Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-964/2023 20.09.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ X6 Heydər oğlunun sədrliyi, İbrahimova Səbinə Adələt qızının katibliyi, cavabdeh Şahbuz Rayon İcra Hakimiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Şahbuz Rayon İcra Hakimiyyətinə qarşı "mərhum əri X2 mülkiyyətində olan Şahbuz qəsəbəsi, N.Nərimanov küçəsində, (indiki H.Əliyev prospekti) ümumi sahəsi 15.1 kv.metr, əsas sahəsi 7.5 kv.metr olan qeyri-yaşayış sahəsi mağaza binasının qanunsuz olaraq söküldüyünə görə 50000 (əlli min) manat dəymiş zərərin və həmin torpaq sahəsinin ona geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı mərhum əri X2 mülkiyyətində olan Şahbuz qəsəbəsi, N.Nərimanov küçəsində, (indiki H.Əliyev prospekti) ümumi sahəsi 15.1 kv.metr, əsas sahəsi 7.5 kv.metr olan qeyriyaşayış sahəsi mağaza binasının qanunsuz olaraq söküldüyünə görə 50000 (əlli min) manat dəymiş zərərin və həmin torpaq sahəsinin ona geri qaytarılması öhdəliyinin cavabdeh Şahbuz Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması tələbini irəli sürərək iddia ərizəsi ilə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə müvafiq olaraq inzibati iş məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş və hazırlıq icraatı ilə bağlı məhkəmə iclası 20 sentyabr 2023-cü il tarixə təyin edilmişdir. İddiaçı məhkəməyə 18 avqust 2023-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizə göndərərək Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsində cavabdeh Şahbuz Rayon İcra Hakimiyyətinə qarşı mağazanın sökülməsi, kompensasiyanın ödənilməsi ilə bağlı öhdəliyin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia qaldırdığını, cavabdeh tərəfindən dəymiş ziyanın qarşılığında Şahbuz şəhərində qeyri-yaşayış binası tikmək üçün 50 kv.m torpaq sahəsinin güzəştli şərtlərlə ona verilməsinə razı olduğunu, iddia tələbindən imtina etdiyini, iddiadan imtina etməyinin hüquqi nəticələrinin ona izah olunduğunu, bununla bağlı gələcəkdə şikayət və tələbinin olmayacağını bildirib, məhkəmədən iddiadan imtina barədə ərizəni qəbul edib iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Şahbuz Rayon İcra Hakimiyyətinin nümayəndəsi X3 iddiaçının iddiadan imtina edilməsi barədə ərizəsinə heç bir etirazının olmadığını bildirdi. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iddiaçının ərizəsini nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddiaçının ərizəsi aşağıda qeyd edilən normaların tələblərinə uyğun olduğundan iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 15.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatında tərəflər mübahisəyə baxılmasını bilavasitə özləri tərəfindən, yaxud mediasiya vasitəsilə bağlanılmış barışıq sazişi ilə, iddiaçının iddiadan imtina etməsi ilə, cavabdehin iddianı qəbul etməsi ilə və ya hüquqi mübahisənin nizamlanması barədə müştərək bəyanatla sona çatdıra bilərlər. 50.0 və 50.0.2-ci maddələrinə əsasən sədrlik edən hakim mübahisə ilə bağlı iş üzrə hazırlıq icraatında iddiaçının iddiadan imtina etməsi və ya cavabdehin iddianı qəbul etməsi barədə məsələləri həll edir və bu barədə müvafiq qərardad qəbul edir. 55.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. 55.4-cü maddəsinə əsasən iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Şahbuz Rayon İcra Hakimiyyətinə qarşı "mərhum əri X2 mülkiyyətində olan Şahbuz qəsəbəsi, N.Nərimanov küçəsində, (indiki H.Əliyev prospekti) ümumi sahəsi 15.1 kv.metr, əsas sahəsi 7.5 kv.metr olan qeyri-yaşayış sahəsi mağaza binasının qanunsuz olaraq söküldüyünə görə 50000 (əlli min) manat dəymiş zərərin və həmin torpaq sahəsinin ona geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iş üzrə İddiaçı ərizəsi təmin edilməli və inzibati iş üzrə icraata xitam verilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.1, 55.4, 55.5, 80, 83.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı ərizəsi təmin edilsin. İddiaçı cavabdeh Şahbuz Rayon İcra Hakimiyyətinə qarşı "mərhum əri X2 mülkiyyətində olan Şahbuz qəsəbəsi, N.Nərimanov küçəsində, (indiki H.Əliyev prospekti) ümumi sahəsi 15.1 kv.metr, əsas sahəsi 7.5 kv.metr olan qeyri-yaşayış sahəsi mağaza binasının qanunsuz olaraq söküldüyünə görə 50000 (əlli min) manat dəymiş zərərin və həmin torpaq sahəsinin ona geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati iş üzrə icraata xitam verilsin. İddiaçıya izah olunsun ki, iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Qərardaddan şikayət verilə bilməz. Hakim: Elnur Hüseynov
Məhkəmə qərarları › İş №2-1(122)-964/2023
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-964/2023
20.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver