Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-97/2022 29.04.2022 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin hakimi Muradov Hicran Xasay oğlu İddiaçı cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsinə qarşı “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Naxçıvan şəhər şöbəsinin 11 noyabr 2021-ci il tarixli, 6 saylı qərarının ləğv olunması tələbi”nə dair iş üzrə İddiaçı nümayəndəsi X3 27 aprel 2022-ci il tarixli ərizəsini nəzərdən keçirərək, müəyyən e t d i m: İddiaçı cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Naxçıvan şəhər şöbəsinin 11 noyabr 2021-ci il tarixli, 6 saylı qərarının ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş və işin hazırlıq icraatına başlanılmışdır. İddiaçı nümayəndəsi X3 dəftərxana vasitəsilə məhkəməyə daxil olmuş 27 aprel 2022-ci il tarixli ərizəsindən görünür ki, nümayəndəsi olduğu Əliyev X2 Muxtar Respublikası İnzibati Məhkəməsində “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsinə qarşı “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Naxçıvan şəhər şöbəsinin 11 noyabr 2021-ci il tarixli, 6 saylı qərarının ləğv olunması tələbi"nə dair iddia qaldırmışdır. Məhkəmədən iddiaçının ünvanına məktub daxil olmuş və iddia ərizəsində olan bir sıra formal xətaların aradan qaldırılması üçün iddiaçıya 15 gün vaxt verilmişdir. Həmçinin bu xətaların aradan qaldırılmayacağı təqdirdə iddianın mümkün sayılmayacağı da ona yazılı surətdə bildirilmişdir. Daha sonra iddiaçı cavabdehin əsl cavabdehlə əvəz olunması barədə ərizə təqdim etmişdir. X1 hal-hazırda iddiaçının adından iddia ərizəsini geri götürmək istədiyini, iddiaçının da iddia ərizəsinin geri götürülməsini istədiyini və işin məhkəmədə baxılmasını istəmədiyini bildirib, yuxarıda qeyd olunanları nəzərə alaraq iddia ərizəsinin geri götürülməsi barədə ərizəni qəbul edərək iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini və iddia ərizəsinə əlavə olunan sənədlərin nümayəndə olaraq ona rəsmi qaydada göndərilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi X3 27 aprel 2022-ci il tarixli ərizəsini nəzərdən keçirərək belə hesab edirəm ki, iddia geri götürülmüş sayılmalı və bu əsasla da iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddiaçının nümayəndəsinin məhkəməyə təqdim etdiyi müraciətdən görünür ki, o, iddia tələbindən imtina etməməklə ərizənin geri qaytarılması arzusundadır və iddia tələbinə baxılmasını arzu etmir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: - 15.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatında tərəflər mübahisəyə baxılmasını barışıq sazişi ilə, iddiaçının iddiadan imtina etməsi ilə, cavabdehin iddianı qəbul etməsi ilə və ya hüquqi mübahisənin nizamlanması barədə müştərək bəyanatla sona çatdıra bilərlər. - 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları yazılı icraat qaydasında qəbul edilə bilər. - 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. - 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 29 aprel 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, icraata xitam verilməsi barədə qərardad iki halda qəbul edilir: iddiaçı iddiadan özü imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda. Qərarda həmçinin qeyd olunmuşdur ki, İPM-in 55.3-cü maddəsindəki qərardad (iddianın geri götürülmüş sayılması barədə) və həmin Məcəllənin 55.5-ci maddəsindəki qərardad (icraata xitam verilməsi barədə) iki ayrı-ayrı məsələni həll edir. Qanunverici İPMin 55.5-ci maddəsində yalnız icraata xitam verilməsi barədə qərardaddan şikayətin mümkünsüzlüyünü açıq və aydın müəyyən etdiyi halda, bu qaydanın həmin Məcəllənin 55.3-cü maddəsindəki qərardadla əlaqədar tətbiqini nəzərdə tutmadığından, həmin qayda İPM-in 55.3-cü maddəsi ilə şəxsin məhkəməyə müraciət etmək hüququnu nizamlamır və bu hüququn həcminə təsir etməməlidir. Göründüyü kimi, inzibati prosessual qanunvericilikdə iddia ərizəsinin iddiaçının ərizəsi əsasında geri qaytarılması nəzərdə tutulmasa da, inzibati icraat üzrə iddianın baxılması və icraatın aparılması iddiaçının iradə ifadəsindən asılı edilməklə İPM-in 15-ci maddəsində tərəflərin mübahisəyə baxılmasının sona çatdırılması halları müəyyən edilmişdir. Hazırki mübahisədə də iddiaçının nümayəndəsinin ərizəsini nəzərə alaraq belə nəticəyə gəlirəm ki, iddia geri götürülmüş hesab edilməli və iş üzrə icraata xitam verilməlidir. İddiaçının və onun nümayəndəsinin diqqətinə çatdırılır ki, iddiaçının nümayəndəsinin ərizəsi əsasında iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması və iş üzrə icraata xitam verilməsi ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 15, 55, 80 və 81-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: İddiaçı nümayəndəsi X3 27 aprel 2022-ci il tarixli ərizəsi təmin edilsin. İddiaçı cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsinə qarşı “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Naxçıvan şəhər şöbəsinin 11 noyabr 2021-ci il tarixli, 6 saylı qərarının ləğv olunması tələbi” barədə iddiası geri götürülmüş hesab edilsin və bu əsasla da iş üzrə icraata xitam verilsin. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı nümayəndəsi X4 geri qaytarılsın. Qərardaddan onun rəsmi qaydada təqdim olunduğu (elan olunduğu) vaxtdan 10 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HAKİM: HİCRAN MURADOV
Məhkəmə qərarları › İş №2-1(122)-97/2022
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-97/2022
29.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver