirilərək dəyərinin kompensasiya olaraq ödənilməsi öhdəliyinin Cavabdehin üzərinə qoyulması tələbi"nə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan şikayət verilə bilməz. SƏDRLİK EDƏN: HİCRAN MURADOV
Məhkəmə qərarları › İş №2-1(122)-902/2023
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-902/2023
24.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver