Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-956/2023 04.09.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Əliyev Adəm Qurban oğlunun katibliyi ilə, iddiaçılar İddiaçı1, Ramazanova (Zehirova) Şəkil Elman qızının və X1 cavabdeh Babək Rayon İcra Hakimiyyətinə qarşı "X6 ətrafında X2 məxsus olmuş 24 kv.metr olan torpaq sahəsi və üzərində tikilmiş mağaza və yeməkxana binalarının sökülməsinə görə kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1, Ramazanova (Zehirova) Şəkil Elman qızı və X3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X6 ətrafında X2 məxsus olmuş 24 kv.metr olan torpaq sahəsi və üzərində tikilmiş mağaza və yeməkxana binalarının sökülməsinə görə kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdeh Babək Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunaraq və hazırlıq icraatı ilə bağlı məhkəmə iclası 04 sentyabr 2023-cü il tarixə təyin edilmişdir. İddiaçılar X3 və İddiaçı1 məhkəməyə 16 avqust 2023-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizələr göndərərək Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsində 2-1(122)-956/2023 nömrəli iş üzrə cavabdeh Babək Rayon İcra Hakimiyyətinə qarşı X6 ətrafında X4 məxsus olmuş 24 kv.m olan torpaq sahəsi və üzərində tikilmiş mağaza və yeməkxana binalarının sökülməsinə görə kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia qaldırdıqlarını, iddia tələbi cavabdeh tərəfindən təmin edildiyindən iddiadan imtina etdiklərini, iddiadan imtina etməklərinin hüquqi nəticələrinin onlara məlum olduğunu bildirib, məhkəmədən iddiadan imtina barədə ərizəni qəbul edib iş üzrə icraata xitam verilməsini xahiş etmişdirlər. İddiaçı Ramazanova (Zehirova) Şəkil Elman qızı məhkəməyə 04 sentyabr 2023-cü il tarixli ərizə göndərərək anası İddiaçı1 və qardaşı X3 ilə birlikdə məhkəmədə iddia qaldırdıqlarını, anası və qardaşının cavabdeh tərəfindən iddia tələbi təmin edildiyindən məhkəmədə qaldırdıqları iddiadan notarial qaydada ərizə verərək iş üzrə icraata xitam verilməsini xahiş etdiklərini bildirib, o da məhkəmədən cavabdeh tərəfindən iddiası təmin olunduğundan iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə tərəflərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçılar İddiaçı1, Ramazanova (Zehirova) Şəkil Elman qızının və X1 ərizələrini nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddiaçıların ərizələri təmin edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: - 55.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. - 55.4-cü maddəsinə əsasən iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. - 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1, Ramazanova (Zehirova) Şəkil Elman qızının və X1 cavabdeh Babək Rayon İcra Hakimiyyətinə qarşı "X6 ətrafında X2 məxsus olmuş 24 kv.metr olan torpaq sahəsi və üzərində tikilmiş mağaza və yeməkxana binalarının sökülməsinə görə kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası üzrə iddiaçılar İddiaçı1, Ramazanova (Zehirova) Şəkil Elman qızının və X1 ərizələri təmin edilməli və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda qeyd olunanları və İPM-in 55.1, 55.4, 55.5, 80 və 83-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçılar İddiaçı1, Ramazanova (Zehirova) Şəkil Elman qızının və X1 ərizələri təmin edilsin. İddiaçılar İddiaçı1, Ramazanova (Zehirova) Şəkil Elman qızının və X1 cavabdeh Babək Rayon İcra Hakimiyyətinə qarşı "X6 ətrafında X2 məxsus olmuş 24 kv.metr olan torpaq sahəsi və üzərində tikilmiş mağaza və yeməkxana binalarının sökülməsinə görə kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan şikayət verilə bilməz. SƏDRLİK EDƏN: HİCRAN MURADOV
Məhkəmə qərarları › İş №2-1(122)-956/2023
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-956/2023
04.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver