Məhkəmə qərarları › İş №2-1(122)-93/2020

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-93/2020

14.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-93/2020 14.09.2020 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Novruzov Səxavət Hüseyn oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi, İddiaçı, cavabdehlər Naxçıvan Bələdiyyəsinin nümayəndəsi X6 və Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdehlər Naxçıvan Bələdiyyəsinə və Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı “X3 üzərinə xx xxxx 2006-cı il tarixli, 83 saylı, xx xxxxxxxx 2013-cü il, 82/01 saylı qərarında özəlləşməsi aparılmış 642 kv.m. ərazidən yayındırılmış 369 kv.m. əraziyə bələdiyyədən qərarın verilməsi, DƏ və TM üzrə DX-dən əraziyə çıxarışın verilməsi tələbi”nə dair iddianın mümkünlüyünün yoxlanılması ilə bağlı inzibati mübahisəyə baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Naxçıvan Bələdiyyəsinə və Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı X3 üzərinə xx xxxx 2006-cı il tarixli, 83 saylı, xx xxxxxxxx 2013-cü il, 82/01 saylı qərarında özəlləşməsi aparılmış 642 kv.m. ərazidən yayındırılmış 369 kv.m. əraziyə bələdiyyədən qərarın verilməsi, DƏ və TM üzrə DX-dən əraziyə çıxarışın verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş və iddianın mümkünlüyünün yoxlanılması ilə bağlı məhkəmə iclası xx xxxxxxxx 2020-ci il tarixə təyin olunmuşdur. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə edərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehlər Naxçıvan Bələdiyyəsinin nümayəndəsi X8 və Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin nümayəndəsi X4 məhkəmədən iddia tələbinin mümkün sayılmamasını xahiş etdilər. Məhkəmə iddiaçının və cavabdehlərin nümayəndələrinin izahatlarını dinləyib, iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, iddia ərizəsi mümkün sayılmamalıdır. Belə ki, inzibati prosessual qanunvericiliyin tələblərinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasını əsaslandırdığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli, 05 nömrəli qərarının 1.1, 1.2, 1.3, 1.4 və 2.1-ci bəndlərinə uyğun olaraq məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Həmin Qərarın 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2014-cü il tarixli “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair qərarında göstərilmişdir ki, inzibati-iqtisadi məhkəmə daxil olmuş iddia ərizəsində tələblərin inzibati icraat qaydasında baxılmasının mümkünlüyü məsələsini araşdırmağa və iddiaçıya bununla bağlı mövqeyini bildirməyə səlahiyyətlidir. İş materiallarından məlum olur ki, iddiaçı məcburetmə haqqında iddia qaldırmışdır. İnzibati məhkəmə icraatı qaydasında məcburetmə haqqında iddia inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasından ibarətdir. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarış mülki-hüquqi xarakter daşıdığından inzibati akt hesab olunmur. Ona görə də, iddiaçının Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən çıxarışın verilməsi barədə iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında baxılması qeyri-mümkündür. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair” xx xxx 2014-cü il tarixli qərarındakı hüquqi mövqeyindən aydın olur ki, daşınmaz əmlakın dövlət qeydiyyatı ilə bağlı verilmiş sənədlər inzibati akt hesab olunmur. Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – MM) 14.3 və 178.1-ci maddələrində qeyd edilmişdir ki, dövlət qeydiyyatına alınmalı olan hüquqlar, qanunda digər qayda nəzərdə tutulmadığı halda, qeydiyyata alındığı andan yaranır. Şəxsin mülkiyyət hüququ faktiki olaraq onun adına əmlakın DƏDRX-də qeydiyyata alındığı andan yaranır. Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış isə həmin qeydiyyatı əks etdirən sənəddir və hər bir halda inzibati akt kimi qiymətləndirilə bilməz. Əmlak hüquqları ilə bağlı mübahisələrdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır. İddiaçı tərəfindən çıxarışın verilməsi ilə bağlı bir neçə dəfə Naxçıvan Muxtar Respublikası İnzibati-İqtisadi Məhkəməsində iddia qaldırılmışdır. Məhkəmə tərəfindən iddiaya baxılaraq iddianın mümkünsüz hesab edilməsi barədə qərardadlar çıxarılmışdır. İddiaçı tərəfindən həmin məhkəmə qərardadlarından apelyasiya şikayəti verilmiş və yuxarı instansiya məhkəməsinin qərardadları ilə Naxçıvan Muxtar Respublikası İnzibati-İqtisadi Məhkəmənin qərardadları qüvvədə saxlanılmışdır. Lakin iddiaçı iddia tələbinin mümkünlük şərtlərinə əməl olunması ilə bağlı məhkəmə tərəfindən edilmiş yardımlara məhəl qoymamış, yenidən eyni tələblə bağlı iddia qaldırmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin tələbinə əsasən məhkəmə tərəfindən qaldırılan iddiada yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələbinin dəqiqləşdirilməsində, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında iddiaçıya yardım edilmişdir. Belə ki, iddiaçıya iddia tələbini dəqiqləşdirilməsi təklif olunsa da, o, iddia tələbini dəqiqləşdirmədiyini bildirərək iddiasına mövcud tələb çərçivəsində baxılmasını xahiş etdi. İş materiallarında olan Naxçıvan Bələdiyyəsinin xx xxxxxxxx 2013-cü il tarixli, 82/01 nömrəli qərarının surətindən görünür ki, Naxçıvan şəhərinin 35-ci məhəlləsində yerləşən 500 kv.m. sahəsi olan 42 nömrəli həyətyanı torpaq sahəsinə bitişik və baxış zamanı dəqiqləşdirilmiş ölçülərə əsasən 140.1 kv.m. torpaq sahəsi 112 manat dəyərində qiymətləndirilmiş və müəyyən olunan məbləğ X2 bankdakı hesabına ödənildiyindən həyətyanı torpaq sahəsi kimi “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin 4.0.2 yarımbəndinə, 16-cı maddəsinin 16.3 və 16.4-cü bəndlərinə əsasən vətəndaş İsmayılov Rövşən Arif oğlunun mülkiyyətinə verilməsi qərara alınmışdır. İş materiallarında olan Naxçıvan Bələdiyyəsinin xx xxxx 2006-cı il tarixli, 83 nömrəli qərarının surətindən görünür ki, Naxçıvan şəhərinin 35-ci məhəlləsində yerləşən 600 kv.m. sahəsi olan 46 nömrəli həyətyanı torpaq sahəsinə bitişik və baxış zamanı dəqiqləşdirilmiş ölçülərə əsasən 100 kv.m. torpaq sahəsi həyətyanı torpaq sahəsi kimi “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinin 16.3 və 16.4-cü bəndlərinə əsasən X5 mülkiyyətinə verilməsi qərara alınmışdır. İş materiallarından və iddiaçının izahatından aydın olur ki, İddiaçı Naxçıvan Bələdiyyəsinin xx xxxxxxxx 2013-cü il tarixli, 82/01 nömrəli və xx xxxxxxxx 2013-cü il tarixli, 82/01 nömrəli qərarları ilə həmin əmlakın onun adına keçirilməsi ilə bağlı hər hansı hüquq verilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələb hüququ olmayan şəxs tərəfindən verilmişdir. İddiaçı həmin torpaq sahəsinin ona məxsus olması barədə hər hansı bir sənədi ərizəyə əlavə etməmişdir. Həmçinin, İddiaçı iddia ərizəsində qeyd etdiyi hüquqlarının cavabdeh orqanlar tərəfindən pozulmasını qeyd etməsinə baxmayaraq, iddiaçının izahatı və iddia ərizəsinə əlavə olunmuş sənədlərdən aydın olur ki, iddiaçı cavabdeh Naxçıvan Bələdiyyəsinə müraciət etsə də, digər cavabdeh inzibati orqan Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə ümumiyyətlə müraciət etməmişdir. Yəni, iddiaçı inzibati orqan tərəfindən onun hüquqlarının pozulması və qanunla qorunan maraqlarının məhdudlaşdırılması barədə sübutları iddia ərizəsinə əlavə etməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx xxxxx 2015-ci il tarixli qərarının 3.4-cü bəndində göstərilmişdir ki, birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər hansı bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə iddianın inzibati mübahisə kimi baxılmasının yolverilənliyini araşdıraraq hesab edir ki, İddiaçı cavabdehlər Naxçıvan Bələdiyyəsinə və Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı “X3 üzərinə xx xxxx 2006-cı il tarixli, 83 saylı, xx xxxxxxxx 2013-cü il, 82/01 saylı qərarında özəlləşməsi aparılmış 642 kv.m. ərazidən yayındırılmış 369 kv.m. əraziyə bələdiyyədən qərarın verilməsi, DƏ və TM üzrə DX-dən əraziyə çıxarışın verilməsi tələbi”nə dair iddiası mümkün sayılmamalıdır. “Azərbaycan Respublikasının məhkəmələrində kargüzarlığın aparılmasına dair Təlimat”ın 295-22-ci maddəsinə əsasən iddianın mümkün sayılmaması haqqında qərardad iddia ərizəsinə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər İddiaçı qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80-81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Naxçıvan Bələdiyyəsinə və Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı “X3 üzərinə xx xxxx 2006-cı il tarixli, 83 saylı, xx xxxxxxxx 2013-cü il, 82/01 saylı qərarında özəlləşməsi aparılmış 642 kv.m. ərazidən yayındırılmış 369 kv.m. əraziyə bələdiyyədən qərarın verilməsi, DƏ və TM üzrə DX-dən əraziyə çıxarışın verilməsi tələbi”nə dair iddiası mümkün sayılmasın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı geri qaytarılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: SƏXAVƏT NOVRUZOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar