Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-962/2025 24.02.2026 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: X17 Heydər oğlunun sədrliyi, X18 oğlunun katibliyi, iddiaçı Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X5, Cavabdeh və cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, iddiaçı Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Cavabdeh qarşı "cavabdehə 01 fevral 2005-ci il tarixdən 30 iyun 2023-cü il tarixədək əsassız olaraq ödənilmiş 31.733,98 manat (otuz bir min yeddi yüz otuz üç manat doxsan səkkiz qəpik) manat məbləğində pul vəsaitinin Fondun yığım hesabına geri qaytarılması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, X3 məxsus FB-İ seriyalı, 083781 nömrəli diplomun surətindən görünür ki, o, 1980-ci il tarixdə Y.H.Məmmədəliyev adına X15 İnstitutuna daxil olmuş, 1985-ci il tarixdə həmin İnstitutun riyaziyyat ixtisası üzrə tam kursunu bitirmiş və Dövlət imtahan komissiyasının 17 iyul 1985-ci il tarixli qərarı ilə ona orta məktəbdə riyaziyyat müəllimi ixtisası verilmişdir. Şahbuz rayon Dövlət Arxivi tərəfindən verilmiş 11 avqust 2023-cü il tarixli, 02/267 nömrəli arayışda Şahbuz rayon Mədəniyyət şöbəsinin əmək haqqı cədvəllərində X2 1983-cü ilin iyun ayından 1987-ci ilin noyabr ayınadək (sonuncu əmək haqqını xx.xx.1987-ci ildə alıb) əmək haqqı alması göstərilmişdir. Lakin Şahbuz rayon Dövlət Arxiv müdirinin iştirakı ilə Fondun Şahbuz rayon şöbəsinin əməkdaşı tərəfindən Şahbuz rayon Dövlət Arxivində saxlanılan Şahbuz rayon Mədəniyyət şöbəsinin Əzizbəyov kənd kitabxanasının 1983-1987-ci illərə dair əmr və əməkhaqqı kitabları yerində qarşılıqlı araşdırıldıqdan sonra məlum olmuşdur ki, əməkhaqqı kitablarında Bədəlova (İsmayılova) Natella Cəmşid qızının qeyd edilən 1983- 1987-ci illərdə əməkhaqqı alması öz təsdiqini tapmamışdır. Şahbuz rayon Dövlət Arxivi tərəfindən verilmiş 12 dekabr 2023-cü il tarixli, 02/347 nömrəli arayışda Şahbuz rayon Mədəniyyət şöbəsinin əmr kitablarında X2 07 may 1984-cü il tarixli 72 nömrəli əmrlə Şahbuz rayon Mərkəzi kitabxanasının Əzizbəyov kənd kitabxana filialına filial müdiri təyin edilməsi və 01 dekabr 1987-ci il tarixli 206 nömrəli əmrlə yaşayış yeri dəyişdiyindən tutduğu vəzifədən azad edildiyi göstərilmişdir. Şahbuz rayon X11 tərəfindən Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna ünvanlanmış 01 noyabr 1989-cu il tarixli, 4 nömrəli əmrdən çıxarışda Şahbuz rayon Təhsil şöbəsinin 147 nömrəli əmri ilə X15 İnstitutunun tələbəsi X2 Gənc Texniklər stansiyasına dərnək rəhbəri təyin edilməsi göstərilmişdir. Həmin Mərkəzin 01 dekabr 2004-cü il tarixli əmrindən çıxarışında X2 pensiyaya çıxdığından 01 dekabr 2004-cü il tarixli, 80 nömrəli əmri ilə dərnək rəhbəri vəzifəsindən azad edilməsi göstərilmişdir. Şahbuz rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 16 avqust 2023-cü il tarixli, 301835 nömrəli çıxarışından görünür ki, X4 ilə X8 12 noyabr 1987-ci il tarixdə nikahlarını Şahbuz rayon icra Nümayəndəliyinin “Nikah” kitabında 22 nömrəli ilə qeyd etdirməklə evlənmişlər. Nikahın bağlanmasından sonra qadın “Bədəlova” soyadını qəbul etmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 04 may 2023-cü il tarixli 3-17/3-2-545/2023 nömrəli və 23 iyun 2023-cü il tarixli 3- 17/3-2- 859/2023 nömrəli əmrlərinə əsasən 01 yanvar 2021-ci il tarixdən 01 aprel 2023-cü il tarixədək Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin məcburi dövlət sosial sığorta vəsaitlərinin xərclənməsinin icrası ilə bağlı audit yoxlaması aparılmışdır. Yoxlama zamanı Cavabdeh vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların Qanunun tələblərinə uyğun olmadığı müəyyən edilmişdir. Məlum olmuşdur ki, Cavabdeh qanunla tələb olunan 20 il pedaqoji stajı yoxdur. Belə ki, pensiya işində olan sənədlərdən və toplanmış arxiv arayışlarından müəyyən olunmuşdur ki, Cavabdeh 07 may 1984-cü il tarixdən 01 dekabr 1987-ci il tarixədək (3 il 6 ay 24 gün) Əzizbəyov kənd kitabxana filialında filial müdiri və 01 noyabr 1989-cu il tarixdən 01 dekabr 2004-cü il tarixədək (15 il 1 ay) Gənc Texniklər stansiyasına dərnək rəhbəri vəzifələrində işləmişdir. Beləliklə, Cavabdeh iş stajının ümumilikdə 18 il 7 ay 24 gün təşkil etdiyi müəyyən olunmuşdur. Bu səbəbdən də Fondun Şahbuz rayon şöbəsi tərəfindən xidmət illərinə görə əmək pensiyası təyin olunması barədə qəbul edilmiş 25 fevral 2005-ci il tarixli, 36 nömrəli qərarı Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Pensiya, müavinət və təqaüdlərin təyinatı departamentinin Pensiya təyinatı komissiyasinin 13 mart 2025-ci il tarixli, 3-17-9-1/2-B-3019/2025 saylı qərarı ilə ləğv edilmişdir. İddiaçı qeyd olunanlara əsasən Cavabdeh 01 fevral 2005-ci il tarixdən 30 iyun 2023-cü il tarixədək əsassız olaraq ödənilmiş 31.733,98 manat (otuz bir min yeddi yüz otuz üç manat doxsan səkkiz qəpik) manat məbləğində pul vəsaitinin Fondun yığım hesabına geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən müvafiq sərəncam qəbul edilərək iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh iddiaya dair yazılı münasibəti məhkəməyə daxil olmamışdır. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab olunmuş, şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 24 fevral 2026-cı il tarixə təyin edilmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən iddiaçı Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X10 iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh və cavabdehin nümayəndəsi Nümayəndə2 iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdilər. Yazılı sübutlar: İş materiallarında olan: - Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Pensiya, müavinət və təqaüdlərin təyinatı departamentinin Pensiya Təyinatı şöbəsinin Pensiya təyinatı Komissiyasının 13 mart 2025-ci il tarixli, 3-17-9-1/2-B-3019/2025 nömrəli qərarından məlum olur ki, Cavabdeh Fondun Şahbuz rayon şöbəsi tərəfindən xidmət illərinə görə əmək pensiyası təyin olunması ilə əlaqədar 2005-ci il 25 fevral tarixli, 36 nömrəli qərar ləğv edilmişdir. - Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Naxçıvan şəhər Təhsil Şöbəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 14 iyul 2025-ci il tarixli, 4/245 nömrəli məktubdan məlum olur ki, Bədəlova X9 Şəhər Təhsil Şöbəsinin tabeliyində olan təhsil müəssisələrində çalışmamışdır. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 01 avqust 2025-ci il tarixli, 3-48-NDA/1-2-1265/2025 nömrəli məktubdan məlum olur ki, Şahbuz Rayon Mədəni Maarif şöbəsinin arayış xüsusiyyətli sənədləri 1983-cü ildən sonra Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində mühafizə edilmir. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 01 avqust 2025-ci il tarixli, 3-48-NDA/1-2-1266/2025 nömrəli məktubdan məlum olur ki, Şahbuz Rayon Mədəni Maarif şöbəsinin arayış xüsusiyyətli sənədləri 1988-ci ildən sonra Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində mühafizə edilmir. Şahbuz Rayon Dövlət Arxivinin 23 iyul 2025-ci il tarixli, 5-27-23/2- 82/2025 nömrəli məktubundan məlum olur ki, Şahbuz Rayon Dövlət Arxivində mühafizə olunan Şahbuz Rayon Təhsil şöbəsinin 1988-ci ilə aid əmr kitabına baxdıqda 04 yanvar 1988-ci il tarixli, 01 nömrəli əmrlə Şahbuz Rayon Kükü kənd orta məktəbinə müəllim təyin olunan vətəndaşın ad va soyadı pozularaq üzərində gözlə seçiləcək dəyişikliklər edilmiş və rəngli qələmlə vətəndaş Cavabdeh adı qeyd edilmişdir, Şahbuz Rayon Təhsil Şöbəsinin 1988-1990-cı illərə aid əmr kitablarına baxdıqda işdən azad olunma barədə əmrə rast gəlinmədi, Şahbuz Rayon Təhsil Şöbəsinin 1988-1990-cı illərə aid əmək haqqı kitablarında və əmək haqqı cədvəllərində isə vətəndaş Cavabdeh Şahbuz Rayon Kükü kənd orta məktəbində işləməsi və əmək haqqı alması barədə məlumat mövcud deyil. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 05 avqust 2025-ci il tarixli, 3-48-NDA/1-2-1293/2025 nömrəli məktubdan məlum olur ki, Şahbuz Rayon Gənc X6 1989-cu ilə aid sənədləri Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində mühafizə olunmur. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 05 avqust 2025-ci il tarixli, 3-48-NDA/1-2-1294/2025 nömrəli məktubdan məlum olur ki, Şahbuz Rayon Təhsil Şöbəsinin 1988-2000-ci illərə aid sənədləri Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində mühafizə olunmur. Şahbuz Rayon Dövlət Arxivinin xx.xx.2025-ci il tarixli, 5-27-23/2-89/2025 nömrəli məktubundan məlum olur ki, Şahbuz Rayon Dövlat Arxivində mühafizə olunan Şahbuz Rayon Təhsil Şöbəsinin 1988-2000-ci illərə aid əmr kitablarına baxdıqda Cavabdeh Şahbuz Rayon Kükü kənd orta məktəbində işdən azad olunması barədə əmrinə rast gəlinmədi. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 05 avqust 2025-ci il tarixli, 3-48-NDA/1-2-1295/2025 nömrəli məktubdan məlum olur ki, Şahbuz Rayon Mədəniyyət Şöbəsinin 1949-cu ildən yuxarı illəri əhatə edən əmr və əməkhaqqı cədvəlləri və 1998-ci ildən yuxarı illəri əhatə edən daimi xüsusiyətli sənədləri Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində mühafizə olunmur. Bədəlova (İsmayılova) Natella Cəmşid qızının xx.xx.1984-cü il tarixli, 72 nömrəli əmrlə Şahbuz rayon Əzizbəyov kənd kitabxanasına müdir vəzifəsinə təyin edilməsi və xx.xx.1987-ci il tarixli, 206 nömrəli əmrlə işdən azad olunması barədə əmrlərin surəti iş materiallarına əlavə edilmişdir. - Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 07 avqust 2025-ci il tarixli, -29-72/2-1086/2025 nömrəli məktubdan məlum olur ki, "Ümumi təhsil haqqında" Azərbaycan Respublikası Qanununun 21.0.3-cü maddəsinə əsasən təhsilverənlər (pedaqoji işçilər) - müəllimlər, məsləhətçilər, tərbiyəçilər, müəllim köməkçiləri, çağırışaqədərki hazırlıq rəhbərləri, defektoloqlar, loqopedlər, praktik psixoloqlar, sosioloq-pedaqoqlar, uşaq birliyi rəhbərləri, laborantlar, kitabxanaçılar, sosial xidmət sahəsinin işçiləri, təhsil müəssisəsinin dərnək və musiqi rəhbərləri, metodistlər, təhsil müəssisəsində çalışan konsertmeysterlər və məşqçilər, ümumi təhsil müəssisələrində pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan digər şəxslərdir. - Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Şahbuz Rayon Təhsil Şöbəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 02 oktyabr 2025-ci il tarixli, 4/203 nömrəli məktubdan məlum olur ki, Cavabdeh 1984-1988-ci illərdə Şahbuz rayon ümumtəhsil müəssisələrində işləyib işləməməsi araşdırılmış və Cavabdeh Gömür kənd tam orta məktəbinə 01 sentyabr 1984-cü il tarixdə məktəbə kargüzarlıq işləri üzrə katib vəzifəsinə təyin olunması haqqında əmr kitabında qeydiyyat aparıldığı məlum olmuşdur. Cavabdeh tutduğu vəzifədən azad edilməsi haqqında heç bir qeydiyyat aparılmamışdır. Onun ümumtəhsil məktəblərində pedaqoji fəaliyyət aparmadığı aşkar edilmişdir. - Şahbuz Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi tərəfindən verilmiş 14 oktyabr 2025-ci il tarixli məktubdan məlum olur ki, X1 Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 07 may 1984-cü il tarixli, 18 nömrəli əmrinə əsasən Şahbuz Rayon Mərkəzləşdirilmiş X7 kənd Kitabxana Filialının filial müdiri vəzifəsinə işə qəbul edilmişdir. - Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 23 dekabr 2025-ci il tarixli, 3-29-72/2-1975/2025 nömrəli məktubdan məlum olur ki, Cavabdeh 1984-cü il tarixdə işlədiyi “kargüzarlıq işləri üzrə katibə” vəzifəsinin həmin dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən pedaqoji fəaliyyətə aid edilib-edilməməsi məsələsi araşdırılmışdır. Araşdırma zamanı Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununun 1-ci maddəsində nəzərdə tutulan anlayışlar, habelə qanunun pedaqoji fəaliyyətin mahiyyətini müəyyən edən müddəaları rəhbər tutulmuşdur. Qanunvericiliyə əsasən pedaqoji fəaliyyət dedikdə təhsilalanların təlim-tərbiyəsi və tədris prosesinin bilavasitə həyata keçirilməsi ilə bağlı fəaliyyət başa düşülür. Bu qanunun 31-ci maddəsində qeyd olunan təhsilverənlər (pedaqoji işçilər) siyahisinda “kargüzarlıq işləri üzrə katibə” vəzifəsi öz əksini tapmamışdır. Araşdırma nəticəsində müəyyən olunmuşdur ki, “kargüzarlıq işləri üzrə katibə” vəzifəsi funksional təyinatına görə inzibati-texniki xarakter daşıyır və pedaqoji fəaliyyətin icrası ilə bilavasitə bağlı olmamışdır. Bu baxımdan Cavabdeh qeyd olunan vəzifədə çalışdığı dövr qanunvericilik normalarına əsasən pedaqoji fəaliyyətə aid edilən vəzifə deyil. - Şahbuz rayon Dövlət Arxivi tərəfindən verilmiş 15 yanvar 2026-cı il tarixli, 02/04 nömrəli arxiv arayışından məlum olur ki, X8 1984-1987-ci illərdə Şahbuz rayon Əzizbəyov (Daylaqlı) kənd kitabxanasında işləmiş müvafiq aylar üzrə əməkhaqqı almışdır. - Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 16 yanvar 2026-cı il tarixli, 3-17-9-1/2-831/2026 nömrəli məktubdan məlum olur ki, Fondun arxivində Cavabdeh aid uşağın anadan olmasına görə birdəfəlik müavinətin ödənilməsi barədə ödəniş sənədlərinə rast gəlinməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: -38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu:
60. Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi siyahı üzrə təhsil və uşaq tərbiyə müəssisələrində kişilər azı 25 il, qadınlar—20 il pedaqoji fəaliyyət göstərdikdə onlara xidmət illərinə görə pensiya almaq hüququ verilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: -37.8. Bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır: -37.8.3. bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 17-ci maddə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 67.12. Qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. 67.13. Qanunsuz inzibati aktın ləğv edilməsi haqqında maraqlı şəxsə bu Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. 68.3. Qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 68.4. Qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin əsaslandırması: İlk öncə qeyd edilməlidir ki, məhkəmə qərar qəbul edənədək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar üzrə ətraflı araşdırma aparmış, təqdim edilən sübutları tam və hərtərəfli tədqiq etməklə, iddiaçıya qarşı tərəfin dəlillərinə münasibət bildirməsi, etiraz etməsi və məhkəməyə lazımi sübutları təqdim eməsi üçün kifayət qədər imkan yaratmışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə əvvəlcə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə hesab edir ki, tələb inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə uyğundur. Belə ki, inzibati orqanla vətəndaş arasındakı münasibətlər inzibati orqanın publik hüquqdan irəli gələn vəzifələrinin icrası ilə bağlıdır və tərəflər bu münasibətlərdə bərabərhüquqlu subyekt kimi çıxış etmir. Hazırkı iş üzrə iddiaçının əsas hüquqi marağı cavabdehə 01 fevral 2005-ci il tarixdən 30 iyun 2023-cü il tarixədək ödənilmiş 31.733,98 manat (otuz bir min yeddi yüz otuz üç manat doxsan səkkiz qəpik) manat məbləğində pul vəsaitinin Fondun yığım hesabına geri qaytarılmasından ibarətdir. İşin hallarından məlum olur ki, cavabdeh 1980-ci il tarixdə Y.H.Məmmədəliyev adına X15 İnstitutuna daxil olmuş, 1985-ci il tarixdə həmin İnstitutun riyaziyyat ixtisası üzrə tam kursunu bitirmişdir. 07 may 1984-cü il tarixli 18 nömrəli əmrlə Şahbuz rayon Mərkəzi kitabxanasının Əzizbəyov kənd kitabxana filialına filial müdiri vəzifəsinə təyin edilmiş və 01 dekabr 1987-ci il tarixli, 206 nömrəli əmrlə yaşayış yerini dəyişdiyindən tutduğu vəzifədən azad edilmişdir. 07 sentyabr 1988-ci il tarixli əmrlə 8 illik Gömür kənd məktəbinə kargüzarlıq katibi təyin edilmişdir. 01 noyabr 1989-cu il tarixli əmrlə Gənc Texniklər stansiyasına dərnək rəhbəri təyin edilmiş, 15 sentyabr 1990-cı il tarixdə Gənc Texniklər binasında şərait olmadığına görə Kükü kənd məktəbinə dərnək rəhbəri təyin olunmuş və 01 dekabr 2004-cü il tarixli, 80 nömrəli əmrlə pensiyaya çıxdığından dərnək rəhbəri vəzifəsindən azad edilmişdir. Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Şahbuz rayon şöbəsinin pensiya təyin edən komissiyasının 25 fevral 2005-ci il tarixli, 36 nömrəli qərarına əsasən, 1 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinə (Təhsil və uşaq tərbiyə müəssisələrində pedaqoji fəaliyyət göstərənlərin pensiya hüququnun müəyyən edilməsi şərtləri) müvafiq olaraq xidmət illərinə görə Cavabdeh əmək pensiyası təyin edilmişdir. İddiaçı 01 yanvar 2021-ci il tarixdən 01 aprel 2023-cü il tarixədək Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin məcburi dövlət sosial sığorta vəsaitlərinin xərclənməsinin icrası ilə bağlı audit yoxlamaları zamanı Cavabdeh qanunla tələb olunan 20 il pedaqoji stajının olmamasının aşkar edildiyini əsas gətirərək, 13 mart 2025-ci il tarixdə Cavabdeh Fondun Şahbuz rayon şöbəsi tərəfindən xidmət illərinə görə əmək pensiyası təyin olunması ilə əlaqədar 2005-ci il 25 fevral tarixli, 36 nömrəli qərarını ləğv etmiş və hazırkı iddia tələbini irəli sürmüşdür. Hazırkı işin iddiaçı tərəfindən mübahisələndirilməyən halı ondan ibarətdir ki, Cavabdeh 07 may 1984-cü il tarixdən 01 dekabr 1987-ci il tarixədək (3 il 6 ay 24 gün) Əzizbəyov kənd kitabxana filialında filial müdiri və 01 noyabr 1989-cu il tarixdən 01 dekabr 2004-cü il tarixədək (15 il 1 ay) Gənc Texniklər stansiyasına dərnək rəhbəri vəzifələrində işləmiş və onun iş stajı ümumilikdə 18 il 7 ay 24 gün təşkil edir. İşin mübahisələndirilən halları ondan ibarətdir ki, pensiya işində olan xx.xx.2005-ci il tarixli Dövlət Arxivinin aryışında cavabdehin 07 may 1983-cü il tarixdə Əzizbəyov kənd kitabxanasına müdir təyin edilməsi göstərilmiş, əslində isə həmin vəzifəyə 07 may 1984-cü il tarixdə təyin edildiyi aşkar edilmişdir. Bundan başqa məhkəmə tərəfindən əldə edilmiş xx.xx.2025-ci il tarixli arayışa əlavə edilmiş əmrin surətindən görünür ki, Cavabdeh xx.xx.1988-ci il tarixli, 01 nömrəli əmrlə əvəzçilik üzrə müəllim təyin edilmişdir. Lakin Şahbuz Rayon Dövlət Arxivinin müdiri tərəfindən qeyd olunan əmrdəki həmin qeydin digər vətəndaşın adının pozularaq üzərindən Cavabdeh adının yazıldığı bildirilmiş və onun 1988-1990-cı il üzrə pedoqoji fəaliyyətlə məşğul olmasını təsdiq edən sənədlər arxiv uçot məlumatlarından aşkar edilməmişdir. Göründüyü kimi cavabdehə aprılmış pensiya təyinatı məhz səlahiyyətli orqanların, yəni Dövlət Arxivinin düzgün olmayan arxiv arayışının verməsi həmçinin iddiaçının öz vəzifələrini vaxtında, lazımi və ardıcıl şəkildə yerinə yetirməməsi, eləcə də, cavabdehin işlədiyi vəzifələrin pedoqoji fəaliyyət olub-olmamasının araşdırılmaması və s. bu kimi vəzifə səlahiyyətlərinə məsuliyyətsiz və laqeyd yanaşılmanın nəticəsində baş vermişdir. Belə olan halda, iddiaçı səhvə yol vermiş əməkdaşlarına qarşı münasibətdə tədbirlərin görülməsi yerinə, həmin səhvlərin cavabdehin hesabına aradan qaldırılması kimi düzgün olmayan yol seçmişdir. İddiaçı orqan xüsusilə diqqətə almalıdır ki, inzibati orqanın öz səhlənkarlığı nəticəsində yaranmış qanunsuzluqların inzibati məhkəmə icraatı qaydasında aradan qaldırılması təcrübəsinin formalaşdırılması hüquqi müəyyənlik və ədalətli inzibati idarəetmə prinsiplərinə uyğun deyildir. Məhkəmə hakimiyyəti inzibati idarəetmədə buraxılmış nöqsanları sistemli qaydada “düzəldən” (və ya “təmizləyən”) mexanizm kimi çıxış edə bilməz. Əks halda, inzibati orqanların öz fəaliyyətində yol verdikləri səhvlərin sonradan məhkəmə qərarları vasitəsilə normativ əsas qazanması görüntüsü yarana bilər ki, bu da hüquqi müəyyənlik, legitim gözlənti və ədalətli idarəetmə prinsipləri ilə uzlaşmamaqla, bu qəbildən olan halların məhkəmə qərarları vasitəsilə dolayısı ilə “leqallaşdırılması” təəssüratını yarada bilər. “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin” bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə görə dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar)… Məhkəmə iddiaçı orqana dəfələrlə qeyd edir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Göründüyü kimi, səlahiyyətli orqan tərəfindən icra edilən hərəkətlərin obyektivliyinin, o cümlədən pensiya təyinatı ilə əlaqədar müvafiq normaların tələblərinə nail olunmasının, bununla da dövlət büdcəsindən ayrılmış vəsaitin səmərəli şəkildə istifadəsinin təmin edilməsi təqdim edilmiş sənədlərdə müvafiq məlumatların (o cümlədən məlumat vərəqindəki məlumatların) pensiya təyinatı üçün kifayət edib-etməməsinin yoxlanılmasını tələb edir. Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi, habelə pensiya təminatı ilə əlaqəli digər hüquqi münasibətlər ümumi (publik) hüququn tənzimləmə predmetinə aiddir. Bu isə pensiya təyin edən inzibati orqan (Dövlət Sosial Müdafiə Fondu) tərəfindən “İnzibati icraat haqqında” Qanunun İİİ fəslində nəzərdə tutulan prosedur qaydalara və təminatlara riayət edilməsini labüd edir. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 yanvar 2026-cı il tarixli Qərardadı) Həmçinin iddiaçı cavabdehə pensiya təyinatının düzgün aparılmadığının xx.xx.2021xx.xx.2023-cü il tarix aralığında aparılmış audit yoxlamalarının nəticəsində aşkar edildiyini bildirsə də, cavabdehə əmək pensiyasının təyin edilməsi barədə xx.xx.2005-ci il tarixli 36 nömrəli qərarı 13 mart 2025-ci il tarixdə ləğv etmiş və hazırkı iddia tələbi üzrə 03 iyul 2025-ci il tarixdə məhkəmədə iddia qaldırmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(102)-3135/2024 nömrəli Qərarında Kollegiyanın formalaşdırdığı hüquqi mövqeyə görə: Qeyd olunmalıdır ki, şəxsə əmək pensiyasının cavabdehin özü tərəfindən təyin olunduğu hallarda, cavabdeh prinsipcə, özünün əvvəlki təyinatla bağlı qərarının tamamilə və ya qismən səhv olduğunu müəyyən etdikdə, sonradan həmin qərarı ləğv etmək və ya dəyişdirməklə bağlı yeni qərar qəbul etməkdə haqlıdır. Çünki sosial təminat hüququ sahəsindəki qanunvericilik tənzimləmələrinin, eləcə də bu sahədəki idarəçiliyi həyata keçirən orqanların fəaliyyətindəki əsas məqsəd sosial ədalətin təmin edilməsidir. Bu məqsəd göz önünə alındıqda, hətta onların diqqətsizliyi və ya səhlənkarlığı nəticəsində meydana gəlmiş olsa belə, inzibati orqanlar öz səhvlərini düzəltmək imkanına malik olmalıdırlar. Əks halda, bu, sosial təminat fonduna töhfə verən digər şəxslər, xüsusilə qanuni tələblərə cavab verə bilmədiyi üçün pensiya ala bilməyənlər üçün ədalətsiz olardı. Nəhayət, bu, məhdud ictimai resursların qeyri-məqsədəuyğun bölüşdürülməsini təsdiqləmək anlamına gələrdi ki, bu da öz növbəsində ictimai maraqlara zidd olardı. Lakin inzibati orqanların malik olduğu bu səlahiyyətin həyata keçirilməsi müəyyən məhdudiyyətlərə tabedir və yalnız qanunvericiliklə dəqiq müəyyənləşdirilmiş müddətdə və proseduralar çərçivəsində həyata keçirilə bilər. Həmin prosedurları və müddəti isə “Əmək pensiyaları haqqında” Qanunun və “İnzibati icraat haqqında” Qanunun müvafiq normaları müəyyən edir. Ona görə də, cavabdeh özünün təyinatla bağlı əvvəlki qərarının tamamilə və ya qismən səhv olduğunu müəyyən etdikdə, sonradan həmin qərarı ləğv etmək və ya dəyişdirməklə bağlı yeni qərar qəbul etmək üçün sözügedən qanunvericiliyin tələblərini nəzərə almağa borcludur. Konstitusiya ayrılmaz insan hüquq və azadlıqlarını müdafiə etmək vəzifəsini dövlətin üzərinə qoyur. Bu da öz növbəsində, pensiya təminatı sahəsində hüquqi müəyyənlik və vətəndaşların qanuna və dövlətə etimadı prinsiplərinə uyğun olaraq pensiyaların yalnız səlahiyyətli orqanlar tərəfindən və qanuna müvafiq təyin edilməsini, pensiya hüququnun yaranmasını təsdiq edən sənədlərin hazırlanması və pensiya məbləğinin hesablanmasının dəqiq və aydın aparılmasını təmin edən hüquqi tənzimləmə sisteminin yaradılmasını ehtiva edir (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı). İddiaçı nəzərə almalıdır ki, “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 292-VİİQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2025-ci il tarixli, 564 nömrəli Fərmanının 13-cü bəndində Azərbaycan Respublikasının Nazirlər Kabineti, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti, mərkəzi və yerli icra hakimiyyəti orqanları, büdcədən maliyyələşdirilən və maliyyə yardımı alan təşkilatlar və digər dövlət orqanları maliyyə intizamının gücləndirilməsi, israfçılığa, izafi xərclərə yol verilməməsi və büdcə vəsaitindən qənaətlə istifadə olunması istiqamətində təsirli tədbirlər görülməsi tapşırılmışdır. Bu mənada dövlət orqanı olaraq iddiaçı qanunvericiliyin normalarını gözardı etməməli, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmadan əsassız iddialar qaldırmamalı, qaldırılan iddialarda İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnu, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarlarını və Azərbaycan Ali Məhkəməsinin İnzibati Kollegiyasının oxşar məzmunlu işlər üzrə məhkəmə qərarlarını nəzərə almalıdır. Bununla dövlət orqanı məsələləri özbaşına və qanunun tələblərinə məhəl qoymadan, öz istəyinə uyğun həll etmək meyillərindən kənarlaşmaqla, həmçinin qanunla ona tanınmış məhkəməyə məhdudiyyətsiz müraciət hüququndan sui-istifadə halını aradan qaldırmaqla özünü və məhkəməni əlavə yükdən azad edərək dövlət resurslarına qənaət olunmasına xidmət edəcəkdir. Məhkəmə hesab edir ki, ilkin təyinat düzgün aparılmasa da, cavabdehə əmək pensiyası səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş rəsmi arxiv sənədləri əsasında təyin edilmişdir. Başqa sözlə iş materiallarından müəyyən edilmişdir ki, iddiaçı tərəfindən əlverişli inzibati aktın ləğv edilməsi əsaslı olsa da, həmin aktın qəbul edilməsinin cavabdeh tərəfindən saxta sənəd təqdim edilməsi və ya inzibati aktın qəbuluna təsir göstərən hər hansı qanunsuz davranışın mövcudluğunu təsdiq edən hallar hazırkı iş üzrə sübuta yetirilmir. Beləliklə, iddiaçı Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Cavabdeh qarşı "cavabdehə 01 fevral 2005-ci il tarixdən 30 iyun 2023-cü il tarixədək əsassız olaraq ödənilmiş 31.733,98 manat (otuz bir min yeddi yüz otuz üç manat doxsan səkkiz qəpik) manat məbləğində pul vəsaitinin Fondun yığım hesabına geri qaytarılması tələbi”nə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2, 4.1, 33.1, 58.7, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
q ə r a r a a l d ı:
İddiaçı Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Cavabdeh qarşı "cavabdehə 01 fevral 2005-ci il tarixdən 30 iyun 2023-cü il tarixədək əsassız olaraq ödənilmiş 31.733,98 manat (otuz bir min yeddi yüz otuz üç manat doxsan səkkiz qəpik) manat məbləğində pul vəsaitinin Fondun yığım hesabına geri qaytarılması tələbi”nə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən (elektron məhkəmə kabinetinə yerləşdirildikdən) 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Elnur Hüseynov