Məhkəmə qərarları › İş №2-1(122)-910/2025

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-910/2025

31.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-910/2025 31.10.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ X4 Heydər oğlunun sədrliyi, X5 oğlunun katibliyi, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı "ona tam mülkiyyət hüququ ilə məxsus olan Şahbuz rayonunda (hazırki Hərbi Hissənin yaradıldığı yer-yol kənarında) 0.2 ha torpaq sahəsində yerləşən “mexanikləşdirilmiş fermanın ona torpaq sahəsi ilə birlikdə geri qaytarılması, bu mümkün olmadıqda eyni ölçüdə başqa torpaq sahəsi ilə əvəz olunması (mexanikləşdirilmiş ferma nəzərə alınmaqla), qeyri-yaşayış sahəsinin dəyəri olan 500.000 (beş yüz min) manat pulun, 26 il ərzində əldən çıxmış fayda olan (hər ay 5.000 (beş min) manat olmaqla) ümumilikdə 1.560.000 (bir milyon beş yüz altmış min) manat pulun kompensasiya olaraq ona ödənilməsi tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı vəkili və nümayəndəsi vasitəsilə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona tam mülkiyyət hüququ ilə məxsus olan Şahbuz rayonunda (hazırki Hərbi Hissənin yaradıldığı yer-yol kənarında) 0.2 ha torpaq sahəsində yerləşən “mexanikləşdirilmiş fermanın ona torpaq sahəsi ilə birlikdə geri qaytarılması, bu mümkün olmadıqda eyni ölçüdə başqa torpaq sahəsi ilə əvəz olunması (mexanikləşdirilmiş ferma nəzərə alınmaqla), qeyri-yaşayış sahəsinin dəyəri olan 500.000 (beş yüz min) manat pulun, 26 il ərzində əldən çıxmış fayda olan (hər ay 5.000 (beş min) manat olmaqla) ümumilikdə 1.560.000 (bir milyon beş yüz altmış min) manat pulun kompensasiya olaraq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə müvafiq olaraq inzibati iş məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş və iddianın mümkünlüyünün yoxlanılması ilə bağlı məhkəmə iclası 31 oktyabr 2025-ci il tarixə təyin edilmişdir. İddiaçının vəkili və nümayəndəsi Vəkil məhkəməyə 30 oktyabr 2025-ci il tarixli ərizə göndərərək, İddiaçı tam mülkiyyət hüququ ilə məxsus olan Şahbuz rayonunda (hazırki Hərbi Hissənin yaradıldığı yer-yol kənarında) 0.2 ha torpaq sahəsində yerləşən “mexanikləşdirilmiş fermanın ona torpaq sahəsi ilə birlikdə geri qaytarılması, bu mümkün olmadıqda eyni ölçüdə başqa torpaq sahəsi ilə əvəz olunması (mexanikləşdirilmiş ferma nəzərə alınmaqla), qeyri-yaşayış sahəsinin dəyəri olan 500.000 (beş yüz min) manat pulun, 26 il ərzində əldən çıxmış fayda olan (hər ay 5.000 (beş min) manat olmaqla) ümumilikdə 1.560.000 (bir milyon beş yüz altmış min) manat pulun kompensasiya olaraq iddiaçıya ödənilməsi tələbinə dair iddia qaldırdığını, İnzibati orqan tərəfindən mübahisənin məhkəmədən kənar həlli ilə bağlı zəruri addımlar atıldığını, iddiaçı kompensasiya olaraq ona ayrılmış torpaq sahəsi ilə razılaşdığını, iddiadan imtinanın nəticələrinin aydın olduğunu bildirərək, iddiadan imtina barədə ərizənin nəzərə alınmasını və iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak Cavabdeh nümayəndəsi X2 iddiaçı tərəfin iddiadan imtina barədə ərizəsinə heç bir etirazının olmadığını bildirdi. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iddiaçı tərəfin ərizəsini nəzərdən keçirərək belə nəticəyə gəlir ki, ərizə aşağıda qeyd edilən normaların tələblərinə uyğun olduğundan iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 15.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatında tərəflər mübahisəyə baxılmasını bilavasitə özləri tərəfindən, yaxud mediasiya vasitəsilə bağlanılmış barışıq sazişi ilə, iddiaçının iddiadan imtina etməsi ilə, cavabdehin iddianı qəbul etməsi ilə və ya hüquqi mübahisənin nizamlanması barədə müştərək bəyanatla sona çatdıra bilərlər. 50.0 və 50.0.2-ci maddələrinə əsasən sədrlik edən hakim mübahisə ilə bağlı iş üzrə hazırlıq icraatında iddiaçının iddiadan imtina etməsi və ya cavabdehin iddianı qəbul etməsi barədə məsələləri həll edir və bu barədə müvafiq qərardad qəbul edir. 55.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. 55.4-cü maddəsinə əsasən iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı "ona tam mülkiyyət hüququ ilə məxsus olan Şahbuz rayonunda (hazırki Hərbi Hissənin yaradıldığı yer-yol kənarında) 0.2 ha torpaq sahəsində yerləşən “mexanikləşdirilmiş fermanın ona torpaq sahəsi ilə birlikdə geri qaytarılması, bu mümkün olmadıqda eyni ölçüdə başqa torpaq sahəsi ilə əvəz olunması (mexanikləşdirilmiş ferma nəzərə alınmaqla), qeyri-yaşayış sahəsinin dəyəri olan 500.000 (beş yüz min) manat pulun, 26 il ərzində əldən çıxmış fayda olan (hər ay 5.000 (beş min) manat olmaqla) ümumilikdə 1.560.000 (bir milyon beş yüz altmış min) manat pulun kompensasiya olaraq ona ödənilməsi tələbi”nə dair iş üzrə iddiaçının vəkili və nümayəndəsi Vəkil ərizəsi təmin edilməli və inzibati iş üzrə icraata xitam verilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.1, 55.4, 55.5, 80, 83.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçının vəkili və nümayəndəsi Vəkil 30 oktyabr 2025-ci il tarixli ərizəsi təmin edilsin. İddiaçı Cavabdehnə qarşı "ona tam mülkiyyət hüququ ilə məxsus olan Şahbuz rayonunda (hazırki Hərbi Hissənin yaradıldığı yer-yol kənarında) 0.2 ha torpaq sahəsində yerləşən “mexanikləşdirilmiş fermanın ona torpaq sahəsi ilə birlikdə geri qaytarılması, bu mümkün olmadıqda eyni ölçüdə başqa torpaq sahəsi ilə əvəz olunması (mexanikləşdirilmiş ferma nəzərə alınmaqla), qeyri-yaşayış sahəsinin dəyəri olan 500.000 (beş yüz min) manat pulun, 26 il ərzində əldən çıxmış fayda olan (hər ay 5.000 (beş min) manat olmaqla) ümumilikdə 1.560.000 (bir milyon beş yüz altmış min) manat pulun kompensasiya olaraq ona ödənilməsi tələbi”nə dair inzibati iş üzrə icraata xitam verilsin. İddiaçı tərəfə izah olunsun ki, iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Qərardaddan şikayət verilə bilməz. Hakim: Elnur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar