Məhkəmə qərarları › İş №2-1(122)-923/2025

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-923/2025

19.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-923/2025 19.02.2026 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyev Tural Yusif oğlunun sədrliyi, Rzayeva Əpruz Qasım qızının katibliyi, İddiaçı və Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı "Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 16 may 2025-ci il tarixli, xxxxxxxD00CDE13F5D0 nömrəli qərarının ləğv olunması və ona 60 yaşının tamam olduğu xx.xx.2025-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təsviri hissə: İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1987-1990-cı illər ərzində "betonçik" vəzifəsində keçirdiyi əmək fəaliyyətinin qanundakı "beton döşəyən" peşəsinə uyğun olduğunun tanınmasını, həmin dövr üzrə əmək stajının güzəştli pensiya hüququ verən əmək stajı kimi tanınmasını, Dövlət Sosial Müdafiə Fonduna güzəştli pensiya hüququnun təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1987-1990-cı illər tarixlərində Naxçıvan MR Culfa şəhərində yerləşən 52 saylı Tikinti Quraşdırma İdarəsində "betonşik" vəzifəsində rəsmi əmək fəaliyyəti ilə məşğul olmuşdur. Bu barədə məlumat əmək kitabçasında aydın şəkildə qeyd olunmuşdur. Əmək kitabçasının Azərbaycan dilinə notarial qaydada tərcüməsində vəzifəsi "beton döşəyən" kimi göstərilmişdir. Azərbaycan Respublikasının qanunvericiliyində, o cümlədən Nazirlər Kabinetinin təsdiqlədiyi siyahılarda "beton döşəyən" peşəsi güzəştli pensiya hüququ verilən işlər sırasında qeyd olunur. Buna baxmayaraq, Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondu əmək kitabçasında "beton döşəyən" ifadəsi deyil, rus dilində " betonşik" yazıldığı üçün 1987-1990-cı illər üzrə əmək stajının güzəştli staj kimi tanınmasından imtina etmişdir. "Betonşik" peşəsi Azərbaycan dilinə məhz "beton döşəyən" kimi tərcümə olunur və bu vəzifələr eyni iş fəaliyyətini ifadə edir. Faktiki olaraq, o, beton tökmə, döşəmə və digər fiziki ağır betonlaşdırma işlərini icra etmişdir ki, bu da birbaşa qanunda nəzərdə tutulan fəaliyyətlə üst-üstə düşür. İddiaçı göstərilənlərə əsasən 1987-1990-cı illər ərzində "betonçik" vəzifəsində keçirdiyi əmək fəaliyyətinin qanundakı "beton döşəyən" peşəsinə uyğun olduğunun tanınmasını, həmin dövr üzrə əmək stajının güzəştli pensiya hüququ verən əmək stajı kimi tanınmasını, Dövlət Sosial Müdafiə Fonduna güzəştli pensiya hüququnun təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunmuşdur. İddiaçı məhkəməyə yeni iddia ərizəsi təqdim edərək Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 16 may 2025-ci il tarixli, xxxxxxxD00CDE13F5D0 nömrəli qərarının ləğv olunması və ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasın təyin edilməsi öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 21 iyul 2025-ci il tarixə təyin edilmiş məhkəmə iclasında protokol qərardadı ilə iddiaçı tərəfindən təqdim edilmiş yeni iddia ərizəsi icraata qəbul edilmişdir. Bundan sonra məhkəmənin müvafiq sərəncam ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh orqanın yazılı etirazının qısa xülasəsi: Cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu iddiaya dair məhkəməyə ünvanlanan 18 iyun 2025-ci il və 30 iyul 2025-ci il tarixli yazılı münasibətlərini (etirazlarını) onunla əsaslandırmışdır ki, 09 mart 1963-cü il tarixdə anadan olmuş, Naxçıvan Muxtar Respublikası Ordubad rayonu, Vənənd kəndində qeydiyyatda olmaqla orada yaşayan İddiaçı 10 mart 2025-ci il tarixli ərizə ilə ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi ilə bağlı Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Pensiya, müavinət və təqaüdlərin təyinatı departamentinin Xüsusi şərtlərlə təyinat şöbəsinə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi ilə bağlı müraciət etmişdir. Şöbənin 16 may 2025-ci il tarixli, xxxxxxxD00CDE13F5D0 nömrəli qərarı ilə iddiaçıya "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. İmtinanın əsası kimi İddiaçı qanunvericiliklə tərələb olunan 12 il 6 ay xüsusi iş stajına qarşı arxiv arayışlarında onun adına əmək haqqı olmayan aylar çıxıldıqdan sonra 10 il 18 gün xüsusi iş stajının olduğu göstərilmişdir. Bununla razılaşmayan İddiaçı hazırki iddia tələbi ilə cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1987-1990-cı illər tarixlərində Naxçıvan Muxtar Respublikasının Culfa şəhərində yerləşən 52 saylı Tikinti Quraşdırma İdarəsində "betonşik" vəzifəsində rəsmi əmək fəaliyyəti ilə məşğul olmuşdur. İddiaçı qeyd edir ki, əmək kitabçasının Azərbaycan dilinə notarial qaydada tərcüməsində onun vəzifəsi "beton döşəyən" kimi göstərilmişdir. Azərbaycan Respublikasının qanunvericiliyində, o cümlədən Nazirlər Kabinetinin təsdiqlədiyi siyahılarda "beton döşəyən" peşəsi güzəştli pensiya hüququ verilən işlər sırasında qeyd olunur. Buna baxmayaraq, Dövlət Sosial Müdafiə Fondu əmək kitabçanda "beton döşəyən" ifadəsi deyil, rus dilində "betonşik" yazıldığı üçün 1987-1990-cı illər üzrə əmək stajının güzəştli staj kimi tanınmasından imtina etmişdir. "Betonşik" peşəsi Azərbaycan dilinə məhz "beton döşəyən" kimi tərcümə olunur və bu vəzifələr eyni iş fəaliyyətini ifadə edir. İddiaçı iddia edir ki, faktiki olaraq o, beton tökmə, döşəmə və digər fiziki ağır betonlaşdırma işlərini icra etmişdir ki, bu da birbaşa qanunda nəzərdə tutulan fəaliyyətlə üst-üstə düşür. Qeyd edilənləri nəzərə alaraq iddiaçı 1987-1990-cı illər ərzində "betonşik" vəzifəsində keçirdiyi əmək fəaliyyətinin qanundakı "beton döşəyən" peşəsinə uyğun olduğunun tanınmasını, həmin dövr üzrə əmək stajının güzəştli pensiya hüququ verən əmək stajı kimi tanınmasını və Dövlət Sosial Müdafiə Fonduna güzəştli pensiya hüququnun təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tərəfindən təqdim edilmiş ИT-İ seriyalı, ******* nömrəli əmək kitabçasının surətində qeyd olunmuş məlumatlardan müəyyən olunur ki, o, xx.xx.1985-ci il tarixdən xx.xx.1985-ci il tarixədək 2 nömrəli İxtisaslaşdırılmış Sənaye Tikinti Quraşdırma Trestində 3-cü dərəcəli polad və dəmir-beton konstruksiyaları üzrə çilingər vəzifəsində işləmiş və xx.xx.1985-ci il tarixdən xx.xx.1987-ci il tarixədək müddətli hərbi xidmətdə olmuşdur. Hərbi xidməti başa vurduqdan sonra xx.xx.1987-ci il tarixdən xx.xx.1987-ci il tarixədək yenidən 2 nömrəli İxtisaslaşdırılmış Sənaye Tikinti Quraşdırma Trestində 3-cü dərəcəli polad və dəmir-beton konstruksiyaları üzrə çilingər vəzifəsində çalışmış, xx.xx.1987-ci il tarixdən xx.xx.1990-cı il tarixədək 52 nömrəli Tikinti-Quraşdırma İdarəsində əvvəl 4-cü daha sonra 2-ci dərəcəli betonçu, xx.xx.1990-cı il tarixdən xx.xx.1997-ci il tarixədək Ordubad 56 nömrəli MSD-də iş ustası vəzifələrində işləmiş, xx.xx.1997-ci il tarixdən Ordubad Tikinti Quraşdırma İdarəsində briqadir, xx.xx.1997-ci il tarixdən iqtisadçı, xx.xx.1997-ci il tarixdən Əylic kənd məktəbi obyektində iş icraçısı vəzifəsində işləmiş və xx.xx.2002-ci il tarixdən baş mühəndis təyin edildiyindən iş icraçısı vəzifəsindən azad edilmiş, xx.xx.2002-ci il tarixdən Ordubad Tikinti Quraşdırma İdarəsində baş mühəndis, xx.xx.2003-cü il tarixindən həmin İdarənin rəisi vəzifəsində işləmiş və xx.xx.2013-cü il tarixdə həmin vəzifədən azad edilmişdir. Əmək kitabçasında olan qeydlərə əsasən, iddiaçı xx.xx.2013-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ordubad rayon İdarəsinə rəis vəzifəsinə təyin edilmiş və xx.xx.2024-cü il tarixdən həmin vəzifədən azad edilmişdir. Beləliklə, təqdim edilmiş əmək kitabçası üzrə iddiaçının 38 il 8 ay 11 gün ümumi iş stajının olduğu müəyyən edilmişdir. Qeyd edilir ki, İddiaçı əmək kitabçasında olan qeydlərə və təqdim etdiyi arxiv arayışlarına Fondun Pensiya, müavinət və təqaüdlərin təyinatı departamentinin Xüsusi şərtlərlə təyinat şöbəsində baxılmış və xx.xx.2006-cı il tarixədək iddiaçının 21 il 04 ay 07 gün, xx.xx.2006cı il tarixdən hüququnun yarandığı xx.xx.2025-ci il tarixədək X1 Sistemində (MEİS) olan məlumatlara əsasən onun 17 il 1 ay olmaqla, ümumilikdə 38 il 5 ay 7 gün ümumi iş stajinın olduğu müəyyən edilmişdir. Hazırki iş üzrə mübahisə edilən hal iddiaçının tələb olunan 12 il 6 ay xüsusi iş stajının mövcud olmamasıdır. İddiaçının xüsusi iş stajını müəyyən etmək üçün "xxxx" MMC-yə xx.xx.2025-ci il tarixli, 3-17-9-1/2-3347/2025 nömrəli və Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə 28 aprel 2025-ci il tarixli, 3-17-9-1/2-4674/2025 nömrəli sorğu məktubları ünvanlanmışdır. "xxxx" MMC tərəfindən Fondun sorğusuna cavab verilməmiş, lakin Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən xx.xx.2025-ci il tarixində göndərilən cavab məktubunda İddiaçı xx.xx.1990-cı il tarixindən xx.xx.2002-ci il tarixinədək işlədiyi iş ustası və iş icraçısı vəzifələrinin xüsusi iş stajına aid olduğu bildirilmişdir. Qeyd olunan dövrlər arxiv arayışları ilə qarşılıqlı yoxlanılmış arxiv arayışlarında adına əmək haqqı olmayan aylar çıxıldıqdan sonra iddiaçının 10 il 18 gün xüsusi iş stajının olduğu müəyyən olunmuşdur. Beləliklə, İddiaçı "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən tələb olunan 12 il 06 ay xüsusi iş stajı olmadığı üçün güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmasından imtina edilmişdir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı "1987-1990-cı illər ərzində "betonçik" vəzifəsində keçirdiyi əmək fəaliyyətinin qanundakı "beton döşəyən" peşəsinə uyğun olduğunun tanınmasını, həmin dövr üzrə əmək stajinın güzəştli pensiya hüququ verən əmək stajı kimi tanınmasını, Dövlət Sosial Müdafiə Fonduna güzəştli pensiya hüququnun təmin edilməsi barədə qərar çıxarılması tələbi"nin rədd edilməsi barədə müvafiq qərar qəbul qəbul edilməsi xahiş edilmişdir. Sonradan 18 dekabr 2025-ci il tarixə təyin edilmiş məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini dəqiqləşdirərək “Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 16 may 2025-ci il tarixli, xxxxxxxD00CDE13F5D0 nömrəli qərarının ləğv olunması və ona 60 yaşının tamam olduğu xx.xx.2025-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulması” kimi oxunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin protokol qərardadı ilə iddiaçı tərəfindən dəqiqləşdirilmiş iddia tələbi icraata qəbul edilmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab olunmuş, şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 19 fevral 2026-cı il tarixə təyin edilmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən İddiaçı iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi etirazda yazılanlara uyğun olaraq izahat verərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Şahid ifadələri: 18 dekabr 2025-ci il tarixə təyin edilmiş məhkəmə iclasında şahid qismində iştirak edən X5 ona ünvanlanmış suallları cavablandıraraq İddiaçı Sudef oğlu ilə iş yoldaşı olduqlarını onunla 5 nömrəli Trestin Culfa Tikinti İdarəsində fəhlə işlədiyi dövürdə tanış olduğunu, iddiaçı ilə birlikdə işlədiyini, hər ikisi Ordubadda konserv zavodunda, Darıdağda, Culfada birlikdə işlədiklərini, işlərinin əsas fəhlə olaraq beton qarışdırdıqlarından ibarət olmasını, özünün 1980-ci ildən 1993-cü ilə qədər 13 il həmin müəssisədə işlədiyini, 1993cü ildən sonra işləmədiyini, İddiaçı Sudef oğlunun da həmin idarədə betonşik, yəni betonçu işlədiyinin şahidi olduğunu, betonu kalonlara və ya lazımı yerlərə töküldüklərini, həmin dövrdə beton maşını olmadığı üçün beton işlərini fəhlələrin əl ilə gördüklərini, 1990cı ildən sonra Ordubad konserv zavodunda işlədiklərini, hazırda onun da güzəştli şərtlərlə pensiyaya çıxdığını, betonşiklərin işinin ancaq betonla bağlı olduğunu, tikintidə hər zaman beton işi olduğuna görə betonşiklərin heç zaman boş qalmadığını, həmişə işlədiklərini bildirmişdir. Həmin tarixə təyin edilmiş məhkəmə iclasında şahid qismində iştirak edən X3 ona ünvanlanmış suallları cavablandıraraq 1978-ci ildən 1992-ci ilə qədər Trest 5-də xarrat vəzifəsində işlədiyini, əsasə tikintidə qəlibçi işlərini gördüyünü, betonşiklərin də onların qurduqları qəliblərə beton tökdüklərini, İddiaçı Sudef oğlu ilə birlikdə Ordubad rayon konserv zavodunda və zavodun yanında yerləşən tikinti binasında birlikdə işlədiklərini, iddiaçının beton işində işlədiyini, yəni qəliblərə beton tökdüyünü, o dövrdə betonu əl ilə hazırlayaraq tökdüklərini, əvvəl beton maşını olmadığı üçün betonu əldə hazırladığını, İddiaçı Sudef oğlu ilə Culfada, Darıdağda, Trikotaj fabriki və s. müxtəlif yerlərdə birlikdə işlədiklərini, əmək haqqını gördükləri işə görə aldıqlarını, lakin hər ay aldıqlarını, ayda iki dəfə, ayın əvvəli avans kimi bir hissəsini, ay sonu isə qalan hissəsini aldıqlarını bildirmişdir. Yazılı sübutlar: İş materiallarında olan: - Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən Ordubad rayonu, Vənənd kəndində yaşayan İddiaçı ünvanlanan 20 may 2025-ci il tarixli, 3-17-9-1/2-S-5875/2025 nömrəli məktubundan görünür ki, ona “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-1 -ci maddəsinə uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün təqdim edilən sənədlər Fondun Pensiya, müavinət və təqaüdlərin təyinatı departamerıtinin Xüsusi şərtlərlə təyinat şöbəsi tərəfindən araşdırılmışdır. Araşdırma zamanı tələb olunan 12 il 06 ay xüsusi iş stajı olmadığı məlum olmuşdur. Göstərilənləri nəzərə alaraq, Fondun Pensiya, müavinət və təqaüdlərin təyinatı departamentinin Xüsusi şərtlərlə təyinat şöbəsinin 16 may 2025-ci il tarixli, xxxxxxxD00CDE13F5D0 nömrəli qərarı ilə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. - Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Pensiya, müavinət və təqaüdlərin təyinatı departamentinin Xüsusi şərtlərlə pensiya təyinatı komissiyasının əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında 16 may 2025-ci il tarixli, xxxxxxxD00CDE13F5D0 nömrəli qərarından məlum olur ki, "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən, tələb olunan xüsusi stajının olmaması səbəbindən İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmasından imtina edilmişdir. Belə ki, Vətəndaş İddiaçı əmək kitabçasında olan qeydlərə və təqdim etdiyi arxiv arayışlarına baxılmış, 01 yanvar 2006-cı il tarixinədək 21 il 04 ay 07 gün, 01 yanvar 2006-cı il tarixindən sonra hüququnun yarandığı 09 mart 2025-ci il tarixinədək X1 Sistemində (bundan sonra-MElS) olan məlumatlarda 17 il 01 ay, ümumilikdə isə 38 il 05 ay 07 gün ümumi iş stajı olduğu məlum olmuşdur. Vətəndaşın xüsusi iş stajını müəyyən etmək üçün "xxxx" MMC-yə 01 aprel 2025-ci il tarixli, 3-17-9-1/2- 3347/2025 nömrəli və Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə 28 aprel 2025-ci il tarixli, 3-17-9-1/2-4674/2025 nömrəli sorğu məktubları ünvanlanmışdır. "xxxx" MMC tərəfindən sorğuya cavab verilməmiş, lakin Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən 06 may 2025-ci il tarixində göndərilən cavab məktubunda İddiaçı 12 aprel 1990-cı il tarixindən 21 may 2002ci il tarixinədək işlədiyi iş ustası və iş icraçısı vəzifələrinin xüsusi iş stajına aid olduğu bildirilmişdir. Qeyd olunan dövrlər arxiv arayışları ilə qarşılıqlı yoxlanılmış arxiv arayışlarında adına əmək haqqı olmayan aylar çıxıldıqdan sonra 10 il 18 gün xususi iş stajının olduğu aşkar olunmuşdur. - "xxxx" MMC tərəfindən verilmiş 29 may 2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı xx.xx.1987- xx.xx.1990-ci il tarixləri arasında Culfa şəhərində yerləşən 52 saylı Tikinti Quraşdırma İdarəsində “betonşik” vəzifəsində çalışmışdır. Məlumat üçün bildiririk ki, “betonşik” vəzifəsi faktiki olaraq “beton döşəyən” vəzifəsinin funksiyalarına uyğundur. Əmək fəaliyyəti dövründə o, aşağıdakı işləri yerinə yetirmişdir: -Betonun tökülməsi və yayılması; -Qəlibləmə və armaturların quraşdırılması; -Tikinti sahəsində ağır fiziki əmək şəraitində iş; -Açıq hava, tozlu və yüksək fiziki yük altında iş şəraiti. Bildirilir ki, bu fəaliyyətlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 2022-ci tarixli, 451 nömrəli qərarı ilə dəqiqləşdirilmiş “beton döşəyən” peşəsinin funksiyalarına tam uyğundur və güzəştli pensiya hüququ verən iş şəraitinə daxildir. Bu arayış əmək fəaliyyətinin və peşə uyğunluğunun təsdiqi məqsədilə təqdim olunur. - Ordubad Rayon İcra Hakimiyyətinin Vənənd kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 29 may 2025-ci il tarixli, 118 nömrəli arayışdan məlum olur ki, İddiaçı, həqiqətən, Ordubad rayon Vənənd kəndində yaşayır və qeydiyyatdadır. - Ordubad Rayon Polis Şöbəsi tərəfindən 10 mart 2015-ci il tarixdə verilmiş AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, xx xxxx 1965-ci il tarixdə Ordubad rayonu, Vənənd kəndində doğulmuş İddiaçı həmin kənddə pasport qeydiyyatındadır. - ИT-İ seriyalı, ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş və tərcümə edilmiş surətindən görünür ki, o, xx.xx.1985-ci il tarixdən xx.xx.1985-ci il tarixədək 2 nömrəli İxtisaslaşdırılmış Sənaye Tikinti Quraşdırma Trestində 3-cü dərəcəli polad və dəmir-beton konstruksiyaları üzrə çilingər vəzifəsində işləmiş, hərbi xidməti başa vurduqdan sonra xx.xx.1987-ci il tarixdən xx.xx.1987-ci il tarixədək yenidən 2 nömrəli İxtisaslaşdırılmış Sənaye Tikinti Quraşdırma Trestində 3-cü dərəcəli polad və dəmir-beton konstruksiyaları üzrə çilingər vəzifəsində çalışmış, xx.xx.1987-ci il tarixdən xx.xx.1990-cı il tarixədək 52 nömrəli Tikinti-Quraşdırma İdarəsində əvvəl 4-cü daha sonra 2-ci dərəcəli betonçu, xx.xx.1990-cı il tarixdən xx.xx.1997-ci il tarixədək Ordubad 56 nömrəli MSD-də iş ustası vəzifələrində işləmiş, xx.xx.1997-ci il tarixdən Ordubad Tikinti Quraşdırma İdarəsində briqadir, xx.xx.1997-ci il tarixdən iqtisadçı, xx.xx.1997-ci il tarixdən Əylic kənd məktəbi obyektində iş icraçısı vəzifəsində işləmiş və xx.xx.2002-ci il tarixdən baş mühəndis təyin edildiyindən iş icraçısı vəzifəsindən azad edilmiş, xx.xx.2002-ci il tarixdən Ordubad Tikinti Quraşdırma İdarəsində baş mühəndis, xx.xx.2003-cü il tarixindən həmin İdarənin rəisi vəzifəsində işləmiş və xx.xx.2013-cü il tarixdə həmin vəzifədən azad edilmiş, xx.xx.2013cü il tarixdə Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ordubad rayon İdarəsinə rəis vəzifəsinə təyin edilmiş və xx.xx.2024-cü il tarixdən həmin vəzifədən azad edilmişdir. - Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ordubad rayon bölməsi tərəfindən verilmiş 31 yanvar 2025-ci il tarixli, 3-43- 69/2-41/25 nömrəli arayışdan aydın olur ki, 1965-ci il təvəllüdlü istefada olan çavuş İddiaçı, həqiqətən xx.xx.1985-ci il tarixdən xx.xx.1987-ci il tarixədək keçmiş SSRİ Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmişdir. - Culfa Rayon Dövlət Arxivi tərəfindən verilmiş 14 iyun 2024-cü il tarixli, 71 nömrəli arayışdan görünür ki, Culfa Rayon Dövlət Arxivində mühafizə olunan Culfa Rayon 52 №-li Tikinti Quraşdırma idarəsinin sənədlərinə baxdıqda İddiaçı, xx.xx.1987-ci ildə 71 №-li əmrlə işə girmiş. xx.xx.1990-cı ildə 17 №-li əmrlə işdən azad edilmişdir. - Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt Filialı tərəfindən verilmiş 08 yanvar 2025-ci il tarixli, 3-48-DA-10F/2-01-2025 nömrəli arxiv çıxarışından məlum olur ki, İddiaçı Südeyf oğlu Sumqayıt Politexnik Texnikumu üzrə 8 iyul 1981-ci il tarixli, 154-с №-li əmrlə qəbul imtahanları olmadan Sumqayıt Politexnik Texnikumuna, gündüz şöbəsi, Azərbaycan sektoru, 8 sinif bazasında "Sənaye və mülki tikinti" ixtisas üzrə 1-ci kursa qəbul edilmiş, 27 fevral 1985-ci il tarixli, 72-k №-li əmrlə DİK-nın (Dövlət İxtisas Komissiyasının) qərarına əsasən, diplom layihəsini uğurla müdafiə edərək texnikumu bitirmiş hesab edilmiş, ona ПСД-8-81 qrupunun gündüz şöbəsi, 1202 – “Sənaye və Mülki Tikinti” ixtisası üzrə «mühəndis-inşaatçı» ixtisası verilmişdir. - Ordubad Rayon Dövlət Arxivi tərəfindən verilmiş 25 iyun 2025-ci il tarixli, 60 nömrəli arayışda İddiaçı əmr № 08 ilə xx.xx.1990-ci il tarixdə köçürmə yolu ilə Ordubad Rayon 56 saylı MCD-ə iş ustası qəbul edilməsi faktı və 1992-2005-ci illərdə aylar üzrə aldığı əmək haqqı məbləğlərini əks etdirən cədvəl göstərilmişdir. - Fond tərəfindən məhkəməyə İddiaçı barəsində icraat materiallarə təqdim olunmuşdur. - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş Şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair arayışdan aydın olur ki, İddiaçı Miraj İnşaat MMC-də aşağıdakı dövrlərdə çalışmışdır: 1. xx.xx.2024-cü il tarixdən (Əmr № 01/24) xx.xx.2025-ci il tarixədək (Əmr N 03/25) iş icraçısı vəzifəsində; 2. xx.xx.2025-ci il tarixdən (Əmr № 06/24) iş icraçısı vəzifəsində, hal-hazırda davam edir. İddiaçı işlədiyi vəzifə üzrə iş stajı 1 il 2 ay təşkil edir. İddiaçı qeyd olunan dövrlərdə işlədiyi vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 29-cu bəndinə uyğundur. - Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən verilmiş Şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair arayışdan məlum olur ki, Salmanov X4 Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura və Arxitektura Komitəsinin tabeliyində fəaliyyə göstərən Culfa və Ordubad rayon idarələrində aşağıdakı dövrlərdə çalışmışdır: 1.xx.xx.1990-cı tarixdən (əmr № 1787) xx.xx.1990-cı il tarixədək (əmr № 41) iş ustası vəzifəsində; 2. xx.xx.1990-cı il tarixdən (əmr № 8) xx.xx.1997-ci il tarixədək (əmr № 19) iş ustası vəzifəsində; 3. xx.xx.1997-ci il tarixdən (əmr № 39) xx.xx.2002-ci il tarixedək (əmr № 16) iş icraçısı vəzifəsində. İddiaçı işlədiyi vəzifə üzrə iş stajı 11 il 8 ay təşkil edir. İddiaçı qeyd olunan dövrlərdə işlədiyi vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 29-cu bəndinə uyğundur. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 04 noyabr 2025-ci il tarixli, 3-48-NDA/2-2-119/2025 nömrəli məktubdan görünür ki, İddiaçı 52 №-li Tikinti-Quraşdırma İdarəsinin 1987-1990-cı illərə dair əmr kitabları və əmək haqqı cədvəlləri Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinə təhvil verilməmişdir. Həmin məktubla İddiaçı Ordubad Rayon 56 №-li MSD Tikinti- Quraşdırma İdarəsində işlədiyi 1990-2002-ci il tarixlərə dair əmrlər və həmin illərdə əmək haqqı alması barədə 125 saylı, xx.xx.2025-ci tarixli arxiv arayışları məhkəməyə göndərilmişdir. - Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 9 dekabr 2025-ci il tarixli, 3-17-9-1/2-15748/2025 nömrəli məktubdan görünür ki, İddiaçı Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən verilmiş 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışda qeyd olunan 11 il 08 ay xüsusi iş stajı və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışda qeyd olunan 01 il 02 ay xüsusi iş stajı arxiv arayışlarına və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X1 sistemində (bundan sonra-MEİS) olan məlumatlara əsasən qarşılıqlı yoxlanılmışdır. Arxiv arayışlarında və MEİS-də vətəndaşın adına əməkhaqqı olmayan aylar sığorta stajı kimi nəzərə alınmamış və xüsusi iş stajının 01 avqust 2025-ci il tarixinədək 10 il 09 ay 18 gün olduğu müəyyən olunmuşdur. Nəticədə, 01 avqust 2025-ci il tarixinədək İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən tələb olunan 12 il 06 ay xüsusi iş stajının olmadığı müəyyən edilmişdir. - Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 5 yanvar 2026-cı il tarixli, 3-17-9-1/2-58/2026 nömrəli məktubla Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X1 sistemində mövcud olan məlumatlara əsasən, İddiaçı (FİN: xxxxxxx) xeyrinə ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumat məhkəməyə təqdim olunmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinin İ hissəsinə görə insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. 16-cı maddəsinin İ hissəsinə Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 71-ci maddəsinin İİ hissəsinə müvafiq olaraq, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 22-ci maddəsində qeyd olunur ki, cəmiyyətin bir üzvü kimi, hər bir insan sosial təminat hüququna və öz ləyaqətini qoruyub saxlaya bilmək və öz şəxsiyyətini azad inkişaf etdirmək üçün iqtisadi, sosial və mədəni sahələrdə zəruri olan hüquqlarını milli səylər və beynəlxalq əməkdaşlıq vasitəsilə, hər bir dövlətin strukturu və resurslarına müvafiq olaraq həyata keçirmək hüququna malikdir. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 2-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Paktda iştirak edən hər bir dövlət bu Paktda nəzərdə tutulan hüquqların tam şəkildə həyata keçirilməsini mümkün ehtiyatların maksimum səviyyəsində təmin etmək üçün addımlar atmalıdır. Hər kəs heç bir ayrı-seçkiliyə yol verilmədən eyni hüquqlara malikdir. 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, bu Paktda iştirak edən dövlətlər, sosial sığorta da daxil olmaqla hər bir şəxsin sosial təminat hüququnu tanıyırlar. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. - 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. - 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. - 14-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. - 21.2-ci maddəsinə əsasən qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. - 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. - 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: - 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. - 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. - 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. - 21.2 və 21.2.1-ci maddələrinə əsasən bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti sığortaolunanın sığorta stajına daxil edilir. - 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 13 may 2022-ci il tarixli Qanunun: 1-ci maddəsinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda... aşağıdakı dəyişikliklər edilsin: ... 1.4. 9-cu maddə üzrə: 1.4.1. 9.1 – 9.3-cü, 9.6-cı və 9.7-ci maddələr aşağıdakı redaksiyada verilsin: “9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 2.1-ci maddəsinə əsasən bu Qanunla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun yeni redaksiyada verilmiş 9.1 – 9.3-cü, 9.6-cı, 9.7-ci və 14.4-cü maddələri əmək pensiyalarının bu Qanunun qüvvəyə mindiyi gündən əvvəlki dövr üçün təyin edilməsi və ya yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun (xx.xx.2006-cı il tarixədək qüvvədə olmuşdur): - 13-cü maddəsinin b bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər istehsalatların, peşələrin vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahı üzrə kişilər 55 yaşına catdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. - 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə”1996-cı il 26 dekabr tarixli, 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydaların: - 3.2-ci bəndinə əsasən işəgötürənlər tərəfindən əmək kitabçasında qeydlər işçinin işə götürülməsi, bir işdən başqa işə keçirilməsi və işdən azad edilməsi haqqında məlumat tarixi (gün, ay, il) göstərilməklə bu qeydləri aparmağa əsas verən əmək müqaviləsinə, əmrə, sərəncama (tarixi və nömrəsi göstərilməklə), uyğun aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 25 noyabr tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin: - 1-ci bəndinə görə əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. - 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. - 16-cı bəndinə əsasən iş stajı barədə sənədlər olmadıqda və onları hərbi əməliyyatlar, təbii fəlakət, qəza, dağıntı, milli münaqişə zəmini və digər fövqəladə hallarla əlaqədar olaraq əldə etmək mümkün olmadıqda əmək stajı, o cümlədən imtiyazlı pensiyaya və xidmət illərinə görə pensiyaya hüquq verən iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən Respublika Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müəyyən edilmiş qaydada rayon (şəhər) Əhalinin Sosial Müdafiəsi Mərkəzləri nəzdində təşkil olunan pensiya təyin edən komissiya tərəfindən müəyyən edilir. “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli, 175 saylı Qərarına əsasən: 4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:

1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;

4. əyani təhsil dövrünü təsdiq edən müvafiq sənədə (təhsil müəssisəsinin arayışı, arxiv arayışı və s.) əsasən; 4.1.3. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən iş müddəti – fərdi uçot məlumatlarına əsasən; 4.1.15. hərbi xidmət müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla) – hərbi biletə və ya Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, yaxud hərbi xidmətin keçildiyi dövlət orqanının arayışına əsasən;

5. kolxozlarda əmək fəaliyyəti dövrünü təsdiq edən müvafiq sənədə (kolxozçunun əmək kitabçası) əsasən; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli, 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 noyabr 2025-ci il tarixli, 350 nömrəli qərarının: 1-ci bəndinin ikinci abzasına əsasən Qaydanın 4.1.20-ci yarımbəndində “işəgötürənin” sözü “işəgötürən tərəfindən verilən” sözləri ilə, “arayışına” sözü “güzəştli şərtlərlə pensiya hüququ verən iş stajı və həmin işin xarakteri barədə arayışa” sözləri ilə əvəz edilmiş və həmin yarımbəndə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilmişdir: “İşəgötürənin fəaliyyət göstərməməsi səbəbindən həmin arayış təqdim oluna bilmədikdə isə şəxsin işlədiyi sahə, peşə və vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda göstərilənlərlə eynilik təşkil etdikdə MEİS-in “Əmək və məşğulluq” altsistemindən əmək müqavilələrinə dair çıxarışda, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda, eləcə də 2014-cü il iyulun 1-dək xitam verilmiş əmək müqavilələrinə münasibətdə əmək kitabçasında olan qeydə, bu qeydin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda isə Dövlət arxivinin arayışına əsasən.” Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, cavabdeh inzibati orqanın iddia ərizəsinə qarşı təqdim etdiyi sənədlərə və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmənin əsaslandırması: İlk öncə qeyd edilməlidir ki, məhkəmə qərar qəbul edənədək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar üzrə ətraflı araşdırma aparmış, təqdim edilən sübutları tam və hərtərəfli tədqiq etməklə, iddiaçıya qarşı tərəfin dəlillərinə münasibət bildirməsi, etiraz etməsi və məhkəməyə lazımi sübutları təqdim eməsi üçün kifayət qədər imkan yaratmışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Hazırkı iş üzrə iddiaçının əsas hüquqi marağı Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 16 may 2025-ci il tarixli, xxxxxxxD00CDE13F5D0 nömrəli qərarının ləğv olunması və ona 60 yaşının tamam olduğu xx.xx.2025-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. Hazırkı işdə iddiaçının hərbi xidmət dövrü, əmək kitabçasında və iş stajını sübut edən arxiv arayışında aparılmış qeydlər üzrə qazanılmış əmək pensiyası hüquqları nəzərə alındıqda ümumi iş stajının tələb olunan 25 ildən artıq olması müəyyən edilir. Eyni zamanda cavabdeh inzibati orqan tərəfindən ümumi əmək stajının mübahisələndirilmir. Məhkəmə hesab edir ki, öncə güzəştli şərtlərlə pensiya təyini ilə bağlı mübahisələrdə pensiya hüququnun hansı dövrdən yarandığını müəyyən etmək zəruridir. “Əmək pensiyaları haqqında” Qanunun 29 iyun 2022-ci il tarixdən qüvvədə olan redaksiyasının 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı qərarı ilə "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı" təsdiq edilmişdir. Məhkəmə həmçinin iddiaçının fəaliyyət göstərdiyi peşələr üzrə həmin qərarlara uyğun olaraq ən azı 12 il 06 ay fəaliyyətinin mövcud olub-olmadığını yoxlamalıdır. Məhkəmə qeyd edir ki, inzibati orqanın imtinasının dəlillərindən asılı olmayaraq, məhkəmə xidməti vəzifəsinə görə şəxsin güzəştli şərtlərlə pensiya hüququnun yaranması ilə bağlı qanunun tələb etdiyi şərtlərin ödənilib-ödənilmədiyini müəyyənləşdirməyə borcludur. İddiaçı xx xxxx 1965-ci il təvəllüdlüdür. Ona güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb edilən 60 yaşı xx.xx.2025-ci ildə tamam olmuş, həmin tarixə isə mübahisə edilməyən ümumilikdə əmək kitabçası üzrə 38 ildən çox ümumi iş stajı mövcud olmuşdur. Hazırki iş üzrə cavabdeh inzibati orqanın imtinasının əsası iddiaçının xüsusi iş stajının (12 il 6 ay) mövcud olmamasından ibarətdir. Belə ki, cavabdeh inzibati orqan ona əsaslanır ki, iddiaçının Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsində və "xxxx" MMC-də işlədiyi dövrlərə dair işəgötürənlər tərəfindən təqdim edilmiş şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair 2 nömrəli arayışlar arxiv arayışları ilə qarşılıqlı yoxlanılmış arxiv arayışlarında iddiaçının adına əməkhaqqı olmayan aylar çıxıldıqdan sonra iddiaçının 10 il 18 gün xüsusi iş stajının olduğu müəyyən olunduğundan onun tələb edilən 12 il 6 ay xüsusi iş stajı mövcud olmamışdır. Eyni zamanda cavabdeh inzibati orqan tərəfindən imtinanın əsası kimi göstərilməməsinə baxmayaraq, cavabdeh inzibati orqanın nümayəndələrinin məhkəmə iclaslarında verdiyi izahatlardan məlum olur ki, İddiaçı xx.xx.1987-ci il tarixdən xx.xx.1990cı il tarixədək 52 nömrəli Tikinti-Quraşdırma İdarəsində əvvəl 4-cü, daha sonra 2-ci dərəcəli (betonşik) betonçu vəzifəsində işlədiyi dövrlər güzəştli iş stajı verən peşə kimi nəzərə alınmamışdır. Buna səbəb kimi iddiaçının əmək kitabçanda "beton döşəyən" ifadəsinin deyil, rus dilində "betonşik" yazılması və betonşik vəzifəsinin Azərbaycan Respublikası Nazirlər kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı qərarı ilə "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"da olmaması göstərilərək iddiaçıya 1987-1990-cı illər üzrə əmək stajının güzəştli staj kimi tanınmasından imtina edilmişdir. Məhkəmə cavabdeh inzibati orqanın imtinasının dəlillərindən asılı olmayaraq, qeyd etməyi zəruri hesab edir ki, İddiaçı xx.xx.1987-ci il tarixdən xx.xx.1990-cı il tarixədək 52 nömrəli Tikinti-Quraşdırma İdarəsində əvvəl 4-cü, daha sonra 2-ci dərəcəli (betonşik) betonçu vəzifəsində 2 il 5 ay 26 gün işləməsi faktı iddiaçının əmək kitabçası və arxiv arayışları ilə tam təsdiq edilir. Həmçinin məhkəmə icraatı zamanı şahid qismində dindirilmiş X5 və X3 bir daha təsdiq etmişdirlər ki, İddiaçı 1987-1990-cı illərdə tikintidə işlədiyi dövrdə əsas işi betonçuluq olmuşdur. Məhkəmə qeyd edir ki, iddiaçının işlədiyi vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının XXVİİ bəndinin 2290000a-11140 vəzifə koduna uyğun olmaqla asfalt - betonçular adı ilə qeyd edilmişdir. Həmçinin mübahisəyə dair işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçının mübahisələndirilən dövrlərdəki əmək fəaliyyəti əmək kitabçası, arayışlarla və əmrdən çıxarışlarla təsdiq olunur. İddiaçının əmək kitabçasında bununla bağlı aparılmış qeydlərin mötəbərliyini şübhə altına alan hər hansı bir dəlil cavabdeh tərəfindən məhkəməyə təqdim olunmamış və həmin qeydlərin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilməmişdir. Məhkəmə icraatının gedişində də belə hallar müəyyən edilməmişdir. Odur ki, məhkəmə iddiaçının əmək kitabçasını və arxiv arayışlarını mötəbər sübut kimi qiymətləndirir. Diqqətə alınmalıdır ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. İddiaçının güzəştli şərtlərlə pensiya hüququ vərən peşələrdə (vəzifələrdə) ümumilikdə azı 12 il 06 ay işləməsi, işlədiyi peşələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 29-cu bəndinin a) və b) yarımbəndində və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının XXVİİ bəndinin 2290000a-11140 vəzifə kodlarına tam uyğun olması faktı nəzərə alınmalıdır. Bununla da iddiaçının 38 ildən artıq ümumi iş stajının 12 il 6 ayından artıq hissəsinin güzəştli şərtlərlə pensiya hüququ vərən peşələrdə (vəzifələrdə) işləməsi cavabdeh orqan tərəfindən iddiaçının xüsusi iş stajının olmaması səbəbi ilə imtina verilməsi halını təkzib edir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, inzibati orqan xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir. Nəticə etibarı ilə məhkəmə hesab edir ki, cavabdeh “İnzibati icraat haqqında” Qanunun yuxarıda istinad olunan normalarının tələblərini təmin etməmiş, bununla da qanunla ona verilmiş diskresion səlahiyyətlərdən onun məqsədinə uyğun istifadə etməmiş və həmin səlahiyyətlərin həyata keçirilməsi zamanı iddiaçının hüquqlarını əsassız məhdudlaşdırmışdır. Buna görə də iddiaçı ona güzəştli şərtlərlə əmək pensiyasının təyin olunmasını tələb etməkdə haqlı sayılmalıdır. Beləliklə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı "Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 16 may 2025-ci il tarixli, xxxxxxxD00CDE13F5D0 nömrəli qərarının ləğv olunması və ona 60 yaşının tamam olduğu xx.xx.2025-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası əsaslı olduğundan təmin edilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

q ə r a r a a l d ı:

İddia təmin edilsin. Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 16 may 2025-ci il tarixli, xxxxxxxD00CDE13F5D0 nömrəli qərarı ləğv edilsin. İddiaçı 60 yaşının tamam olduğu xx.xx.2025-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Tural Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar