Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-994/2025 28.11.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ X13 Heydər oğlunun sədrliyi, X14 oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi Əsgərlı̇ Ələsgər Qasım oğlunun və cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan X4rşı "cavabdeh Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun 01 iyul 2025-ci il tarixli, xxxxxxx19CD96941EC nömrəli qərarının ləğv edilməsi, ona güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxx 1965-ci ildə anadan olmuşdur. 26 mart 1984-cü il tarixdən 15 dekabr 1998-ci il tarixədək X16 zavodunda Keramika sexində 2-ci dərəcəli qəlibçi vəzifəsində işləmişdir. 02 avqust 1999-cu il tarixdən 01 fevral 2002-ci il tarixədək Naxçıvan şəhər Cəlil Məmmədquluzadə ev muzeyində tərtibatçı rəssam vəzifəsində, 02 fevral 2002-ci il tarixdən 01 aprel 2003-cü il tarixdək Babək rayon Mədəniyyət İdarəsində rəssam vəzifəsində işləmişdir. 01 iyul 2003-cü il tarixdə ona Naxçıvan şəhər Əmək və Məşğulluq Mərkəzi tərəfindən işsizlik müavinəti təyin edilmiş, 02 yanvar 2004-cü il tarixdən isə təyin olunan işsizlik müavinəti dayandırılmışdır. 01 avqust 2004-cü il tarixdə ona təkrar işsizlik müavinəti təyin edilmiş, 01 fevral 2005-ci il tarixdə müddət başa çatdığından müavinət dayandırılmışdır. 01 mart 2005-ci il tarixdə Naxçıvan şəhər İcra Hakimiyyətinə xadimə vəzifəsinə təyin olunmuş, 02 avqust 2005-ci il tarixdə işdən azad olunmuşdur. 01 mart 2006-cı il tarixdə ona təkrar işsizlik müavinəti təyin edilmiş, 15 sentyabr 2006-cı il tarixdə işsizlik müavinətinin ödənilmə müddəti başa çatdığndan dayandırlmışdır. Onun 60 yaşı 05 iyul 2025-ci il tarixdə tamam olmuşdur. 26 mart 1984-cü il tarixdən-15 dekabr 1998-ci il tarixədək X16 zavodunda işlədiyi 2-ci dərəcəli qəlibçi peşə onun güzəştli şərtlərlə yaşa görə xüsusi iş stajına hesablanmaqla güzəştli şərtlərə görə iş stajını 14 il, 8 ay, 15 gün təşkil edir. O, güzəştli şərtlərlə pensiyaya çıxmağı üçün Naxçıvan MR Dövlət Sosial Müdafiə Fonduna müraciət etsə də, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından imtina olunmuşdur. İddiaçı göstərilənlərə əsasən cavabdeh Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun 01 iyul 2025-ci il tarixli, xxxxxxx19CD96941EC nömrəli qərarının ləğv edilməsi, ona güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh orqanın yazılı etirazının qısa xülasəsi: Cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu iddiaya dair məhkəməyə göndərdiyi 31 iyul 2025-ci il tarixli yazılı münasibətini onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən təqdim edilmiş 09 oktyabr 1985-ci il tarixli, ИT-İ seriyalı, ******* nömrəli əmək kitabçasının surətində qeyd edilmiş məlumatlara əsasən o, xx.xx.1984-cü il tarixdən xx.xx.1998-ci il tarixədək (14 il 8 ay 22 gün) X16 Zavodunda, xx.xx.1999-cu il tarixdən xx.xx.2002-ci il tarixədək (2 il 5 ay 30 gün) C.Məmmədquluzadə ev muzeyində, xx.xx.2002-ci il tarixdən xx.xx.2003-cü il tarixədək (1 il 2 ay 30 gün) Mədəniyyət Nazirliyinin Babək rayon şöbəsində, xx.xx.2003-cü il tarixdən xx.xx.2004-cü il tarixədək (6 ay 1 gün) işsizlik müavinəti almış, xx.xx.2004-cü il tarixdən xx.xx.2005-ci il tarixədək (5 ay 30 gün) təkrar işsizlik müavinəti almış, xx.xx.2005-ci il tarixdən xx.xx.2005-ci il tarixədək (5 ay 1 gün) Naxçıvan şəhər 2 nömrəli Mənzil İstismar İdarəsində işləməsi qeyd edilmişdir. İddiaçı əmək kitabçasında qeyd olunan əmək fəaliyyətinə dair məlumatların araşdırılması ilə bağlı Naxçıvan Muxtar Respublikasının Dövlət Arxiv İdarəsinə 27 may 2025-ci il tarixli 3-17-9- 1/2-6299/2025 nömrəli məktub ünvanlanmışdır. Lakin iddiaçının əmək kitabçasında əmək fəaliyyətinə dair müvafiq qeydlər olmasına baxmayaraq, əmək kitabçası üzrə işlədiyi illərin dövlət arxivinin arayışları əsasında təsdiqlənməsi mümkün olmamışdır. Belə ki, Naxçıvan Muxtar Respublikasının Dövlət Arxiv İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixli, 3-48-NDA/2- 2-Ə-11xx-xx/2025 nömrəli arxiv arayışında iddiaçının X16 Zavodunda xx.xx.1984-cü il tarixli 58k №-li əmrlə İİ dərəcəli qəlibçi vəzifəsinə işə qəbul olunması, xx.xx.1995-ci il tarixli 130k №-li əmrlə ödənişsiz məzuniyyətə buraxılması, xx.xx.1998-ci il tarixli 19k №-li əmrlə işdən azad olunması əmr kitablarında göstərilmişdir. Eyni tarixli eyni nömrəli arayışın qeyd hissəsində Babək Rayon Mədəniyyət İdarəsinin sənədləri Naxçıvan Muxtar Respublikasının Dövlət Arxivinə təhvil verilmədiyindən İddiaçı işləməsi barədə məlumatın mövcud olmadığı qeyd edilmiş və həmin qeydin 2-ci hissəsində Naxçıvan şəhər 2 №-li Mənzil İstismar İdarəsinin 2005-ci ilə aid əmr kitablarında Əsgərova (Həsənova) Mətanət İbrahim qızının adına rast gəlinmədiyi qeyd olunmuşdur. Həmçinin Arxiv arayışına əlavə edilmiş əməkhaqqı cədvəlində İddiaçı lbrahim qızının X16 Zavodunda işləməsi və aylar üzrə əməkhaqqı alması barədə məlumatlarda onun 1992-ci ilin iyun, iyul aylarında əmək haqqı almaması, 1994-cü ilin yanvar, fevral, mart aylarının əməkhaqqı cədvəllərinin olmaması, 1995-ci ilin iyun, iyul, avqust aylarında (3 ay) və 1996-cı ilin yanvar ayından noyabr ayınadək (10 ay) əməkhaqqı cədvəllərində adının olmaması qeyd edilmişdir. Arxiv arayışının qeyd hissəsində X16 Zavodunun 1997-1998-ci illərə aid əməkhaqqı cədvəllərində adına rast gəlinmədiyi qeyd edilmişdir. Arxiv arayışına əlavə edilmiş digər əmək haqqı cədvəlində Əsgərova (Həsənova) Mətanət İbrahim qızının ƏƏSMN-nin tabeliyində X8 Xidmətində işlədiyi və 2003-cü ilin iyul-dekabr ayları üzrə 6 ay, 2004-cü ilin avqust-dekabr ayları üzrə 5 ay, 2005-ci ilin yanvar ayı üzrə 1 ay, ümumilikdə isə 1 il əməkhaqqı aldığı göstərilmişdir. Həmin arayışın qeyd hissəsində Naxçıvan şəhər 2 №-li Mənzil İstismar İdarəsinin əməkhaqqı cədvəlləri Naxçıvan Muxtar Respublikasının Dövlət Arxivinə təhvil verilmədiyindən iddiaçının əməkhaqqı alması barədə məlumatın mövcud olmadığı göstərilmişdir. Eyni tarixli eyni nömrəli digər arxiv arayışında iddiaçının Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin C.X5 işlədiyi dövrdə aylar üzrə əməkhaqqı alması barədə cədvəldən görünür ki, o, 1999-cu ilin yanvar-iyul ayları üzrə 7 ay, 2002-ci ilin fevral-dekabr ayları üzrə 11 ay əmək haqqı almamışdır. İddiaçı təqdim etdiyi sənədlər Fondun müvafiq şöbəsi tərəfindən araşdırılmış və əmək kitabçasında 01 yanvar 2006-cı il tarixinədək olan dövrlər üzrə onun 23 il 08 ay 22 gün, 01 yanvar 2006-cı il tarixindən sonrakı dövrdə X1 Sistemində stajının olmaması səbəbindən, ümumilikdə 23 il 08 ay 22 gün ümumi iş stajı olduğu məlum olmuşdur. İddiaçının əmək kitabçası ilə təqdim olunan arxiv arayışları qarşılıqlı şəkildə yoxlanılmış və vətəndaşın işlədiyi X16 zavodunun 1996, 1997, 1998-ci illərə dair əmək haqqı cədvəllərində adına rast gəlinmədiyi, 1994-cü ilin əməkhaqqı cədvəllərinin aprel ayından başladığı, 1995-ci ilin iyun-avqust aylarına dair əmək haqqı cədvəllərində adının olması, lakin adına əmək haqqının olmaması göstərilmişdir. Həmçinin, 2 saylı Mənzil İstismar İdarəsinin 2005-ci ilə dair əmr kitablarında adına rast gəlinmədiyi, əməkhaqqı cədvəllərinin isə Naxçıvan MR Dövlət Arxivinə təhvil verilmədiyi qeyd olunmuşdur. Beləliklə, İddiaçı əmək kitabçasında əmək fəaliyyətinə dair müvafiq qeydlər olmasına baxmayaraq, əmək kitabçası üzrə işlədiyi illərin dövlət arxivinin arayışları əsasında təsdiqlənməsi mümkün olmadığından onun 01 yanvar 2006-cı il tarixinədək olan ümumi iş stajı 23 il 08 ay 22 gündən 04 il 11 ay 19 gün azalaraq 18 il 09 ay 03 gün təşkil etmiş və həmin iş stajına uyğun 19317 manat 63 qəpik məbləğində pensiya kapitalı olduğu aşkar olunmuşdur. İddiaçı zərərli əmək şəraitində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu, işin konkret hallarını özündə əks etdirən iş yerindən arayışı Fonda təqdim etmədiyindən onun güzəştli iş stajını müəyyən etmək mümkün olmamışdır. Bununla da iddiaçının ümumi və xüsusi iş stajı olmadığından onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmamışdır. Cavabdeh qeyd olunanları nəzərə alaraq, iddanın rədd edilməsi barədə müvafiq qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. 28 noyabr 2025-ci il tarixli hazırlıq icraatı ilə bağlı məhkəmə iclasında iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab olunmuşdur. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən İddiaçı və iddiaçının nümayəndəsi Əsgərlı̇ Ələsgər Qasım oğlu iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Yazılı sübutlar: İş materiallarında olan: - Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Pensiya, müavinət və təqaüdlərin təyinatı departamentinin Xüsusi şərtlərlə təyinat şöbəsi Əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında 01 iyul 2025-ci il tarixli, xxxxxxx19CD96941EC4 nömrəli qərarından görünür ki, İddiaçı ”Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən, tələb olunan ümumi və xüsusi stajının olmaması səbəbi ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiya təyin olunmasından imtina edilmişdir. - Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən ünvan 1 ünvanında yaşayan Əsgərova (Həsənova) Mətanət İbrahim qızına ünvanlanmış 03 iyul 2025-ci il tarixli, 3-17-9-1/2-Ə- 8034/2025 nömrəli məktubdan məlum olur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün təqdim edilən sənədlər Fondun Pensiya, müavinət və təqaüdlərin təyinatı departamentinin Xüsusi şərtlərlə təyinat şöbəsi tərəfindən araşdırılmış, araşdırma zamanı vətəndaşın 25 il ümumi iş stajı olmadığı və ya fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış 19317 manat 63 qəpik pensiya kapitalı əmək pensiyasının minimum məbləğində pensiya təminatına imkan vermədiyi, həmçinin tələb olunan 12 il 06 ay xüsusi iş stajı olmadığı məlum olmuşdur. Fondun Pensiya, müavinət və təqaüdlərin təyinatı departamentinin Xüsusi şərtlərlə təyinat şöbəsinin 1 iyul 2025-ci il tarixli xxxxxxx19CD96941EC4 nömrəli qərarı ilə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən verilmiş 17 iyun 2025-ci il tarixli, 3-48-NDA/2-2-10xx-xx/2025 nömrəli arxiv arayışından məlum olur ki, Əsgərova (Həsənova) Mətanət İbrahim qızının xx.xx.1984-cü il tarixli 58 k №-li əmrlə İİ dərəcəli qəlibçi qəbul edilməsi, xx.xx.1995-ci il tarixli 130 k №-li əmrlə öz hesabına məzuniyyətə gedənlərin siyahısında adının olması, xx.xx.1998-ci il tarixli 19 k №-li əmrlə yoxlayıcırəssam olaraq uzun müddət işdə olmadığından işdən azad olunması əmr kitablarında göstərilmişdir. Qeyd: 2 saylı Mənzil İstismar İdarəsinin 2005-ci ilə dair əmr kitablarında adına rast gəlinmədi, əməkhaqqı cədvəlləri isə Naxçıvan MR Dövlət Arxivinə təhvil verilməmişdir. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən verilmiş 17 iyun 2025-ci il tarixli, 3-48-NDA/2-2-10xx-xx/2025 nömrəli arxiv arayışından məlum olur ki, İddiaçı 1192- 1996-cı illərdə X16 zavodunda işləmiş və müvafiq aylar üzrə əməkhaqqı almışdır. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən verilmiş 17 iyun 2025-ci il tarixli, 3-48-NDA/2-2-10xx-xx/2025 nömrəli arxiv arayışından məlum olur ki, İddiaçı 1999- 2002-ci illərdə Naxçıvan MR Mədəniyyət və Turizm Nazirliyi-Naxçıvan şəhər C.X5 işləmiş və müvafiq aylar üzrə əməkhaqqı almışdır. - Babək rayon Dövlət Arxivi tərəfindən verilmiş 05 iyun 2025-ci il tarixli, 5-22-38/2- 80/2025 nömrəli arxiv arayışından məlum olur ki, İddiaçı 2002-ci ildə Babək Rayon Mədəniyyət İdarəsində işləmiş və müvafiq aylar üzrə əməkhaqqı almışdır. - İddiaçı stajının hesablanma cədvəlindən məlum olur ki, İddiaçı xx.xx.2006-cı il tarixədək 18 il 9 ay 3 gün ümumi stajı vardır, xx.xx.2006-cı ildən sonra isə iş stajı yoxdur. İddiaçının 2 nömrəli əlavə olmadığından xüsusi iş stajını müəyyən etmək mümkün olmamışdır. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 16 sentyabr 2025-ci il tarixli, 3-48-NDA/1-2-1506/2025 nömrəli məktubla İddiaçı X16 Zavodunda nəzarətçi vəzifəsinə təyin olunması barədə 30 noyabr 1984-cü il tarixli 413k nömrəli əmrin, müvəqqəti rəssam vəzifəsinə təyin olunması barədə 25 may 1994-cü il tarixli, 42k nömrəli əmrin, həmçinin X17 işçilərinin məzuniyyətə buraxılması barədə 01 iyun 1992-ci il tarixli, 274k nömrəli əmrin təsdiq edilmiş surətləri iş materiallarına əlavə edilmişdir. X16 Zavodunun 30 noyabr 1984-cü il tarixli 143 nömrəli əmri mövcud deyil. X16 Zavodunun 1992-1994-cü illərə aid sənədlərində vətəndaşın tərtibatçı vəzifəsinə təyin olunması barədə əmrə rast gəlinməmişdir. Əmrlərdə vətəndaşın soyadı “Həsənova” olaraq qeyd edilmişdir. - AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki İddiaçı xx xxxx 1965-ci il tarixdə doğulmuşdur. Tətbiq edilən hüquq: “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. - 2.0.8-ci maddəsinə əsasən qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inamdır; - 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. - 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. - 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. - 14.1-ci maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. - 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. - 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: - 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. - 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. - 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun: Maddə 13. Əmək şəraitinə görə güzəştli pensiyalar Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. 69-cu maddəsinə əsasən iş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası. 4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:
1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda mühafizə edilən məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən; Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin əsaslandırması: İlk öncə qeyd edilməlidir ki, məhkəmə qərar qəbul edənədək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar üzrə ətraflı araşdırma aparmış, təqdim edilən sübutları tam və hərtərəfli tədqiq etməklə, iddiaçıya qarşı tərəfin dəlillərinə münasibət bildirməsi, etiraz etməsi və məhkəməyə lazımi sübutları təqdim eməsi üçün kifayət qədər imkan yaratmışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Hazırkı iş üzrə iddiaçının əsas hüquqi marağı Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun 01 iyul 2025-ci il tarixli, xxxxxxx19CD96941EC nömrəli qərarının ləğv edilməsindən və ona güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsindən ibarətdir. Məhkəməyə verdiyi izahatında iddiaçının əsas dəlili həmin dövrdə onunla eyni müəssisədə işləmiş şəxslərə hazırda cavabdeh tərəfindən pensiya təyinatı aparılmasından ibarət olmuşdur. Həmin dəlilə münasibətdə məhkəmə qeyd edir ki, həmin kateqoriyadan olan işçilərin güzəştli şərtlərlə pensiya hüququ çalışdıqları müəssisələrin iqtisadi profilinə və ya müəssisənin tabeçiliyinə deyil, həmin şəxslərin funksional fəaliyyət sahəsinə və peşə mənsubiyyətinə bağlıdır. Bu mənada ayrı-ayrı müəssisələrin şüşə emalı ilə məşğul olan bölmələrinin struktur vahidində işləyən və istehsalatla məşğul olan bütün vəzifə daşıyıcıları əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan şəxs anlamında qəbul edilə bilməz. Ona görə ki, həmin şəxslər fərqli peşənin daşıyıcıları olmaqla, məzmun baxımından fərqli funksiya və vəzifələri yerinə yetirirlər. Bu baxımdan, həmin şəxslərin hamısı peşə müxtəlifliyinə görə güzəştli şərtlərlə pensiya hüququna malik deyildirlər. Başqa sözlə, qeyd olunan şəxslərin güzəştli şərtlərlə pensiya hüququ çalışdıqları müəssisənin iqtisadi fəaliyyət sahəsinə və müəssisəyə deyil, həmin müəssisənin struktur vahidində onların həyata keçirdikləri fəaliyyətin funksional təyinatına və məzmununa bağlıdır. Burada həlledici əsas amil onların icra etdikləri funksiyaların güzəştli pensiya hüququ verən və siyahıda nəzərdə tutulan peşəyə bağlı olub-olmamasıdır. Məhkəmənin qənaətinə görə, hazırkı mübahisəyə münasibətdə aydınlaşdırılmalı olan əsas məqam iddiaçının işlədiyi peşələrin güzəştli pensiya hüququ verən siyahının şüşə və çini-saxsı istehsalatı bölməsində nəzərdə tutulmuş müvafiq peşələrə uyğunluğunu müəyyənləşdirməkdən ibarətdir. Məhkəmə icraatı gedişində aydın oldu ki, X3 X16 Zavodunda işlədiyi dövrlərdə işəgötürən tərəfindən müxtəlif vaxtlarda qəbul edilmiş əmrlər aşağıdakı kimi olmuşdur: xx.xx.1984-cü il tarixli, 58 “K” nömrəli əmrlə, həmin tarixdən sınaq müddətinə ikinci dərəcəli “qəlibçi” vəzifəsində təyin edilmişdir. xx.xx.1984-cü il tarixli, 413 “K” nömrəli əmrdən görünür ki, “tərtibatçı” vəzifəsində işləmişdir. xx.xx.1985-ci il tarixli, 307 “K” nömrəli əmrdən görünür ki, keramika sexində “yoxlayıcı” vəzifəsində işləmişdir. xx.xx.1986-cı il tarixli, 221 “K” nömrəli əmrdən görünür ki, “yoxlayıcı” vəzifəsində işləmişdir. xx.xx.1987-ci il tarixli, 454 “K” nömrəli əmrdən görünür ki, “yoxlayıcı” vəzifəsində işləmişdir. xx.xx.1988-ci il tarixli, 63 “K” nömrəli əmrdən görünür ki, “yoxlayıcı” vəzifəsində işləmişdir. xx.xx.1989-ci il tarixli, 613 “K” nömrəli məzuniyyət təminat qeydindən “yoxlayıcı” vəzifəsində işlədiyi müəyyən olunur. xx.xx.1992-ci il tarixli, 274 “K” nömrəli əmrdən TNŞ-nin “nəzarətçisi” vəzifəsində işlədiyi müəyyən olunur. xx.xx.1992-ci il tarixli 46 “K” nömrəli əmrdən TNŞ-nin “nəzarətçisi” vəzifəsində işlədiyi müəyyən olunur. xx.xx.1992-ci il tarixli 49 “K” nömrəli əmrdən TNŞ-nin “nəzarətçisi” vəzifəsində işlədiyi müəyyən olunur. xx.xx.1994-cü il tarixli 42 nömrəli əmrlə zavodun tərtibat sexinin “tərtibatçısı” X7 müvəqqəti olaraq “rəssam” vəzifəsinə keçirilmişdir. xx.xx.1995-ci il tarixli, 93 nömrəli məzuniyyət təminat qeydindən “rəssam” vəzifəsində işlədiyi müəyyən olunur. X16 Zavodunun 07 dekabr 1995-ci il tarixli 130 nömrəli əmri ilə yanacağın çatışmaması üzündən keramika sexində işləmək mümkün olmadığından sex işçisi X7 müvəqqəti olaraq, yanacaq olana kimi öz hesabına məzuniyyətə buraxılmışdır. İşdə olan 06 avqust 2025-ci il tarixli arxiv arayışından həmin hal təsdiq edilir. Belə ki, həmin arayışdan görünür ki, iddiaçı 1996-cı ilin yanvar-oktyabr aylarında öz hesabına məzuniyyətə buraxıldığından həmin aylarda əmək haqqı almamış və həmin ilin noyabr ayı istisna olmaqla dekabr ayında da əmək haqqı almamışdır. AR Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin 06 avqust 2025-ci il tarixli arayışından görünür ki, iddiaçı 1984-1990-cı illər üzrə əmək haqqı almışdır. Arayışın qeyd hissəsindən görünür ki, 1986-cı ilin aprel, iyun-dekabr, 1987-ci ilin yanvar-mart, may, iyun, avqust, 1988-ci ilin mart, aprel, iyun-dekabr, 1989-cu ilin yanvaraprel aylarının əmək haqqı cədvəllərində analıq məzuniyyətinə buraxıldığı üçün adına əmək haqqı göstərilməmişdir. 1990-cı ilin yanvar, 1992-ci ilin iyun, iyul,1995-ci ilin iyun avqust və 1996-cı ilin yanvar-oktyabr, dekabr aylarında əmək haqqı cədvəllərində adı vardır. 1997-1998-ci illərin əmək haqqı cədvəllərində adına rast gəlinməmişdir. 1990,1993,1996,1997-ci illərə dair əmrlər kitabında adına rast gəlinməmişdir. X16 Zavodunun 15 iyul 1998-ci il tarixli, 19 “K” nömrəli əmri ilə zavodla uzun müddət tam əlaqəsini kəsdiyindən və zavodda işləməkdən boyun qaçırdığından “yoxlayıcı rəssam” X3 ərizəsi nəzərə alınmaqla işdən azad edilmişdir. Həmçinin işdə olan məzuniyyət qeydiyyat vərəqələrindən görünür ki, iddiaçıya əlavə məzuniyyət günləri əmək funksiyasının xarakterinə görə, yəni əlavə məzuniyyət hüququ verən, zərərli və ağır istehsalatların, peşə və vəzifələrin yerinə yetirilməsinə görə deyil, məhz staja və yetkinlik yaşına çatmamış uşağı olduğuna görə verilmişdir. Hazırkı mübahisəyə münasibətdə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda iddiaçının işlədiyi “qəlibçi”, “tərtibatçı”, “yoxlayıcı”, “X9 nəzarətçisi” və “rəssam” vəzifələrinin XV.Şüşə və çini-saxsı istehsalatı bölməsində nəzərdə tutulmaması iddiaçıya münasibətdə güzəşt tətbiq olunmasını istisna edən hal kimi qiymətləndirilməlidir. Həmçinin iddiaçının əmək kitabçasından müəyyən olunur ki, iddiaçının xx.xx.2006-cı il tarixədək ümumi stajı tələb olunan 20 ildən azdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququnun yaranması üçün aşağıdakı dispozisiya şərtləri mövcud olmalıdır: şəxs qanunun 7-ci maddəsində nəzərdə tutulan müvafiq yaşa çatmalı, 25 il sığorta stajı olmalı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmalıdır. Həmin qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun: 13-cü maddəsinin b) bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə qadınlar- 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. Hazırkı işin müəyyən edilmiş hallarından məhkəmənin qəti mövqeyi ondan ibarətdir ki, iddiaçının ümumiyyətlə xüsusi iş stajı mövcud olmadığına görə, əmək pensiyasının təyin edilməsi üçün qanunun 9.1 və 9.8-ci maddələrində tələb olunan həmin dispozisiya şərtləri də iddiaçıya münasibətdə mövcud deyil. Buna görə də, məhkəmə iddiaçının 20 ildən az ümumi stajının olması barədə məsələyə münasibət bildirməyi lüzum görmür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından cavabdehin imtinası qanunazidd hesab edilə və onun Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulması kimi qiymətləndirilə bilməz. Odur ki, işin faktiki hallarına və qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan X4rşı "cavabdeh Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun 01 iyul 2025-ci il tarixli, xxxxxxx19CD96941EC nömrəli qərarının ləğv edilməsi, ona güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair iddiası təmin edilməməlidir. Nəticəvi hissə: Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2, 4.1, 33.1, 58.7, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan X4rşı "cavabdeh Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun 01 iyul 2025-ci il tarixli, xxxxxxx19CD96941EC nömrəli qərarının ləğv edilməsi, ona güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elnur Hüseynov