Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-968/2024 14.08.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Yusifov Araz Ərrəhman oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə və Cavabdeh nümayəndəsi X5 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “vurulmuş ziyana görə 100 min manat cavabdehdən alınıb ona verilməsi tələbi”nə dair inzibati mübahisə üzrə işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş ziyana görə 100 min manat cavabdehdən alınıb ona verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Culfa şəhər sakini X3 500 kv.m. torpaq sahəsində yerləşən yaşayış evi almışdır. Texniki pasport qeydiyyatdan keçmiş və 2786 saylı texniki passport verilmişdir. Alandan sonra həm torpağa, həm də yaşayış evinə çıxarış almaq istəmişdir. Plan-ölçü almaq üçün 38 manat Kapital Banka müvafiq hesaba ödəmişdir. Bundan sonra sabiq icra başçısı Babayev Şükürün adamları ondan əlavə pul istəmişdirlər. Vermədiyinə görə Babayev Şükürün göstərişi ilə torpağı əlindən alınmış və evi sökülmüşdür. İcra hakimiyyətinə müraciət edərək, vurulmuş ziyana görə kompensasiya ödənilməsini tələb etmiş, lakin rədd cavabı almışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunaraq iddianın mümkünlüyünün yoxlanılması ilə bağlı məhkəmə iclası 14 avqust 2024cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə məlumat verilmişdir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Odur ki, məhkəmə iddiaçının iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İddiaçı və iddiaçının nümayəndəsi Nümayəndə 04 aprel, 06, 08, 24 may və 25 iyun 2024-cü il tarixlərdə yardım məktubu ünvanlanaraq bildirilmişdir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən fiziki şəxslər məhkəmədə vəkil və ya yaxın qohumları vasitəsilə təmsil oluna bilərlər. Lakin məhkəmə iş materiallarından iddiaçının X7 ilə qohumluq dərəcəsini müəyyən edə bilməmiş, həmçinin iddia ərizəsinə əlavə edilən etibarnamə ilə iddiaçıya X4 adından iddia qaldırmaq və onu məhkəmədə təmsil etmək səlahiyyəti verilməmişdir. Bununla da kimin hüquqlarının cavabdeh inzibati orqan tərəfindən pozulduğunu, iddianın iddia qaldırmaq səlahiyyətinə malik olan şəxs tərəfindən qaldırılması məsələsini müəyyən etmək mümkün olmamışdır. Yuxarıda göstərilənlərə əsasən müvafiq sənədlərin məhkəməyə təqdim edilməsi və yanlışlıqların aradan qaldırılması üçün iddiaçıya və onun nümayəndəsinə 10 (on) gün (məktubu aldıqdan sonra) müddət təyin edilmiş, əks halda iddia tələbinin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən mümkün sayılmayacağı barədə xəbərdarlıq edilmişdir. İddiaçıya və onun nümayəndəsinə məhkəmənin yardım məktublarının lazımi qaydada göndərilməsinə baxmayaraq, yardım məktubunda qeyd olunan məsələlərin aradan qaldırılması ilə bağlı hər hansı bir tədbir görülməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə etdiyini, torpaq sahəsinin onların əlindən alındığını, buna görə onlara maddi ziyan vurulduğunu və həmin ziyanın ödənilməli olduğunu bildirərək, iş materiallarına əlavə edilmiş sənədlər əsasında işə baxaraq iddianın mümkün sayılaraq təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X8 iddiaçının onunla heç bir qohumluq münasibəti olmayan X4 adından hər hansı tələb hüququnun olmadığını, hazırki iddia tələbi üzrə subyektiv hüquqa malik olmadığını bildirərək, iddianın mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də işə baxan məhkəmə, ilk öncə, mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır və bunu prosesin istənilən mərhələsində həyata keçirə bilər. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair qərarında göstərilmişdir ki, inzibati-iqtisadi məhkəmə daxil olmuş iddia ərizəsində tələblərin inzibati icraat qaydasında baxılmasının mümkünlüyü məsələsini araşdırmağa və iddiaçıya bununla bağlı mövqeyini bildirməyə səlahiyyətlidir. "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr, ilk növbədə, iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin Qərarın 8.6-cı maddəsinə əsasən iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-nin sözügedən normasının mahiyyətindən belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüququ və azadlığının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün olsun. Başqa sözlə, iddiaçı inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmaqla bərabər, iddia irəli sürmək üçün subyektiv hüququnun olmasını da əsaslandırmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına əsasən mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub–olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirməsindən söhbət gedə bilməz. İş materiallarında olan: - Cavabdeh tərəfindən İddiaçı ünvanlanmış 27 mart 2023-cü il tarixli, 5-23/2-K- 3/8/2024 nömrəli məktubdan görünür ki, X4 adına qeyd olunmuş fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportun əslinin Cavabdehnə təqdim edilməsi bildirilmişdir. - Culfa Şəhər İcra Nümayəndəliyinin 08 iyun 2000-ci il tarixli, 33 saylı sərəncamından çıxarışdan görünür ki, X6 500 kv.m. həyətyanı torpaq sahəsi verilmişdir. - 2786 saylı fərdi yaşayış evin texniki pasportunun texniki pasportunun surətindən görünür ki, X7 mülkiyyət sahibi kimi qeyd edilmişdir. - 14 may 2010-cu il tarixli etibarnamənin surətindən görünür ki, X1 Rayon İcra Hakimiyyətinin Culfa Şəhər Nümayəndəliyinin 08 iyun 2000-ci il tarixli, 33 saylı Sərəncamına və Naxçıvan MR DTİ və MH qeydiyyatı idarəsinin verdiyi 2786 saylı fərdi yaşayış evin texniki pasportuna əsasən Culfa şəhəri ərazisində yerləşən 0,05 ha torpaq sahəsi və ordakı tikintilər üzərində sərəncam verməyi, satmağı, özəlləşdirməyi, ipoteka qoymağı, üzərində əlavə tikinti aparmağı, adından ərizə verməyi Naxçıvan MR torpaq və Xəritəçəkmə Komitəsinin və Naxçıvan MR Daşınmaz əmlakın Dövlət Reyestri xidmətin Culfa rayon ərazi şöbəsində ona aid olan sənədləri almağı verməyi aidiyyatı idarələrdə, təşkilatlarda nümayəndəsi olmağı İddiaçı etibar etmişdir. - Cavabdeh başçısının 16 dekabr 2011-ci il tarixli, 68 nömrəli sərəncamının 2-ci bəndindən görünür ki, Culfa şəhər sakini X6 ayrılmış torpaq sahəsindən məqsədli təyinatı üzrə istifadə edilmədiyindən və ayrılmış torpaq sahəsi üçün üzrlü səbəb olmadan 11 (on bir) il müddətində torpaq vergisi ödənilmədiyindən Culfa Şəhər İcra Nümayəndəliyinin 08 iyun 2000-ci il tarixli, 33 saylı sərəncamının 1-ci bəndinin 6-cı abzası (X6 aid olan hissəsi) qüvvədən düşmüş hesab edilmişdir. İddia ərizəsinin məzmunundan aydın olur ki, iddiaçı Kərimov X2 Elşad Səttar oğlundan aldığı torpaq sahəsinin onun əlindən zorla alındığını iddia edərək, müvafiq kompensasiya ödənilməsini tələb edir. İş materiallarındakı sənədlərə baxış keçirərkən aydın olur ki, müvafiq torpaq sahəsi barəsində tərtib olunmuş sənədlərin hər biri X4 adınadır. İddiaçı iş materiallarına əlavə etdiyi 2010-cu il tarixli etibarnamə əsasında özünü həmin torpaq sahəsi barəsində səlahiyyətli şəxs hesab edərək, müvafiq tələb hüququnun olduğu qənaətindədir. Lakin məhkəmə həmin hala hüquqi qiymət verərək hesab edir ki, həmin etibarnamə əsasında iddiaçıya X6 məxsus torpaq sahəsi barəsində məhkəmədə onu təmsil etmək, onun adından hər hansı iddia etmək hüququ verilməmişdir. İddiaçının və onun nümayəndəsinin iddia edilən torpaq sahəsi və onun üzərindəki tikili üzərində hüququnu təsdiq edən sübutlar iş materiallarına əlavə edilmədiyi kimi iddiaçının nümayəndəsi əlavə hər hansı sübutunun və sənədinin olmadığını, mövcud sənədlər əsasında işə baxılmasını xahiş etmişdir. Həmçinin qeyd edilməlidir ki, iddiaçı və onun nümayəndəsi tərəfindən oxşar iddialar üzrə inzibati işlər dəfələrlə məhkəmənin icraatında olmuş və iddia tələbi mümkün sayılmamış və ya rədd edilmişdir. Hazırki işin hallarından qeyd edilən torpaq sahəsinin plan ölçünün verilməsi ilə bağlı məhkəmənin icraatında olmuş 2inz.(087)-35/2011 nömrəli inzibati iş üzrə iddia tələbi rədd edilmişdir. İş materiallarına Cavabdeh başçısının 16 dekabr 2011-ci il tarixli, 68 nömrəli sərəncamı əlavə edilmişdir. Yekun məhkəmə qərarının əsaslandırıcı hissəsində iddiaçı X4 torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd qüvvədən düşmüş hesab edildiyindən iddia tələbinin rədd edilməsi qərara alınmışdır. Göründüyü kimi, iddia edilən torpaq sahəsinin X4 mülkiyyətinə verilməsinə əsas olmuş sənəd artıq mövcud deyil. Bununla da X4 və həmin şəxs tərəfindən mübahisəli torpaq sahəsi barəsində verilmiş etibarnamə əsasında nümayəndə olan şəxslərin müəyyən tələb üçün subyektiv hüquqları yoxdur. Məhkəmə işin hallarına hüquqi qiymət verərək hesab edir ki, iddiaçı hazırki iş üzrə subyektiv hüquqa malik olmadığından iddia tələbi mümkün sayılaraq mahiyyəti üzrə hüquqi dəyərləndirmə aparıla bilməz. İnzibati məhkəmə icraatında məhkəmənin əsas vəzifəsi iddiaçının tələbinin konkret olaraq nədən ibarət olduğunu, onun hüquqlarının cavabdeh tərəfindən hansı qaydada pozulduğunu və iddiaçının subyektiv hüquqa malik olub-olmamasını müəyyənləşdirməkdən ibarətdir. Bununla bağlı İddiaçı və iddiaçının nümayəndəsi Nümayəndə məhkəmə tərəfindən müvafiq yardım məktubları göndərilmiş, X4 adından müvafiq tələb hüququnun mövcudluğunu özündə ehtiva edən sübutların məhkəməyə təqdim etməsi təklif olunmuş, lakin buna baxmayaraq, iddiaçı və onun nümayəndəsi qeyd olunan çatışmazlıqla bağlı hər hansı sübut təqdim edə bilməmiş və mövcud sənədlər əsasında işə baxılmasını xahiş etmişdirlər. Eyni zamanda, qeyd olunmalıdır ki, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. İPM-nin 13 və 48-ci maddələrində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 13-cü maddəsinin tələbinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. - 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, yuxarıda şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdehnə qarşı “vurulmuş ziyana görə 100 min manat cavabdehdən alınıb ona verilməsi tələbi”nə dair iddiası mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və İPM-in 13, 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qəraraaldı: İddiaçı Cavabdehnə qarşı “vurulmuş ziyana görə 100 min manat cavabdehdən alınıb ona verilməsi tələbi”nə dair iddiası mümkün sayılmır. Qərardaddan, onun təqdim olunduğu gündən 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: HİCRAN MURADOV
Məhkəmə qərarları › İş №2-1(122)-968/2024
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-968/2024
14.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver