Məhkəmə qərarları › İş №2-1(122)-927/2023

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-927/2023

11.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-927/2023 11.09.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Əliyev Adəm Qurban oğlunun katibliyi ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Kəngərli rayon İcra Hakimiyyətinə qarşı "mülkiyyətlərində olan Kəngərli rayonu, Qıvraq qəsəbəsində yerləşmiş 81.0 kvm torpaq sahəsində yerləşən bir mərtəbəli 70.0 kv.metr ümumi, 70.0 kv.metr köməkçi sahədən ibarət qeyri-yaşayış binasının sökülməsi ilə bağlı kompensasiya olaraq 50000 (əlli min) manat pul vəsaiti ödənilməsi və ya qeyri-yaşayış binasının inşa olunması üçün torpaq sahəsi ilə təmin olunma öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətlərində olan Kəngərli rayonu, Qıvraq qəsəbəsində yerləşmiş 81.0 kvm torpaq sahəsində yerləşən bir mərtəbəli 70.0 kv.metr ümumi, 70.0 kv.metr köməkçi sahədən ibarət qeyri-yaşayış binasının sökülməsi ilə bağlı kompensasiya olaraq 50000 ( əlli min) manat pul vəsaiti ödənilməsi və ya qeyri-yaşayış binasının inşa olunması üçün torpaq sahəsi ilə təmin olunma öhdəliyinin cavabdeh Kəngərli Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və hazırlıq icraatı ilə bağlı məhkəmə iclası 11 sentyabr 2023-cü il tarixə təyin edilmişdir. Hazırlıq icraatı ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iş üzrə tərəflərdən heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdirlər. Odur ki, məhkəmə tərəflərin iştirakları olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəməyə 17 avqust 2023-cü il tarixli ərizə göndərərək, 2-1(122)-927/2023 nömrəli iş üzrə mülkiyyətlərində olan Kəngərli rayonu, Qıvraq qəsəbəsində yerləşmiş 81.0 kv.m torpaq sahəsində yerləşən bir mərtəbəli 70.0 kv.metr köməkçi sahədən ibarət qeyri-yaşayış binasının sökülməsi ilə bağlı kompensasiya olaraq 50000 (əlli min) manat pul vəsaiti ödənilməsi və ya qeyri-yaşayış binasının inşa olunması üçün torpaq sahəsi ilə təmin olunma öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia qaldırdıqlarını, iddia tələbi cavabdeh tərəfindən təmin edildiyindən iddialarından imtina etdiklərini, iddiadan imtina etməyinin hüquqi nəticələrinin onlara məlum olduğunu bildirib, məhkəmədən iddiadan imtina barədə ərizəni qəbul edib iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının 17 avqust 2023-cü il tarixli ərizəsini nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddiaçının ərizəsi təmin edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: - 55.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. - 55.4-cü maddəsinə əsasən iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. - 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Kəngərli rayon İcra Hakimiyyətinə qarşı "mülkiyyətlərində olan Kəngərli rayonu, Qıvraq qəsəbəsində yerləşmiş 81.0 kv.m torpaq sahəsində yerləşən bir mərtəbəli 70.0 kv.metr ümumi, 70.0 kv.metr köməkçi sahədən ibarət qeyri-yaşayış binasının sökülməsi ilə bağlı kompensasiya olaraq 50000 (əlli min) manat pul vəsaiti ödənilməsi və ya qeyri-yaşayış binasının inşa olunması üçün torpaq sahəsi ilə təmin olunma öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nə dair iddiası üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 17 avqust 2023-cü il tarixli ərizəsi təmin edilməli və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və İPM-in 55.1, 55.4, 55.5, 80 və 83-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçılar İddiaçı1 və İddiaçı2 17 avqust 2023-cü il tarixli ərizəsi təmin edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Kəngərli rayon İcra Hakimiyyətinə qarşı “mülkiyyətlərində olan Kəngərli rayonu, Qıvraq qəsəbəsində yerləşmiş 81.0 kv.m torpaq sahəsində yerləşən bir mərtəbəli 70.0 kv.metr ümumi, 70.0 kv.metr köməkçi sahədən ibarət qeyri-yaşayış binasının sökülməsi ilə bağlı kompensasiya olaraq 50000 (əlli min) manat pul vəsaiti ödənilməsi və ya qeyri-yaşayış binasının inşa olunması üçün torpaq sahəsi ilə təmin olunma öhdəliyinin cavabdehin üzərinə qoyulması dair iş üzrə icraata xitam verilsin. Qərardaddan şikayət verilə bilməz. SƏDRLİK EDƏN: HİCRAN MURADOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar