Məhkəmə qərarları › İş №2-1(122)-94/2020

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-94/2020

15.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-94/2020 15.10.2020 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Novruzov Səxavət Hüseyn oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, Cavabdeh nümayəndəsinin iştirakı olmadan, İddiaçı Cavabdehnə qarşı “doğum akt qeydləri kitabında düzəliş edilərək adının “Səvəngül” kimi deyil, “Sevil” kimi qeyd olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək doğum akt qeydləri kitabında düzəliş edilərək adının “Səvəngül” kimi deyil, “Sevil” kimi qeyd olunması öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 10 iyul 1968-ci il tarixdə anadan olmuşdur. Həmin vaxt valideynləri tərəfindən ona Sevil adı qoyulmuşdur. Elə buna görədə ona verilən doğum haqqında şəhadətnamənin ad qrafasında da adı Sevil kimi qeyd edilmişdir. Bu ad əsasında da ona sonradan verilmiş bütün şəxsi sənədlərinin ad qrafasında adı Sevil kimi qeyd edilmişdir. Lakin o, bir neçə ay bundan əvvəl Cavabdehnə doğum akt qeydindən çıxarış almaq üçün müraciət etmişdir. Həmin vaxt Cavabdehndə ona doğum akt qeydləri kitabında adının Səvəngül kimi qeyd olunduğu bildirilmişdir. O, adının səhvən Səvəngül kimi yazılması barədə həmin vaxta kimi heç bir məlumatının olmadığını bildirib, doğum akt qeydləri kitabında ad qrafasında Səvəngül kimi deyil, Sevil kimi yazılıb düzəliş aparılmasını xahiş etmişdir. Lakin Cavabdeh bundan imtina edərək iddiaçıya məhkəməyə müraciət etməli olduğunu bildirmişdir. İddiaçı onu da qeyd edir ki, ona məxsus bütün şəxsi sənədlərində adının Sevil kimi qeyd edilməsi, adının Sevil olmasının bir daha əyani sübutudur və təsdiq edilir. İddiaçı yuxarıda qeyd olunanlara əsasən məhkəmədən doğum akt qeydləri kitabında düzəliş edilərək adının “Səvəngül” kimi deyil, “Sevil” kimi qeyd olunması öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri sərəncamla Cavabdehnə göndərilmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra işin şifahi məhkəmə baxışına keçirilməsi üçün kifayət qədər əsaslar olduğu nəzərə alınaraq şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 15 oktyabr 2020-ci il tarixə təyin olunmuşdur. Cavabdeh rəisi Könül Əsədova məhkəməyə 13 oktyabr 2020-ci il tarixli, 155 nömrəli məktub göndərərək xidməti işlərinin çoxluğu ilə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilmədiyindən işə onun iştirakı olmadan baxılmasını və müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Odur ki, məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən doğum akt qeydləri kitabında düzəliş edilərək adının “Səvəngül” kimi deyil, “Sevil” kimi qeyd olunması öhdəliyinin Cavabdeh üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə İddiaçı izahatını dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Cavabdeh tərəfindən X4 verilən 29 iyun 2020-ci il tarixli, 88 nömrəli arayışdan və 24 iyul 2020-ci il tarixli, 97 nömrəli məktubdan məlum olur ki, onun Cavabdehnə daxil olmuş 17 iyul 2020-ci il tarixli ərizəsində Şahbuz rayon, Biçənək kənd inzibati ərazi üzrə nümayəndəliyi tərəfindən 10 iyun 1968-ci il tarixli, 20 nömrəli doğum akt qeydi tərtib olunarkən adının Sevil əvəzinə Səvəngül olaraq qeyd edildiyi göstərilmiş və bununla bağlı doğum akt qeydinin ləğv olunması xahişi ilə Cavabdehnə müraciət edilmişdir. Onun ərizəsində göstərilən xüsusatlar Cavabdeh tərəfindən araşdırılmış və müəyyən olunmuşdur ki, 10 iyun 1968-ci il tarixli, 20 nömrəli doğum akt qeydində adı Səvəngül olaraq yazılsa da, üzərindən xətt çəkilərək Sevil yazılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2011-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən müddəalar”a və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 63.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmə qətnaməsi əsasında aparılır. Bu səbəbdən doğum haqqında akt qeydinin qeydiyyat şöbəsi tərəfindən ləğv edilməsi qanuna zidd olduğundan mümkün deyil. Vətəndaşa doğum haqqında akt qeydinin ləğv olunması üçün aidiyyəti üzrə müvafiq məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. - Şahbuz şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş 13 iyul 2020-ci il tarixli, 3/619 nömrəli arayışdan görünür ki, X2 şəhəri, Cavadxan küçəsi, ev № 7 ünvanında qeydiyyatda dayanır və yaşayır. - 10 iyul 1968-ci il tarixli, AЭ ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, X8 1 iyul 1968-ci ildə Şahbuz rayonu, Biçənək kəndində anadan olmuşdur. - Şahbuz Rayon Polis Şöbəsi tərəfindən 11 oktyabr 2003-cü il tarixdə verilmiş AZE seriyalı, 00****** nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, xx xxxx 1968-ci il tarixdə Naxçıvan Muxtar Respublikası, Şahbuz rayonu, Biçənək kəndində doğulmuş İddiaçı Şahbuz rayonu, Qarababa kəndində yaşayır. - 30 iyun 2020-ci il tarixli, TT**********79110 nömrəli qəbzdən məlum olur ki, X3 tərəfindən iddia ərizəsi üçün "xxxx" ASC-nin Şahbuz filialının AZ21NABZ******************** nömrəli hesabına 10 (on) manat dövlət rüsumu ödənilmişdir. - 15 iyul 1983-cü il tarixli, AЭ-İİ 515093 nömrəli səkkizillik təhsil haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X1 MSSR, Şahbuz rayonu, Qarababa səkkizillik məktəbində oxumuş və 1983-cü ildə səkkizinci sinfi bitirmişdir. - 17 sentyabr 1996-cı il tarixli, AB-İ 037695 nömrəli diplomun təsdiq olunmuş surətindən məlum olur ki, X5 1989-cu ildə X10 İnstitutuna daxil olmuş və 1994-cü ildə Naxçıvan Dövlət Universitetinin ibtidai təhsil pedaqogikası və metodikası ixtisası üzrə tam kursu bitirmişdir. - Cavabdeh tərəfindən məhkəməyə ünvanlanan 15 sentyabr 2020-ci il tarixli, 132 nömrəli məktubdan aydın olur ki, vətəndaşın Cavabdehnə daxil olmuş 17 iyul 2020-ci il tarixli ərizəsində Şahbuz rayon, Biçənək kənd inzibati ərazi üzrə nümayəndəliyi tərəfindən 10 iyun 1968-ci il tarixli, 20 nömrəli doğum akt qeydi tərtib olunarkən adının Sevil əvəzinə Səvəngül olaraq qeyd edildiyi göstərilmiş və bununla bağlı doğum akt qeydinin ləğv olunması xahişi ilə Cavabdehnə müraciət edilmişdir. Onun ərizəsində göstərilən xüsusatlar Cavabdeh tərəfindən araşdırılmış və müəyyən olunmuşdur ki, 10 iyun 1968-ci il tarixli, 20 nömrəli doğum akt qeydində adı Səvəngül olaraq yazılsa da, üzərindən xətt çəkilərək Sevil yazılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2011-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən müddəalar”a və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 63.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmə qətnaməsi əsasında aparılır. Bu səbəbdən doğum haqqında akt qeydinin qeydiyyat şöbəsi tərəfindən ləğv edilməsi qanuna zidd olduğundan mümkün deyil. Vətəndaşa doğum haqqında akt qeydinin ləğv olunması üçün aidiyyəti üzrə müvafiq məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. - Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi tərəfindən məhkəməyə ünvanlanan 01 oktyabr 2020-ci il tarixli, 2/3593 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsində xx xxxx 1968-ci il təvəllüdlü İddiaçı məhkumluğu barədə məlumat yoxdur. - Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən elektron qaydada məhkəməyə ünvanlanan 08 oktyabr 2020-ci il tarixli, 345 nömrəli məktubdan məlum olur ki, İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlara, iddiaçının izahatına əsasən məhkəmə hesab edir ki, həmin sübutlar qanuni və əsaslı olduğundan iddiaçının iddia tələbinin təmin edilməsi üçün kifayət qədər əsas mövcuddur. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır. Hərbi qulluqçular bu hüquqdan yalnız fərdi qaydada istifadə edə bilərlər. Hər bir müraciətə qanunla müəyyən edilmiş qaydada və müddətlərdə yazılı cavab verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Ailə Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə görə, doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Həmin Məcəllənin 159.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161.2-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanının qeydiyyatı düzəltməkdən və ya dəyişdirməkdən imtina etməsindən inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Ailə Məcəlləsinin 189-cu maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını, atasının adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Ailə Məcəlləsinin 190-cı maddəsinə görə adın, ata adının və soyadın dəyişdirilməsi vətəndaşların daimi yaşayış yerində qeydə alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 1.1-ci bəndinə görə bu Qayda Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və dövlət mənafeyi, ictimai mənafe üçün, vətəndaşların şəxsi, habelə əmlak hüquqlarının qorunması məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasını müəyyən edir. Həmin Qaydanın 1.4 və 1.7-ci bəndlərinə əsasən Qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, qeyd olunmalı faktları, ərizə verənlərin şəxsiyyətini təsdiq edən sənədlər və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün lazım olan bu Qaydada müəyyən olunmuş digər sənədlər təqdim edildikdə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün tələb olunan ərizə blanklarının formaları Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən təsdiq olunur. Həmin Qaydanın 1.15-ci bəndlərində nəzərdə tutulmuşdur ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı zamanı Azərbaycan Respublikası vətəndaşlarının adları, atalarının adları və soyadları Azərbaycan Respublikasının dövlət dilində yazılır. “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 7.1-ci bəndinə əsasən adın, ata adının və soyadın dəyişdirilməsinin qeydə alınması bu Qaydaya və “Azərbaycan Respublikası Ailə Məcəlləsinin tətbiqi ilə əlaqədar bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 52 saylı, 01.03.2001-ci il tarixli Qərarına uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli, 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas Müddəalar”ın 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas Müddəalar”ın 3-cü bəndinə görə isə vətəndaşlar qanunvericilikdə nəzərdə tutulmuş qaydada adını, soyadını və ata adını dəyişdirdikdə vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik edilir. Həmin Müddəaların 8-ci bəndinə görə ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. Yuxarıda sadalanan qanunvericilik normalarından göründüyü kimi iddiaçının adında dəyişiklik edilməsinə qanuni heç bir maneə yoxdur. Bununla əlaqədar olaraq məhkəmə belə nəticəyə gəlir ki, inzibati orqan iddiaçının doğum akt qeydində düzəliş edilməsini istisna edən faktiki şərtlərin mövcudluğuna dair məhkəməyə tutarlı sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarının (bundan sonra Qaydalar) 6.2-ci bəndinə əsasən adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir. Həmin Qaydalarda adın, ata adının və soyadın dəyişdirilməsinə yol verilməyən hallar sadalanmışdır. Belə ki, Qaydaların 6.5-ci bəndinin tələbinə görə ərizə verən şəxs cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edildiyi dövrdə, onun götürülməmiş və ya ödənilməmiş məhkumluğu olduqda, habelə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxs olduqda adın, ata adının və soyadın dəyişdirilməsinə yol verilmir. Məhkəmə tərəfindən aparılmış araşdırma zamanı iddiaçı barəsində Qaydaların 6.5ci bəndində göstərilən, həmçinin qanunvericilikdə nəzərdə tutulmuş hər hansı digər məhdudlaşdırıcı halların olması müəyyən edilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, Cavabdeh imtinası iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”na əsasən rayon, şəhər qeydiyyat şöbələri inzibati orqan hesab olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, İddiaçı Cavabdehnə qarşı doğum akt qeydləri kitabında düzəliş edilərək adının “Səvəngül” kimi deyil, “Sevil” kimi qeyd olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi əsaslı olduğundan təmin olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə ödənilmiş dövlət rüsumu məsələsini müzakirə edərək hesab edir ki, X3 tərəfindən ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 34.1, 58.1, 58.7, 68, 69, 81, 85 və 110.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı barəsində doğum akt qeydləri kitabında düzəliş edilərək adının “Səvəngül” kimi deyil, “Sevil” kimi qeyd olunması öhdəliyi Cavabdeh üzərinə qoyulsun. İş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: SƏXAVƏT NOVRUZOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar