Məhkəmə qərarları › İş №2-1(3-1)-101/2026

Naxçıvan MR Ali Məhkəməsi Qərar — İş №2-1(3-1)-101/2026

17.09.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Naxçıvan şəhəri İş № 2-1(3-1)-101/2026 17.09.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), Qurbanov Yusifəli Süleyman oğlu və Novruzov Səxavət Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, iddiaçı İddiaçı İbrahim oğlunun iştirakı ilə, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)- ****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçı İddiaçı İbrahim oğlunun cavabdeh Cavabdeh qarşı “Cavabdeh ##.##.2025-ci il tarixli, *-**- **/*-B-*****-**/**** nömrəli imtina məktubunu əsassız hesab edərək, ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı İddiaçı İbrahim oğlu cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə müraciət edərək Cavabdeh ##.##.2025-ci il tarixli, *-**- **/*-B-*****-**/**** nömrəli imtina məktubunu əsassız hesab edərək, ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin (hakim Hicran Muradov) ## #### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddiaçı İddiaçı İbrahim oğlunun iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. Qərardan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, o, 1992-ci ilin yanvar ayının 24-dən Babək rayon hərbi komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Müdafiə Komitəsinə təhvil veriləndən 2 ay sonra Sədərək uğrunda döyüşlər başlanmışdır. Heydərabadda məktəbin birinci mərtəbəsi kazarma idi. Qaraburun, Miltəpə, Ucubiz, Cin təndiri, Əjdakan dağı Qarağac çaxır zavodu postlarında düşmənə qarşı vuruşmuşdur. 1992-ci ilin aprel ayının 4-dən 7-nə kimi düşmən mühasirəsində qalmışdır. Mühasirədən azad olandan sonra böyrəklərində baş vermiş narahatçılığa görə onu Miltəpə döyüş postundan Sədərək Rayon Mərkəzi Xəstəxanasına gətirmişlər. İlkin tibbi yardımdan sonra vəziyyətinin ağır olduğunu görüb onu Naxçıvan MR Xəstəxanasının urologiya şöbəsinə göndərmişlər. Bir neçə aydan sonra hərbi hospitala göndərilmişdir. Müalicəsi bitdikdən sonra yenidən xidmətə davam etmək istəmiş, lakin ona bildirilmişdir ki, xidmət etdiyi hərbi hissə mövcud deyil, dağılıb. Babək Rayon komissarı R Aşurova müraciət etmişdir. Ona gözləməsi bildirilmişdir. Müəyyən səbəblərdən müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə bağlı müraciət edə bilməmişdir. Lakin Sədərək uğrunda gedən döyüşlərin fəal iştirakçısı olmuşdur. Hesab edir ki, ona müharibə veteranı adı və vəsiqəsi verilməlidir. Lakin Cavabdeh tərəfindən müraciətindən imtina edilmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı İddiaçı İbrahim oğlu iddia ərizəsindəki dəlillərə istinad edərək birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətində o, birinci instansiya məhkəməsinin qərarı ilə razı olmadığını bildirmiş və həmin qərarın ləğv edilərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ## ###### 1992-ci il tarixdən sonrakı xidməti barədə məlumatın olmaması səbəbindən N nömrəli hərbi hissə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə arxiv arayışı vermiş və bu əsasla da ona müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. ## ##### 1992-ci il tarixdən ## ##### 1992-ci il tarixədək Sədərək rayon Mərkəzi Xəstəxanasında müalicə almışdır. N.Nərimanov adına Respublika Xəstəxanasında ## ##### 1992-ci il tarixdən ## ######## 1992-ci il tarixədək müalicə almışdır. Yəni hərbi xidmətini davam etdirmişdir. Lakin məhkəmə onun ümumiyyətlə hərbi xidmət keçmədiyini hesab etmişdir. Prosessual məsələlər İddiaçı İddiaçı İbrahim oğlu məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən cavabdeh Cavabdeh nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarında olan Babək Rayon Hərbi Komissarlığı tərəfindən verilmiş ## ###### 2001-ci il tarixli, *** nömrəli arayışda qeyd edilmişdir ki, İddiaçı İbrahim oğlu ##.##.1992-ci il tarixdə Babək Rayon Hərbi Komissarlığı tərəfindən çağırılıb həqiqi hərbi xidmətə göndərilmişdir. İş materiallarında olan Cavabdeh Şəxsi Heyət Baş İdarəsi tərəfindən İddiaçı İbrahim oğluna ünvanlanan ## ###### 2025-ci il tarixli, *-**-**/*-B-*****-**/**** nömrəli məktubda qeyd edilmişdir ki, “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın ##.##.2025-ci il tarixli iclasında baxılmış və İddiaçı İbrahim oğlu barəsində müsbət qərar qəbul edilməmişdir. Cavabdeh Mərkəzi Arxiv arayışına əsasən ##.##.1992-ci il tarixdən sonrakı xidməti barədə məlumat olmadığı üçün ona "Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. İş materiallarında olan Cavabdeh Şəxsi Heyət Baş İdarəsi tərəfindən Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə ünvanlanmış ## ###### 2026-cı il tarixli, *-**-**/*-***/**** nömrəli məktubda qeyd edilmişdir ki, vətəndaş İddiaçı İbrahim oğluna “Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsinə dair müraciətinə komissiyanın ##.##.2025-ci il tarixli iclasında baxılmış və N nömrəli hərbi hissədən təqdim edilmiş arxiv arayışına əsasən ##.##.1992-ci il tarixdən sonrakı xidməti barədə məlumat olmadığı üçün ona "Müharibə veteranı" adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. İş materiallarında olan Cavabdeh N nömrəli hərbi hissə tərəfindən verilmiş ## ###### 2026-cı il tarixli, A-** nömrəli arxiv arayışında qeyd edilmişdir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Müdafiə Komitəsinin arxivdə saxlanılan 1991-1992-ci illərin əmrlər kitabında İddiaçı İbrahim oğlu barəsində aşağıda qeyd olunan məlumatlar mövcuddur: İddiaçı İbrahim oğlu Naxçıvan Muxtar Respublikası Dövlət Müdafiə Komitəsi üzrə ##.##.1992-ci il tarixli, ** nömrəli əmrlə Sədərək regional qərargahına hərbi xidmətini davam etdirmək üçün göndərildiyinə görə yemək qeydiyyatından çıxarılıb. Sonrakı xidməti və ehtiyata buraxılması haqqında məlumat yoxdur. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən təsdiq edilir. Həmin maddənin “Qeyd” hissəsinə əsasən bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il ########ın #-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları (müharibə veteranı, Silahlı Qüvvələrin veteranı adlarının verilməsi ilə əlaqədar — Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Azərbaycan Respublikasının Strateji X5 Agentliyi, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti nəzərdə tutulur) tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ######## 1995-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə (doqquzuncu abzas) əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il ######ın #-dən 1994-cü il ###ın ##-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Ağdərə, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il ## ### tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Azərbaycan Respublikasının Strateji X5 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. Həmin Əsasnamənin 1-ci hissəsinin doqquzuncu-on birinci abzaslarında göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Azərbaycan Respublikasının Strateji X5 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. İşin faktiki hallarından görünür ki, iddiaçı İddiaçı İbrahim oğlu müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə əlaqədar cavabdeh inzibati orqana müraciət etmiş, lakin onun ##.##.1992-ci il tarixdən sonrakı xidməti barədə məlumatın olmadığı əsas gətirilərək ona müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina edilmişdir. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, iddia ərizəsinin məzmunundan və iddiaçının məhkəmə iclaslarında verdiyi izahatlardan aydın olur ki, iddiaçı hərbi xidmətdə olarkən Sədərək rayonu uğrunda gedən döyüşlərdə iştirak etdiyinə istinad edərək, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsini istəyir. Cavabdeh inzibati orqan isə qanunvericiliyin tələbini əsas gətirməklə iddiaçının döyüşlərdə iştirakını sübut edən kifayət qədər əsasın olmadığına, qanunvericilikdə nəzərdə tutulmuş tələblərin ödənilmədiyinə istinad edərək, iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsinin mümkün olmadığını bildirir. Göründüyü kimi, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş şəxslər müharibə veteranı sayılırlar, o şərtlə ki, həmin şəxslər döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməsin, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilməmiş olsun, barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxs olmasın. Bundan başqa, müdafiə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda müharibə veteranı adının verilməsi üçün əsas hesab edilmişdir. Əsasnaməyə uyğun olaraq müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün zəruri şərtlərdən biri şəxsin döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi və bunun müvafiq sənədlərdə əks etdirilməsidir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən döyüş əməliyyatları aparan hərbi hissənin tərkibində xidmət keçməsini təsdiq edən hər hansı sənədə istinad edilməmişdir. Belə ki, iş materiallarından olan AO ******* nömrəli hərbi biletdə İddiaçı İbrahim oğlunun xidmət etmədiyi qeyd edilmişdir. Bundan əlavə iddiaçının döyüş əməliyyatlarında iştirakını təsdiq edən hər hansı arayış, əmrlərdən çıxarış, arxiv arayışı və s. mövcud deyildir. İş materiallarında iddiaçının 1992-ci ilin yanvar ayının 24-də Babək Rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırıldığını sübut edən sənədlər mövcuddur. İddiaçının sonrakı xidməti, döyüş əməliyyatlarına cəlb edilməsi, döyüşən hərbi hissənin tərkibində xidmət etməsi istiqamətində məhkəmə tərəfindən aparılmış araşdırma və bununla bağlı verilmiş sorğulara müsbət cavab verilməmişdir. Belə ki, araşdırma nəticəsində aydın olmuşdur ki, iddiaçının ##.##.1992-ci il tarixdən sonrakı xidməti ilə bağlı hər hansı məlumat mövcud deyildir. Həmin tarixdə isə iddiaçı Sədərək regional qərargahına hərbi xidmətini davam etdirmək üçün göndərildiyinə görə yemək qeydiyyatından çıxarılmışdır. Bundan sonra iddiaçının göndərildiyi qərargahda xidmətini sübut edən hər hansı sənəd mövcud deyildir. İddiaçının öz tələbini əsaslandırdığı əsas sübutlar hərbi xidmətə çağırılması barədə arayış, müəyyən dövrlərdə müalicə alması barədə xəstəxanalar tərəfindən verilmiş arayış və epikrizdən çıxarışlar, fotoşəkillər və s.-dir. İddiaçının hərbi biletində onun ümumiyyətlə xidmət keçmədiyi qeyd edilmişdir. Qanunverici müharibə veteranı adı və vəsiqəsinin verilməsi ilə bağlı şərtləri konkret olaraq müəyyənləşdirdiyindən, yalnız həmin şərtlər ödənildiyi təqdirdə iddiaçının tələbi təmin oluna bilər. İddiaçının istinad etdiyi sübutların heç biri qanunvericiliyin tələb etdiyi iddiaçının döyüş əməliyyatlarına cəlb edilməsi, döyüşlərdə iştirak etməsi və tərxis edilməsi halını təsdiq etmədiyindən mötəbər sübut kimi hüquqi əhəmiyyətə malik deyildir. Bununla bağlı qeyd edilməlidir ki, yuxarıda istinad edilən normaların müddəalarına görə, müharibə veteranı adı və müharibə veteranı vəsiqəsi döyüşlərdə iştirak etmiş şəxslərə yalnız həmin normalarda nəzərdə tutulmuş dispozisiya şərtlərinin ödənildiyi təqdirdə verilir. Nəzərə almaq lazımdır ki, müharibə veteranı adını almağı iddia edən şəxs tərəfindən veteran adının verilməsi ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərin ödənilmiş olması mütləq şərtdir və imperativ xarakter daşıyır. Lakin iş üzrə materiallarda iddiaçının döyüş əməliyyatlarında iştirak etməsini sübut edən hal hərbi bilet, arayışlar, əmrlər və s. əsasında öz təsdiqini tapmamışdır. Yuxarıda istinad olunan normalarda nəzərdə tutulmuş dispozisiya şərtləri baxımından, iddiaçının döyüşlərdə iştirak etməsi öz təsdiqini tapmadığından ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi qanunvericiliyin tələblərinə əsasən ziddir. İddiaçı İddiaçı İbrahim oğlu ümumi şəkildə apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarından narazı olduğunu bildirmiş, lakin apellyasiya şikayətinin dəlilləri ilə bağlı hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçının hərbi xidmət keçməsi ilə onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etməsi eyniləşdirilə bilməz. Hazırkı iş üzrə mübahisənin həlli üçün əsas məsələ yalnız iddiaçının hərbi xidmət keçib-keçməməsi deyil, onun qanunvericilikdə nəzərdə tutulan qaydada döyüş əməliyyatlarında iştirak edib-etməməsidir. İş materiallarında olan Babək Rayon Hərbi Komissarlığı tərəfindən verilmiş ## ###### 2001-ci il tarixli, *** nömrəli arayışla İddiaçı İbrahim oğlunun ##.##.1992-ci il tarixdə Babək Rayon Hərbi Komissarlığı tərəfindən çağırılıb həqiqi hərbi xidmətə göndərilməsi və Cavabdeh N nömrəli hərbi hissəsi tərəfindən verilmiş ## ###### 2026-cı il tarixli, A-** nömrəli arxiv arayışı ilə İddiaçı İbrahim oğlunun Naxçıvan Muxtar Respublikası Dövlət Müdafiə Komitəsi üzrə ##.##.1992-ci il tarixli, ** nömrəli əmrlə Sədərək regional qərargahına hərbi xidmətini davam etdirmək üçün göndərildiyinə görə yemək qeydiyyatından çıxarılması qeyd olunsa da, həmin hallar iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün kifayət etmir. Belə ki, iş materiallarında iddiaçının ##.##.1992-ci il tarixdən sonra Sədərək regional qərargahında faktiki olaraq hərbi xidmət keçməsini və həmin xidmət dövründə bilavasitə döyüş əməliyyatlarında iştirak etməsini, həmçinin hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılmasını təsdiq edən kifayət qədər mötəbər sübutlar müəyyən edilməmişdir. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı İddiaçı İbrahim oğlunun apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)- ****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar