Məhkəmə qərarları › İş №2-1(122)-913/2025

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-913/2025

12.03.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-913/2025 12.03.2026 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyev Tural Yusif oğlunun sədrliyi, Rzayeva Əpruz Qasım qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı "N0N0-ci ildə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı kəşfiyyat-əks kəşfiyyat subyekti olduğuna görə ona üç illik pul təminatı məbləğində kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə N0N0-ci ildə Ermənistan-Azərbaycan arasında baş vermiş müharibədə hərbi kəşfiyyatçı kimi iştirak etməyi və yaralanmağıyla əlaqədar kompensasiya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, N0N0-ci ildə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə kəşfiyyatçı kimi iştirak etmiş, xx.xx.N0N0-ci ildə hərbi əməliyyat zamanı yaranlanmış, qapalı beyin kəllə travması almış, hərbi qospiallarda müalicə almışdır. 3-cü dərəcəli müharibə əlilidir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İ.Əliyevin xx.xx.N0N0-ci tarixli Sərəncamı ilə "Şuşanın azad olunmasına görə" medalı ilə təltif olunmuşdur. Dövlətimiz, xüsusən, Silahlı Qüvvələrin Ali Baş Komandanı İ.Əliyev cənabları şəhid ailələrinin, müharibə əlillərinin sosial-məişət şəraitini yaxşılaşdırmaq üçün bütün tədbirləri görür və dövlətin vəzifəli şəxslərindən bu məsələlərin həllində həssas olmalarını tələb edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 180-N4 №-li, N3 noyabr N004-cü il tarixli Qərarı ilə qüvvəyə minmiş "Xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və onların ailəsinə kompensasiya verilməsi Qaydaları"nın N.N-ci bəndinə əsasən “Xidməti vəzifələrinin icrası zamanı aldığı xəsarət və ya xəstəlik nəticəsində əməkdaşın xidmətinin davam etdirilməsi istisna edilərsə, ona üç illik pul təminatı məbləğində kompensasiya ödənilir” yanaşması da belə qayğılardan olsa da, o, bu hüququndan yararlana bilmir. Belə ki, cavabdeh qismində inzibati orqana N0N0-ci ildə baş vermiş Ermənistan-Azərbaycan müharibəsində döyüş əməliyyatlarında kəşfiyyatçı olmağı və vəzifənin icrası zamanı ağır yaralanmağı barədə rəddedilməz sübutları təqdim etsə də, cavabdehin həmin işlə əlaqədar xx.xx.N0N5-ci il tarixli, 5-N5-8/N-1031/N5 saylı cavab məktubunda "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "a" bəndinə (xidmə müddəti başa çatdığına görə) istinad etməsi özündə təkcə savadsızlığı deyil, laqeydlik və məsuliyyətsizliyi də ehtiva edir. İddiaçı göstərilənləri rəhbər tutaraq, məhkəmədən cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə N0N0-ci ildə Ermənistan- Azərbaycan arasında baş vermiş müharibədə hərbi kəşfiyyatçı kimi iştirak etməyi və yaralanmağıyla əlaqədar kompensasiya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunmuş, sərəncamla iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh orqanın yazılı etirazının qısa xülasəsi: Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi məhkəməyə 11 iyun N0N5ci il tarixli, 3-N5-19/N-14N0/N0N5 nömrəli yazılı münasibətini onunla əsaslandırmışdır ki, işin faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hesab edilir ki, "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanunun 6-cı maddəsinə uyğun olaraq verilmiş "Kəşfiyyat və əkskəşfiyyat fəaliyyəti subyektlərinin səlahiyyət dairəsinin, vəzifə və hüquqlarının bölgüsünün, kəşfiyyat və əks-kəşfiyyat tədbirlərinin həyata keçirilməsi səlahiyyətlərinin müəyyən edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin N8 yanvar N005-ci il tarixli, 186 №-li Fərmanına əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyi müdafiə sahəsində hərbi kəşfiyyat fəaliyyəti üzrə subyekt müəyyən edilmişdir. Həmçinin, həmin Qanunun 7-ci maddəsində qeyd olunan kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əmakdaşlarına nəzərdə tutulmuş vəzifələrinin müəyyən edilməsi, yuxarıda qeyd olunan Fərmana əsasən öz səlahiyyətləri daxilində Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilmişdir. Fərmanın icrası ilə bağlı müdafiə nazirinin əmri ilə Müdafiə Nazirliyində hərbi kəşfiyyat həyata keçirən orqanların (subyektlərin) və onların əməkdaşlarının siyahıları, həmcinin vəzifələri təsdiq edilir. Yuxarıda yazılanları nəzərə alaraq bildirir ki, hərbi hissələrdə, kəşfiyyat fəaliyyəti subyektləri əməkdaşlarının siyahıları Azərbaycan Respublikası müdafiə nazirinin müvafiq əmrlərinə əsasən təyin edilir. İddiaçı Camələddin oğlunun, N0N0-ci ildə tutduğu vəzifə (N nömrəli hərbi hissənin xüsusi təyinatlı bölüyün xüsusi təyinatlı qrupun kəşfiyyatcısıqumbaraatan köməkçisi) Qanunun 7-ci maddəsində qeyd olunan və Müdafiə Nazirinin xx.xx.N0N0-ci il tarixli 0011 №li əmrinə əsasən kəşfiyyat fəaliyyəti həyata keçirən əmakdaşların siyahısına daxil edilməmişdir. Öncə qeyd olunanlardan aydın olur ki, döyüşən hərbi hissələrdə xidmət etmək və ya həmin hərbi hissələrə ezam olunaraq onların tərkibində döyüş əməliyyatlarında iştirak etmək kəşfiyyat fəaliyyətinin əmakdaşı olmaq anlamını vermir. Qeyd olunmuş vəzifələr və vəzifədən irəli gələn tədbirlərin yerinə yetirilməsi Müdafiə Nazirliyində hərbi kəşfiyyat həyata keçirən orqanların (subyektlərin) və onların əməkdaşlarının siyahısı (hərbi qulluqçuların hamsı deyil), yalnız müdafiə nazirinin müvafiq əmrlərilə elan olunur. Əlavə olaraq bildirilir ki, xx.xx.N004-ci il tarixli 180-N4 nömrəli qərarın N.N-ci bəndində qeyd olunduğu kimi travma nəticəsində əməkdaşın xidmətinin davam etdirilməsi istisna edilirsə ona kompensasiya ödənilir. İşin materiallarındanda görünür ki, iddiaçı xidmətini davam etdirmiş və yalnız N0N3-cü ildə xidmət müddəti başa çatdığı üçün ehtiyyata buraxılmışdır. Yuxarıda qeyd olunanlardan başqa bildirilir ki, Müdafiə Nazirliyi icra orqanı olaraq qəbul olunmuş qanunların və qərarların icraçısıdır. Yuxarıda qeyd edilən normativ hüquqi aktlar müvafiq səlahiyyətli orqanlar tərəfindən qəbul edilmişdir və onların Müdafiə Nazirliyi tərəfindən başqa formada təfsir və icra edilməsi qanunauyğun deyildir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.N-ci maddəsini rəhbər tutaraq məhkəmədən İddiaçı Camələddin oğlunun cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı "Kəşfiyyatçı kimi kimi iştirak etməyi və yaralanmağıyla əlaqədar kompensasiyanın ödənilməsi" tələbinə dair iddia tələbini rədd edilməsi xahiş edilmişdir. Sonradan İddiaçı məhkəməyə N1 noyabr N0N5-ci il tarixli ərizə təqdim edib iddia tələbini dəqiqləşdirərək cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “N0N0-ci ildə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı kəşfiyyat-əks kəşfiyyat subyekti olduğuna görə ona üç illik pul təminatı məbləğində kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi” kimi oxunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin N1 noyabr N0N5-ci il tarixli, N-1(1NN)-913/N0N5 nömrəli qərardadı ilə iddiaçı tərəfindən dəqiqləşdirilmiş iddia tələbi icraata qəbul edilmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra işin şifahi məhkəmə baxışına keçirilməsi üçün kifayət qədər əsaslar olduğu nəzərə alınaraq şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 1N mart N0N6-cı il tarixə təyin olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, heç bir üzrlü səbəb göstərmədən nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 6N.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Yazılı sübutlar: İş materiallarında olan: - Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən İddiaçı ünvanlanmış 01 may N0N5-ci il tarixli, 3-N5-8/N-1031/N5 nömrəli məktubdan məlum olur ki, N nömrəli hərbi hissəyə ünvanladığı ərizəyə aidiyyəti üzrə Müdafiə Nazirliyinin “Xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və onların ailəsinə kompensasiya verilməsi üzrə Komissiya”sında baxılmışdır. N nömrəli hərbi hissə komandirinin N9 dekabr N0NN-ci il tarixli N83 nömrəli əmrindən çıxarışa əsasən, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “a” bəndinə (xidmət müddəti başa çatdığına görə) uyğun olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 180-N4 №-li N3 noyabr N004-cü il tarixli Qərarı ilə qüvvəyə minmiş “Xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və onların ailəsinə kompensasiya verilməsi Qaydaları”nın N.N-ci bəndinə əsasən “Xidməti vəzifələrinin icrası zamanı aldığı xəsarət və ya xəstəlik nəticəsində əməkdaşın xidmətinin davam etdirilməsi istisna edilərsə, ona üç illik pul təminatı məbləğində kompensasiya ödənilir. Yuxarıda göstərilənləri nəzərə alıb, Nazirlər Kabinetinin 180-N4 №-li N3 noyabr N004-cü il tarixli Qərarı ilə qüvvəyə minmiş “Xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əkskəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və onların ailəsinə kompensasiya verilməsi Qaydaları”na uyğun tələb edilən kompensasiyanın ödənilməsi mümkün deyil. Göstərilən hər hansı bir nəticə ilə razı olmadıqda, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 4-cü hissəsinə əsasən, hər kəsin dövlət orqanının, siyasi partiyanın, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) inzibati qaydada məhkəməyə şikayət etmək hüququnun olması ona izah olunmuşdur. - SX seriyalı, ******* nömrəli hərbi biletin surətinin 3-cü səhifəsində İddiaçı X3 XN üzrə müavininin N7 dekabr N0NN-ci il tarixli 0N10əç nömrəli əmrinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır. - 15 noyabr N0N3-cü il tarixli, 1606 nömrəli Xəstəlik haqqında şəhadətnamədən görünür ki, xx.xx.1997-ci il təvəllüdlü, xx.xx.N019-cu il tarixdən xx.xx.N0NN-ci il tarixədək Silahlı Qüvvələrdə xidmətdə olan İddiaçı HHK-nın hərbi xidmətə, hərbi-uçot ixtisası üzrə xidmətə və s. yararlılıq haqqında qərarı: “Xəstəliklər cədvəli”nin 14 “b”, N3 “b” maddəsinin İİİ qrafasına və ƏTC-yə (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin N008-ci il N9 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş ”Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə qoşma) əsasən sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır. - NMR Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.N0N4-cü il tarixli, xxxxxxx000N nömrəli qərarı ilə İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 7.6.N.1. 7.Psixi və davranış pozuntuları=>Üzvi, o cümlədən simptomatik psixi pozğunluqlar=>Əhvalın üzvi mənşəli [affektiv] pozuntusu=>əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan N il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq, bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı)=> meyarı ilə xx.xx.N0N4-cü il tarixdən xx.xx.N0N6-cı il tarixinədək iki il müddətinə orqanizmin funksiyalarının 55% pozulması ilə əlaqədar ilkin əlillik təyin edilmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiya tərəfindən verilmiş 10 noyabr N0N3-cü il tarixli, 130846 nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı müharibə veteranları üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan iştifadə etmək hüququna malikdir. Vəsiqə müddətsizdir və Azərbaycan Respublikası ərazisində qüvvədədir. - AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxxx 1997-ci il tarixdə doğulmuşdur. - Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 19 sentyabr N0N5-ci il tarixli, 3-N5- N10/N-3504/N0N5 nömrəli məktubu ilə ehtiyatda olan kiçik-çavuş İddiaçı aldığı travmaya görə ona pul kompensasiyasının ödənilib-ödənilməməsinə qərar qəbul edilməsi üçün məhkəməyə göndərilmiş: - N nömrəli hərbi hissə komandirinin N3 sentyabr N0N0-ci il tarixli, NN0 nömrəli əmrindən arxiv çıxarışından görünür ki, Müdafiə nazirinin müavini-X3 Komandanının NN sentyabr N0N0-ci il tarixli 0150 əç nömrəli əmrinə əsasən hərbi xidmətlərini davam etdirmək üçün N17 nömrəli hərbi hissədən (Kəngərli rayonu) gəldiklərinə görə N3 sentyabr N0N0-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilsin və bütün növ təminata qoyulsunlar və vəzifələrə təyin olunsunlar: 1N. МАННXHQ əsgər İddiaçı, 1-ci xüsusi təyinatlı bölüyün 4-cü xüsusi təyinatlı qrupunun kəşfiyyatçı-qumbaraatan köməkçisi vəzifəsinə. - N nömrəli hərbi hissə komandirinin N oktyabr N0N0-ci il tarixli, N31 nömrəli əmrindən arxiv çıxarışından görünür ki, МАННXHQ əsgər İddiaçı Camaləddin oğlu, 1-ci xüsusi təyinatlı bölüyün 4-cü xüsusi təyinatlı qrupunun kəşfiyyatçı-qumbaraatan köməkçisi N oktyabr N0N0-ci il tarixdən döyüş əməliyyatlarında iştirak etmək üçün Xüsusi Təyinatlı Qüvvələr Komandanının əməliyyat tabeliyinə getmiş hesab edilmişdir. - N nömrəli hərbi hissə komandirinin N oktyabr N0N0-ci il tarixli, N31 nömrəli əmrindən arxiv çıxarışından görünür ki, döyüş əməliyyatlarında iştirak etmək üçün Xüsusi Təyinatlı Qüvvələr Komandanının Əməliyyat tabeliyinə ezam olunmuş, yaralanaraq (kontuziya alaraq) müxtəlif diaqnozlarla tibb müəssisələrində müalicə olan və xəstəliyə görə məzuniyyətə buraxılmış МАНHХHQ əsgər İddiaçı Camaləddin oğlu, 1-ci xüsusi təyinatlı bölüyün 4-cü xüsusi təyinatlı qrupunun kəşfiyyatçı-qumbaraatan köməkçisi N4 noyabr N0N0-ci il tarixdən ezamiyyətdən gəlmiş hesab edilmişdir. - N nömrəli hərbi hissə komandirinin N9 dekabr N0NN-ci il tarixli, N8N nömrəli əmrindən (arxiv çıxarışından) görünür ki, MAHHXHQ kiçik çavuş İddiaçı, 1-ci xüsusi təyinatlı bölüyün N-ci xüsusi təyinatlı qrupunun 1-ci yarımqrupunun kəşfiyyatçı-heyət nəfəri, X3 XN üzrə müavininin N7 dekabr N0NN-ci il tarixli 0N10 əç nömrəli əmri ilə "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "a" bəndinə (xidmət müddəti başa çatdığına görə) əsasən ehtiyata buraxıldığına görə işlərini və vəzifəsini təhvil vermiş hesab edilmiş, N9 dekabr N0NN-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatdan çıxarılsın və hərbi qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Kəngərli rayon Şöbəsinə göndərilmişdir. MAHHXHQ kiçik çavuş İddiaçı, Azərbaycan Respublikası Müdafiə nazirinin 19 oktyabr N017-ci il tarixli NN nömrəli qərarına əsasən N0NN-ci ildə xidmət etdiyi üçün nəzərdə tutulmuş birdəfəlik pul mükafatını 100 (yüz) % həcmində 1061 (min altmış bir) manat 50 qəpik almağa layiqdir. MAHHXHQ kiçik çavuş İddiaçı ehtiyata buraxılması ilə əlaqədar 0.5 mistli həcmində N89 (iki yüz səksən doqquz) manat, 50 qəpik birdəfəlik çıxış müavinəti, Azərbaycan Respublikası Müdafiə nazirinin 19 oktyabr N017-ci il tarixli NN nömrəli qərarına əsasən vəzifə və rütbə maaşı miqdarında N0NN-ci il üçün nəzərdə tutulmuş maddi yardım verilib. N0NN-ci ilin növbəti məzuniyyətindən 30 (otuz) gün istifadə edib. - Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş N5 sentyabr N0N5-ci il tarixli, 3-17-9- 4/N-1715/N0N5 nömrəli məktubdan aydın olur ki, İddiaçı əlillik vəziyyəti Naxçıvan Muxtar Respublikası X1 tərəfindən rəsmiləşdirilmiş N00161316GDT nömrəli göndəriş əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra – MEİS) “Əlillik” altsistemi üzərindən 19 yanvar N0N4-cü il tarixində Naxçıvan Tibbi-Sosial Ekspert Komissiyası (bundan sonra – Komissiya) tərəfindən qiymətləndirilmiş və natamam doldurulması səbəbindən göndəriş tibb müəssisəsinə geri qaytarılmışdır. Qeyd edilir ki, daha sonra İddiaçı əlillik vəziyyəti Naxçıvan Muxtar Respublikası X1 tərəfindən rəsmiləşdirilmiş Z0016598NUGJ nömrəli göndəriş əsasında MEİS-in “Əlillik” altsistemi üzərindən qiymətləndirilmiş və ona 10 fevral N0N4-cü il tarixindən “Əhvalın üzvi mənşəli (affektiv) pоzuntusu, Partlayış travması və avtoqəza nəticəsində keçirilmiş qapalı kəllə-beyin travmasından sonrakı üzvi mənşəli affektiv (depressiv) pozuntu” diaqnozu ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar iki il müddətinə (N8 fevral N0N6-cı il tarixinədək) orqanizmin funksiyalarının 55% pozulmasına görə əlillik təyin olunmuşdur İddiaçı əlilliyinin müəyyən edilməsinə dair Komissiyanın müvafiq qərarlarının surəti məhkəməyə təqdim olunmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin İV hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Kəşfiyyat və əks kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun: - 6.1-ci maddəsinə əsasən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri - Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini həyata keçirən xüsusi xidmət orqanlarıdır. - 14.1-ci maddəsinə əsasən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri hərbi qulluqçular və bu subyektlərlə əmək müqaviləsi bağlamış işçilərlə (mülki heyət) komplektləşdirilir. - N0.1-ci maddəsinə əsasən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri hərbi qulluqçularının sosial müdafiəsi “Hərbi qulluqçuların statusu haqqında”, “Əmək pensiyaları haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının qanunları, bu qanunla və digər qanunvericilik aktları ilə müəyyən edilir. - N0.1N-ci maddəsinə əsasən xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və ya onların ailəsinə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada və həcmdə kompensasiya verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N004-cü il N3 noyabr tarixli 180- N4 nömrəli qərarı ilə təsdiq edilmiş “Xidməti vəzifələrinin icrası zamanı həlak olmuş, bədən xəsarəti almış, sağlamlığına digər zərər dəymiş kəşfiyyat və əkskəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və onların ailəsinə kompensasiya verilməsi” Qaydalarının: - 1.1-ci bəndinə əsasən bu Qaydalar xidməti vəzifələrinin icrası zamanı həlak olmuş, bədən xəsarəti almış, sağlamlığına digər zərər dəymiş kəşfiyyat və əkskəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına (bundan sonra - əməkdaş) və ya onların ailəsinə birdəfəlik kompensasiyanın verilməsi şərtlərini, həcmini və ödənilməsi qaydasını müəyyən edir. - N.N-ci bəndinə əsasən xidməti vəzifələrinin icrası zamanı aldığı xəsarət və ya xəstəlik nəticəsində əməkdaşın xidmətinin davam etdirilməsi istisna edilərsə ona üç illik pul təminatı məbləğində kompensasiya ödənilir. - N.4-cü bəndinə əsasən kompensasiya ödənilməsi üçün xidməti vəzifələrin icrası zamanı xəsarət alma (həlak olma) aşağıdakı halları nəzərdə tutur: a) döyüş əməliyyatlarında iştirak zamanı; b) hərbi nizamnamə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifə borclarının yerinə yetirilməsi zamanı; c) döyüş növbəsinin (döyüş xidmətinin) aparılması zamanı; ç) verilmiş əmr və tapşırıqların yerinə yetirilməsi zamanı; d) xidmət yerində olan zaman; e) xidməti ezamiyyətdə olan zaman; ə) xidmət yerinə, müalicəyə gediş-gəliş zamanı; f) hərbi toplanışlar keçən zaman: g) müvafiq qanunvericiliklə müəyyən edilmiş hallar istisna olunmaqla əsir düşmüş və girov götürülmüş zaman; h) vətəndaş həyatını, sağlamlığını, vicdanını və ləyaqətini müdafiə edən zaman; x) hüquq mühafizə orqanlarına kömək edən zaman. - N.5-ci bəndinə əsasən kompensasiya ödənilməsi üçün xidməti vəzifələrinin icrası zamanı aşağıdakı hallarda alınan xəstəlik nəzərdə tutulur: a) döyüş şəraitində olan zaman; b) döyüş əməliyyatları aparan hərbi hissələrin tərkibində olan dövrdə kəşfiyyat və əks-kəşfiyyatla bağlı vəzifələri yerinə yetirən zaman; ç) müvafiq qanunvericilikdə müəyyən edilmiş hallar istisna olmaqla əsir düşmüş, girov götürülmüş zaman. - 3.1-ci bəndinə əsasən kompensasiya kəşfiyyat və əks-kəşfiyyat subyekti rəhbəri tərəfindən tərkibinə kadr, maliyyə, tibb və hüquq struktur bölmələrinin nümayəndələri daxil olan və əmrlə yaradılmış kompensasiyanın təyin edilməsi üzrə komissiya tərəfindən qəbul edilmiş müvafiq qərar əsasında ödənilir. Komissiya kəşfiyyat və əkskəşfiyyat fəaliyyəti subyekti rəhbərinin müavinlərindən biri sədrlik edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.N-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin əsaslandırması: “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel N015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (N.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in N.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Hazırkı iş üzrə iddiaçının əsas hüquqi marağı N0N0-ci ildə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı kəşfiyyat-əks kəşfiyyat subyekti olduğuna və döyüşlərdə xəsarət aldığına görə ona üç illik pul təminatı məbləğində kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına nail olmaqdan ibarətdir. İşin sadalanan faktiki hallarından müəyyən olunur ki, МАННXHQ əsgər İddiaçı Camaləddin oğlu, 1-ci xüsusi təyinatlı bölüyün 4-cü xüsusi təyinatlı qrupunun kəşfiyyatçıqumbaraatan köməkçisi N oktyabr N0N0-ci il tarixdən döyüş əməliyyatlarında iştirak etmək üçün Xüsusi Təyinatlı Qüvvələr Komandanının əməliyyat tabeliyinə getmiş, N4 noyabr N0N0-ci il tarixdən ezamiyyətdən gəlmiş hesab edilmiş, X3 XN üzrə müavininin N7 dekabr N0NN-ci il tarixli, 0N10 əç nömrəli əmri ilə "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "a" bəndinə (xidmət müddəti başa çatdığına görə) əsasən ehtiyata buraxılmışdır. Həmçinin iddiaçı 15 noyabr N0N3-cü il tarixli, 1606 №-li xəstəlik şəhadətnaməsi ilə şəhadətləndirilərək sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilmiş, travmanın hərbi travma, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınması təsdiq edilmişdir. NMR Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.N0N4cü il tarixli, xxxxxxx000N nömrəli qərarı ilə İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar xx.xx.N0N4-cü il tarixdən xx.xx.N0N6-cı il tarixinədək iki il müddətinə orqanizmin funksiyalarının 55% pozulması ilə əlaqədar ilkin əlillik təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N004-cü il N3 noyabr tarixli 180-N4 nömrəli qərarı ilə təsdiq edilmiş “Xidməti vəzifələrinin icrası zamanı həlak olmuş, bədən xəsarəti almış, sağlamlığına digər zərər dəymiş kəşfiyyat və əkskəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və onların ailəsinə kompensasiya verilməsi” Qaydalarının normalarına əsasən xidməti vəzifələrinin icrası zamanı aldığı xəsarət və ya xəstəlik nəticəsində əməkdaşın xidmətinin davam etdirilməsi istisna edilərsə, kəşfiyyat və əkskəşfiyyat fəaliyyətinin subyektinə üç illik pul təminatı məbləğində kompensasiya ödənilir. Kompensasiya ödənilməsi üçün xidməti vəzifələrin icrası zamanı xəsarət alma (həlak olma) halları, həmçinin kompensasiya ödənilməsi üçün xidməti vəzifələrinin icrası zamanı alınan xəstəlik halları dəqiq müəyyən edilmişdir. Göründüyü kimi işin hallarından da müəyyən olunur ki, iddiaçı hərbi travma aldıqdan sonra müalicə olunaraq xidmətini N (iki) il davam etdirmiş, X3 XN üzrə müavininin N7 dekabr N0NN-ci il tarixli, 0N10 əç nömrəli əmri ilə "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "a" bəndinə əsasən, yəni hərbi xidmət müddəti başa çatdığına görə ehtiyata buraxılmış və ona ilk dəfə NMR Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.N0N4-cü il tarixli, xxxxxxx000N nömrəli qərarı ilə əlillik təyin edilmişdir. Beləliklə məlum olur ki, iddiaçı müharibə dövründə həmin vaxt aldığı xəsarət və ya xəstəlik nəticəsində ehtiyata buraxılmamış və xidmətini davam etdirmiş, xidmətini davam etdirməsini istisna edən hal baş verməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının N0N0-ci ildə aldığı xəsarət və ya xəstəlik nəticəsində ehtiyata buraxılma halı mövcud olmamış, iddiaçı xidmətini davam etdirmişdir. Beləliklə, ona üç illik pul təminatı məbləğində kompensasiya ödənilməsi üçün şərt ödənilmədiyindən hazırki iddia tələbi əsassızdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, analoji iş üzrə oxşar mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.N0N3-cü tarixli, N-1(10N)- N115/N0N3 nömrəli qərarında da qeyd edilmişdir. Beləliklə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı "N0N0-ci ildə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı kəşfiyyat-əks kəşfiyyat subyekti olduğuna görə ona üç illik pul təminatı məbləğində kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin N.N.3, 4, 34.1, 58.7, 68, 69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı "N0N0-ci ildə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı kəşfiyyat-əks kəşfiyyat subyekti olduğuna görə ona üç illik pul təminatı məbləğində kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə iddiası təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Tural Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar